Məhkəmə qərarları › İş №2(102)-2213/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2213/2020

09.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2213/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, Cavabdeh1 və vəkili Z qızının iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-**/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim T.Mahmudova) xx.xx.2018-ci il tarixli, 2(060)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdeh "Cavabdeh1 qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 17659 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi, Cavabdeh1 İddiaçı1 məxsus Sumqayıt şəhəri, ***saylı fərdi evdən və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, L.Məmmədova, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-*/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-****/2018 saylı qətnaməsinin qismən-dəymiş maddi ziyanın və Cavabdeh1 İddiaçı1 məxsus Sumqayıt şəhəri, ** *saylı fərdi evdən və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, dəymiş maddi ziyanın və Cavabdeh1 İddiaçı1 məxsus Sumqayıt şəhəri, ***saylı fərdi evdən və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, E.Vəliyeva, S.Hacıyev) xx.xx.2019-cu il tarixli, 2(102)-5525/19 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*/2019 nömrəli qətnaməsinin maddi ziyanın rədd edilməsi hissəsində ləğv edi lməklə həmin hissədə işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Rəhimov) xx.xx.2019-cu il tarixli, 2(105)-*-*/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-****/2018 saylı qətnaməsinin maddi zərərin əvəzi olaraq 17659 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 cavabdeh "Cavabdeh1 qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi və torpaq sahəsin dən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu 17659 manat maddi zərərin, 50000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 67689 manatın tutularaq ona ödənilməsi və Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, *** saylı fərdi evdən və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Z qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyası işə baxarkən nəzərə almamışdır ki, cavabdeh ilə iddiaçı arasında faktiki olaraq eyni tələblə bağlı məhkəmə çəkişməsi olmuş və iddiaçının cavabdehdən ev tələbinə görə iddiası rədd edilmişdir. Həmin iddiaya baxılarkən cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulmasını iddiaçı təsdiq edə bilməmiş və heç bir sübut təqdim etməmişdir. Heç bir sənədlə sübut olunmur ki, “guya İddiaçı1 məxsus evin sökülməsi nəticəsində” ona ziyan dəymişdir. Necə ola bilər ki, tikili cavabdeh tərəfindən inşa edilmiş, əvvəlcə kirayə verilmiş, sonra isə evdən çıxarılandan sonra naməlum səbəbdən yanmış və məhv olmuşdur. Ekspertiza nə cavabdehin, nə də onun ailə üzvlərinin iştirakı ilə keçirilmişdir. Rəy yalnız iddiaçının sözləri ilə tərtib edilmişdir. Ona görə də ekspert rəyi sübut hesab edilə bilməz. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*-*/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətna mə qəbul edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Z qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan RespublikasıMPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, * №-li ekspert rəyi nin surətindən görünür ki, tədqiq olunan ünvan 1 ünvanında yerləşən tikililərə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 17.659,0 manat olduğu müəyyən edilmişdir. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bolməsinin təhqiqatçısı, polis baş leytenantı V1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı1 şikayəti əsasında toplanmış HK/1-1433 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarla işin muəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı1 tərəfindən tərəflər arasında olan şifahi razılaşma və sövdələşmə nəticəsində gostərilən şərtlər arasında alınaraq orada iki mər təbəli ev inşa edilmiş, həmin evin İddiaçı1 tərəfindən inşa edilməsini iş üzrə şahid qismində izahat alınmış qonşular bütünlüklə bunları təsdiq edərək həmin evin sonuncu evə məxsus olduğunu gostərmiş, sonradan isə həmin evin Cavabdeh1 tərəfindən müəyyən hissələrindən söküntü işlərinin aparılması ilə bağlı olaraq mülkə dəyən ziyanın məbləği iş uzrə təyin edilmiş MEM-nin vermiş olduğu rəylə 17.659 manat məbləğində olmuşdur. Həmin qərarla vətəndaş İddiaçı1 ona dəymiş olan 17.659 manat məbləğində maddi ziyanla bağlı mülki muhakimə icrahatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı1 2016-cı il tarixə kimi mübahisəli mənzildə yaşamış və cavabdeh də bu halın mövcudluğunu qəbul etmişdir. Beləliklə apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulduğu iş materialları ilə sübuta yetirilir, odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qənətin ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlillləri üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apelyasiya kollegiyası mübahisə üzrə düzgün olaraq qəbul etdiyi qətnamədə istinad etdiyi sübutlara əsasən cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulduğu qənaətinə gəlmişdir. Odur ki, kasasiya şikayətinin dəlillər i apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə gorə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxar kən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*-*/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar