Məhkəmə qərarları › İş №2(102)-2213/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2213/2019

10.04.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2213/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (S.R.Səlimova, iş 2(011)-5316/18) İddiaçı cavabdeh “X” İstehsalat Birliyinə qarşı “əmək müqaviləsinə xitam verilməs i barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” iddia tələbləri təmin edilmiş, “X” İstehsalat Birliyinin Sumqayıt qaz istismar sahəsinin 16.02.2018-ci il tarixli, 18-K saylı əmrinin ləğv, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “X” İstehsalat Birliyinin Sumqayıt qaz istismar sahəsinin 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsinə bərpa edilməsi, “X” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev, iş 2(103)-10261/18) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-5316/2018 saylı iş üzrə 29 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi,İddiaçı“X” İstehsalat Birliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdeh “X” İstehsalat Bi rliyinin nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı “X” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.06.2010-cu il tarixdə “X” İB-nin Sumqayıt Qaz İstismar sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə işə qəbul edildiyini, uzun müddət həmin vəzifədə işlədiyini, lakin 16.02.2018-ci il tarixdə heç bir iş təklif olunmadan və əmr təqdim edilmədən əmək müqaviləsinə xitam verildiyini, işdən azad olunması haqqında 16.02.2018-ci il tarixli əmrin mövcudluğu haqqında qeyri-rəsmi bildiyi gündən Sumqayıt Qaz istismar sahəsinin rəisinə müraciətlər edərək əmrin möhürlə təsdiqlənmiş surətinin ona göndərilməsini istədiyini, əmrdə Əmək Məcəlləsinin 68-ci və 70-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç birinin göstərilmədiyini bildirmiş, buna görə də “X” İstehsalat Birliyinin Sumqayıt qaz istismar sahəsinin 16.02.2018-ci il tarixli, 18-K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı və vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin f aktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı 02.06.2010-cu il tarixdə “X” İB-nin Sumqayıt Qaz İstismar sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə işə qəbul olunmuş, 16 fevral 2018-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “c” yarımbəndi ilə həmin tarixdən xitam verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı “dağınıq skleroz, dağınıq skleroz serebro-spinal forma i kincili proqredient gedişli, spastik paraplegiya, aşağı ətrafların spastik dərin paraparezi, sol aşağı ətrafın üstünluyu ilə ataktikyeriş, sidik ifrazının ləngiməsi, kiçik çanaq üzvlərinin funksiya pozğunluğu (ləngimə ilə), onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, hərəkətin və yerişin pozulmaları, yuxu pozğunluğu, asteno-nevrotik sindrom” diaqnozu qoyulmuş və ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmiş, 12 nömrəli tibbisosial ekspert komissiyasının “X” İB-nin Sumqayıt QİS-nin sahə rəisi N.Tarverdiyevə 08.02.2018-ci il tarixdə ünvanladığı məktubda isə İ dərəcəli əlil olan İddiaçı səhhətinə görə kabinet şəraitində, oturaq işlərdə işləyə biləcəyi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər, iddiaçının təxminən 1 ilə yaxındır iş ə çıxa bilmədiyini və onun əmək müqaviləsinə məhz səhhəti ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmiş olduğunu mübahisələndirməmişlər, iddiaçı özü də usta vəzifəsində işləməsinin mümkün olmadığını qəbul etmiş və onun kənar şəxsin köməyi olmadan hərəkət edə bilmədiyi məhkəmə tərəfindən də müşahidə olunmuşdur. İddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən onun başqa (oturaq) işlə təmin edilməsi imkanları araşdırılmamış, belə imkan mövcud olduğu halda cavabdeh təşkilat onu müvafiq işlə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır; hansı ki, hər hansı iddia tələbi üzrə hüqu qi dəyərləndirmə prosesi ilkin addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itiri lməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə, onun əmək müqaviləsinə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xitam verilir. Həmin normanın qeyd hissəsinə görə isə, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının səhhəti ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi işin mübahisəsiz halıdır və bu fakt müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ona İ qrup əlillik dərəcəsi verilməklə təsdiq olunmuşdur. İş materiallarında olan “X” İstehsalat Birliyinin İddiaçı ünvanladığı 26.01.2018-ci il tarixli, 01/NT-03-117 saylı məktubdan aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasının 06.01.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatına əsasən ona İ dərəcəli əlillik təyin edilməsi, Qaz təsərrüfatı strateji obyekt olduğu üçün Sumqayıt qaz istismar sahəsinin onu yüngül işlə təmin etmək iqtidarında olmadığı nəzərə alınaraq, 16.02.2018-ci il tarixdə növbəti məzuniyyətdən qayıtdıqdan sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İş materiallarından məlum olur ki, apellyasiya baxışı zamanı cavabdeh təşkilatdan ştat cədvəlinin təqdim olunması və mövcud vakansiyalar barədə məlumat verməsi tələb edilmiş, təqdim olunan sənədlərlə Sumqayıt qaz istismarı sahəsində mühəndis (proqramçı), xidmət rəisi, qaz avadanlıqlarının istismarı-t əmiri üzrə çilingər və mühəndis vəzifələrinin vakant olduğu müəyyənləşdirilmişdir. Həmin vəzifələr iddiaçının işləyə biləcəyi oturaq işlər olmadığından (bəziləri üçün ümumiyyətlə xüsusi təhsil tələb edildiyindən) apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilat onun əmək müqaviləsinə xitam verdiyi zaman qanunvericiliyin tələblərini pozmamışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 7.0.7-ci maddəsinə də bu kontekstdə qiymət verərək qeyd etmişdir ki, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinə xitam vermək işəgötürənin müvafiq işi (vəzifəsi) olduğu halda onu işlə təmin etmədiyi zaman yolverilməzdir; hazırkı iş üzrə isə belə imkanın mövcudluğu müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin icrası faktiki olaraq mümkün deyildir; hansı ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiə hüququnun ayrılmaz tərkib hissəsi olmaqla məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Bu mənada məhkəmə, qəbul etdiyi qərarın icraediləbilənliyini mütləq nəzərə almalıdır və hər hansı şəxsin (təşkilatın) i crası mümkün olmayan qərarın icrasına məcbur edilməsi qanunvericiliyin mənasına uyğun hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı “işləyə biləcəyi hər hansı işlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı deyil, məhz 16.02.2018-ci il tarixli, 18K saylı əmrin ləğv edilməsini, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunmasını istəmişdir, məhkəmə isə irəli sürülmüş tələb üzrə qətnamə çıxarmaq imkanına sahib olduğundan (MPM-nin 218.3-cü maddəsi) iddiaçının müvafiq işlə təmin edilməsi öhdəliyinin cavabdeh təşkilata həvalə edilməsi ilə bağlı qərar çıxarmaq hazırkı halda mümkün deyildir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 27 sentyabr 2018-ci il tarixli, 2(103)-10261/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar