Məhkəmə qərarları › İş №2(102)-2207/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2207/2020

09.06.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2207/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 və nümayəndəsi X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) xx.xx.2019-cu il tarixli, 2(060)-**/2019 nömrəli qətnam əsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-**/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın e tibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X-də yerləşən onun 2 otağına və Cavabdeh2 məxsus olan və əvvəlcədən özəlləşdirilərək qeydiyyata alınmış 1 otağına dair verilmiş Seriya RX ******* nömrəli Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr işə tam obyektiv araşdırma aparmadan baxmış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, ayrı-ayrı ailəyə ayrı-ayrı icarə müqavilələri ilə məxsus olan otaqlara birgə çıxarış verilməsini qanuni hesab etmiş, bununla da iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran çıxarışı etibarsız hesab etməmişdir. Belə ki, cavabdeh Reyestr Xidməti hüquqi cəhətdən iki qonşu şəxsə mülkiyyət hüququnu təsdiq edən sənəd verərkən qanunsuz olaraq onları birgə mülkiyyətçi kimi qeyd etmişdir. İddiaçı məhkəməyə mənzilin bölünməsi və otaqlara dair ayrıca icarə müqavilə bağlanmalı olmasına dair qətnamənin surətini, iddiaçının qanunsuz hesab etdiyi çıxarışın surətini təqdim etmişdir. Həmin sənədlər iddianın əsaslılığını təsdiq edirdi. Çünki Sumqayıt şəhər Məhkəməsinin qərarından da görünür ki, iddiaçı və Cavabdeh2 ilə ayrıca kirayə müqaviləsi bağlanması qət edilmişdir. Bu halda cavabdehin hərəkətləri qanuni olmamış, onlara birgə çıxarış verməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə 2 ayrı-ayrı icarə müqavi ləsi üzrə istifadə edilən otaqların özəlləşmə sənədlərini cavabdehdən tələb edərək baxış keçirməmiş, cavabdehin bu barədə dəlil və etirazlarını dinləməmiş və faktiki olaraq araşdırma aparmadan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili V1 oğlu və cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 və nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli, 2-1988/2005 saylı qətnaməsinə əsasən V saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsi etibarsız hesab olunmuş, mənzilin icarə müqaviləsinin dəyişdirilərək sahəsi 12,79 kv.metr təşkil edən bir otağa dair Cavabdeh2 ilə, hər birinin sahəsi 17,26 kv.metr təşkil edən iki otağa dair İddiaçı ilə ayrıca icarə müqaviləsinin bağlanması, mənzilin yardımçı sahəsindən tərəflərin birgə istifadə hüququnun saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə əsasında İddiaçı və Cavabdeh2 ilə ayrıca icarə müqavilələri bağlanmış və Cavabdeh2 onun icarəsinə verilmiş otağı xx.xx.2007-ci il tarixdə, İddiaçı isə xx.xx.2013cü il tarixdə özəlləşdirmiş, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiy yata alınmışdır. Göründüyü kimi, İddiaçı və Cavabdeh2 mülkiyyət hüquqlarının qeydə alındığı otaqlar vahid əmlak təşkil edən mənzilin yaşayış sahələri olmuş, yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilmişdir. Odur ki, apelyasiya kollegiyası hesab etmişdir ki, Z otağına dair İddiaçı və 1 otağına dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış və texniki pasport normativ hüquqi aktların tələblərinə uyğun olaraq tərtib edildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikas ı MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 213.1, 213.2 və 213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunver icilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli, F nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 5.1 və 5.3-cü maddələrinə əsasən dövlət reyestrinin strukturu "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu nun 13.6-cı, 13.8-ci və 13.9-cu maddələrinə müvafiq olaraq bölmələrdən, bölmələr isə fəsillərdən ibarətdir. Dövlət reyestrinin fəsilləri ayrıca vərəqdə (vərəqlərdə) yerləşdirilir və elə ardıcıllıqla düzülür ki, ilk olaraq konkret daşınmaz əmlak obyektinin təsviri barədə məlumatlar, onun ardınca bu daşınmaz əmlak obyekti üzrə qeydiyyata alınan hüquq, habelə həmin hüquq sahibi və hüquqların qeydiyyatı üçün əsas olan sənədlər barədə məlumatlar, sonda isə bu hüququn məhdudlaşdırılması barədə məlumatlar göstərilir (bundan sonra - müvafiq olaraq İ, İİ və İİİ fəsillər). Həmin Qaydaların 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün müraciət etmiş şəxs barədə məlumatlar dövlət reyestrinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq daxil edilir. Həmin Qaydaların 22-ci maddəsinə əsasən daşınmaz əmlak obyektinin ümumi sahəsi İ fəslin “Sahə” qrafasında göstərilir. Həmin Qaydaların 29.1-ci maddəsinə görə əgər daşınmaz əmlak obyekti ümumi paylı mülkiyyətdə olarsa, bu barədə məlumat İİ-1 yarımfəslinin “Pay” qrafasına daxil edilir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri iddia ərizəsi və apelyasiya şikayəti ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq qeyd etmişdir ki, Z otağına dair İddiaçı və 1 otağına dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfin dən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış və texniki pasport normativ hüquqi aktların tələblərinə uyğun olaraq tərtib edilmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasas iya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar