Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10316/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 05 aprel 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X17 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisində təsdiqlənmiş vəsiyyətnamə üzrə ölən günədək ona məxsus olan bütün əmlakını övladı İddiaçı2 vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26.12.2020-ci il tarixdə vəfat etmişdir. Mirası qəbul etmiş vərəsələr miras qoyanın arvadı Cavabdeh1 və yetkinlik yaşına çatmayan 26.10.2009-cu il tarixdə doğulmuş övladı X9 bərabər paylarla hər birinə mirasdan 1/2 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras qoyanın birinci növbəli vərəsələrinin – arvadı və uşağının mövcudluğu onun bacısı İddiaçı2 vərəsəliyini istisna etdiyindən, Eynulla Hüseynovdan miras qalmış əmlaka dair İddia çı2 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin xüsusi notariusu Tofiq Şükürov tərəfindən 05 mart 2021-ci il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə əsaslandırılmış 58 saylı qərar çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45 saylı Notariat Ofisinin notariusunun qərarının ləğv edilməsi və onların Bakı şəhəri, Qarad ağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, 64 saylı evin 41 saylı X7 miras qalmış mənzilindən vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etmələrinin səbəbi Bakı şəhəri 45 saylı Notariat Ofisinin 05.03.2021-ci il tarixli 58 nömrəli qərarını qanunsuz hesab etmələridir. Belə ki, o (İddiaçı2), bildirmək istəyir ki, X2 qardaşı X10 ölümündən sonra da, ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. X2 ona məxsus olan mənzili oğluna bağışlamışdır. X4 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Belə ki, anası oğlundan sonra həmin mənzildə yaşamışdır. Anası həmin evin mülkiyyətçisi olmuşdur. Odur ki, anasının həmin mənzildə payı vardır. Ölmədən öncə anası 15 iyul 2020-ci il tarixdə vəsiyyətnamə ilə bütün əmlaklarını ona vəsiyyət etmişdir. O, övladı olaraq, hüquqi vərəsədir və həmin payı tələb edir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün 45 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius öz qərarında qeyd edir ki, anası hüquqi vərəsə deyil və mirası qəbul etməmişdir. Faktiki olaraq anası həmin evdə yaşayıbsa mirası qəbul edib. Bakı şəhəri 45 saylı Notariat Ofisi öz qərarında bildirir ki, X2, oğlunun ölümündən sonra mirası qəbul etməsi barədə heç bir hərəkət ifadəsi göstərməmişdir. Belə ki, anası 26.10.2020-ci il tarixədək, yəni ölən günədək həmin evdə yaşamışdır. Bu günə qədər də, anasının əşyaları həmin ünvandadır. Anası qardaşı X10 ölümündən sonra həmin mənzildə yaşaması faktiki olaraq mirasa sahiblənməsini ifadə edir. Bağışlayan bağışlanandan sonra vəfat edirsə, Azərbayc an Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə (restitusiya) əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiya hüququnu özündə saxlaya bilər, restitusiyaya əsasən, yəni həmin mənzil üzərində mülkiyyət hüququnu öz üzərində saxlayır. Belə olan halda, notariusun qərarı qanunsuzdur. Belə ki, həmin mənzil barədə vərəsəlik şəhadətnaməsi veriləndə anasının payı açıq saxlanmalı və bundan sonra anasının vərəsələri arasında bu məsələ öz həllini tapmalıdır. 45 saylı Notariat Ofisi tərəfindən gəlinləri X15 və onun övladı X9, qardaşı X10 ölümündən sonra onlara vərəsəlik açılmışdır. Anası həmin evdə yaşamasına baxmayaraq, ona vərəsəlik açılmamışdır. Bakı şəhəri Qaradağ rayon 45 saylı Notariat ofisi tərəfindən qanunsuz qərar verilmişdir. Onun, (İddiaçı1 ) məhkəməyə müraciət etməsinin səbəbi odur ki, atası X7 miras qalmış evdə ona vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlıdır. X18 onun doğma atasıdır və ondan miras qalmış ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadır və həmin ünvanda onun da payı var. Atası 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra bibisi İddiaçı2 bu yaxın günlərdə ona bildirmişdir ki, atasından qalan miras evin vərəsələri kimi ikinci həyat yoldaşı Cavabdeh1 və onun övladı X9 vərəsəlik açılmışdır. Belə ki, bu günə qədər o, həmin evdə qeydiyyatdadır. X1 sağ ikən heç bir problem yox idi, nənəsi hər zaman bildirirdi ki, «sənin bu evdə payın var və onu verəcəyik». Hal-hazırda atasının ikinci həyat yoldaşı onun payını mənimsəyib. Atasının ölümündən sonra, bu günə qədər notariusa və məhkəməyə ərizə ilə müraci ət etməməsinin səbəbi həmin ünvanda qeydiyyatda olduğu üçün idi. Həmçinin, nənəsi sağ olduğu üçün fikirləşmişdir ki, heç bir problem olmaz. Notariusun qərarını isə bibisi bu yaxın günlərdə ona bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-1852/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X17 mülkiyyətində olmuş mənzili övladı X13 bağışlayarkən, bağışlanmış əşyanın restitusiya hüququnu özündə saxlamamış, bu barədə vəsiyyətnamədə xüsusi qeyd etdirməmiş, restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd olunmamışdır. Bundan başqa, xüsusi notariusun qərarında qeyd edildiyi kimi, X11 barəsində miras açılanadək, yəni öldüyü 26.12.2020-ci il tarixədək övladı X7 miras qalmış əmlak onun mülkiyyətində olmamışdır. Həmçinin, notariusun qərarında qeyd olunduğu kimi və Mülki Məcəllənin 1159-cu maddəsinin tələbinə görə, İddiaçı2 mərhum qardaşının ikinci növbə vərəsəsidir, birinci növbə vərəsələr sağ olduğundan və mirası qəbul etdiklərindən, onun miras əmlakdan pay alması istisna olunur. İddiaçı1 iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, o, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz s əbəblərdən ötürmüşdür. Bu səbəbdən, iddia tələbi İddiaçı1 münasibətdə də təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər. İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəmə iclaslarının heç birində iştirak etməmişlər. Bunun səbəbi isə notariusun onu aldatması olmuşdur. Notarius ona bildirmişdir ki, atası olduğunu sübut edən sənədləri ona təqdim etsə, onun payını tanıyacaq. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov, iş № 2(103)-10316/2021) İddiaçı1 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsinin qismən – İddiaçı1 iddiasının rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin olunmaqla İddiaçı1 atası X7 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektindəki 64 saylı evin 41-ci mənzilindən birinci növbə vərəsə kimi mirası qəbul etmiş digər vərəsələrlə bərabər pay almaq hüququnun müəyyən edilməsi, bu qətnamənin notarius tərəfindən İddiaçı1 adına mirasdan çatası paya görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olması, digər İddiaçı2 apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin ona aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı2 tələbinə aid hissədə gəldiyi nəticə ilə r azılaşaraq qeyd etmişdir ki, mülki qanunvericilik mirasın qəbulu qaydasını və müddətini dəqiq tənzimləmiş və bu müddəti müəyyən vaxt dövrü ilə məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 tələbini göstərilən əsasla rədd etməkdə haqlı olmuşdur. İddiaçı1 iddiasına gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, o, mirası qəbul etmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı1 xx.xx.2001-ci ildə anadan olmuşdur. Onun anası Şəh la Abdullayeva 2007-ci ildə, yəni iddiaçı 6 yaşında olarkən, atası Eynulla Hüseynov isə 15.02.2018-ci ildə, yəni iddiaçının 17 yaşı olarkən vəfat etmişlər. İddiaçı1 10.08.2019-cu ildə yetkinlik yaşına çatmış və tam həcmdə mülki hüquq fəaliyyət qabiliyyəti qazanmışdır. İşin hallarından göründüyü kimi, yetkinlik yaşına çatanadək onun adından və onun mənafeyi üçün hərəkət edə bilən qanuni nümayəndə, yaxud himayəçisi olmamışdır. O, yetkinlik yaşına çatdıqdan sonra notariusa müraciət etsə də, miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd olmadığından ona həmin sənədi (atalığın tanınması faktı) təqdim etmək təklif olunmuşdur. İddiaçı1 atalıq faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq X24 Abdullayevanın atası olması faktı müəyyən edilmişdir. İşin yuxarıda qeyd olunan halları birinci instansiya məhkəməsində işə baxan məhkəməyə məlum olsa da, məhkəmə İddiaçı1 qanunla müəyyən edilmiş mirası qəbul etmə müddətinin üzrsüz səbəbdən ötürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı1 yetkinlik yaşına çatanadək həm ana, həm də ata himayəsindən məhrum olmuşdur. Atalıq faktı müəyyən edilmədiyindən onun yetkinlik yaşına çatandan sonra miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariusa müraciəti də səmərəsiz olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən İddiaçı1 miras açılandan sonra 10.08.2019-cu ildə yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyəti əldə etdi yini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı1 mirası qəbul etmə müddətini üzrlü səbəbdən buraxmışdır və bu səbəbdən də onun tələbi təmin olunmaqla birinci növbə vərəsə kimi mirasdan digər vərəsələrlə bərabər pay almaq hüququ təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı2 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10316/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsini İddiaçı2 apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar q əbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Kassatorun mərhum anası Şura Hüseynova istər miras qoyanın sağlığında, istərsə də onun ölümündən sonra miras olan mənzildə yaşasa da apellyasiya instansiyası məhkəməsi mərhum Şura Hüseynovanın miras əmlakı faktiki qəbul etməməsi barədə səhv nəticəyə gəlməklə göstərilən maddi normanın tələblərini pozmuşdur. Kassator ona məlum olmayan səbəblərdən birinci instansiya məhkəməsinin iclas zalına burax ılmadığı üçün mərhum anasının mirası faktiki qəbul etməsi haqqında sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə onun məhkəməyə dəvət etdiyi şahidləri dindirməkdən imtina etmiş və bu zaman kassatorun birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmədiyi üçün sübutları məhkəməyə təqdim edə bilmək imkanından məhrum olmasını nəzərə almamışdır. MPM-in 77.3-cü maddəsinin tələblərinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin birinci instansiya məhkəməsinin qeyd edilən prosessual normanın tələblərini pozmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntunu törətmişdir. Kassator tərəfindən məhkəməyə dəvət edilən şahidlər icl as zalına buraxılmamışdır. Məhkəmə sübutlara obyektiv qiymət verməməklə həmin prosessual hüquq normasını pozmuşdur. Məhkəmənin hazırkı qətnaməsi prosessual hüquq normalarına dəqiq əməl edilməklə çıxarılmadığı üçün qanuni hesab edilə bilməz. Cavabdeh1 (vəkil X19) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10316/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 və qızı X16 06.03.2018-ci il tarixdə yəni miras ın açıldığı andan 21 gündən sonra 45 saylı notariat ofisinə ərizə ilə müraciət etməklə miras əmlakı olan mənzili qəbul etmişdirlər. İş üzrə İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətində qeyd edir ki, “mən bibimlə (yəni İddiaçı2) və nənəmlə (yəni Şura Hüseynova) mütamadi əlaqə saxlamışam və gəlib qetmişəm. Sonuncu dəfə şəxsiyyət vəsiqəni aldıqda məni rayon qeydiyyatı kimi göstərsələr də, mən həmin mənzildə qeydiyyatdayam”.... “Belə ki, bu günə qədər mən həmin evdə qeydiyyatdayam. X5 sağ ikən heç bir problem yox idi, nənəm hər zaman bildirirdi ki, sənin bu evdə payın var və onu verəcəyik. Hal-hazırda atasının ikinci həyat yoldaşı onun payını mənimsəyib. Atasının ölümündən sonra, bu günə qədər notariusa və məhkəməyə ərizə ilə müraciət etməməsinin səbəbi həmin ünvanda qeydiyyatda olduğu üçün idi. Həmçinin, nənə sağ olduğu üçün fikirləşirdi ki, heç bir problem olmaz. Mən miras qoyanın doğma qızı olduğunu təsdiq edən sənədlərin əslini şikayətə əlavə edirəm. Mən ailə qurduğum üçün və rayonda yaşadığıma görə bu işlərdən xəbərsiz olmuşam. Ancaq nənəm deyirdi ki, “vermişəm məhkəməyə evi öz adıma qaytaracam. Bu səbəbdən müdaxilə etməmişəm”. Gördüyünüz kimi, İddiaçı1 yazılı sübutu ilə (apellyasiya şikayətidir) qeyd edir ki, nənəsi X12 X4nun 15.02.2018-ci ildə ölümündən sonra məhkəməyə müraciət etmişdir və bu barədə ona xəbər vermişdir. İddiaçı1 mütamadi olaraq bibisi İddiaçı2 və nənəsi Şura Hüseynova ilə əlaqə saxlamışdır və gəlib getmişdir. Onun rayonda yaşaması həmin dövrdə digər sübutla təkzib edilir. Belə ki, iş üzrə 45 saylı notariat ofisi 24.05.2021ci il tarixli məktub ünvan 2 ünvana göndərilmişdir. Onun mübahisəli mənzildə qeydiyyatda olduğu da həqiqətə uyğun deyil. Ailə qurduğu üçün və rayonda yaşadığı üçün mirasın qəbulunu qanunla müəyyən olunmuş müddətində etməmişdir. Üzürlü səbəb kimi sayılmasını apellyasiya məhkəməsi tərəfindən bu hallara hüquqi qiymət verilməmişdir və maddi hüquq normalar tətbiq olunmamışdır. Ona görə ki, mirası qəbul etmə İddiaçı1 ailə qurmağa mane olmurdu və rayonda yaşamadığı halda (ehtimal edək ki, yaşadığı halda) 15.02.2018-ci ildə atasının ölümündən sonra (Səmanın 17 yaşı var idi) lap elə Səmanın 10.08.2019-cu ildə 18 yaşına çatandan sonra notariat kontoruna mirasın qəbulu haqqında və ya məhkəməyə atalığın müəyyən olunması haqqında ərizələrin verməyi bir başa özünün və ya himayəçilərin vasitəsilə hüququ və im kanı var idi. Hətta bu hallar ərizələrin verilməsi üçün maneə olmurdu. İddiaçı1 cəlb etmiş bibisi İddiaçı2 26.05.2021-ci il tarixdə Səmanın 18 yaşı tam olduğundan, yəni 21 aydan sonra Qaradağ rayon məhkəməsinə hazırki iş üzrə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçılar mirası qəbul etmə müddətinin üzürsüz səbəbdən ötürüldüyü qənaətə gəlmiş rayon məhkəməsi haqlı olmuşdur. İddiaçılar buraxılmış müddətin üzürlü sayılması və uzadılması barədə məhkəmədən xahiş etmədiyi halda və başqa səbəblərini göstərmədiklərini apellyasiya şikayətlərindən (iddia ərizəsindən) aydın görsənir. Lakin apellyasiya məhkəməsi İddiaçı1 vərəsəliyin qəbulu ilə müddətin buraxılmasını, atalıq faktı müəyyən edilmədiyindən onun 10.08.2019-cu ildə tam yetkinlik yaşına çatandan sonra mirası qəbul etmə müddətini üzürlü səb əbdən buraxılması və bu səbəbdən onun tələbi təmin olunmaqla birinci növbə vərəsə kimi mirasdan əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə digər vərəsələrlə bərabər pay almaq hüququnu təmin etmişdir. İş üzrə müəyyən olunmuşdur ki, X18 15.02.2018-ci ildə vəfat etməsi ilə bağlı vərəsəlik açılmışdır. 04.12.2019-cu ildə Hüseynova Şura Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqında” (yəni oğluna öncə bağışladığı mənzili qaytarması ilə) iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı1 həmin anda 18 yaş 03 ay 24 gün yaşı var idi. Eyni vaxtda İddiaçı1 atasından miras əmlakı qəbul etməsi ilə bağlı həm notariusa vərəsəlik şəhadətnaməsinin verilməsi ilə, həm məhkəmələrə vərəsəliklə və ya atalığın müəyyən olunması ilə bağlı müraciət edə bilərdi. Laki n, ailəni qurduğundan, güya rayonda yaşamasından, güya həmin mənzildə qeydiyyatda olduğundan, hətta nənəsinin sağ olduğundan və onun payının həmin mənzildə güya mövcud olduğu fikirləşdiyindən və nənənin həmin payın ona verəcəyindən arxayın olduğundan nə məhkəməyə nə notariusa müraciət etməməsini səbəb kimi göstərmişdir. Qanunla nəzərdə tutulmuş mirasın qəbulu ilə bağlı 3 ayın 6 dəfə ötürülməsindən sonra notariat və məhkəməyə müraciət etmişdir. Müddətin buraxılmasının səbəbini yuxarda qeyd etdiyi kimi etmiş və buraxılmış müddətin üzürlü səbəbdən buraxılmasını hesab etməklə uzadılmasının xahiş etməmişdir. İddiaçı1 mütamadi olaraq bibisi və nənəsi ilə əlaqə saxlamış və gəlib gedirdi. Belə olan halda Qaradağ Rayon Məhkəməsinin İddiaçı1 iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, o, mirasın qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəblərdən ötürmüşdür. Bu səbəbdən, haqlı olaraq, iddia tələbi İddiaçı1 münasibətdə təmin edilə bilməz. Lakin, apellyasiya məhkəməsi qeyd olunan maddi hüquq normaları pozmuşdur və üzürlü səbəb olmadan buraxılmış müddətin üzürlü kimi hesab etməklə əsassız olaraq uzadılmışdır. Apellyasiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, İddiaçı1 yetkinlik yaşına çatanadək həm ana, həm də ata himayəsindən məhrum olmuşdur. Atalıq faktı müəyyən edilmədiyindən onun yetkinlik yaşına çatandan sonra miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariusa müraciəti də səmərəsiz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin Başçısının 02.09.2008-ci il tarixli 177 saylı Sərəncamı ilə İddiaçı1 X3 qəyyum luğuna verilmişdir. Həmin İcra Hakimiyyəti Başçısının 18.04.2019-cu il tarixli Sərəncamı ilə İddiaçı1 X3 himayəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki (33 mad.) və Ailə (114.116,136 mad.) Məcəllələrinin tələblərinə əsasən yetkinlik yaşına catmayan uşağların hüquqlarını onlara təyin olunmuş himayyədarlar və qəyyumlar təmsil etməklə (tam hüquqlu valideynlər kimi) həyata keçirirlər. Onlar İddiaçı1 valideynləri kimi həm notariusa vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında, həm atalığın tanınması barədə ərizələri ilə məhkəmələrə müraciət edə bilərdilər. Əgər apellyasiya məhkəməsi İddiaçı1 himayyəsiz qaldığı və olduğu üçün notariat və məhkəmə orqanlarına müraciət etməməsinin səbəbini üzürlü etməklə mirasın qəbul etmə müddətini uzadılmış kimi haqlı hesab etmişdirsə onda işin materialla rı ilə bu tezis (əsas) sənədlə təsdiq olunmalı idi. Lakin, əksinə olaraq, apellyasiya məhkəməsi Masallı Rayon İcra Hakimiyyətinə sorğu vermədən, qəyyumsuz və himayyəsiz olub-olmaması barədə cavabını almadan əsassız olaraq səhvə yol verməklə İddiaçı1 himayəsiz və qəyyumsuz qalmasının və bu səbəbindən buraxılmış müddətin üzürlü səbəb kimi hesab edərək, İddiaçı1 izahatını yoxlamadan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi sübutların təmin etmədən, obyektib, qərəzsiz, hərtərəfli və tam baxa bilmədiyindən həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Cavabdeh1 (vəkil X19) məhkəməyə vəsatət verərək, kassasiya şikayəti verilmiş mülki işin mürəkkəb xarakterli olmasını, hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasına əsaslar olduğu üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 (vəkil X19) kassasiya şikayətinə etiraz edərək, İddiaçı2 Mehralı qızının kassasiya şikayətinin təmin olunmamasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı2 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İddiaçı2 qətnamənin apellyasiya şika yətinin təmin olunmamış hissəsində, Cavabdeh1 qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiə si üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vər əsəliyini istisna edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəb ul oluna bilər. 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı q ayda nəzərdə tutulmasın. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edər kən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini mü əyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s.) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s. baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüqu qları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi s ənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbu l edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutl arı rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəmə sinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 iddiası üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissə üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı2 iddiası üzrə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı1 iddiası üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə «… İddiaçı1 yetkinlik yaşına çatanadək həm ana, həm də ata himayəsindən məhrum olmuşdur. Atalıq faktı müəyyən edilmədiyindən onun yetkinlik yaşına çatandan sonra miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariusa müraciəti də səmərəsiz olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən İddiaçı1 miras açılandan sonra 10.08.2019-cu ildə yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyəti əldə etdiyini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı1 mirası qəbul etmə müddətini üzrlü səbəbdən buraxmışdır və bu səbəbdən də onun tələbi təmin olunmaqla birinci növbə vərəsə kimi mirasdan digər vərəsələrlə bərabər pay almaq hüququ təmin edilməlidi r.» Qeyd edilməlidir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 xx.xx.2001-ci ildə anadan olmuşdur. Onun anası Şəhla Abdullayeva 2007-ci ildə, yəni iddiaçı 6 yaşında olarkən, atası Eynulla Hüseynov isə 15.02.2018-ci ildə, yəni iddiaçının 17 yaşı olarkən vəfat etmişlər. İddiaçı1 10.08.2019-cu ildə yetkinlik yaşına çatmış və tam həcmdə mülki hüquq fəaliyyət qabiliyyəti qazanmışdır. Apellyasiya instansiyası məhkəməsi məhz İddiaçı1 atalığının müəyyən olunmaması, anasının onun 7 yaşı olarkən ölməsi, o cümlədən miras açılarkən və ondan sonra, yəni miras əmlakın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən də onun adından və onun mənafeyi üçün hərəkət edə bilən qanuni nümayəndə, yaxud himayəçisinin olmadığını qeyd etmişdir. Lakin bu nəticəyə gələrkən məhkəmənin hansı mötəbər sü butlara istinad etməsi müəyyən edilmir. Bu nəticəyə gələn məhkəmə ilkin olaraq İddiaçı1 anasının vəfatından sonra onun üzərində qəyyum və ya himayəçi təyin olunubolunmamasını mötəbər sübutlar əsasında müəyyən etməli idi. Belə olan halda işin bütun halları üzrə mövcud olan sübutların qarşılıqlı olaraq qiymətləndirilməsi təmin edilmədən iddiaçının mirasın qəbul edilməsi üçün müraciət etmək imkanına malik olmamasının müəyyən edilməsi işin halları baxımından düzgün olmamışdır. Məhz bu imkana malik olmaması faktına istinad edən məhkəmə iddiaçının mirasın qəbulu üçün müddəti ötürməməsi nəticəsinə gəlmişdir. Lakin bu halda ilk olaraq nəzərə alınmalı idi ki, iddiaçının mirasın qəbulu müddətinin uzadılması ilə bağlı müraciəti olmamışdır, belə bir müraciətin (iddia və digər formada ifadə edilmiş i radəsi) olmadığı halda məhkəmə müddətin ötürülməməsi ilə nəticəyə gələ bilməzdi. Bununla yanaşı qeyd edilməlidir ki, maddi hüquqi baxmından mirasın qəbulu ilə bağlı müddəti keçməsi halında müddətin bərpasının deyil, müddətin uzadılması məsələsinin həlli mümkündür. İşin aşkar olan halı ondan ibarətdir ki, miras açılandan qısa bir müddət sonra müvafiq olaraq qanuni vərəsələr tərəfindən miras qəbul edilmiş və mirasının cavabdeh tərəfindən qəbul olunmasından uzun müddət keçmişdir. Belə olan halda isə əmlak üzərində pay müəyyən edilərkən miras əmlakın mövcud olması, miras əmlakın qanun üzrə digər vərəsələr tərəfindən artıq qəbul edilməsi, mirası qəbul edən vərəsələrinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, məhz İddiaçı1 mirasın qəbulu ilə bağlı digər vərəsə lərə verilmiş şəhadətnaməni mübahisələndirməsi ilə bağlı tələbinin olmaması nəzərə alınmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, İddiaçı1 atası E.Hüseynov 15.02.2018-ci ildə vəfat etmiş və bu fakt ona həmin vaxt məlum olmuşdur (iddiaçı atasının vəfat etməsindən məlumatsız olmasını icraatın hər hansı bir mərhələsində qeyd etməmişdir). Belə olan halda hazırkı iddia tələbinin irəli sürülməsindən əvvəl onun atalığın müəyyən edilməsi və miras əmlakın qəbulu ilə bağlı müraciət etmək imkanı olmuş, lakin bu imkandan vaxtında istifadə etməmişdir. Belə ki, mülki qanunvericilik mirasın qəbul edilməsi ilə bağlı xüsusi müddətlər müəyyənləşdirmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə müvafiq olaraq vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bi lər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında qeyd olunur ki, “Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə e tməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).” Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 iddiası üzrə apellyasiya instansiyası məhkəməsinin nəticəsi maddi hüquq normalarının tələbinə uyğun hesab edilə bilməz. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 iddiasının təmin olunan hissəsində ləğv olunaraq yeni qərar qəbul edilməklə iddia rədd edilməli, digər hissədə isə qətnamə dəyidirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10316/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılaraq, iddia rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2199/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2199/2022
05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver