Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10320/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 may 2022ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 58 saylı evin üç otaqlı 8 saylı mənzili İddiaçı və ailə üzvlərinə Qaradağ rayon İcra Hakimiyyətinin 15.08.2000-ci il tarixli 777 saylı Sərəncamına əsasən verilmişdir. 2. ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyatında olan iddiaçının qızı X10 və həyat yoldaşı X3 ərizələri ilə bildirmişlər ki, Cavabdeh 7 ildir ki, həmin ünvanda yaşamır, pay hüququna malik deyil və onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdırlar.
3. İddiaçı Coşqun oğlu, X3, Cavabdeh, X7, X8, İddiaçı, X5, X2, X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar.. 4. ünvan 27 Mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşə n mənzilinə köçürülməsi qərara alınmışdır. Həmin qətnamə ilə həmçinin Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun olması təsdiq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak üzrə Cavabdeh mənzildən istifadə hüququnun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh 2016-ci ilin mart ayından ailə qurmuşdur. Ailə qurduqdan sonra qardaşı X4 məxsus həyət evində birgə yaşamağa başlamışlar. (Həyət evinə ünvan verilməyib). Birgə yaşadıqları ikinci aydan ona bildirməyə başladılar ki, onlar ayrı evlə təmin olunmaq istəyirl ər. Bunlarla paralel olaraq Sahil qəsəbəsi, Z.Qasimov küçəsi, ev 58 mənzil ünvanında yerləşən mənzilin onlara verilməsini tələb etməyə başladılar. 2017- ci ildə Firdovsi və həyat yoldaşı Zümrüd Qaradağ rayon məhkəməsinə müraciət edərək mənzil tələb etdilər. Apelyasiya məhkəməsinin iş 2(103)-2285/2018 saylı 07 mart 2018-ci il tarixli qətnaməsinə və Ali məhkəmənin iş 2(102)-5656/18 saylı 04 Sentyabr 2018-ci il qərarına əsasən X1 mənzildən istifadə hüququ ləğv edildi.Cavabdeh isə istifadə hüququ saxlanıldı. Bundan sonra onun məhkəmə qərarının icra edilməsi tələbinə baxmayaraq qərarın icrası 2018-ci ilin dekabr qədər uzadıldı. 2018ci ilin dekabr ayının 12-də məhkəmə qərarlarının icrası şöbəsindən iki nəfərlə birlikdə o və Firdovsi Sahil qəsəbəsi Z.Xəlilov küçəsi ev 58 nənzil 8 də yerləşən müba hisəli evə gəldilər. Uzun mübahisələrdən sonra yerləşmə aktını imzaladılar.Lakin Firdovsi 2014 cü ilin iyul ayından bu günə qədər də mübahisəli evdə bir gün də olsa yaşamamışdır. Onların gərgin münasibətləri var və birlikdə yaşamaqları mümkün deyil. Bu səbəbdən onun istifadə hüququna xitam verilməlidir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahat verərək bildirmişdir ki, cavabdehlə birgə yaşamaq mümkün deyil, bu səbəbdən onun istifadə hüququna xitam verilməlidir. Heç bir kompensasiya ödəmək fikrində deyil.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1677/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun id diaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının maneələri səbəbindən müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən mənzildə yaşamır. Hazırki iş üzrə mübahisə mülkiyyətçi tərəfindən ailə üzvü olan (oğlu)-cavabdehə kompensasiya vermədən mənzildən istifadə hüququna xitam verilməsi barədə mübahisədir və cavabdeh isə iddianı qəbul etmir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki,Cavabdeh, mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçının cavabdehin həmin mənzildən kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi iddiası rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəlləsi) 77.1, 88-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1677/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) (103)-10320/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (h akimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə iddianın təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılamış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 228.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 maddələrinə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci v ə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi MMin 228.2-ci maddəsini tətbiq edırək mülkiyyətçi tərəfinən istifadəçiyə bazar qiymətinə uyğun kompensasiya verildiyi halda istifadə hüququna xitam verilə biləcəyi, qətnamənin ləğvi üçün əsaslar olmadığı barədə bilərə kdən səhv nəticəyə gəlmiş, hüquq normasını düzgün tətbiq etməmiş, kobud qanun pozuntularına yol vermişdir.
19. İddiaçı qeyd edir ki, mənzil dövlət mənzil Fonduna aid olduğundan Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilə bilməz, Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
20. İddiaçı qeyd edir ki, mübahisəli mənzil ona Qaradağ rayon İcra Hakimiyyətinin 15.08.2000-ci il tarixli 777 saylı Sərəncamına əsasən verilmişdir və Dövlət Mənzil Fonduna aiddir.
21. Məhkəmənin qətnamədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməli və qətnamə ləğv edilərək yeni baxışa göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. C) Prosessual m əsələlər
20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarı
27. İstifadə hüququ öz- özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks hald a, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.
32. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10320/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi