Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2210/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-3640/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov, iş № 2(027)-1517/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək İddiaçı övladları ilə birlikdə N saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli qətnaməsi ilə (hakimlər: E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdə Cavabdeh1la rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2 uşaqları olmuşdur. Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla onlara görə cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə qurduqdan sonra ərinin anası Cavabdeh2 məxsus mənzilə köçməsini, lakin mənzilin mülkiyyət hüququnun subyekti olmamasını, başqa yerdə yaşamağa maddi imkanının olmamasını və s. əsas göstərməklə uşaqları ilə birlikdə mənzilə köçürülməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kasasiya şikayəti verərək mübahisənin xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qüvvəsinin tətbiq edilməklə həll edilməsinin qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdi r. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı 2005-ci ildə mübahisəli mənzilə köçmüş və mənzildən istifadə hüququ i lə əlaqədar mübahisəli hüquq münasibəti tərəflər arasında həmin vaxtdan yaranmışdır. Həmin dövrdə isə mənzil heç kimin mülkiyyətində olmamışdır. Mənzilə mülkiyyət hüququna dair çıxarış xx xxxxxxxx 2011-ci il tarixdə verilməklə Cavabdeh2 mənzilə mülkiyyət hüququ həmin vaxtdan yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müəyyən olunduğu kimi iddiaçı mübahisəli mənzilə cavabdehlər tərəfindən köçürülməklə həmin mənzildə onlarla birlikdə ümumi təsərrüfat aparmaqla yaşamış və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə müvafiq olaraq yaşayış sahəsindən ailə üzvü kim i istifadə hüququ əldə etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən kasasiya şikayəti ilə razılaşmır, hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-2210/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2210/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver