Məhkəmə qərarları › İş №2(102)-2205/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2205/2023

01.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2205/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X5 (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1253/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları: 1. 12 aprel 2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı töhmət verilmişdir. Əsas kimi 28 aprel 2022-cı il tarixli **********7 nömrəli xidməti məruzə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 6 aprel 2022-ci il tarixli **********1 nömrəli və DOST Agentliyin Daxili nəzarət və audit departamentinin 27 aprel tarixli 2022-ci il **********5 nömrəli xidməti məruzələri göstərilmişdir.

3. İş materiallarında olan ünvanlı dövlət sosial yardım ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün 05 may 2021-ci il tarixli ****** ****6 saylı əmrlə yaradılmış müvəqqəti komissiyanın 29 oktyabr 2021-ci il tarixində keçirilmiş iclasının 083 nömrəli protokolunun surətindən müəyyən edilir ki, Komissiyanın sədri X1 (1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər Şöbəsinin müdiri), komissiyanın üzləri X7 (DOST Agentliyinin DOST Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi) və İddiaçı (DOST Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi) iştirakı ilə keçirilmiş iclasında-1 saylı Bakı DOST Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin qanunvericiliyə müvafiq olaraq təhlil edilməsi, habelə VEMTAS proqramına daxil edilməmişdən əvvəl müraciətdə əks olunmuş məlumatlarla müa yinə zamanı aşkar edilmiş məlumatların uyğunluğu qiymətləndirilmiş və Komissiya üzvləri tərəfindən gündəlikdə duran məsələlər barəsində təqdim olunan məlumatlar əsasında qanunvericiliyə müvafiq olaraq uyğunlaşdırma aparılaraq cədvəldə qeyd olunmuş şəxslərin məlumatlarının VEMTAS proqramına daxil edilməsinin uyğun olub-olmaması barəsində qərar qəbul edilmişdir.

4. Bahar Məcidovanın ünvanlı dövlət sosial yardımla bağlı müraciətinə dair Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə yazılı izahatı alınmış, xx.xx.2022-ci il tarixdə verilmiş izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (Elektron ünvan ) göndərilmişdir. xx.xx.2022-ci il tarixli izahat isə DOST X4 sədrinin adına yazılmışdır.

5. Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış yazılı məruzədə göstərilmişdir ki, maddi-məişət şəraitinin ilkin müayinəsi və müayinə nəticələrinin təhlil edilməsi zamanı öz fəaliyyətlərini peşəkarlıqla yerinə yetirmək borcuna etinasız yanaşmaqla qanunsuz ÜDSY təyinatına şərait yaratdıqları üçün, habelə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Agentliyin Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi X16, Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı, Agentliyin 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri X2, 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin müdiri X8, həmin şöbənin məsləhətçiləri X15 və X13 barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədilə Nazirlik yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müvafiq tapşırıq verilməsi, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X3 və "Qismət” adlı şəxsin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndəri lməsi təklif edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış araşdırmanın nəticəsi üzrə materialların təqdim edilməsi barədə məlumatda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə maddi nemətlər qarşılığında ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X9 və "Qismət” adlı şəxslərin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmiş dir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 31 may 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı 1 iyun 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 12 aprel 2021-ci tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli "İntizam tənbehinin verilməsi haqqında" əmrində ona münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilməsi, intizam tənbehi verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi nəzərə alınaraq töhmətin ləğv edilməsi və bununla bağlı olaraq müvafiq əmrə düzəliş edilməsi, o cümlədən müvafiq məlumatlandırmanın həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə arasında 12 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. 29 aprel 2022-ci il tarixdə DOST X4 sədrinin **********3 nömrəli əmri ilə əsassız olaraq ona intizam tənbehi (töhmət) tətbiq edilmişdir. “İntizam tənbehinin ver ilməsi haqqında” 29 aprel 2022-ci il tarixli **********3 nömrəli əmrə əsasən 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən ünvanlı dövlət sosial yardımın təyinatı ilə bağlı müraciət etmiş vətəndaş X3 faktiki yaşayış ünvanında maddi-məişət şəraitinin müayinəsinin səthi və qeyri-peşəkar aparıldığı, o cümlədən Dayanıqlı və Operativ Sosial Təminat X4 sədrinin “DOST mərkəzlərində ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün müvəqqəti komissiyaların yaradılması haqqında" 5 may 2021-ci il tarixli **********6 nömrəli əmri ilə yaradılmış müvəqqəti komissiya tərəfindən Bahar Məcidovanın maddi-məişət şəraitinin müayinəsi nəticələrinin təhlil edilməsi zamanı əmək funksiyalarının icrasında nöqsanlara yol verildiyi göstərilərək Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən ona intizam tənbehi tətbiq edilmişdir. Halbuki, Bahar Məcidovanın ünvanlı dövlət sosial yardımla bağlı 2 oktyabr 2021-ci il tarixli müraciəti üzrə 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi aparılmış, daha sonra 29 oktyabr 2021-ci il tarixdə komissiya (2 üzv və 1 sədrdən ibarət) iclası keçirilərək Monitorinq şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş məlumatlar əsasında üzvlər və komissiya sədri tərəfindən Bahar Məcidovaya sosial yardımın təyin olunması istiqamətində yekdil şəkildə qərar verilmişdir. Vətəndaş müraciəti zamanı verdiyi məlumatları bildirmişdir. Alimentlə bağlı v erilən məlumatın həqiqiliyini yoxlamaq məqsədilə komissiya üzvləri və sədri tərəfindən monitorinq qrupunun əməkdaşlarına müvafiq orqana sorğu göndərilməsi istiqamətində göstəriş verilmişdir. Bununla belə vətəndaşın müraciətinə baxılma müddətinin ötürülməsi nəzərə alınaraq verilmiş sorğunun cavabı gözlənilmədən sosial yardımın verilməsi ilə bağlı tərəflərindən təyinat verilmişdir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi Bahar Məcidovanın müraciəti üzrə araşdırmaya başlamış, vətəndaş tərəfindən ərizədə göstərilən gəlirlərin düzgün bəyan edilməməsi səbəbindən sosial yardım təyin olunmasına təyinat verilməsini səhlənkarlıq kimi qiymətləndirərək barəsində müvafiq intizam tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı göstəriş vermişdir. Şöbə bu qə naətə gələrkən yalnız vətəndaşın keçmiş ərinin aliment verməsi ilə bağlı şifahi ifadəsinə əsaslanmışdır. Halbuki, vətəndaşın aliment alıb-almamasını təsdiq edən müvafiq hüquqi sənəd təqdim edilmədiyindən və bununla bağlı monitorinq şöbəsi tərəfindən verilmiş sorğuya cavab verilməsi vətəndaşın müraciət müddətinin ötürülməsinə səbəb olduğundan təyinat verilmişdir. Komissiya tərəfindən qanunvericilikdən kənar digər vasitələrlə məlumat əldə edilməsi isə komissiyanın səlahiyyətləri xaricindədir. Məzuniyyətdə olduğu zaman Bahar Məcidovanın işi üzrə komissiyanın fəaliyyətinin araşdırılması istiqamətində izahat vermək üçün DOST Agentliyi tərəfindən zəng vasitəsilə Nazirliyə dəvət olunmuşdur. xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olduğundan (səhhətindəki problemlə bağlı) gedə bilməyəcəyi barədə məlumat vermiş və izahatın elektron qaydada verilməsi ilə bağlı razılığa gəldikdən sonra, 9 fevral 2022-ci il tarixdə izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (Elektron ünvan ) göndərmişdir. 23 fevral 2022-ci il tarixdə məzuniyyətdən geri qayıdarkən ona inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məsələ qalxmamış, qeyd olunan tarixdən 2 aydan çox vaxt keçdikdən sonra, aprel ayında yenidən Agentliyin Daxili nəzarət və audit departamenti tərəfindən eyni iş üzrə ondan izahat verməsi tələb olunmuşdur. 27 aprel 2022-ci il tarixdə məcbur qalaraq yenidən izahatı yazıb aidiyyəti üzrə təqdim etmişdir. Üzərindən 2 gün keçdikdən sonra sanki tək qərarverici şəxs o olmuş kimi yal nız ona və Monitorinq şöbəsinin əməkdaşlarına 29 aprel 2022-ci il tarixdə **********3 nömrəli əmrlə intizam tənbehi (töhmət) tətbiq edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, 2(004)3985/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli “intizam tənbehinin verilməsi haqqında” əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilərək ləğv edilməsi və bununla bağlı müvafiq əmrə düzəliş edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təmin at Agentliyi publik hüquqi şəxsin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin bu əmrlə bağlı məlumatlandırmanı həyata keçirməsi qət edilmişdir

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməsi imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixində Bahar Məcidovanın ünvanlı dövtət sosial yardımla bağlı müraciətinə dair iddiaçı elektron formada yazılı izahatını təqdim etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən işdə olmuşdur. İddiaçıdan xx.xx.2022- ci il tarixdə yenidən yazılı izahatın verilməsi tələb edilmiş və ona intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra 29 aprel 2022-ci il tarixdə verilmişdir. Bu hal mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 311, 10, 186, 187, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(004)-3985/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya intizam tənbehi tətbiq edilməsinə səbəb olan intizam xətası xx.xx.2021-ci il tarixində törədilmişdir. Həmin intizam xətasına görə tənbeh tətbiqi xətanın törədilməsinin tam 6 ayında xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir, yəni qanunvericiliyin maddi hüquq normasının tələbi pozulmamış, 6 ay keçdikdən sonra intizam tənbehi tətbiq edilməmişdir. Əmək qanunvericiliyində işçidən işəgötürən tərəfindən təkrarən izahat alınmasını məhdudlaşdıran imperativ norma mövcud deyildir. Birinci instansiya məhkəməsi ilkin izahat tarixinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gün kimi qiymətləndirmişdir. Lakin araşdırma aparılmadan əmək və icra intizamının pozulmasını bildirmək subyektiv yanaşmadır və araşdırma nəticəsində əmək və icra intizamının pozulmadığı da müəyyən edilə bilərdi. Bunun üçün araşdırma nəticəsində əmək və ya icra intizamının pozulması faktına dair ƏƏSMN-ə xx.xx.2022-ci il tarixli xidməti məruzənin əsas hesab edilməsi, yəni həmin tarixdən etibarən işçinin intizam xətası törətməsinin aşkar olunması və 1 aylıq müddətin həmin tarixdən etibarən hesablanması zəruridir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X10 (sədrlik edən və məruzəçi), X11 və X12) 2(103)-1253/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabd eh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsalandırmışdır ki, iddiaçı qanunvericiliyin tələbinə görə intizam tənbehinin qanun pozuntusunun aşkar edildiyi gündən 1 ay keçənədək verilə bildiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi də bu hala əsaslanmışdır ki, intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra 29 aprel 2022-c i il tarixdə verilmişdir.

17. Məhkəmə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmamışdır. Belə ki, iddiaçı tərəfindən birinci izahat xx.xx.2022-ci il tarixdə Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt ünvanına göndərilmişdir. Bu izahat audit yoxlaması aparılarkən bu məqsədlə alınmış izahat olmuşdur. Audit yoxlaması xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsindən asılı olaraq intizam tənbehi verilmişdir. Belə ki, yol verilmiş pozuntu yoxlama nəticəsində müəyyən edilmişdir. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıdan izahat alınmış və həmin izahat xx.xx.2022-ci il tarixdə X6 sədrinin adına yazılmışdır. Sonuncunun xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir.

18. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, qanun pozuntusunun aşkar edildiyi vaxt xx.xx.2022-ci il hesab edilir, çünki audit yoxlaması həmin tarixdə başa çatmış və yoxlamanın nəticəsində belə bir pozuntunun baş verdiyi aşkar edilmişdir. İntizam tənbehi də xx.xx.2022-ci il tarixdə verilmişdir. Yəni iddiaçının istinad etdiyi, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması, intizam tənbehinin əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra verilməsi barədə göstərilənlər əsassız olmuşdur. İntizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində verilmiş, iddiaçının tələbi əsassız olmuşdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2 və 187-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1253/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) İşə şifahi icraat qaydasında baxılması barədə ərizə

23. Cavabdeh tərəfindən məhkəməyə işə şifah i icraat qaydasında baxılması barədə vəsatət daxil olmuşdur. Məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

24. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

25. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

26. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzu niyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olm adığını əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndird iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas dəlili ona intizam tənbehi verilərkən qanunvericiliklə müəyyən olunmuş müddətin pozulması ilə bağlıdır.

40. İşin faktiki hallaını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən e tmişlər ki, iddiaçı tərəfindən birinci izahat xx.xx.2022-ci il tarixdə Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt ünvanına göndərilmişdir. Bu izahat audit yoxlaması aparılarkən bu məqsədlə alınmış izahat olmuşdur. Audit yoxlaması xx.xx.2022ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsindən asılı olaraq intizam tənbehi verilmişdir.

41. Aşkar haldır ki, yol verilmiş pozuntu yoxlama nəticəsində müəyyən edilmişdir. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıdan izahat alınmış və həmin izahat xx.xx.2022-ci il tarixdə X6 sədrinin adına yazılmışdır. Sonuncunun xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir.

42. Pozuntunun aşkar edildiyi vaxta münasibətdə isə apellyasiya instansiya məhkəməsi bu müddətin başlanğıcını haqlı olaraq x x.xx.2022-ci il hesab edir, çünki audit yoxlaması həmin tarixdə başa çatmış və yoxlamanın nəticəsində belə bir pozuntunun baş verdiyi aşkar edilmişdir. İntizam tənbehi də xx.xx.2022-ci il tarixdə verilmişdir. Yəni iddiaçının istinad etdiyi, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması, intizam tənbehinin əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra verilməsi barədə göstərilənlər əsassız olmuşdur. İntizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində verilmişdir.

43. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır və yeni sübutları qəbul etmir. Bu səbəbdən məhkəmə kollegiyası işin fa ktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin etiraz və dəlillərinə hüquq normalarına əsasən qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)- 1253/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar