Məhkəmə qərarları › İş №2(102)-2197/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2197/2025

22.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 (prosessual hüquqi varisi Cavabdeh) və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsızlığı, səlahiyyətsiz şəxsin bağladığı əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 (prosessual hüquqi varisi Cavabdeh) və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi) qarşı bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2126/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh X1 prosessual hüquqi varisi Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,034 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən 0,0162 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X9 məxsus olmuşdur.

2. X10 22 aprel 2023-cü il tarixdə ölmüşdür. 3. xx.xx.2023-cü il tarixli, 4Ə-1249 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən sahəsi 0,034 ha olan torpaq sahəsinin tam hissəsi X10 tərəfindən (etibarnamə əsasında nümayəndəsi Cavabdeh) X2 bağışlanmışdır. Sonuncunun adına Çıxarış xx.xx.2023-cü il tarixdə verilmişdir. 4. xx.xx.2023-cü il tarixli, 4Ə-1250 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sah əsi 0,0162 ha olan torpaq sahəsi tam hissədə X10 (etibarnamə əsasında nümayəndəsi Cavabdeh) tərəfindən X2 bağışlanmışdır. Sonuncunun adına Çıxarış xx.xx.2023-cü il tarixdə verilmişdir.

5. ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0162 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-1250 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.034 ha olan yaşayış məntəqələrinin to rpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-1249 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda sadalanan daşınmaz əmlakların bağışlanması müqavilərinin imzalanması prosesində X8 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etməsinə dair məlumat mövcuddur. Əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında olan bağ evi və onun yerləşdiyi 0.1016 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 Əliyeviçin vəfat etməsi ilə bağlı müvafiq qeydiyyat orqanında hər han sı məlumatın mövcudiyyəti ilə əlaqədar verilmiş sorğuya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-09-5981/2023 nömrəli cavab məktubu ilə təqdim olunan məlumatlarda X8 ölümü haqqında hər hansı məlumatın aşkar edilmədiyi, habelə sonuncu tərəfindən etibar edilən şəxs qismində çıxış edən X6 verilmiş etibarnamənin xx.xx.2027-ci il tarixədək qüvvədə olması göstərilmişdir. 6. 09.09.2023-cü il tarixli, 2V-732 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X3 ölən günə kimi ona məxsus olan bütün əmlakını xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh vəsiyyət etmişdir. 7. xx.xx.2023-cü il tarixli, 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissəd ə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında yerləşən ümumi sahəsi 387,3 kv metr olan bağ evindən və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0,1016 ha olan torpaq sahəsindən ibarətdir.

8. X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər X3 və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq 3 sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair cavabdeh X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun atası X8 adına qaytarılması barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atası X10 xx.xx.2023-cü il tarixdə mülkiyyətçisi olduğu, qeydiyyatda olduğu və yaşadığı ünvan 6 ünvanında yerləşən evdə ölmüşdür. Onun yeganə vərəsəsi olaraq o, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə atasının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında yerləşən ümumi sahəsi 387,3 kv metr olan bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,1016 ha olan torpaq sahəsini miras əmlak kimi qəbul etmişdir. Lakin, daha əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş vəkil sorğusuna İdarə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən məlum olmuşdur ki, atasının mülkiyyətində əlavə olaraq daha 2 daşınmaz əmlak - ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsi olmuşdur. Lakin, torpaq sahələri X1 adına qeydiyyata alınmışdır. Adı gedən torpaq sahələrinin bağışlanılması müqavilələrinin imzalanması prosesində X8 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etmişdir. Belə ki, Cavabdeh həmin müqavilələri atamın ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında imzalamışdır. Cavabdeh atasının qardaşı oğlu, X3 isə atasının bacısıdır, onların hər ikisi ünvan 7 ünvanında qeydiyyatdadırlar və orada yaşayırlar, atası isə ölənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. A tasının yaşadığı evlə Cavabdeh və X1 yaşadığı ev bir-birinin yanındadır və atası yaşadığı evdə öldüyündən Cavabdeh və X3 atası ölərkən onun yanında olmuşlar, dəfn və yas mərasimlərində iştirak etmişlər. Adı gedən torpaq sahələri atasının öldüyü tarixdən (xx.xx.2023) təxminən 2 ay sonra (xx.xx.2023) atasının xx.xx.2017-ci il tarixdə Cavabdeh verdiyi etibarnamə əsasında atasının etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh atasının öldüyünü bilməsinə baxmayaraq, adı gedən əmlakların X2 bağışlanılmasına dair müqavilələri imzalamışdır. Atasının verdiyi etibarnamə əsasında onun ölümündən sonra Cavabdeh tərəfindən həmin etibarnamə üzrə istənilən hərəkətin edilməsi, o cümlədən adı gedən bağışlanma müqavilələrinin imzalanması isə qanunsuzdur və adı gedən bağışlanma müqavilələri etibarsızdır. Halbuki, həmin torpaq sahələrini (miras əmlak kimi) yeganə varis kimi o, qəbul etməlidir və onun hüquqları pozulmuşdur. X3 əsassız varlanmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən atasının ölməsi ilə onun Cavabdeh verdiyi etibarnamənin qüvvəsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə olan halda isə, həmin etibarnamə əsasında Cavabdeh imzaladığı 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli və 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqavilələri etibarsızdır (həmin müqavilələr əhəmiyyətsiz əqdlərdir).

11. X3 vəfat etdiyindən o, Cavabdeh ilə əvəz edilmişdir. 12. cavabdeh X1 prosessual hüquqi varisi Cavabdeh ərizə ünvanlayaraq bildirmişdir ki, bu iş üzrə cavabdeh ola bilməz. O, bu iş üzrə iddiaya cavab verməli şəxs ola bilməz. Belə ki, mübahisəli daşınmaz əmlak lar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. Ona həmin əmlaklar barədə nə qanun üzrə, nə də vəsiyyət üzrə heç bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Həmçinin, həmin əmlaka nə də faktiki sahiblik edir. Onun işə cavabdeh kimi qoşulmağı hüquq və maraqlarını pozmuşdur.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-67/2025 nömrəli iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsi və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin X2 bağışlanmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Rüstəmov).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X10 öz əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi üçün Cavabdeh etibarnamə vermiş, sonuncu da X8 ölümündən sonra bağışlama müqavilələri bağlayaraq onun əmlakını mərhumun bacısı X2 bağışlamışdır. Cavabdeh faktiki olaraq xitam verildiyini bildiyi etibarnamə əsasında, yəni buna səlahiyyəti olmadan bağışlama müqaviləsini həyata keçirmişdir. Bununla da qanunvericiliyin əqdlərin bağlanması üçün subyektlərlə bağlı müəyyən edilmiş tələbi pozulmuşdur.

15. Məhkəmə iddia tələbinin torpaq sahələrinə dair mülkiyyət hüququnun X8 adına qaytarılmasına münasibətdə qeyd etmişdir ki, bağışlanma müqavilələri və çıxarışların etibarsız hesab edilməsi hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsas hesab edildiyinə görə, bu barədə qətnamədə xüsusi qeyd edilməsinə lüzum yoxdur.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331, 337, 365-ci maddələrinə istin ad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh X1 prosessual hüquqi varisi Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 8-ci maddəsində təsbit olunan hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq, onu cavabdeh kimi işə cəlb edərək iddiaçının maraqlarına üstünlük vermişdir. Əgər hamı qanun qarşısında bərabərdirsə nəyə görə mərhumun vərəsəsi o olmadığı aşkar olduğu halda məhkəmə onu cavabdeh kimi tanıyıb iddiaçının maraqlarına uyğun qətnamə qəbul etmişdir. İddia tələbinə cavab verməli olan şəxs deyil. Nə də mərhumun vərəsəsidir, həmin əmlaklar üzərində hüququ yoxdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2126/2025 nömrəli mülki iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli).

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin əsaslı olub-olmaması Mülki Məcəllənin 324.5, 337.1, 337.2-ci maddələri əsasında və onların şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr t arixli Qərarlarındakı hüquqi yanaşmaya uyğun şəkildə müəyyən edilməlidir. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almış, göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, baxılan iş üzrə X10 tərəfindən öz əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi üçün Cavabdeh verdiyi etibarnamə onun ölməsi ilə qüvvədən düşmüş, sonuncu isə buna səlahiyyəti olmadan bağışlama müqaviləsini bağlamış, əqdin subyektiv tərkibinə aid edilən şərtini pozmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, iddia ilk öncə X2 qarşı irəli sürü lmüş, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmiş, onun övladı olan Cavabdehin prosessual hüquq varisi qismində məhkəmə prosesinə cəlb edilmişdir. Hazırkı iş üzrə Cavabdeh vərəsə olmaması onun cavabdehin prosessual hüquq varisi qismində işə cəlb edilməsinə mane olmur. Belə ki, Cavabdeh hazırkı vəziyyətdə mübahisədə hüquqi vəziyyəti cavabdeh X1 prosessual hüquq varisidir. Digər tərəfdən, bağışlama müqavilələri qanunvericiliyin tələblərini pozmaqla bağlandığından həmin hərəkətin hüquqi nəticəsi olaraq ilkin vəziyyət bərpa olunmalıdır.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, X1 ölümündən sonra vərəsəlik işinin açılıbaçılmaması, yaxud Cavabdeh anasının ölümündən sonra mirası qəbul edib-etməməsi hazırkı işə baxılmasına hər hansı formada təsir etmir. Belə ki, o, iş üzrə cavabdeh yox, cavabdehin prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 359, 363 və 365-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh X1 prosessual hüquqi varisi Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya məhkəməsi vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyənləşdirməmiş, qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti baxımından yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin cavabdeh ola biləcəyinə heç bir əhəmiyyət verməmişdir.

27. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1159-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Ma ddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

33. Maddə 359.1. Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

34. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

35. Maddə 365.1.7. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmü ş sayılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2197/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar