Məhkəmə qərarları › İş №2(102)-22/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-22/2023

30.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-22/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-22/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi, ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbin ə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)691/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında 25 oktyabr 2019-cu il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən Bank borcalana ******* manat məbləğində, illik maksimum 28%, minimum 1 ay, maksimum 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit vermişdir.

2. Bank ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 01İSMLİ/19-1 saylı ipoteka müqaviləsinə ə sasən Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin ilkin satış qiyməti 22000 manat məbləğində müəyyən edilmişdir.

3. Bank ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0.282 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Yü klülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin ilkin satış qiyməti 22000 manat məbləğində müəyyən edilmişdir.

4. Bank ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 01İSMLİ/19-3 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilmişdir.

5. Cavabdeh2 əri Cavabdeh1 məxsus ipoteka predmetlərini Bank qarşında ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir.

6. Bank ilə Cavabdeh1 arasında bağlanmış 8 noyabr 2019-cu il tari xli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 129990 manat məbləğində aylıq 6 faiz hesablanmaqla 59 ay müddətinə kredit verilmişdir.

7. Bank tərəfindən Cavabdeh1 pretenziya və ipoteka predmetlərinəməhkəmə qaydasında tutmanın yönəldilməsi barədə bildirişlər göndərilmişdir. Bildirişlər AR ƏMDK yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın xeyrinə Cavabdeh1 xx.xx.2019-cu il tarixli 01İSMLK/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 120.389.11 AZN, fai z borcu üzrə 6,202.39 AZN olmaqla, cəmi 126.591.15 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsi üzrə 126.591.15 AZN borcunun və Bank tərəfind ən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun tutularaq Banka ödənilməsi, ipoteka predmetləri olan: ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min); Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan: Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldikd ə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədiyindən, tələb olunan məbləğdə borcu yaranmışdır.

10. Qəbələ Rayon Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası tə yin edilmiş, «X1» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin bazar dəyəri 64000 manat, likvid qiyməti 57600 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin bazar dəyəri 32300 manat, likvid qiyməti 29070 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsinə bazar dəyəri 19700 manat, likvid qiyməti 17730 manat müəyyən edilmişdir.

11. Qəbələ Rayon Məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli, 9/9330 saylı ekspert rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 Banka olan borcu aşağdakı kimi müəyyən olunmuşdur: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 120388.77 manat, faiz borcu üzrə - 6200.02 manat.

12. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-17/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilərək, 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 saylı kredit müqaviləsi üzrə 120388.77 manat əsas borc, 6200.02 manat faiz borcu olmaqla, cəmi 126588.79 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evin və torpaq sahələrinin açıq hərracdan satılması, Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 57600 manat, Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 29070 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 22000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsai t hesabına borcun Banka ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana - Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahələrinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinin boşaldılması, hər iki ekspertiza xərclərinin Cavabdeh1 tutulması, id dianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli 01İSMLƏ/19 kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9330 saylı rəyinə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 120388.77 manat və faiz borcunun 6200.02 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən Cav abdeh1 Bankın xeyrinə əsas borcu üzrə 120388.77 manat və faiz borcu üzrə isə 6200.02 manat borcun tutulmasını əsaslı hesab etmişdir.

14. Məhkəmə tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, borcalan tərəfindən öhdəliklər lazımı qaydada icra edilmədiyindən tutma ipoteka predmetlərinə yönəldilməli və əmlaklar açıq hərracdan satılmalıdırlar.

15. Məhkəmə həmçinin, təqdim edilmiş «X1» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyi bağlı qeyd etmişdir ki, təqdim edilmiş rəydə Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qiymətləndirilməmiş, yalnız həmin evin yerləşdiyi 0.282 ha torpaq sahəsinin bazar və likvid dəyəri hesablanmışdır. Odur ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə münasibətdə xx.xx.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsində göstərilən qiymət – 22000 manat əsas götürülməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 319, 385.1, 386.1, 442, 445, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissələrində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-691/2022 nömrəli mül ki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə araşdırma aparılaraq iş üzrə düzgün nəticəyə gəlinmişdir. Cavabdeh (apellyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə cavabdehin borcu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borcu üzrə 120388.77 manat və faiz borcu üzrə isə 6200.02 manat borcun tutulmasını əsaslı hesab etmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd etmişdir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. apellyasiya şikayətində faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Çünki hazırki işin icraatı birinci instansiya məhkəməsinin icraatı zamanı kifayət qədər çox uzanmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin dəyərinin “ilkin satış qiy məti kimi” göstərilməsinə münasibət bildirərək qeyd etmişdir ki, təqdim edilmiş 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyində Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qiymətləndirilməmiş, yalnız həmin evin yerləşdiyi 0.282 ha torpaq sahəsinin bazar və likvid dəyəri hesablanmışdır. Odur ki, birinci instansiya məhkəməsi Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə münasibətdə xx.xx.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsində göstərilən qiymət – 22000 manat əsas götürməklə düzgün nəticəyə gəlmişdir.

22. Kollegiya hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd etmişdir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifad əsində olan “AZEMİS” vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı Bank hüquqi şəxs (VÖEN **********), Cavabdeh1 (VÖEN **********), həmçinin Cavabdeh2 da fərdi sahibkar statusuna (VÖEN **********) malik olması müəyyən edilsə də, həmin kreditin məhz sahibkarlıq məqəsədilə götürülməsi iş materialları ilə sübut olunmamışdır. Belə ki, iş materiallarının 14-15-ci səhifəsində olan xx.xx.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit müqaviləsinin 1-ci bəndinin a) yarımbənbindən görünür ki, yalnız kredit sözünün qarşısına işarə qoyulmuş, digər bəndlər işarələnməmişdir. İkincisi, qeyd olunan müqavilənin 1.4-cü bəndindən görünmüşdür ki, kreditin məqsə di və təyinatı kredit məbləğinin 38217 manat hissəsi bank qarşısındakı xx.xx.2014-cü il tarixli, 44İSMLƏ/14 saylı, 91773 manat hissəsi isə bank qarşısındakı xx.xx.2014-cü il tarixli, 30İSMLƏ/14 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcək. Apellyasiya icraatı zamanı sorğu əsasında məhkəməyə təqdim edilmiş 30 iyun 2014-cü il tarixli, 30İSMLƏ/14 nömrəli və 24 noyabr 2014-cü il tarixli, 44İSMLƏ/14 nömrəli əlavə kredit müqavilələrinin bank tərəfindən təsdiqlənmiş surətinin 1.4-cü bəndindən görünmüşdür ki, kreditin məqsədli təyinatı istehlak məqsədidir. İstehlak krediti də günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur. Göründüyü kimi cavabdehlər fərdi sahibkar statusuna malik olsalar da, bankdan götürül müş kreditlərin məqsəd və təyinatı birbaşa onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, şəxsi istehlak məqsədi daşımışdır. Ona görə də kollegiya belə qənaətə gəlmişdir ki, işə mahiyyəti üzrə ümumi məhkəmədə baxılması düzgün olmuşdur.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 385, 386.1, 442, 445, 448.2, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.1, 59.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd etdiyi halların heç biri araşdırılmamış və ümumiyyətlə iş üzrə sübutlara düzgün qiymət verilməmişdir. Kassator sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halı nəzərə almamasından, aidiyyat məsələsinin araşdırılmamasından, borcun düzgün hesablanmadığını və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilməməsindən narazı olduğunu qeyd etmişdir.

26. Kassator qeyd etmişdir ki, əmlakların hamısında evlər mülklər ola ola yalnız torpaq sahələri qiymətləndirilmişdir. Qəbələ şəhərində 0.16 ha torpaq sahəsində faktiki olaraq 2 villa, digər Kiçik Əmirli kəndində olan torpaq sahəsində də villa mövcud olmuşdur. Həmçinin orda əlavə olaraq yeni tikilmiş ferma da olmuşdur. Bunların hamısını kassator tərəfindən 500.000 manat məbləğinə satışa qoyulmuşdur. Orda əlavə olaraq 8 hektar da torpaq sahəsi də var idi (girovda olmayan). Həmçinin, borc hədsiz dərəcədə çox olmuş və Bank tərəfindən hədsiz şişirdilmişdir.

27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 178-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 26-30, 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin fai zlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

30. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

31. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata k eçirilir.

32. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

33. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

34. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyy ən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş m üddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu

42. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

43. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin v axtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

44. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun

45. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

46. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlik də yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 1 iyul 2022-ci t arixli Qərarı

54. İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ipoteka predmetləri olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsi istisna olmaqla, qalan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, kassator kassasiya şikayətində qeyd etmişdir ki, ipotekaya qoyulmuş torpaq sahələrində evlər olduğu halda yalnız torpaq sahələri qiymətləndirilmişdir. Qəbələ şəhərində 0.16 ha torpaq sahəsində faktiki olaraq 2 villa, digər Kiçik Əmirli kəndində olan torpaq sahəsində də villa mövcud olmuşdur. Həmçinin orda əlavə ol araq yeni tikilmiş ferma da olmuşdur. Bu dəlil apellyasiya şikayətində də qeyd olunmuşdur.

59. Kassatorun Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinə dair qiymətləndirmə rəyləri alınarkən yalnız torpaq sahələrinin qiymətləndirilməsi və işə baxan məhkəmələrin də ilkin satış qiymətini yalnız torpaq sahəsinə münasibətdə təyin etmələri barədə dəlili iş materialları ilə də təsdiq edilir.

60. Lakin apellyasiya instansiyası məhkəməsi bu dəlil ilə bağlı hər hansı bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

61. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-c i maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 1 iyul 2022-ci tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.”

62. Göründüyü kimi KMP-nin qeyd edilən qərarında ifadə edilən hüquqi mövqe digər məsələlərlə yanaşı boş torpaq sahəsi kimi ipotekaya qoyulmuş əmlaka edilən yaxşılaşdırılmaların torpaq sahəsi ilə birl ikdə qiymətləndirilməsini və həmin qiymətlə hərraca çıxarılmasını istisna etmir.

63. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsi və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinin yenidən qiymətləndirilməsi ekspertizası təyin edilməli, həmin torpaq sahələrinin üzərlərində mövcud olan daşınmaz əmlaklarla birlikdə qiymətləndirilməsi aparılmalı və bu qiymətləndirməyə uyğun olaraq qeyd edilən torpaq sahələrinin ilkin satış (likvid) qiyməti müəyyən edilməlidir.

64. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ipotekaya qoyulmuş torpaq sahələri üzərində inşa edilmiş və mülkiyyət hüququ reyestrdə qeydə alınmamış daşınmaz əşyaların torpaq sahələri ilə birlikdə qiymətləndirilməsi o halda mümkündür ki, həmin daşınmaz əmlaklar öz təyinatına, texniki və seysmik göstəricilərinə görə müəyyən olunmuş normativlərə cavab verməli, həmin tikilidən istifadə edən şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalı, üçüncü şəxslərin qanunla qorunan hüquqlarını və mənafelərini pozmamalıdır. O cümlədən həmin tikililər təyinatı üzrə ayrılmış torpaq sahələrində inşa edilməlidir.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinin ilkin satış (likvid) qiymətinə aid hissədə qətnamə qismən ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

66. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

67. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin qalan hissələrinə münasibətdə kassasiya şikayətində qeyd edilən dəlillər formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təsdiq edilmir. Ona görə də qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmi ş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-691/2022 nömrəli 17 may 2022-ci il tarixli qətnaməsi Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 16 sot torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 53 sot torpaq sahəsinin ilkin satış (likvid) qiymətinə aid hissədə ləğv edilsin. İş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar