Məhkəmə qərarları › İş №2(102)-2215/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2215/2019

16.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2215/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8469/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X8 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(011)-350/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F. Ə.Məmmədov) İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan 10 iyul 2013-cü il tarixdə doğulmuş X1 və 31 yanvar 2015ci il tarixdə doğulmuş X2 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, xxxsaylı evin, 24-cü mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Eyni zamanda qətnamə cavabdehin iki uşaqları ilə birlikdə qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8469/2018 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 01 mart 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “uşaqları ilə birlikdə mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, xxx rayonu, xxx (keçmiş Telnov) küçəsi, xxxsaylı evin, 24-cü mənzili xüsusi mülkiyyətindədir. xxxnoyabr 2012-ci il tarixdə oğlu Pərvin İbrahimov rəsmi nikah əsasında cavabdehlə ailə qurmuşdur. Onların birgə nikahından 10 iyul 2013-cü il tarixdə Mehin, 31 yanvar 2015-ci il tarixdə xxxadlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra ilk vaxtlar onların münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Bakı şəhəri, xxx rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə yaşamamış və onun həmin mənzillə hər hansı hüquqi bağlılığı olmamış və mənzilə istifadə hüququ yaranmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı və vəkili xxxun kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümk ün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini t əmin edilmədən saxlayarkən, cavabdehin mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququnun əmələ gəlməməsinə, iddia ərizəsini rədd edib qətnaməni cavabdehin iki uşaqları ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edərkən birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xxxsentyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, xxxsaylı evin 24-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. xxxnoyabr 2012-ci il tarixdə iddiaçının oğlu Pərvin İbrahimov rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından 10 iyul 2013-cü il tarixdə Mehin, 31 yanvar 2015-ci il tarixdə xxxadlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri, xxx rayon məhkəməsinin 16 may 2017-ci il ta rixli qətnaməsi ilə X6 İbrahimova arasında bağlanmış nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Eləcə də işdən görünür ki, Cavabdeh iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə daimi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, xxx rayonu, Telnov küçəsi, xxxsaylı evin, 24-cü mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar.Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil. Həmçinin azyaşlı uşaqlar mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı nəvələri olsalar da, sonuncudan birbaşa aliment almaq hüququna malik deyildirlər. Cavabdeh, həmçinin azyaşlı uşaqlar mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü hesab e dilmədiyindən, onların həmin mənzildən qanuni əsaslarla istifadə hüquqları əmələ gəlməmişdir və beləliklə də yaranmayan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini cavabdehin iki azyaşlı uşaqları ilə birlikdən mübahisəli mənzildən istifadə hüquqlarının əmələ gəlməməsi əsasına görə rədd edib və qətnaməni cavabdehin iki azyaşlı uşaqları ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edərkən düzgün nəticəyə gəlmiş və aşağıdakı maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üz vlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdiriər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna mal ikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq iiçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, mübahisəli mənzilin hüquqi vəziyyətini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni cavabdehin və iki azyaşlı uşaqlarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab etməklə düzgün nəticəyə gəlmişdir. “İddia tələbini rədd etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxılaraq, qətnaməni cavabdehin və iki azyaşlı uşaqlarının mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab etməklə düzgün nəticəyə gəlməməsinə dair” cavabdehin ap ellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmaması, həmçinin azyaşlı uşaqların mənzilin mülkiyyətçi İddiaçı nəvələri olsalar da, ondan birbaşa aliment almaq hüququna malik olmamasına görə təmin edilməmişdir. Eləcə də mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmədə hazırkı iddia tələbini irəli sürməsini cavabdehi və onun azyaşlı uşaqlarını mübahisəli mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmamışdır, həmin hissədə məhkəmə qətnaməsi heç bir prosessual pozuntu olmadan qəbul edilmişdir. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir k i, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili X8 oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8469/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar