Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-220/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vəliyeva Təranə Müseyib qızının və onun vəkili Quliyeva Nurlana Nazim qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)7289/2021 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs X2 tərəfindən birgə verilmiş bi rgə kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, həmin evlilikdən 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı cavabdehlə həmin evdə yaşamışdır və uşaqları da həmin ünvanda qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları - 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən iki mərtəbəli, 2 otaq, 2 dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri əvvəl normal olsa da, bir müddətdən sonra pozulmağa başlamışdır. Ailə münasibətləri pozulanadək Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən sənədsiz, özbaşına tikili olan 2 mərtəbəli, ümumi sahəsi 38,88 kv.m olan, cəmi 2 otaq, 2 dəhliz və 1 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh münasibətləri pozulduqdan sonra onu müxtəlif bəhanələrlə evdən çıxartmışdır. Dəfələrlə həmin evə qayıtmağa çalışsa da, cavabdeh onu evə buraxmamışdır. O, evsiz qalmışdır. Azyaşlı uşaqları onun himayəsindədir lər. Cehiz əşyaları həmin evdədir. Evin sənədi yoxdur, özbaşına tikilidir. Ev vəfat edən baldızının evi olmuşdur. 2014-cü ildən orada yaşamış, 2020-ci ilin iyun ayında oradan çıxmışdır. 2014cü ildə qaynatası və baldızı həmin evdə qalmışdır. 2014-cü ildən 2020-ci ilədək faktiki olaraq həmin mənzildə yaşamış, təmir və yaxşılaşdırmada iştirak etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, mənzilin xüsusi mülkiyyət olması mübahisə edilmir. İddiaya etiraz edir. İddiaçının ora rəsmi pasport qeydiyyatı yoxdur. İddia tələbini əsaslandırmaq üçün sosial kirayə müqaviləsinin normalarına istinad etmişlər. Lakin sosial kirayə müqaviləsi yoxdur. Tərəf etiraf edir ki, sözügedən mənzil qeyri-qanuni yollarla şifahi qaydada alğı-satqı ilə cavabdehin b acısı tərəfindən alınmışdır. Cavabdehin iddiaya cavab verməsi üçün onun mübahisəli mənzillə bağlılığının olması gərəkdir. İddiaçı iddia etdiyi halları sübut etməlidir. Çünki Cavabdeh həmin ünvanda yaşamır və ora ilə hüquqi bağlılığı yoxdur. Cavabdehin həmin mənzillə hüquqi bağlılığı olsa idi belə, birmənalı şəkildə Konstitusiya Məhkəməsinin qərarı vardır ki, bu mübahisələrin həlli 2009-cu ilə qədər Mənzil Məcəlləsinin 228-ci, 2009-cu ildən sonra isə Mənzil Məcəlləsinin 36-cı maddəsi ilə nizama salınır. Bayramov Novruzun cavabdeh qismində cəlb edilməsi üçün əsas yoxdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1065/21 saylı, 02 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin olunaraq İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan 09.05.2005-ci il təvəllüdlü X 3 və 09.05.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, evin fiziki cəhətdən mövcud olması BRİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş sxemlə və yetkinlik yaşına çatmayan uşaqların həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. Mübahisələndirilən ev özbaşına tikili olduğundan cavabdehin həmin evlə hüquqi bağlılığının rəsmi sənədlərlə təsdiq olunması onsuz da mümkün deyildir. Lakin yuxarıda qeyd edilən sxemdə göstərilən X1 cavabdehin bacısı olduğu mübahisələndirilən hal olmadığından və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları cavabdehin mübahisəli evlə bağlılığını dolayı yolla təsdiq edir. E yni zamanda cavabdehin iddiaya qəti şəkildə etirazı iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneənin olduğuna dəlalət edir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 27.2, 139.1, 180-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə Vəliyeva Təranə Müseyib qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2021 -ci il tarixli, 2(103)7289/2021 saylı qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh və üçüncü şəxs Vəliyeva Təranə Müseyib qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh kimi tanınması üçün hər hans ı hüquqi əsas yoxdur. Çünki Binəqədi Rayon İH Biləcəri Qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 23.02.2021-ci il tarixli arayışda ünvan 2 ünvanında yerləşən evin cavabdehə aid olmadığı təsdiq olunur. Bundan başqa, Biləcəri qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 534 saylı, 26.02.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, evdə Təranə Vəliyeva qeydiyyatdadır. Tikili özbaşına olsa da, uzun müddətdir ki, Təranə Vəliyevanın istifadəsi və sahibliyindədir, evin kommunal xidmət müqavilələri də onun adınadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında üçüncü şəxs T.Vəliyeva, onun (habelə Cavabdeh) vəkili Quliyeva Nurlana Nazim qızı kassasiya şi kayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlar ını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericili yinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Maddə
68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaş ayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzi fəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş və bu münasibətdən yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən ev, özbaşına tikilidir. İddiaçının uşaqları həmin ünvanda qe ydiyyatdadırlar. İddiaçı mübahisələndirilən evdə uzun müddət yaşadığını və cavabdeh tərəfindən münasibətləri pozulduqdan sonra 2020-ci ilin iyun ayında evdən çıxarıldığını iddia edərək hazırkı iddianı qaldırıb. Cavabdeh evin onunla bağlı olmadığını, evin əvvəllər bacısına aid olduğunu və onun iddiaya cavab verməli şəxs olmadığını bildirərək iddiaya etiraz etmişdir.
29. Məhkəmələr cavabdeh tərəfin etiraz dəlillərini araşdıraraq müəyyən etmişdir ki, evin fiziki cəhətdən mövcud olması Biləcəri qəsəbəsi üzrə İƏN tərəfindən təsdiq edilmiş sxemlə və yetkinlik yaşına çatmayan uşaqların həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. Mübahisələndirilən ev özbaşına tikili olduğundan cavabdehin həmin evlə hüquqi bağlılığının rəsmi sənədlərlə təsdiq olunması onsuz da mümkün deyildir. Lakin yu xarıda qeyd edilən sxemdə göstərilən X1 cavabdehin bacısı olduğu mübahisələndirilən hal olmadığından və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları cavabdehin mübahisəli evlə bağlılığını dolayı yolla təsdiq edir. Eyni zamanda cavabdehin iddiaya qəti şəkildə etirazı iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneənin olduğuna dəlalət edir.
30. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ə sasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
33. Aşağı instansiya məhkəmələri sadalananlara əsasən bu qənaətə gəlmişdir ki, iddiaçı hüquqi vəziyyətinə görə özbaşına tikili sayıl an ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin s əmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyin in təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur.
34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.
35. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər mə hrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.
36. Cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda uşaqları ilə birlikdə yaşadığı və birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir.
37. Bundan başqa, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fər di yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
39. Kassasiya şikayətində cavabdehin evə heç bir aidiyyətinin olmaması, evin hazırda Təranə Vəliyevaya məxsus olması və bu işdə cavabdehliyi də Təranə Vəliyevanın daşımalı olduğu barədə dəlillər irəli sürülmüşdür. Həmin dəlillər apellyasiya şikayətində də göstərilmişdi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Təranə Vəliyevanı müstəqil tələb irəli sürməyən 3-c ü şəxs kimi işdə iştirak etməyə cəlb etmiş, və qeyd etmişdir ki, mübahisəli evdə qazdan və sudan istifadə üzrə Təranə Vəliyeva ilə müvafiq dövlət orqanları arasında bağlanmış müqavilələr iddiaçı evdən çıxarıldığı vaxtdan sonrakı dövrə təsadüf edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı mübahisəli evdə 2020ci ilin iyun ayına qədər yaşamışdır. Təranə Vəliyeva ilə bağlanmış müqavilələr isə 14.12.2020-ci və 11.01.2021-ci il tarixlərdə tərtib olunmuşdur.
40. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz tə sdiqini tapmır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh və X2 verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)7289/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.