Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2211/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Hacılı Pərviz Faiq oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(001)4393/2018 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddiaçı x1nun cavabdeh x2 qarşı 60000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk və cavabdeh x2 nun x1na qarşı cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN-nə ünvanlanmış 20.02.2012-ci il tarixli teleqram və məhkəməyə verilmiş ilkin iddia ərizəsində “beləliklə x2 etibarından sui-istifadə edərək ondan külli miqdarda, yəni 60000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir” ifadəsinin şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilməsi, x1nun üzərinə eyni qaydada teleqramla və ərizə ilə müraciət edərək göstərilən ifadənin yazılmasına görə təkzibin verilməsi və x2 üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun x1ndan tutularaq x2 ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11273/2018 saylı, 30 oktyabr 2018ci il tarixli qətnaməsi ilə (hakiml ər: R.Qurbanov, E.Nəbiyev və A.İmanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11273/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 60000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda x2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh x1na qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh x1 tərəfindən Azərbaycan Respublikası DİN-nə ünvanlanmış 20.02.2012-ci il tarixli tele qram və məhkəməyə verilmiş ilkin iddia ərizəsində “beləliklə x2 etibarından sui-istifadə edərək on an külli miqdarda, yəni 60000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir” ifadəsinin iddiaçı x2nun şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilməsi, x1nun üzərinə eyni qaydada teleqramla və ərizə ilə müraciət edərək göstərilən ifadənin yazılmasına görə təkzibin verilməsi və x2 üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun x1ndan tutularaq x2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mad di və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11273/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Hacılı Pərviz Faiq oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə ko llegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı cavabdehə 100000 manat məbləğində borc pul verdiyini və həmin məbləğdən 60000 manatın geri qaytarılmadığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəmələrə təqdim etməmiş və Mülki Prosessua l Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, ilk iddia təmin edilə bilməz. İddiaçının kassasiya şikayətində göstərilən dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iddiaçının şikayəti üzrə həmin idarədə aparılmış araşdırma materiallarında olan x2 və onun oğlu x3 izahatlarında iddiaçıdan borc alınması qeyd olunmamış, əksinə cavabdehin iddiaçıya 20000 manat yardım etməsi qeyd olunmuşdur. Ümumiyyətlə həmin araşdırma materiallarında cavabdehin iddiaçıdan borc almasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Yalnız həmin idarənin xüsusi işlər üzrə baş əməliyyat müvəkkili x4 tərəfindən tərtib ol unmuş arayışda x2 2010-cu ildə x1 100000 manat borc aldığı, alınan pulun 40000 manatının 2012-2015-ci illərdə qaytardığı, 60000 manatın isə qaytarmadığı qeyd olunmuşdur. Lakin arayışı tərtib edən şəxsin hansı sübutlar əsasında qeyd olunan faktları müəyyən etdiyi qeyd olunmamışdır. Ən əsası isə həmin məlumat qərar şəklində deyil, arayış şəklində yazıldığına görə məhkəmə kollegiyası hesab edir ki, həmin arayışın baxılan iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qarşılıqlı iddiaya dair məhkəmə k ollegiyası qeyd edir ki, Mülki Məcəllənin 23.1-ci maddəsinin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, x1 20.02.2018-ci il tarixli teleqramla Azərbaycan Respublikası DİN-ə müraciət etmiş və müraciətində “beləliklə x2 etibarından sui-istifadə edərək onun külli miqdarda, yəni 60000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir” ifadəsini işlətmişdir. Eyni ifadə ilk iddia ərizəsində də qeyd olunmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məlumatlar cavabdehin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Çünki həmin məlumatlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallardır və ilk iddia ərizəsi özü-özlüyündə əsassız olması ilə deyil, sübut olunmadığına görə rədd olunmuşdur. Mülki Məcəllənin 23.4-ci maddəsi isə istənilən məlumatın deyil, yalnız fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu l əkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi imkanını nəzərdə tutur. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia da təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2211/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2211/2019
04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver