Məhkəmə qərarları › İş №2(102)-2201/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2201/2022

18.05.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2201/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2201/22 Açar sözlər: qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanması tələbi Bakı şəhəri, 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəl i sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10043/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh “Gilan X3” MMC ( bundan sonra cavabdeh ) ilə bağlanmış xx.xx.2017-ci il tarixli, MPP 022/2017 saylı icarə müqaviləsinə əsasən 1 mərtəbəsində yerləşən yeraltı qarajda n 174 nömrəli bir ədəd parking yeri 100 manat müqabilində 1 il müddətinə icarəyə vermiş və müqavilənin müddəti bitdikdə tərəflərdən heç biri xitam niyyəti barədə yazılı müraciət etmədikdə, müqavilə eyni müddətə uzadılmış hesab olunmuşdur.

2. Cavabdeh2 MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən tərəflər Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 129, 133, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 ünvanında yerləşən 5 bina, 7 blok, 485 mənzildən ibarət yaşayış kompleksinin, müvafiq kompleksə aid olan qeyri-yaşayış sahələrinin, zirzərmi sahələrinin idarəçiliyini təşkil edərək bununla bağlı təsərrüfat fəaliyyəti həyata keçirməyi, birgə təsərrüfatın “X3” MMC-nin tam təsərrüfat ixtiyarında o lmasını razılaşdırmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır.

4. Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlamış AN-İ ******* nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümimi sahəsi 19,05 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 23.750 manata satılmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşın maz əmlakın Dövlət reyestrindən 587088 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC-nin üzərinə onunla Bakı şəhəri, Ə.Ələkbərov 89 ünvanında yerləşən “Mirvari Park” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli bir ədəd parking yerinin mövcud bazar qiymətləri ilə alğı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı ərizəsinə əlavə verərək Cavabdeh2 MMC və fiziki şəxs Cavabdeh3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" MMC-nin 395 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunun, AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40- 05301-083147 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alğı-satqı müqaviləsinin və AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ilə cavabdeh "X2" MMC arasında eyni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "X2" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda “Mirvari Park" yaşayış kompleksinin D1 bloku, 24 saylı mənzil idd iaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı pay haqqını tam ödəməklə “Gilan X2" MMC-dən 2014-cü il tarixdə satın almışdır və 2017-ci il tarixdən sözügedən mənzildə yaşayır. Ailəsinə məxsus nəqliyyat vasitəsinin saxlanılması üçün qaraja ehtiyacı olduğundan onun tərəfindən 01 iyul 2017-ci il tarixdə “Gilan X2" MMC ilə “Mirvari Park" yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli 1 ədəd parkinq yerinin aylıq ƏDV daxil 100 manat icarə haqqı ödənilməklə, icarəyə götürülməsinə dair 022/2017 nömrəli icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsi hal-hazırda qüvvədədir və həmin icarə müqaviləsi əsasında iddiaçı üç ildir ki, aylıq icarə haqqını ödəməklə qarajda parkinq yerindən istifadə edir. Bundan əlavə, onun tərəfindən hər ay cavabdeh təşkilata kommuna l xərclərə və ümumi əmlakın saxlanılmasına görə aylıq 175 AZN pul ödənilir. İddiaçıya yaxın vaxtlarda məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən binanın qarajında olan parkinq yerləri satılır. Qaraj sahəsini satın almaq üçün cavabdehə müraciət etsə də, cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan parkinq yerini alğı-satqı müqaviləsi bağlamaqla iddiaçıya satmaqdan imtina etmişdir. Binanın qarajında yerləşən parkinq yeri icarə müqaviləsi üzrə iddiaçının sahibliyində və istifadəsində olduğundan sözügedən parkinq yerini satın almaqda iddiaçının üstünlük hüququ vardır. Lakin cavabdeh tərəfindən bu hüququnun həyata keçirilməsi təmin edilmir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X1 izahat verərək bildirir ki, əmlakın mülkiyyətçisi Cavabdeh2 MMC -dir. Vətəndaşlar qarajdan istifadə ilə bağlı onlara müraciət edir, onlar da buna görə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Həmin qarajla bağlı Cavabdeh3 ilə notarial qaydada alğı-satqı edilmişdir. İddiaçıla bağlı isə Cavabdeh2 MMC-nin heç bir öhdəliyi yoxdur. İddaçının nümayəndəsi ilə dəfələrlə telefonla əlaqə saxlayaraq qarajın satılması ilə bağlı məlumat verilmiş, komendant tərəfindən qarajın alınması ona təklif edilmişdir,lakin onlar qiymətlə razı olmayaraq qarajı almamışdır. Satıcı öz əmlakı barəsində müstəqildir, əmlakını kimə istəsə sata bilər. Qarajla bağlı çıxarış 2019-cu ildə əldə edilmişdir, “X3” MMC isə həmin əmlakın idarəsi və icarəsi ilə məşğul olmuşdur. İddianın rədd olunmasını xahiş etmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinc i instansiya məhkəməsi) 2(004)-265/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi(hakim G.Axundova) ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş, o, öz əmlakı barəsində sərbəst sərəncam verərək əmlakı satmış və bu hərəkəti ilə iddiaçının hüquqlarını pozmamışdır. İddia tamamilə əsassızdır. İddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.5, 152.1, 152.5, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verilərək, qətnamənin qətnamən in dəyişdirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10043/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və B.İbayev ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli qeyri–yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 MMC öz əmlakı üzərində sərəncam verməkdə sərbəst olmuş, məhz bu hüququndan çıxış edərək həmin əmlakı 2017-ci ildə iddiaçıya kirayəyə vermiş, 2020-ci ildə i sə digər Cavabdeh3 satmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə onun icarə müqaviləsi olduğu qeyd edilsə də, müqavilənin predmeti olan əmlakın təyinatından, habelə bu müqavilənin bağlanmasının məqsədlərindən və tərəflərin hüquqi vəziyyətindən müəyyən edilir ki, əslində tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin barəsində əmlak kirayəsi müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək və ya bəhərindən yararlanmaq məqsədi ilə deyil, yalnız öz avtomobilini park etmək üçün istifadə etmişdir. Bu münasibətlərin hüquqi əsasını isə Mülki Məcəllənin 675-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, ki rayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 699.3-cü maddəsinə əsasən əgər kirayəyə verilən əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. Göründüyü kimi, mülki qanunvericilik əmlak kirayəçisinin kirayə verilən əmlakın özgəninkiləşdirilməsi zamanı yalnız bir halda üstünlük hüququnu müəyyən etmişdir ki, bu da kirayə verilən əşyanın yaşayış otağı olduğu haldır. Hazırkı mülki mübahisənin predmetini isə qeyri-yaşayış sahəsi təşkil edir. Bunlarla yanaşı, iddiaçının özünün də bildirdiyi kimi, onun istifadəsində olan mübahisəli qeyri-yaşayış sahəsi satış məqsədi ilə mülkiyyətçi tərəfindən ilk növbədə ona təklif edilmiş, lakin iddiaçı satış qiymətinin onun təklif etdiyi məbləğdən çox olduğu səbəbi ilə təklifi qəbul etməmişdir. Yalnız bundan sonra həmin qeyri-yaşayış sahəsi digər Cavabdeh3 satılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiya bu qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi özgəninkiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş və bu əqd üçüncü şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinə dair icarə hüquqlarının pozulması faktına, iddiaçının satın almaqda üstünlük hüququnun pozulması faktına hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-nin adına rəsmiləşdirilməsinin hüquqi etibarlılığını və iddiaçının qanunvericilikdən irəli gələn satın almaqda üstünlük hüququnun pozulması ilə Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığını ümumiyyətlə araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmamış, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayəti nə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

22. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Maddə 699.3. Əgər kirayəyə verilən əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya şikayətin də qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yarad ıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10043/2021 nömrəli mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar