Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2203/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil Ələddin qızının iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, mənzilin boşaldılması və istifadə hüquqlarının itirilməsi tələbinə Bakı Apelyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-2414/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında 27 iyun 2008-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 24% ödəməsi şərtilə 36 ay müddətinə 88 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliyinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmi şdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. “xxxx” ASC (bank) Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında 27 iyun 2008-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 24% ödəməsi şərtilə 36 ay müddətinə 88 000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin təminatı qismində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 k v.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, borcalan tərəfindən 2008-ci ildən etibarən mütəmadi olaraq, o cümlədən 17.02.2015-ci il tarixdə 1000 ABŞ dolları, 23.02.2015-ci il tarixdə isə 450 ABŞ dolları ödəniş həyata keçirilsə də sonradan heç bir ödəniş olunmadığını bildirmiş, buna görə də 59 188,07 manat borcun Cavabdeh1 bankın xeyrinə tutulması, həmin vəsaitin ödənilməsi üçün ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satış yolu ilə realizə ed ilməsi, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 tutularaq bankın hesabına ödənilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bir aydan gec olmayaraq həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı ilə cavabdeh arasında 27 iyun 2008-ci il tarixli, 905 №-li təminatlı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, cavabdehə yaşayış sahəsinin alınması məqsədi ilə illik 24 % olmaqla, 36 ay müddətinə 88.000 (səksən səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq, ödənişlər müəyyən edilmiş qaydada ödənilməmişdir. Hal-hazırda borclu üzərinə düşən vəzifələri l azımı qaydada icra etməyərək kredit müqaviləsi üzrə ödənişləri ciddi şəkildə gecikdirir. Borclu tərəfindən hazırkı kredit müqaviləsi üzrə 2015-ci il ərzində 17.02.2015-ci il tarixində 1000 (min), 23.02.2015-ci il tarixində isə 450 (dörd yüz əlli) manat məbləğində ödəniş edilmişdir. Bundan sonra, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya məktubu 2015-ci ilin aprel ayında göndərilmişdir. Borcluya göndərilmiş pretenziya məktubu nəticə verməmişdir. Hal-hazırda borclunun 59.188,07 (əlli doqquz min səkkiz yüz səksən səkkiz manat yeddi qəpik) manat həcmində borcu qalmışdır. Tərəflər arasında imzalanmış 905 №-li 27 iyun 2008-ci il tarixli kredit müqaviləsinin 2.2.-ci bəndinə əsasən, borc verən borc alana 88.000 ABŞ dolları məbləğində kredit verilməsini ö hdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən, ödənişlər hər ay aparılmalıdır. Sözügedən müqavilənin 4.1.-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 905 saylı, 27 iyun 2008-ci il tarixli ipoteka müqaviləsidir. 'İpoteka haqqında" AR Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34-cü maddəsinə əsasən isə, əsas öhdəliyin, yaxud onun bir səsinin vaxtında icra olunmaması, əsas öh dəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl icraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından ipoteka saxlayanın ipoteka redmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(009)2116/2015 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.Bağırov) iddia tələbləri təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 373, 375, 377-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarının 4-cü bəndinə, AR Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər- A.İmanov (sərlik edən və məruzəçi), F.Talışinski və İ.Əsədov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 319, 385, 425, 442,448, 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 10.4, 33, 34, 59-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri nə istinad etmişdir. Kassasiya insiyasiyasında İ icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 02 mart 2017-ci il tarixli 2(102)1687/17 saylı qərarı ilə (sədrlik edən hakimlər Ə.Əliyev, Q.Allahverdiyev və G.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
9. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 27 iyun 2011-ci il tarixdə bitdiyindən cavabdeh tərəfindən 2015-ci ildə 2 dəfə edilmiş ödənişlər iddia müddəti bitdikdən sonra baş vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yeni apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi məsələsi müzakirə edilərkən borclunun müqavilənin müddətinin bitdi yi müddətdən sonrakı dövr ərzində ödənişlər edib-etməməsi araşdırılmalı və bununla bağlı müəyyən olunmuş hallara hüquqi qiymət verilməklə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat
10. Bakı Apelyasiya Məhkəməsi MK-nın 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər- M.Məmmədov (sərlik edən və məruzəçi), M.Bağrova və S.Məmmədov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Məhkəmə iddianı rədd edərkən iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Kassasiya insiyasiyasında İİ icraat
12. Azərbaycan Respublikası Ali Məh kəməsi MK-nın 02 mart 2017-ci il tarixli 2(102)1687/17 saylı qərarı ilə (sədrlik edən hakimlər İ.Xələfov, A.Kalbalıyev və Ə.Mirzəliyev) Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
13. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı işdə iddia müddətinin keçməsi düzgün hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsildiyindən, iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində İİİ icraat
14. Bakı Apelyasiya Məhkəməsi MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- İ.Şirinov (sərlik edən və məruzəçi ), T.Səmədov və E.Kazımov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, Mülki Prosessual Məcəllənin 77, 88, 101.3-cü maddələrinə istinad etməklə çıxarmışdır. Bu dəfə məhkəmə iddianın rədd edilməsi üçün iddia müddətinin keçməsinə istinad etməmiş, məhkəmənin qənaəti belə olmuşdur ki, iddiaçı borcun məbləğini sübuta yetirə bilməmişdir. Məhkəmələr tərəfindən keçirilmiş təkrar ekspertiza rəyləri də bir-birinə zidd olmuşdur. Üzərinə irəli sürdüyü tələbi sübut etmək vəzifəsi düşən iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün və keçirilmiş ekspertiza rəyləri borcun məbləği ilə bağl ı yekun qənaətə gəlməyə əsas vermədiyi üçün iddia rədd edilməlidir. Kassasiya insiyasiyasında İİİ icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 19 dekabr 2019-cu il tarixli 2(102)7905/19 saylı qərarı ilə (sədrlik edən hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 27.06.2008-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği, müqavilə müddəti qurtaran tarixə, yəni 27.06.2011-ci il tarixə olan borcu dəqiq müəyyən edilməli, müqavilə müddəti başa çatandan sonra faizlərin hesablanıb-hesablanmaması, əgər hesablanmışdırsa 27.06.2011-ci il tarixdən sonrakı ödəmələrin həmin faiz borclarına silinməsinin qanunvericiliyin yuxarıda sadalanan normalarına zidd olması nəzərə alınmaqla bu ödəmələrin müqavilə müddətində olan borclara silinməklə cavabdehin qalıq borcu müəyyən edilməlidir. Qeyd edilən sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsinə baxmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki İV icraat
18. Bakı Apelyasiya Məhkəməsi MK-nın 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2116/2015 saylı iş üzrə 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələblə ri qismən təmin edilərək, Cavabdeh1 39 689,11 (otuz doqquz min altı yüz səksən doqquz dollar 11 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 46,40 (qırx altı manat 40 qəpik) manat ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilməsi, həmin əm lakın hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 39 689,11 (otuz doqquz min altı yüz səksən doqquz dollar 11 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 46,40 (qırx altı manat 40 qəpik) manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində ye rləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 oradan çıxarılması, iddia tələbləri qalan hissələrdə təmin olunmayaraq, İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilin ilkin satış qiyməti 145 000 (yüz qırx beş min) manat məbləğində müəyyən edilərək, Məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 445 (dörd yüz qırx beş) manatın 245 (i ki yüz qırx beş) manatı Cavabdeh1, 200 (iki yüz) manatı isə ləğv prosesində olan İddiaçı-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317, 319, “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinad etməklə çıxarmışdır. Məhkəmə ortaq mövqe nümayiş etdirərək müqavilə müdəti ərzində hesablanmış borc məbləğindən cavabdehin sonradan etmiş olduğu ödənişləri çıxmaqla yekun borcun məbləğini müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı LPO “xxxx” ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin tam tə min olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iş üzrə təyin edilmiş çoxsaylı ekspert rəyləri, həmçinin bank tərəfindən verilmiş hesabdan çıxarış və maliyyə arayışları ilə bankın iddia tələbləri tam şəkildə sübut olunur.
22. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili Vəkil Ələddin qızı məhkəmə iclasında izahat verərək, iddiaçının kassasia şi kayətinin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəli yin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
34. Maddə
317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ip oteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
35. Maddə 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmələr bir neçə dəfə iddia tələbini iddia müdətinin keçməsi əsası ilə rədd etmişlər. Cavabdehin hazırkı şikayətinin dəlili də məhz bununla bağlıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi iddia müddətinin keçməməsi qənaətinə gəlməkdə tamamilə haqlı olmuşdur. Əvvəlki kassasiya instansiyası məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, borclu mü qavilə müddəti bitdikdən sonra mütəmadi olaraq ödənişlər etdiyi üçün iddia müddətinin axımı kəsilmiş və ona görə iddia müddəti keçməmişdir (həmin qərarda ödənişlər ardıcıllıqla sadalanmışdır).
42. Bankla Cavabdeh1 arasında kredit və ipoteka müqavilələrinin bağlanması, onların arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi, kredit müqaviləsinə əsasən cavabdehin bir müddət ödənişlər etməsi işin mübahisə edilməyən hallarıdır. İş üzrə sonuncu dəfə alınmış ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 27.06.2008-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 27.06.2011-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) 62 864,69 ABŞ dolları əsas, 8274,42 ABŞ dolları fa iz borcu yaranmış, 27.06.2011-ci il tarixindən sonrakı dövrdə ümumilikdə 31 450 ABŞ dolları ödəniş həyata keçirilmişdir.
43. Tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi ilə bağlı da Apelyasiya Məhkəməsinin mövqeyi əsaslıdır. Apelyasiya məhkəməsi nəzərə almışdır ki, iş üzrə bir neçə ekspertiza keçirilsə də, hər dəfə hesablanmış borc məbləği fərqli olmuşdur. Ona görə məhkəmə haqlı olaraq o mövqedən çıxış etmişdir ki, iddiaçının tələb etdiyi məbləği sübutetmə yükü iddiaçının üzərinə düşür və o bu halı sübuta yetirə bilmir. Nəticə etibarı ilə məhkəmə ekspert rəyi ilə müqavilə müddətində müəyyən edilmiş ümumi məbləğdən sonradan ödənilmiş məbləği çıxmaqla yekun məbləği müəyyən etmişdir.
44. Beləki, ekspert rəyi əsasında müqavilə müddətinin bitdiyi tarixdə əsas borc məbləğinin 62 864,69 ABŞ dolları, faiz borcunun 8274,42 ABŞ dolları təşkil etdiyi, müqavilə müddətinin bitdiyi tarixdən sonra isə ümumilikdə 31 450 ABŞ dolları ödəniş həyata keçirildiyi müəyyən olunmuşdur, bu halda Cavabdeh1 qalıq borcunun 39 689,11 ABŞ dolları olduğu (62 864,69 + 8274,42 – 31 450 = 39 689,11) nəticəsinə gəlinmişdir.
45. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Çünki, iddiaçı qalıq borcunun iddia olunan məbləğdə olmasını sübuta yetirə bilmədiyi üçün məhkəmə haqlı olaraq sübuta yetən borc məbləği ilə kifayətlənməli olmuşdur.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2414/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.