Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2214/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qayıb qızının cavabdehlər Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, Cavabdeh2 və X15 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2214/22 (Açar sözlər: vərəsəlik şəhadətnməsinin ləğvi, subyektiv hüquq) Bakı şəhəri, 16 may 2022-ci il Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Qayıb qızının cavabdehlər Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, Cavabdeh2 və X15 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin, daşınmaz əmlaka hüquqların dövlət qeydiyy atı barədə çıxarışların etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2248/2021 nömrəli, 06.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı Qayıb qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Qayıb qızı X6 ikinci arvadı, Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı isə birinci arvadı olmuşdur.
2. Xaçmaz Rayon AİK-nın 17.12.1997-ci il tarixli, 16 nömrəli qərarlarına əsasən X8, Abdurəhmanova Gülbikə və X9 mülkiyyətinə 1,78 ha torpaq sahəsi və 0,16 ha torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülki yyət hüququna dair şəhadətnamələr verilmişdir.
3. X6 Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı ilə nikahı 28.12.2004-cü il tarixdə pozulmuş, İddiaçı Qayıb qızı ilə 13.08.2013-cü ildə nikah bağlamışdır.
4. X13 10 iyun 2015-ci ildə vəfat etdikdən sonra, Xaçmaz rayonu 1 saylı Notariat ofisi tərəfindən qızı Cavabdeh2 23.08.2017-ci il tarixdə 2V-732 reyestrli, 04.12.2017-ci il tarixdə isə 2V-1079 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən 1,78 ha torpaq sahəsinə 2/3 hissədə Cavabdeh2, 1/3 hissədə Cavabdeh3 Ələskər qızının pay hüququ qeydiyya ta alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsinə 2/3 hissədə Cavabdeh2, 1/3 hissədə Cavabdeh3 Ələskər qızının pay hüququ qeydiyyata alınmışdır. 7. 18 aprel 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 və Məhərrəmova X17 rayonu, Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsini Cavabdeh1 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışla həmin torpaq sahəsi sonuncunun adına qeydiyyata alınmışdır.
8. İddiaçı Qayıb qızı 07.10.2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Xaçmaz rayonu Notariat ofisinə müraciət etmişdir.
9. İddiaçı Qayıb qızı mərhum ərindən miras qalmış əmlakın qanunsuz sahiblikdən geri alınması məqsədi ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qayıb qızı cavabdehlər Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, Cavabdeh2 və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2015-ci ildə vəfat etmiş mərhum əri X2 miras qalmış Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0044 saylı dövlət aktına əsasən 1,78 ha pay torpaq sahəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN 0434 saylı şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsinə Xaçmaz rayon 1 saylı notariat ofisində miras qalmış əmlaka dair 23.08.2017-ci il tar ixdə 2V-732 reyestrlə və 04.12.2017-ci il tarixdə 2V-1079 reyestrlə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X2 miras qalmış əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında 13.03.2018-ci il tarixli RX ******* saylı və 13.09.2017-ci il tarixli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, 10. eləcə də 0,16 ha torpaq sahəsinin Xaçmaz rayonu Əbilyataq kənd sakini X16 AN-1, ******* saylı, 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun adına olan 10.05.2018-ci il tarixli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərə sələrin paylarının müəyyən edlməsi və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum X6 ikinci arvadıdır. Mərhum həyat yoldaşının adına Xaçmaz rayonu, Əbilyataq kəndi ərazisində 1,78 ha pay torpaq sahəsi və 16 sot həyətyanı sahəsi olub. O, nikah müddətində həmin evdə yaşamış, övladı həmin evdə dünyaya gəlmişdir. Mərhum əri ilə birlikdə torpaq sahəsində növbə ilə əkin və ot becərmişdir. Əri vəfat etdikdən sonra, dolanmaq çətin olduğu üçün məcburiyyət qarşısında Bakıda kirayə qalmışdır. Bu müddətdə baldızı Solmaz onun yoxluğundan istifadə edərək, evin qapısının kilidini dəyişdirmiş, həmin evi öz mülkiyyətinə keçirmişdir. Solma z Xaçmaz şəhərindəki evində yaşayır. Baldızı bütün sənədləri evdən götürmüş, ona verməkdən imtina etmişdir. Sonradan, iddiaçıya məlum olmuşdur ki, Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı və Cavabdeh2 mərhum ərindən miras qalmış 0,59 ha torpaq sahəsi və 0,16 ha torpaq sahəsini öz adlarına rəsmiləşdirərək çıxarışlar almış və Cavabdeh1 satmışlar. Çıxarışların ləğvi barədə iddia qaldırsa da, ona məhkəmə çıxarışların verilməsinə səbəb olmuş vərəsəlik şəhadətnamələrinin və müqavilələrin ləğvi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmiş, iddia tələbi rədd edilmiş, qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) 2(067)-845/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmə iş ma teriallarına və iddiaçının izahatına əsasən müəyyən etmişdir ki, iddiaçı miras əmlakı faktiki qəbul etməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası üçün də müraciət etməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan əmlaklara dair çıxarışların etibarsız hesab edilməsini tələb etsə də, həmin əmlaklara dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğvi barədə iddia tələbi irəli sürməmişdir.
15. Bundan başqa, iddiaçı Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsinin Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsini mübahisələndirsə də, alıcının hər hansı hüquq pozuntusuna yol verdiyini bildirməmişdir.
16. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Res publikası Mülki Məcəlləsinin 152.1, 157.1, 552.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1194, 1195, 1196, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, 3-4 ildir ki, məhkəmə prosesləri gedir, savadsızdır, qanunları bilmir, iddianı düzgün qaldırmamışdır, sualları düzgün qoymamışdır, illərlə proses gedir və sonda iddianın təmin edilməməsi barədə qərar çıxır. O, azyaşlı uşaqla məhkəmələrə gedibgəlməkdən yorulmuşdur. Heç olmasa, məhkəmənin uşağa yazığı gəlsin. Uşağın 7 yaşı olmasına baxmayaraq, maddi imkan olmadığından onu məktəbə göndərə bilmir. Kirayə lərdə qalır. Yaşamağa yeri yoxdur. Cavabdehlərin məhkəməyə təqdim etdikləri sənədlər saxta olsa da, məhkəmə onların saxtalığına qiymət verməmişdir. Belə ki, iş materiallarında iki saxta sənəd vardır. Bu sənədlərdən biri Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında akt qeydinin aşkarlanmaması, digəri isə Xaçmaz rayonu Əbilyataq İƏV tərəfindən verilən ailə tərkibi haqqında arayışdır. Əri vəfat etdikdən sonra 6 ay həmin evdə yaşamışdır. Uşağın Bakı şəhərində doğulmasıyla əlaqədar peyvənd olunması üçün onu uşaqla birlikdə Bakıya çağırmışlar. Bakıdan qayıtdıqdan sonra evin qıfılının dəyişildiyini görmüş, baldızına zəng vurduqda isə, baldızı evin atasının olduğunu bildirmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2248/2021 nömrəli, 06.09.2021-ci i l tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-845/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz Rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli, 2(067)-4493 saylı qətnaməsi ilə müəyyən olnmuşdur ki, iddiaçılar İddiaçı Qayıb qızı və X3 X4 və maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən mərh um qaynataları X5 miras qalmış və Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş 16.10.2016-cı il tarixli ******* və ******* saylı çıxarışların, eləcə də reyestr № **********83-10301 saylı texniki pasportun ləğv edilməsi, iddiaçı X11 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evdən, həyətyanı sahədən və tikililərdən istifadə hüquqlarının tanınmaqla onların həmin evə köçürülmələri, miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddia ərizəsi qismən təmin edilib, X12 tərəfindən X7 miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsini və 3.0729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Bundan əlavə həmin qətnamə ilə mü əyyən olur ki, məhkəmə baxışı zamanı cavabdeh X1 təkidlərinə baxmayaraq İddiaçı Qayıb qızı əri X6 ölümündən sonra Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən evdə yaşamaq istəməmiş və bu hərəkətilə miras əmlakı qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də İddiaçı aid hissədə iddia təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
21. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur.
22. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər 25.Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
26. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olma mış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə mir as qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
31. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
32. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
33. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
34. Maddə 1243.1-1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir k i, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasl andırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mülki Məcəllənin Maddə 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
49. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyə tçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
50. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
51. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyan X6 10 iyun 2015-ci ildə vəfat etmişdir. Miras əmlak olan Xaçmaz rayonunda torpaq sahələri olsa da, iddiaçı ərinin ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir.
52. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etm əyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.
53. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. 54.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir.
55. Kassasiya şikayətinin mirasın faktiki qəbul edilməsi ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. 56.Be lə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). 57.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 58.İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəl ilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
59. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 60.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2248/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.