Məhkəmə qərarları › İş №2(102)-2213/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2213/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2213/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 (qanuni nümayəndəsi Cavabdeh) qarşı ilk iddia tələbinə, X1 (qanuni nümayəndə Cavabdeh) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə, mənzilə istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlunun (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar X3, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 (qanuni nümayəndəsi Cavabdeh) qarşı mənzilə köçürülmə barədə ilk iddia tələbinə; X1 (qanuni nümayəndəsi Cavabdeh) mənzilə istifa də hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1152/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 (qanuni nümayəndəsi Cavabdeh Vaqif qızı) tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzili (bundan sonra mübahisəli mənzil) Sumqayıt şəhər DTİ və MHT idarəsinin 20.02.1998-cı il tarixli, 08 saylı protokolu və Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 24/24 saylı, 14.08.1990-cı il tarixli order əsasında İddiaçı1 adına qeydiyyata alı naraq, qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** nömrəli, 23.05.2012-ci il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir.

2. Sumqayıt Şəhər 3 saylı Notariat Kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə810 reyestr nömrəli, 27.10.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında mübahisəli mənzil İddiaçı3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

3. Sumqayıt Şəhər 3 saylı Notariat Kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə92 reyestr nömrəli, 23.02.2020-ci il tarixli bağışlanma müqavilə əsasında mübahisəli mənzil X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.02.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

4. Mübahisəli mənzildə İddiaçı1, İddiaçı2, X6, İddiaçı3, X7, X8, Cavabdeh, X4 və X5 qeydiyyatdadırlar.

5. Sumqayıt Şəhər Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı3 ilə Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində 26.04.2005-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.

6. İddiaçı3 cavabdehlər Cavabdeh, İddiaçı1 və X2 qarşı əqdlərin etibarsız hesab olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın və kredit borcunun bölünməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində paylar, ½ hissədə İddiaçı3, ½ hissədə Cavabdeh olmaqla bərabər müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd olunm ası qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) cavabdeh X2 (qanuni nümayəndəsi Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların mübahisəli mənzilə köçürülmələri, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailədə yaranmış problemlərə görə cavabdeh onları mənzilə buraxmır. Cavabdehlə ailə münasibətlərinə xitam verilsə də, övladları-nəvələri ilə birlikdə həmin evdə yaşamaq, təsərrüfat aparmaq, yaşayış sahəsindən istifadə etmək hüquqları vardır.

9. X1 qanuni nümayəndəsi Cavabdeh, öz növbəsində, İd diaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ilə müraciət edərək, cavabdehlərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər onun keçmiş həyat yoldaşı, sonuncunun atası və anasıdır. O, cavabdehlərdən İddiaçı3 ilə 27.04.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 31.01.2006-cı il təvəllüdlü X4 və 24.06.2008-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduğu gündən mübahisə predmeti olan mənzildə fasiləsiz olaraq yaşamışdır və hal-hazırda da yaşayır. Birgə nikah dövründə keçmiş həyat yoldaşı ilə ünvan 1 ünvanında y erləşən 17 saylı mənzili, ünvan 2 42 saylı mənzili, ünvan 3şən 11 saylı mənzili, ünvan 4şən 38 saylı mənzili və ünvan 5erləşən 26 saylı mənzilləri almışlar. Həmin mənzilləri keçmiş həyat yoldaşı onun adından saxta etibarnamə düzəltdirərək atasının adına özgəninkiləşdirmişdir. Boşandıqları ərəfədə isə hal-hazırkı mübahisə predmeti olan mənzilin oğlunun adına bağışlanması aralarındakı razılaşma ilə baş vermiş, hər kəsin könüllü razılığı ifadə edilmişdir. Hal-hazırda mənzil oğlunun mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə oğlu onun himayəsindədir. Oğlunun qanuni nümayəndəsidir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5081/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilk iddianın qismən təmin edilməsi, İddiaçı 3 mübahisəli mənzilə köçürülməsi, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsinin cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzildə 1990-cı ildən yaşamağa başlamışlar və mənzil həmin tarixdən onların istifadəsində olmuşdur. 2005-ci ildə iddiaçı Vüsal Cavabdeh Hacızadə ilə nikah münasibətləri bağlamış və sonuncu həmin mənzilə gəlin köçmüş, həmin vaxtdan bu ünvanda yaşamışdır. 23.02.2020-ci il tarix də İddiaçı3 mülkiyyətində olan mənzili ailə üzvünə, yəni oğlu azyaşlı Murad Hacızadəyə bağışlamaqla sonuncunun mülkiyyətinə vermişdir.

13. İddiaçıların mənzillə bağlı münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi) müddəaları tətbiq olunmalıdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Bununla belə, ilk iddia qismən, İddiaçı3 həmin mənzilə köçürülməsi hissəsində əsaslıdır. 15. 28.02.2020-ci il tarixdə mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. Bununla belə, həmin hüquqi əsas yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olan iddiaçıdan yeni mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Belə ki, mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüququ olan ailə üzvünün (İddiaçı3) həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur.

16. İddiaçı3 mənzil üzərində mülkiyyət hüquqlarını ailə üzvü olan oğluna ötürməsi onun mənzil üzərinə istifadə hüquqlarının itirilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, İddiaçı3 həmin mənzilə köçürülməsi barədə iddiası qanuni və əsaslı olduğundan təmin edilməli, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsi cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qadağan edilməlidir.

17. Məhkəmə ilkin iddianı qalan hissədə təmin etməmişdir.

18. Məhkəmə, həmç inin qarşılıqlı iddianı qismən təmin edərək İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilə istifadə hüquqlarını itirilmiş hesab etmişdir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 52, 53, 123-cü, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.5, 228.2-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə apellyasiya şikayəti verərək, qətnamənin onların mənzilə köçürülməsi və mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsinin cavabdehə qadağan edilməsi tələbinin rədd edilməsi, X1 qanuni nümayəndəsi Cavabdeh onlara qarş ı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinin təmin edilməsi hissələrində ləğv edilməsi, ilk iddianın onlara aid hissədə tam təmin edilməsi, qarşılıqlı iddianın onlara aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Qətnamədən, həmçinin, cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin İddiaçı3 mənzilə köçürülməsi və manənin aradan qaldırılması hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1152/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və mə ruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk və qarşılıqlı iddiaların təmin edilməməsinə aid hissələrdə qanuni və əsaslıdır.

24. Məhkəmə nəzərə almışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.04.2021-ci il tarixli, 2(060)-452/2021 nömrəli qətnaməsi ilə mübahisəli mənzilin X2 bağışlanmasına dair 23 fevral 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia rədd edilmişdir.

25. Apellyasiya şikayətlərində göstərilən dəlillər iş üzrə qətnamənin ilk və qarşılıqlı iddiaların təmin edilməməsinə aid hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) K assasiya şikayətinin dəlilləri

26. X1 qanuni nümayəndəsi Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında mübahisəli mənzilə istifadə hüququna xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

27. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermiş, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəllənin 228.5, 152.1-ci maddələrinin tələblərini pozmuşdur.

28. Şikayətdə qeyd olunmuşdur ki, İddiaçı3 hal-hazırkı mülkiyyətçinin ailə üzvüdir, ona görə də onun hüquqlarının itirilməsi mümkün deyil. Lakin, məhkəmə işin faktiki hallarını nəzərə almamış, İddiaçı3 cavabdehə qarşı kəskin və barışmaz mövqeyinə qiymət verməmişdir. Onun məqsədi onlarla birlikdə yaşamaq yox, onları incitmək, hüquqlarını pozmaqdır. Məhkəmə baxışı zamanı İddiaçı3 özü də etiraf etmişdir ki, artıq uzun müddətdir mənzildə yaşamır, heç bir hüquq və vəzifə yerinə yetirmir, mənzilə də ehtiyacı yoxdur. Onun valideynlərinə məxsus olan yaşadıqları evlərində bütün şəraitləri var. Yəni, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, İddiaçı3 mənzilə istifadə hüquqlarına xitam verilməlidir.

29. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisəli mənzil 2012-ci il tarixdə İddiaçı1 adına özəlləşdirilmişdir. Yəni mənzil 2012-ci ilə qədər dövlət sosial fonduna aid olmuşdur. Mənzil 2012-ci ildə özəlləşdiyi üçün istifadə hüququna xitam verilməsi ilə bağlı Mənzil Məcəlləsinin 39-cu maddəsi ilə tənzimlənməlidir. Belə ki, Fəridə Hacızadə mənzilə köçərkən mənzil İddiaçı1 adına olmuşdur. İddiaçı3 ilə münasibətlər isə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin təsiri altına düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı3 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

32. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh kassasiya şikayəti əsasənda ilk iddianın təmin, qarşılıqlı rədd olunan hissələrində yoxlanılır. Tətbiq edilən hüquq

33. Mülki Məcəllə Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin q üvvəyə mindiyi gündən yaranır. 34. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddət ə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə

127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır.

35. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (ma ddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə raz ılaşır.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh Vaqif qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1152/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddianın təmin olunmuş və qarşılıqlı iddianın rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar