Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2208/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdehə qarşı Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə qəyyum təyin edilməsi barədə sərəncamın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3722/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(060)-4300/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanov) İddiaçı Cavabdehə qarşı Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə qəyyum təyin edilməsi barədə sərəncamın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3722/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(060)-4300/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin ha lları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının Cavabdeh1 bacısı X3 qəyyum təyin edilməsinə dair 16 oktyabr 2012-ci il tarixli, 242 saylı sərəncamının qanunsuz olduğuna görə ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh1 ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2149/2012 saylı, 16.07.2012-ci il tarixli qətnaməsi ilə onunla yaşayan bacısı X6 fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Cavabdeh1 məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək bacısı X2 üzərində qəyyum təyin olunması barədə sərəncam verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 oktyabr 2012-ci il tarixli, 242 saylı sərəncamına əsasən Cavabdeh1 bacısı X3 qəyyum təyin edilmişdir. O, Ermənistanın İcevan rayonundan qaçqın düşərək 1988-ci ildə oradakı həyət evlərini Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 24.10.1988-ci il tarixli qərarı ilə X. ünvanında yerləşən mənzilinə dəyişərək hal-hazıra qədər orada yaşayır. Yaşadığı mənzilin 24.10.1988-ci il tarixli, 698 saylı orderində o, atası Novruz və anası qeyd olunmuşdur. 1988-ci ildən bu ünvanda yaşasa da, bacısı X6 1993-cü il tarixdən bu mənzilə köçərək onlarla birlikdə yaşayır. Bacısı birinci qrup əlil olmasına baxmayaraq aqressiv deyildir və ətrafdakılar üçün təhlükə törətmir. X2 bütün ehtiyaclarını onun ailəsi ödəyir. Digər bacısı Cavabdeh1 qəyyum təyin olunarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən onun mənzil-məişət şəraiti yoxlanılmamış, əslində kimin qəyyum təyi n olunması müəyyən edilməmişdir. Sərəncamda Sumqayıt şəhər sakini Cavabdeh1 müraciət etdiyi qeyd olunmuşdur. Halbuki, Cavabdeh1 qeydiyyatı və yaşayış yeri Bakı şəhəridir. Sərəncam qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır. Qəyyum təyin olunan bacısı Cavabdeh1 onun yaşadığı mənzilə heç bir aidiyyəti yoxdur, bacısına qəyyum kimi beç bir yardım etməmiş, bacısının qulluğunda durmamışdır. Belə ki, Cavabdeh1 Bakı şəhərinin Nərimanov rayonu ərazisində ailəsi ilə birlikdə yaşayır. O, Sumqayıt Şəhər Məhkəməsində qəyyumluqla bağlı mülki işə baxılarkən, məhkəmə prosesinə cəlb olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəmə prosesində təqdim olunan sübutları saxtalaşdırmış, işə birtərəfli və qərəzli yanaşmış, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasi ya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdehin nümayəndəsi və üçüncü şəxs Cavabdeh1 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun i zahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessu al hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2149/2012 saylı, 16.07.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilmiş, 06.11.1962-ci il tarixdə Ermənistan Respublikası İcevan rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 oktyabr 2012-ci il tarixli, 242 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh1 06.11.1962-ci il təvəllüd lü bacısı X3 qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər sakini Cavabdeh1 müraciət edərək bacısı, 06.11.1962-ci il təvəllüdlü X2 ruhi xəstə olduğunu və məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini nəzərə alaraq ona qəyyum təyin edilməsinə dair sərəncam verilməsini xahiş etmiş, Cavabdeh1 müraciəti ilə bağlı müvafiq sənədlər əldə olunmuş, Cavabdeh1 praktik sağlam olduğu və onun qəyyum təyin olunmasına əks göstərişlər mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 242 saylı, 16 oktyabr 2012-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-1197/2018 saylı, 16 may 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-437/2018 saylı, 13 iyul 2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1197/2018 saylı, 16 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2 47/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105 )-437/2018 saylı, 13 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 2 saylı forma üzrə 11.03.2019-cu il tarixli, 591 saylı arayışdan görünür ki, X. ünvanında yerləşən mənzilində İddiaçı, onun bacısı X6, həyat yoldaşı X4, oğlu X11 oğlu, X12 oğlu və bacısı Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Sumqayıt şəhər İcra Hakimiyyətinin Cavabdeh1 bacısı X3 qəyyum təyin edilməsinə dair 16 oktyabr 2012-ci il tarixli, 242 saylı sərəncamının ləğv edilməsi barədədir. Sariyev Elman Novruz oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının ləğv olunması tələbini bacısının birinci qrup əlil olmasına b axmayaraq aqressiv olmaması və ətrafdakılar üçün təhlükə törətməməsi, Sumqayıt Şəhər Məhkəməsində bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı mülki işə baxılarkən, məhkəmə prosesinə cəlb olunmaması, kimin qəyyum təyin olunmasının düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Həmin Məcəllənin 35.1, 35.2 və 35.3-cü maddələrinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkə məyə etiraz verə bilərlər. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2149/2012 saylı, 16.07.2012-ci il tarixli qətnaməsi ilə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı, Cavabdeh1 və X6 qardaşbacıdırlar və X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə bacısı Cavabdeh1 məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2149/2012 saylı, 16.07.2012-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək fəaliyyət qabiliyyəti olmayan bacısı X2 üzərində qəyyum təyin olunmasını xahiş etmiş və Cavabdeh1 qəyyum təyin olunması üçün qanunla nəzərdə tutulmuş hallar olduğu nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən bu barədə müvafiq sərəncam qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 38.4-cü maddəsinə əsasən qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerin ə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Cavabdeh1 qəyyum kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsinə, qəyyumluqdan tamah məqsədi ilə istifadə etməsinə və ya X5 nəzarətsiz və lazımi köməksiz qoymasına dair iş materiallarında hər hansı sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə hallar mövcud olduqda, qəyyumu öz vəzifələrinin icrasından kənarlaşdırılması icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Apelyasiya instansiy ası məhkəməsi yuxarıda qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətinə tətbiq edərək hesab etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 oktyabr 2012-ci il tarixli, 242 saylı sərəncamı qanuni və əsaslı olduğundan iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunan sübutların saxtalaşdırıldığını, işə birtərəfli və qərəzli yanaşıldığını, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Mə hkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edil ə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3722/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2208/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2208/2020
03.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver