Məhkəmə qərarları › İş №2(102)-2210/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2210/2019

01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2210/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili X3, nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:E.Ə.Mehdiy ev; 2(006)-3690/2018) İddiaçı cavabdeh “xxxx” ASC qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 49270(qırx doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günündə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: Qurbanov.R.Ə;(sədrlik edən və məruzəçi) E.Q.Nəbiyev və A.N.İmanov 2(103)-11375/2018) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Aduləzim oğlu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49270 (qırx doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,ilə Cavabdeh ASC-nin Nərimanov Filialı arasında bağlanmış 11 iyun 2007-ci il tarixli, **** saylı kredit müqaviləsinə əsasən İddiaçı illik 16 faiz olmaqla 12 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ödəməli olduğu faiz məbləği 24000 ABŞ dolları müəyyənləşdirilmişdir. Buna baxmayaraq İddiaçı tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə ümumilikdə 73270 ABŞ dolları məbləğində faiz məbləği ödənilmişdir. Bununla da İddiaçı 11 iyun 2007-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu faiz bo rcu üzrə əlavə olaraq 49270 ABŞ dolları məbləğində artıq ödəniş etmişdir. Bu hal İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq hesablanmış kredit faizlərinin silinməsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Öhdəlikdən kənar artıq ödənilmiş 49270 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmasına dair 16 mart 2018-ci il tarixli ərizə ilə Cavabdeh ASC-nə müraciət olunsa da, cavabdeh tərəfindən həmin müraciətə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək izahatında göstərmişdir ki, daha əvvəl İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış kredit faizlərinin silinməsinin cavabdehə həvalə edilməsi” barədə 30 noyabr 2015-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia ərizəsində qeyd edilmişdir ki, “tərəfimdən həmin kredit müqaviləsi üzrə ümumilikdə 51476 ABŞ dolları məbləğində faiz borcu ödənilmişdir. Müqavilə müddəti ərzində ödənilməsi nəzərdə tutulmuş məbləğdən 27476 ABŞ dolları artıq ödəmə edilmişdir.” Həmin iddia üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(006)-8757/2015 saylı qətnaməsində göstərilmişdir ki, “kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadəyə görə faizin miqdarı 24000 ABŞ dolları olsa da, iddiaçı faiz borcu üzrə bundan üç dəfəd ən artıq, yəni 73270 ABŞ dolları ödəniş etmişdir.” Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gün ən azı iddia ərizəsinin imzalandığı tarixdən, 30 noyabr 2015-ci il tarixdən qəbul edilməli və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçı hüququnun pozulduğunu 30 noyabr 2015-ci il tarixdən bildiyi və həmin tarixdən iki il ərzində məhkəməyə müraciət etmə hüququ olduğu halda hazırkı iddia ərizəsi ilə iki ildən çox bir müddət keçdikdən sonra, 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Nəticədə hazırkı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iki illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Məcələsinin 372.1, 373, 375.2, 1092.1, 1095-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili X5 və nümayəndəsi X4 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmala rına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını dü zgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 11 iyun 2007-ci il tarixli, 123 saylı kredit müq aviləsindən görünür ki «Cavabdeh” ASC tərəfindən İddiaçı 06 iyun 2008-ci il tarixədək 12 ay müddətinə illik 16 faizlə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(006)-8757/2015 saylı qətnaməsi ilə 11 iyun 2007-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 52210,04 ABŞ dolları məbləğində faizlərin silinməsinin cavabdeh «Cavabdeh” ASC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2(103)-2469/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qətnaməsinin cavabdeh «Cavabdeh” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli, 2(102)-4063 sayl ı qərarı ilə «Cavabdeh” ASC-nin kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli, 2(102)-4063 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 16 mart 2018-ci il tarixli ərizəsində göstərilmişdir ki, İddiaçı «Cavabdeh” ASCdən 11 iyun 2007-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə öhdəlikdən kənar olaraq artıq ödənilmiş olan 49270 ABŞ dolları məbləğdə pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1cimaddəsinin tələblərinəəsasən əsassız varlanan o şəxs (var lanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-cimaddəsinin tələblərinəgörə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1095-ci maddəyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddia əsaslıdır.Qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməli olan faizin miqdarı 24000 ABŞ dolları təşkil edir, iddiaçı isə faiz borcu kimi 73270 ABŞ dolları ödəniş etmişdir. Həmçinin kredit müqaviləsində müəyyən edilən müddət bitəndən sonra ödənilməyən əsas kreditin məbləğinə müqavilədə göstərilmiş faizlərin hesablanmasının davam edəcəyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştrak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən 49270 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq iddiaçıya qaytarılmalıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmadığı halda əsassız olaraq iddiaçıdan faiz borcu kimi 49270 ABŞ dolları məbləğində pul vəsaiti tutmuşdur (73270 - 24000 = 49270). Yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq apellyasiya instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum oltərəfindən 2 illik müddət ötürülməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı Cavabdeh ASC-nin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.duğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “mərhum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. Hazırkı işdə də iddiaçının bu iddianı qaldırmaq hüququ 17 noyabr 2016-cı il tarixdə yaranmışdır. Belə ki, həmin tarixdə İddiaçı Cavabdeh ASC-yə qarşı artıq hesablanmış kredit faizlərinin silinməsi tələbinə dair mülki iş üzrə yekun qərar qəbul olunmuşdur. Məhz bu qərardan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun hesabına 49270 ABŞ dolları məbləğində varlanmış dır. Bu halın iddiaçıya daha əvvəl məlum olması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Çünki iddiaçının ehtimal etdiyi hal və ya qanuni qüvvəyə minməmiş məhkəmə qərarında göstərilənlər iddiaçının birmənalı olaraq mərhum olduğunu bilməsi qənaətinə gəlməyə əsas vermir. Hazırkı iş üzrə iddia ərizəsi 03 may 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tаrixliqətnaməsini dəyiş dirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 oktyabr ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2018-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar