Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2214/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı X5, onun vəkili Vəkil, Cavabdeh, onun vəkili X11 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Müzafəddin oğlunun cavabdeh X2 qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2019-cu il tarixli 2(105)-997/2019 nömrəli qətnaməsindən iddi açı X9 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq “Torpağa mülkiyyət hüququna dair” x, kod xxxolan dövlət aktının etibarsız hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” x, kod xxxolan dövlət aktındakı mülkün nömrəsi 73D, sahəsi 21618,36 kvm olaraq göstərilən torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən onlara geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin (hakim Çingiz İsgəndərov) 2(031)-875/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” x, kod xxxsaylı Dövlət aktının etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmmədov) 07 noyabr 2019-cu il tarixli 2(105)-997/2019 nömrəli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 2(031)-875/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, apelyasiya şikayəti təmin edilmiş, İddiaçı Müzafəddin oğlunun cavabdeh X2 qarşı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir. İddiaçı X9 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2019-cu il tarixli 2(105)-997/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayət inin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, iş üzrə ziddiyətli hallar olduğu halda təkrar ekspertiza təyin edilməmiş, qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh və vəkili Ş.Abbasov kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs X7 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştira kçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktl ara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair xxxxx saylı Dövlət Aktına əsasən Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X4 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqşsədi ilə 2.75 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağa Mülkiyyət Hüququna Dair x Kod xxxsaylı Dövlət Aktına əsasən Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.78 hektar torpaq sahəsi verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Şabran rayon şöbəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə müraciət edərkən həmin torpaq sahəsi elektron bazada yoxlanılmış və onlara bildirilmişdir ki, «Torpağa mülkiyyət hüququna dair» JN-143, kodu xxxolan dövlət aktında mülkün nömrəsi 143, sahəsi 21322.90 kvm olan sahəsinin faktiki yerləşdiyi yer ilə dövlət aktının plan və cizgisində göstərilən yer ara sında ziddiyyət vardır, həmin torpaq sahəsi dövlət aktının plan və cizgisində göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür, dövlət aktında göstərilən torpaq sahəsi Cavabdeh faktiki istifadəsində və mülkiyyətindədir. Buna görə də, Cavabdeh və ailə üzvlərinə qarşı iddia qaldıraraq torpaq sahəsində dair verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair x Kod xxxsaylı Dövlət Aktının etibarsız hesab edilməsi və torpaq sahəsini qanunsuz sahiblikdən geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin 28 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, x (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına qeyd olunan Şabran rayonu, Zeyvə kəndi ərazisindəki torpaq sahəsinin cizgiləri mövcud elektron baza məlumatları ilə eynilik təşkil edir. İş üzrə keçirilmiş 18494 saylı, 23 avqust 2019-cu il tarixli ekspert rəyindən görünür ki, dövlət aktlarına əsasən iddiaçı və cavabdehə verilmiş torpaq sahələrinin cizgiləri mövcud elektron baza məlumatları ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının, o cümlədən cavabdehin dövlət aktında qeyd olunan koordinatlar, torpaq sahələrinin cizgiləri mövcud elektron baza məlumatları ilə eynilik təşkil edir, yəni hər hansı bir ziddiyyət mövcud deyildir. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.78 hektar torpaq sahəsi verilmiş və bundan sonra Dövlət Aktı verilmişdir. Dövlət Aktının verilməsinə əsas olan Aqrar İslahat Komissiyasının qərarı hazırda qüvvədədir və həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehlərə torpaq sahəsinin verilməsinə dair Aqrar İslahat Komissiyasının qərarı hazırda qüvvədə olmasına baxmayaraq məhkəmə Dövlət Aktının etibarsız hesab olunmasını qət etməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh və onun ailə üzvlərinə verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair x Kod xxxsaylı Dövlət Aktının etibarsız hesab edilməsi tələbinin məhkəmə aidiyyətı məsə ləsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddia tələbindən və məhkəmə araşdırmasından müəyyən edilir ki, hər iki tərəfə Aqrar İslahat Komissiyasının eyni tarixli qərarı ilə pay torpaq sahəsi ayrılmış və həmin torpaq sahələrinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Ayrılmış torpaq sahələrinin nömrələri və faktiki yerləşmə yeri ayrı olsa da, hər iki aktda torpaq sahəsinin koordinatları eyni göstərilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə sahəsinin faktiki yerləşdiyi yer ilə həmin torpağa dair dövlət aktının plan və cizgisində göstərilən yer üst-üstə düşmədiyindən və dövlət aktında göstərilən torpaq sahəsi Cavabdeh faktiki istifadəsində və mülkiyyətində olduğundan, sonuncuya verilmiş dövlət aktı mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edi r ki, iddiada Cavabdeh adına verilmiş Dövlət Aktına əsasən aparılmış hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair x Kod xxxsaylı Dövlət Aktının etibarsız hesab edilməsi tələbi mahiyyəti üzrə həmin aktı vermiş inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, düzgün mərzçəkmə işlərinin və düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətini n müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyənedilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qe ydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallar da iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Da şınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. X6 ilə qeydə alınmış torpaq sahəsinə hüququn hər hansı mülki-hüquqi əqd (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin mərzlənməsi və yerləşmə yerinə dair koordinatlarının düzgün göstərilməməsi əsası ilə torpaq sahəsinin cavabdehin adına ilkin hüquqi qeydiyyatının aparılması və buna dair verilmiş Dövlət Aktının qanuniliyinin müb ahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irəli gələn mübahisədir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq m üəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Aktının etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, i ddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olu nmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraatıa xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X9 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2019-cu il tarixli 2(105)-997/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Müzafəddin oğlunun cavabdeh X2 qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2214/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2214/2020
01.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver