Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2212/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasda payların müəyyən edilməsi, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)636/2025 nömrəli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və cavabdehlər qardaş-bacıdırlar.
2. Tərəflərin ataları Hüseynov Mikayıl Qoca oğlu 14 iyun 2014-cü ildə, anaları X1 13 fevral 2021-ci ildə ölmüşlər. 3. ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi Hüseynov Mikayıl Qoca oğlunun mülkiyyətində olmuşdur.
4. Tovuz bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 ünvan 2 ünvanında mərhum atası Hüseynov Mikayıl Qoca oğluna məxsus həyətyanı torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiy a məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasından miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən ünvan 3 ünvanında yerləşən miras əmlakdan tam şəkildə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin ataları Mikayıl Hüseynovun vəfatından sonra miras əmlak olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən 0,00726 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak iddiaçı tərəfindən qəbul edilmiş və orada xeyli işlər görülmüşdür. İddiaçının arvadı Gülnar Cəfərova, uşaqları Günel və Tunarla birlikdə həmin evdə yaşamışlar. Hazırda cavabdehlər onlara yaşamağa imkan vermir və qanunsuz müdaxilələr edirlər. Cavabdehlərin miras əmlakda payları yoxdur. Yaşadıqları dövrdə evi əsaslı təmir etdirmişdir. Ümumilikdə evə 50.000 manat məbləğdə xərc çəkmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(062)-2754/2024 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında mərhum Hüseynov Mikayıl Qoca oğluna məxsus ünvan 3 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və ü zərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı və Cavabdeh1 payları hər birinə münasibətdə ½ hissədə müəyyən edilməsi qət edilmişdir.
8. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, miras əmlak vərəsələrdən yalnız İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir.
9. Belə ki, İddiaçı miras əmlak olan fərdi yaşayış evində atasının ölümündən sonra ailəsi ilə birlikdə yaşamış, orada təmir və tikinti işləri aparmış, bütün kommunal ödənişlər onun tərəfindən edilmişdir. Cavabdeh1 isə atasından miras qalmış 0,0726 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə həmin evdə yaşayır. Lakin digər vərəsələrin miras əmlakı nə formal, nə də qeyri-formal üsulla qəbul etməmişlər. Bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.
10. Məhkəmə gəldiy i nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133, 1151,1159, 1243-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)-636/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı miras qalmış əmlakı faktik idarə etməklə mirası fakt iki qəbul etmişdir.
14. Eyni zamanda, Tovuz bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli arayışa əsasən, Cavabdeh1 ünvan 2 ünvanında mərhum atası Hüseynov Mikayıl Qoca oğluna məxsus həyətyanı torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, miras qalmış torpaq sahəsində tikdiyi evdə yaşayır və atasında qalmış torpaq sahəsinə münasibətdə mirası idarə etməklə mirası faktiki qəbul etmişdir.
15. Miras qoyanın digər övladlarının mirası nə faktiki, nə də notariusa müraciət etmələrinə dair sübutları mövcud olmadığından məhkəmə hesab etmişdir ki, miras qoyanın ölümündən sonra miras əmlak yalnız İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın açıldığı tarix kəsiyi 26 dekabr 2023-cü il tarixdən, yəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının qəbulundan əvvələ aid olduğundan və hazırkı iş qərarın qəbul edildiyi dövrdə məhkəmənin icraatında olmadığından və iddiaçı mirasdan payın müəyyən edilməsinə dair iddia vasitəsi ilə məhkəməyə 11 sentyabr 2024cü il tarixdə müraciət etdiyindən Plenum qərarının təsir dairəsinə düşmür. Bu baxımdan hazırkı mübahisənin həllinə dair Mülki Məcəllənin 1243.2-ci maddəsi tətbiq edilməlidir ki, həmin maddənin tələbinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. Hazırki halda mirasın qəbuluna dair iki alternativdən faktiki qəbul forması İddiaçı və Cavabdeh1 tərəfindən realizə olunmuşdur.
18. Belə olan halda miras əmlakın mirası faktiki qəbul edən vərəsələr arasında bölünməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1145, 1146, 1151, 1133, 1159.1.1, 1243.1, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.3, 218.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)-636/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi, Mülki Məcəllənin 1243, 1255, 1273-1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri pozulmuşdur.
22. Belə ki, Mikayıl Hüseynov 14 iyun 2014-cü il tarixdə vəfat etdikdən sonra ondan qalmış miras əmlakı tam olaraq İddiaçı qəbul etmişdir. Bu barədə kifayət qədər sübutlar təqdim edilmiş, lakin cavabdehlər vərəsə kimi mirasın qəbulu ilə bağlı nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməmiş, mirası faktiki qəbul etməmiş, bu halı təsdiq edən hal kimi sübutlar təqdim etməmişdir. Lakin işin bu halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh1 mübahisəli təsərrüfatdan mərhumun sağlığında 2010-cu ildə ailəsi ilə birgə digər yaşayış evinə köçmüşdür. Cavabdehlərin həmin evə gedib-gəlməsi onların bu əmlakı miras olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh1 nikahı 2003-cü ili əhatə edir. Həmin digər yaşayış evi mərhum Mikayıl Hüseynovun evi ilə arada hasar hörülmüş, onların giriş çıxışı ayrı olmuş və demək olar ki, evlərin bir biri ilə tamamilə arası və əlaqəsi kəsilmişdir. Cavabdeh1 evi Bələdiyyə arayışı ilə müəyyən edilir ki, 0,0726 ha torpaq sahəsindədir. Cavabdeh1 yaşadığı ev həmin torpaq sahəsində olsa belə, evin rəsmi qeydiyyatı yoxd ur. Daşınmaz əmlakla bağlı mirasın kütləsinə rəsmi reyestrdən qeydiyyatdan keçmiş əmlak siyahısı daxildir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mərhumlarla birgə İddiaçı, onun arvadı X2, azyaşlı uşaqları 10 aprel 2011-ci il təvəllüdlü Günel və 24 may 2014-cü il təvəllüdlü Tunar həmin miras mülkdə yaşamışlar. Gülnar Cəfərova gəlin gəldikdən sonra 15 ilə yaxın dövrdə iddiaçı ilə birgə həmin evin əsaslı təmiri üçün xərc çəkmişdir. Gülnar Cəfərovanın orada yaşayış hüquqları və birgə evə çəkilmiş xərc hesabları mövcuddur.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericili yinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi mübahisə doğurmur.
32. İddiaçının hazırda mübahisələndirdiyi hal, bu əmlakda Cavabdeh1 da payının müəyyən edilməsidir. İddiaçı hesab edir ki, atalarında miras qalmış fərdi yaşayış evi onun tərəfindən idarə edildiyindən və sahiblik edildiyindən, mirasa onun tam hüququ tanınmalıdır.
33. Lakin, miras əmlakın yalnız fərdi yaşayış evindən deyil, 0,0726 ha torpaq sahəsindən ibarət olması işin mübasiləndirilməyən halıdır.
34. Həmçinin, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, bu torpaq sahəsinin bir hissəsində Cavabdeh1 tərəfindən ev inşa olunaraq (bu evin dövlət qeydiyyatı yoxdur), sonuncunun istifadəsindədir. Bunu da, iddiaçı faktiki olaraq mübahisələndirmir.
35. Belə olan halda, cavabdehin istifadəsində olan ev dövlət qeydiyyatına alınmasa da, miras kütləsinə daxil olan torpaq sahəsində yerləşdiyindən və bununla da, cavabdeh həmin torpaq sahəsinin bir hissəsindən istifadə etməklə mirasdan faktiki yiyələndiyindən, sonuncunun miras əmlaka payının müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 1243.3-cü maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) uyğun olmuşdur.
36. İddiaçının həyat yoldaşının və övladlarının mübahisəli evdə yaşamaları, birgə nikahları dövründə evə xərc çəkmələri, bu evdə istifadə hüquqlarının olması hazırkı mübahisənin predmeti olmadığından, bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.
37. Kassasiya şikayətinin digər dəlilləri isə təqdim olunan sübutların nəzərə alınmaması və işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)-636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.