Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2207/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası); mənzil mübahisələri; mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma, mənzilin əşyalardan boşaldılması, mənzilə daxil olmağa mövcud maneələrə so n qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1617/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsinin șimal hissəsində 0,553 hektar torpaq sahəsində tərəfindən inşa edilmiş D korpusunun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 kv metr, yaşayış sahəsi 86,48 kv metr olan 30 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) "xxxx" MMC tərəfindən bir neçə şəxsə, o cümlədən, 18 mart 2011-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı), 26 iyul 2012-ci il tarixdə isə Cavabdeh2 satılmışdır.
2. Cavabdeh2 MMC-yə qarşı verdiyi iddia əsasında qəbul edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-802/2015 nömrəli qətnaməsi ilə mübahisəli mənzil də daxil olmaqla iki sayda mənzilə hazırkı Cavabdeh2 sahiblik hüququ tanınaraq tamamlama və təmir işlərinin aparılmasına dair maneəlerin aradan qaldırılması və mənzilin sonuncuya təhvil verilməsi qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, cavabdehlərə təhvil verilmiş, cavabdehlər mübahisəli mənzili təmir etmişlər.
4. MMC-nin rəhbərliyinin qanunsuz və cinayətkar hərəkətləri nəticəsində eyni mənzilin müxtəlif vaxtlarda iki və daha çox şəxslərə satılması faktı ilə bağlı cinayət işi açılmış, mübahisəli mənzilə dair hissədə həm iddiaçı, həm də Cavabdeh1 zərərçəkm iş şəxs qismində tanınmışlar.
5. Cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-72/2019 nömrəli hökmündə iddiaçıya dəymiş maddi ziyanın tam ödənilməsi göstərilmiş, cavabdeh X1 isə vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
6. Cavabdeh2 MMC ilə olan mülki mübahisənin həlli üçün məhkəməyə müraciət etmiş, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2928/2020 nömrəli qətnaməsi ilə mübahisəli mənzilə görə 158667 manat məbləğdə vəsaitin “Xudafərin" MMC-dən tutularaq hazırkı iş üzrə Cavabdeh2 ödənilməsi qət edilmişdir. 7. 06 mart 2023-cü il tarixdə mübahisəli mənzil iddiaçının adına xüsusi mülkiyyət hü ququ əsasında qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin mənzildən çıxarılması, mənzilin əşyalardan boşaldılması, mənzilə daxil olmağa mövcud maneələrə son qoyulması və mənzilin təhvil verilməsini xahiş etmişdir.
9. İddia ərizəsi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır, lakin buna baxmayaraq, cavabdehlər mənzili zəbt etmişlər. İddiaçı tərəfindən Cavabdeh1 bir neçə dəfə mənzilin boşaldılması ilə bağlı müraciət edilsə də, sonuncu mənzili boşaltmaqdan və açarı təhvil verməkdən imtina etmişdir.
10. Cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, 2015-ci il ərzində mənzilin sahibi kimi həmin mənzildə müəyyən təmir-tikinti işləri aparmışdır. Mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə etiraz etmir. Lakin onun hal-hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həmin mənzilin təmirinə çəkilmiş xərclə bağlı "xxxx" MMC-yə qarşı iddia ərizəsinə baxılır və iş üzrə təkrar olaraq məhkəmə ekspertizası təyin edilmişdir. Həmin iş yekunlaşanadək hazırkı işin icraatı dayandırılmalıdır. Belə ki, mənzil iddiaçıya təhvil verilərsə, obyektiv olaraq ekspertizanın keçirilməsi mümkün olmayacaq. İddiaçı ilkin olaraq onun tərəfindən mənzildə aparılmış təmir işlərini qismən də olsa qarşılamaq istəyirdi. Belə ki, gəlib mənzildə nə qədər iş görüldüyünün şahidi olmuşdur. Lakin sonradan ona məlum oldu ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə m üraciət edib. Hal-hazırda mübahisəli mənzildə heç kim yaşamır, lakin mənzilin açarını hazırkı vəziyyətdə iddiaçıya təhvil verməyəcək. Bunun üçün əvvəl digər iş yekunlaşmalıdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4978/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim N.Nəbizadə)
12. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş hökmün mövcudluğunu, eyni zamanda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia ərizəsi təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 1329-cu maddəsi, “İnsan hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mа ddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarı, MM-nin 140, 152, 157-ci, MPM-in 82.4-cü maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiası əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində onların mənzili zəbt etmədiyi göstərilmişdir. Cavabdeh2 mənzili "xxxx" MMC-nin səlahiyyətli şəxsindən alıb, onlar mənzili zəbt etməyiblər.
16. İddiaçı apellyasiya şik ayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 fevral 2024-cü il tarixli, 2(103)-1617/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər A.Ə.İsgəndərov – sədrlik edən və məruzəçi, V.N.Sadıqov, M.Ə.Rüstəmli).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunan hökmlə mübahisəli mənzilin müxtəlif vaxtlarda iki və daha çox şəxslərə saxta sənədlər tərtib olunmaqla satıldığı müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müqavilələrin etibarlılığına adı çəkilən hökmlə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, müqavilələrin etibarlılığı ilə bağlı halların əlavə araşdırılmasına və qiymət verilməsinə ümumiyyətlə zərurət yoxdur.
19. Apellyasiya şikayətinin digər dəlili Cavabdeh2 vicdanlı əldə edən olması və onun bu hüququnun Mülki Məcəllənin 182-ci maddəsi ilə qorunması barədədir. Məhkəmə kollegiyası bu dəlilini əsassız sayaraq qeyd etmişdir ki, əvvəla, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, onu apellyasiya qaydasında mübahisələndirməmişdir. Digər tərəfdən, Cavabdeh1 özü də apellyasiya şikayətində mənzilin mülkiyyətçisinin iddiaçı olduğunu bildiyini göstərmişdir. Mülki Məcəllənin 182-ci maddəsinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin norma daşınmaz əmlakla bağlı mübahisələri yox, daşınar əşyalara aid müba hisələri tənzim edir və hazırkı mübahisəyə tətbiq edilə bilməz.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin "xxxx" MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona ödəməli olduğu 164000 manat pul vəsaitinin bu günədək ödənilməməsi və bu səbəbdən mübahisəli mənzili tərk etməmələri barədə dəlilini də əsassız saymış və qeyd etmişdir ki, başqa bir iş üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icra olunmaması hazırkı iş üzrə yekun qərar qəbul olunmasına mane ola bilməz. Apellyator qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə rayət etməklə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
21. Məhkəmə kollegiyası öz mövqeyini MM-nin 140, 152 və 157-ci, MPM-in 82.4 cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, cababdehlərin ödədikləri məbləğin onlara ödənilmək şərtilə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellayasi Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 kassasiya şikayəti geri qaytarılmışdır, həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.
24. Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə iştirakları olmadan baxmışdır. Apellyasiya şikayətində həm cavabdehin, həm onun (vəkilin) ünvanları və mobil telefon nömrələrinin qeyd edilməsinə baxmayaraq, məhkəmə iclasının təyinatı barədə mobil telefonlarına mesaj göndərilməmiş, məhkəmə bildirişləri ünvanlarına daxil olmamışdır. Məhkəmə kollegiyası MPM-nin 376.1-ci maddəsinə əsaslanmalı olduğu halda məhkəmə iclasını təxirə salmamış, yalnız iddiaçının iştirakı ilə ilk məhkəmə iclasında tələm-tələsik, qanunazidd qətnamə qəbul etmişdir. Mülki işin materiallarından görünür ki, onlar dəfələrlə apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etdikdən, şikayətləri dəfələrlə qanunsuz və əsassız geri qaytarıldıqdan sonra mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə nail olmuşlar.
25. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, apellyasiya şikayətlərində MM-nin 182.1-ci maddəsinə istinad edərək qeyd etmişl ər ki, Cavabdeh1 arvadı olan Cavabdeh2 mənzilin tam dəyərini ödəməklə alqı-satqı müqaviləsini imzaladığına görə vicdanlı alıcı hesab olunur. Birinci instansiyası məhkəməsi isə qətnaməsində qeyd etmişdir ki, Cavabdeh2 həmin mənzili zəbt edib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən irəli gedərək, qətnaməsinin 27ci bəndində göstərilmişdir ki, MM-nin 182-ci maddəsi daşınmaz əmlakla bağlı mübahisələri yox, daşınar əşyalara aid mübahisələri tənzim edir və hazırkı mübahisəyə tətbiq edilə bilməz. MM-nin 182-ci maddəsində daşınar əmlakla bağlı məsələlərin həmin maddənin 1ci hissəsinə heç bir aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətlərini aşaraq qanunu təfsir etmişdir.
26. Apellyasiya şikayətində o, MM-nin 337.5-ci maddəsinin tələblərinə istinad ed ərək, bildirmişdir ki, mənzilin iddiaçının mülkiyyətində olmasına etiraz etmir, lakin həmin mənzili alarkən müəyyən məbləğ ödənilib, mənzilin təmirinə pul xərcləmişdir, hətta bir müddət iddiaçı cavabdehlərin bu dəlilləri ilə razılaşmışdır, lakin sözünün üstündə durmadığına və cavabdehlərin ödədikləri məbləğ onlara qaytarılmadığına görə onlar bu mənzildən çıxa bilməzlər.
27. Mübahisələndirdiyi qətnamənin maraqlı məqamlarından biri də qətnamənin 27-ci bəndidir. Həmin bənddə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, onu apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdeh2 Cavabdeh1 arvadıdır, ona görə də belə fikirləşmişlər ki, onlardan birinin şikayət verməsi kifayət edir. b) kassasiya şikay ətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.2. Mülkiyy ətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
37. Maddə
88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırda Cavabdeh1 qətnaməni tam m übahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarıqna əsasən iddiaçıların miras əmlakdan pay almaq hüququnun pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1617/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.