Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2215/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı X8 və onun vəkili Nuriyev İlham Qubad oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(023)-541/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim N.Musayev) iddia tələbi qismən təmin edilmiş, Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN 1xx xxx 50102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2 və Cavabdeh1 verilmiş, Qazax rayonunun Qiyasbəyli kəndində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh1 ilə X8 arasında, Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN 807A KOD 50102018 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh1 verilmiş, Qazax rayonunun Ağköynək kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair X8 ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin to rpaq sahələrinə X4 mülkiyyət hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən, məruzəçi), R.Mamedov və A.Hüseynzadə, 2(104)4049/2019 saylı mülki iş) hazırki iş üzrə Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(023)-541/2019 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı X15 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il t arixli 12 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 1xx xxx 50102018 olan 0,39 ha torpaq sahəsinin və Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 807A KOD 50102018 olan 0,06 ha torpaq sahəsinin onun tərəfindən alınmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahələrinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 və Cavabdeh1 arasında Qazax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 1xx xxx 50102018 olan 0,39 ha torpaq sahəsinin və Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Cavabdeh2 və Cavabdeh1 verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 807A KOD 50102018 olan 0,06 ha torpaq sahəsinin onun tərəfindən alınmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X8 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 və onun vəkili Nuriyev İlham Qubad oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsini n iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası kassasiya şikayəti ilə bağlı ilk növbədə onu qeyd edir ki, işə baxan 1ci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, iddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməmiş, qarşı tərəf qətnaməni mübahisələndirmişdir. Ona görə apelyasiya icraatının baxış predmeti 0,06 ha torpaq sahəsi ilə bağlı olmuş və Apelyasiya Məhkəməsi həmin hissədə də iddianı təmin etməmişdir. Ona görə kassasiya şikayətinin qətnamənin apelyasiya baxışının predmeti olmayan hissəsi ilə bağlı qərar qəbul edilməsi barədə hissəsi nə hazırkı icraatda baxılmır. Cavabdeh Azərbaycan Respublikası X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi, Cavabdeh2 hüquqi varisi Aydoğdu (Osmanova) Lola Mustafa qızının nümayəndəsi (əri) X7 və hüquq və vəzifələrinə toxunan şəxs X18 tərəfindən verilmiş apelyasiya şikayətlərində onlar Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(023)-541/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətlərin hər üçünün dəlillərində əslində iddianın qismən təmin edilmiş hissəsi mübahisələndirildiyindən, qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı apelyasiya instansiyası məhkəməsi araşdırma aparmamışdır. Apellyasiya Məhkəməsi aşağıdakı sübutlara və hüquqi faktlara qiymət vermişdir: Torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 50102018 saylı dövlət aktının təsdiqli surətindən görünür ki, Cavabdeh2 ailə üzvü Cavabdeh1 ilə birlikdə Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonu Qiyasbəyli kəndi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-807A Kod 50102018 saylı şəhadətnamənin təsdiqli surətindən aktından görünür ki, X3 ailə üzvü Cavabdeh1 ilə birlikdə Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonu Ağköynək kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə hüquq sahibinin Cavabdeh2 kimi oxunmasına dair qeyd AR DT və XK-nin Qazax rayon şöbəsinin möhürü və müdirin imzası ilə təsdiq edilmişdir. xx xxxxxx 2003-cü il tarixdə Qazax RİHB-nın Ağköynək kəndi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş qəbzin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 “Komsomol” sovxozunun xx.xx.1992-ci il tarixli 27 saylı əmri ilə ona verilmiş 0,06 ha torpaq sahəsini (içində heç bir tikinti aparılmamış) doğma qardaşı oğlu X6 həmişəlik olaraq bağışladığını göstərmişdir. xx xxxxxx 2003-cü il tarixdə Qazax RİHB-nın Ağköynək kəndi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş qəbzin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onlara verilmiş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hər ikisinin razılığı ilə h əmişəlik olaraq X6 bağışladıqlarını göstərmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışların surətlərindən görünür ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,2843 ha və 0,1143 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə X5 və Cavabdeh1 adlarına qeydə alınmışdır. Daşınmaz əmlakın xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı və AN-İ ******* saylı alğı-satqı müqavilələrindən görünür ki, satıcılar Cavabdeh1 və X12 birgə mülkiyyət üzrə 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 800 manata, 0,1143 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 600 manata alıcı X1. Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlardan görünür ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,1143 ha və 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə X9 adına qeydə alınmışdır. İddiaçı X8 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 bibisi, Cavabdeh1 isə bibisi qızıdır. Qazax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsini və 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx xxxxxx 2003-cü ildə həmin vaxt dövriyyədə olan pulla 100000 manata almışdır. Cavabdeh2 və Cavabdeh1 torpaq sahələrinin ona satılmasına dair həmin tarixdə qəbz yazmış, lakin həm in qəbzdə torpaq sahələrini ona həmişəlik bağışlamalarını qeyd etmişlər. Sözügedən qəbzlər Ağköynək kəndi üzrə icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. 2003-cü ildən mübahisəli torpaq sahəsinə sahiblik etməklə idarə etmişdir. Bundan sonra sözügedən həyətyanı torpaq sahəsində qardaşı İldarla birlikdə fərdi yaşayış evi tikdirmişlər. Digər torpaq sahəsində isə bağ salaraq meyvə ağacları əkmişlər. Mübahisə yaranana qədər həmin torpaq sahələrindən onlarn istifadə etməmələrinə heç kəs mane olmamış, onlara qarşı heç kimin narazılığı olmamışdır. Cavabdeh2 və XXX 2005-ci ildə Azərbaycan Respublikasını tərk edərək Özbəkistana köçmüş, hazırda onların harada olmasından məlumatı yoxdur. 2003-cü ilin yanvar ayından 2017-ci ilədək torpaq sahələrindən çıxarılma ilə əlaqədar ona heç kim müraciət et məmişdir. 18 ildir ki, həmin əmlaklardan istifadə etməklə, torpağa dair vergini də özü ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, maddi hüquq norması kimi xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş xx xxxx 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı XXX tərəfindən haqqında sözügedən torpaq sahələri xx xxxxxx 2003-cü ildə qanunun tələblərinə əməl edilməklə əldə edilmişdir. Belə ki, o, həmin torpaq sahəsinin mülkiyyətçilərinə nağd pul ödəməklə göstərilən torpaq sahəsini, göstərilən torpağa mülkiyyət hüququna dair dövlət aktını və şəhadətnaməni əldə etmişdir. Bundan sonra sözügedən həyətyanı torpaq sahəsi üzərində iddiaçı ilə qardaşı İl dar Qasımov birlikdə fərdi yaşayış evi tikdirmişlər. Həmin vaxtdan hazırkı vaxta kimi o, qeyd olunan daşınmaz əmlaka digər şəxslərin hüquqlarını pozmadan öz əmlakı kimi vicdanla açıq və fasiləsiz sahiblik edir. 2003-cü ildən sözügedən torpaq sahəsinə dair vergi iddiaçı İlimdar Qasımov tərəfindən ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı İlimdar Qasımov cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə aralarında olan torpaq sahələrinin alğı-satqısına dair əqdi tamamilə icra etmiş olduğundan, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdıqlarından göstərilən maddənin tələbinə əsasən iddia təmin edilməli, həmin torpaq sahələrinin alqı-satqısına dair X11 Osmanova və Cavabdeh1 arasındakı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, torpaq sahələri iddiaçı XXX mülkiyyətinə verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Beləki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istif adə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyət i digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 144.1-ci maddəsinə əsaən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XXX şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında tə sdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi işdə olan xx xxxxxx 2003-cü il tarixli qəbzlərlə bağlı qeyd etmişdir ki, həmin qəbzlərdə Cavabdeh2 “Komsomol” sovxozunun xx.xx.1992-ci il tarixli 27 saylı əmri ilə ona verilmiş 0,06 ha torpaq sahəsini (içində heç bir tikinti aparılmamış) doğma qardaşı oğlu X6 həmişəlik olaraq bağışladığı, Cavabdeh2 və Cavabdeh1 Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onlara verilmiş 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hər ikisinin razılığı ilə həmişəlik olaraq X6 bağışladıqları göstərilmişdir ki, belə olan halda həmin qəbzlər əsasında alğı-s atqının həyata keçirilməsi qeyrimümkündür. Digər tərəfdən, Cavabdeh2 27 oktyabr 2005-ci il tarixdə öldüyündən, digər Cavabdeh1 illər əvvəl Özbəkistan Respublikasına köçərək orada məskunlaşdığından həmin imzanın həqiqətən onlara məxsusluğunun müəyyən edilməsi də qeyri-mümkündür. Belə olan halda, iddiaçının əsaslandığı dəlil və sübutlar iddianın təmin edilməsinə əsas vermir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixdə vəfat etdiyi üçün 0,39 ha kənd təsərrüfatı təyinatlı və0,06 ha həyətyanı torpaq sahəsinin onun payına düşən ½ hissəsinə Cavabdeh2 qızı Aydoğdu (Osmanova) Lola Mustafa qızının vərəsəlik hüququ müəyyən edilmiş, ona bu barədə vərəsəlik şəhadətnaməsi və onun əsasında dövlət reyestrindən çıxarış verilmişdir. Aydoğdu (Osmanova) Lola M ustafa qızının nümayəndəsi (əri) X7 onun və Cavabdeh1 nümayəndəsi kimi onların ümumi birgə mülkiyyətində olan 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 0,28 ha və 0,1143 ha olmaqla xx xxx 2018-ci il tarixdə X2 və sonuncu həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar almışdır. Hazırda mübahisəli 0,06 ha həyətyanı torpaq sahəsi Aydoğdu (Osmanova) Lola Mustafa qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətində, 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. Göründüyü kimi apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, barəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələb olunan torpaq sahələri vərəsələrin mülkiyyətinə keçmiş və sonradan rəsmi alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Həmin əqdlərin etibarsızlığı ilə bağlı məsələ qaldırılmamışdır. Ona görə Apelyasiya Məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı i ş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2215/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2215/2020
23.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver