Məhkəmə qərarları › İş №2(102)-2197/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2197/2020

22.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, köçürmə, hüquqlarına toxunulan şəxs, prosessual hüquq varisliyi, işə məhkəmədə baxılmalı olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Qaçay Məmmədovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(105)-3449/2019 nömrəli iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – idiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) 23 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 11.07.2008-ci il tarixdə Firuzə və 04.02.2012-ci il tarixdə Cavid adlı uşaqları doğulmuşdur. Nikahdan sonra iddiaçı cehiz əşyaları ilə birlikdə Quba rayonu, Alpan kəndində yerləşən ərinin valideynlərinə məxsus olan fərdi yaşayış evinə köçmüşdür. 2018-ci ildə iddiaçı uşaqları ilə birlikdə yaşamaq üçün cavabdehə məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən evə (bundan sonra - mübahisəli ev) köçmüşdür və hazırkı məhkəmə mübahisəsinədək orada yaşamışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqlarının mübahisəli evə köçürülməsi və istifadə hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev ərinin mülkiyyətindədir, ailəsi ilə birlikdə orada yaşayıb. Sonradan əri ilə münasibətləri pisləşib, onu mütəmadi incidib və evdən qovub. Uşaqları həmin evin yerləşdiyi kənddə məktəbə gedirlər. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)972/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilmiş, iddiaçın ın uşaqları ilə mübahisəli evə istifadə hüquqları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli ev ona hədiyyə edilib. Hazırda evi özgəninkiləşdirib, ev başqasının mülkiyyətindədir. Cavabdeh apellyasiya şikayətinə mübahisəli evə mülkiyyət hüququnun 31.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qardaşı x2 adına qeydə alınması barədə sübutlar təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3449/2019 nömrəli iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdən onunla bərabər istifadə etmək hüququna malikdir. Bu baxımdan iddiaçının və uşaqlarının həmin mənzildən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və x4 Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli, iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə istifadə hüquqları müəyyən olunmalıdır. Bununla yanaşı, məhkəmələr hesab etmişdir ki, iddia evə köçürülmə hissəsində əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından, o cümlədən tərəflərin izahatından gö rünür ki, iddiaçı 2018-ci ildən uşaqları ilə birlikdə mübahisəli evə köçüb və həmin vaxtdan halhazıradək orada yaşayırlar. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə qətnamə qəbul edildikdən 9 gün sonra, yəni 16.05.2019-cu il tarixdə cavabdeh bağışlama müqaviləsinə əsasən mübahisəli evi qardaşı x3 bağışlamış və bunun əsasında ona həmin mənzilə çıxarış verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi kimi mənzilin yeni mülkiyyətçisinin deyil, iddiaçının hüquqları pozulmuşdur. Bundan başqa mənzilin yeni sahibi kənar şəxs deyil, cavabdehin qardaşıdır ki, onun da hazırkı mübahisədən xəbərsiz o lması inandırıcı deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə almamış, hüquq normalarını pozmuşdur. Mübahisəli evi 31.05.2019cu il tarixdə qadaşı x3 bağışlayıb, hazırda ev qardaşının mülkiyyətindədir. Lakin məhkəmə bu halı ümumiyyətlə nəzərə almayıb. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız olduğunu bildirmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmi şdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kasssiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: MPM Maddə

58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükd ə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə... Maddə 418. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, mübahisəli ev artıq ögzəninkiləşdilib və başqasının mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi də işə baxarkən müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə qətnamə qəbul edildikdən 9 gün sonra, yəni 16.05.2019-cu il tarixdə cavabdeh bağışlama müqaviləsinə əsasən mübahisəli evi qardaşı x3 bağışlamış və bunun əsasında ona həmin mənzilə çıxarış verilmişdir. Buna baxmayaraq məhkəmə qeyd olunan şəxsi işdə iştirak etməyə cəlb etməmiş və hesab etmişdir ki, mənzilin yeni mülkiyyətçisinin hüquqları pozulmur, mənzilin yeni sahibi kənar şəxs deyil, cavabdehin qardaşıdır və onun h azırkı mübahisədən xəbərsiz olması inandırıcı deyil. Halbuki apelyasiya instansiyası məhkəməsinin baxdığı mübahisə üzrə artıq Seyran Nəbiyevin mükiyyətində olan mənzilə iddiaçının istifadə hüququnun tanınması və uşaqları ilə köçürülməsi barədə məsələ həll edilmişdir. Sonuncunun mübahisəli evə mülkiyyət hüququnu hansı tarixdə və əsasla əldə etməsindən asılı olmayaraq, məhkəmənin icraatında olmuş iş onun hüquq və vəzifələrinə toxunur və hüquqlarının pozulmasına səbəb ola bilər. MPM-in 418.4.6-c maddəsi bu halı kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv əsası kimi nəzərdə tutur. Digər tərəfdən hazırkı mülki iş üzrə qətnamə ilə müəyyən edilən maddi hüquq münasibətlərində (mübahisəli əmlaka mülkiyyət hüququnda) şəxslərin dəyişməsi baş vermiş, lakin apellyasiya instansiyası məhkəməsi hazırkı işə MPM-in 58-ci maddəsinin tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etməmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianı mənzilə köçürmə tələbinə aid hissədə bu əsasla rədd etmişdir ki, iş üzrə iddiaçının 2018-ci ildən uşaqları ilə birlikdə mübahisəli evə köçüb, hal-hazıradək orada yaşadığı müəyyən olunur, bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Ona görə də iddia həmin hissədə əsassızdır və təmin oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə də münasibət bildirərək, qətnaməni qanuni və əsaslı hesab etmişdir. Halbuli MPM-in 261.0.1-ci maddəsi işə məhkəmədə baxılmalı olmamasını iş üzrə icraata xitam verilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddianın predmetini təşkil edən məsələ barədə mübahisənin olmaması və ya iddiaçının qətnamə qəbul edilənədək cavabdehdən tələb etdiyini əldə etməsi artıq mübahisə olmadığından işə məhkəmədə baxılmasını istisna edir. İş üzrə belə halların mövcud olması isə iddianın əsaslılığı baxımından deyil, məhkəmədə baxılması mümkünlüyü nöqteyi-nəzərindən qiymətləndirmə tələb edir. Ona görə də qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə hüquq və vəzifələrinə dair məsələ həll olunan şəxsi işdə iştirak etməyə cəlb etməli, həmçinin hazırkı mübahisəyə MPM-in 58 və 261.0.1-ci maddələrinin tətbiqinin mümkünlüyü barədə məsələlərə qiymət verməlidir. Yuxar ıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3449/2019 nömrəli iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar