Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2216/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair birinci, birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və X6 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair birləşdirilmiş iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1966/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı X4 və birinci iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10/936 saylı, 22.08.1973-cü il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, Novruzov Əmrulla Ağarəhim oğluna 5 nəfər ailə üzvü daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil ayrılmışdır. AZ-İİ seriyalı, 042155 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Novruzov Əmrulla Ağarəhim oğlu 28.12.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 49 saylı 17 yanvar 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüqu qlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, birinci iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərilsə də xahiş etdim hissədə onun adının qeyd olunmadığını, iddianın həm də Cavabdeh2 qarşı yönəldiyini nəzərə alaraq sonuncuyu münasibətdə də iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil Dövlət Mənzil Fonduna aid olmaqla, 10/936 saylı 22 avqust 1973-cü il tarixli orderlə həyat yoldaşı mərhum Novruzov Əmrulla Ağarəhim oğluna məxsusdur. Mənzil özəlləşdirilməmişdir. Həyat yoldaşı Novruzov Əmrulla Ağarəhim oğlu 28.12.2018-ci ildə vəfat etmişdir. Cavab dehlər Cavabdeh1 və Cavabdeh3 onun övladlarıdır. Cavabdeh1 30 ilə yaxındır və Cavabdeh3 isə 1994-cü ildən ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə yaşamırlar. Onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Uzun müddətdir ki, onlarla heç bir əlaqələri yoxdur. Cavabdeh2 isə onun nəvəsidir və heç zaman həmin mənzildə yaşamamışdır. Bundan əlavə mənzildə Cavabdeh3 yetkinlik yaşına çatmayan X9 da qeydiyyatdadır ki, o da heç zaman həmin mənzildə yaşmayıb. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə övladı xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 və X10 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikasının MPM-in 54-cü maddəsinə əsasən iddiaçı Cavabdeh1 razılığı ilə X12 və Cavabdeh2 iddiaçı qismində işə cəlb edilmişlər. Birləşdirilmiş iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X3 onun doğma anasıdır. Cavabdeh X3 onu qərəzli şəkildə mənzilə buraxmır. Hazırda ona məxsus əmlakları həmin mənzildədir. O, göstərilən ünvanda 1973-cü ildən yaşayır. Özü ailəlidir, bir övladı xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 vardır. Cavabdeh qərəzli olaraq onu ailəsi ilə birlikdə həmin ünvana buraxmır. Həyat yoldaşı uşaq dünyaya gələndən sonra evdə bir müddət yaşasa da, söz-söhbət dava-dalaşdan sonra stressə düşmüş, hazırda Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır, müalicə və müayinə olunur. Günəmuzd işlədiyi iş yerləri bağlanıb dır. Kirayədə müvəqqəti yaşadığı ev sahibi onu evdən çıxarmış, hazırda müvəqqəti bir ailəyə sığınmışdır ki, evə köçürülənədək ona vaxt versin. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova, iş № 2(060)-534/2021) birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cava bdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və X5 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi i xtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəci kimi məhkəmədə iddia hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət (iyirmi ildən artıq müddətə) və davamlı olaraq könüllü istifadə etməmələri yaşayış sahəsinə o lan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X2, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, birləşdirilmiş iddianın təmin edilib-edilməməsi birinci iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və birinci iddia təmin edildiyindən birləşdirilmiş iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışlar ki, Cavabdeh1 mübahisəli evdə uzun illər yaşamış, həmin evdə ailə qurmuş, övladı Cavabdeh2 bu evdə dünyaya gəlmişdir. Bacısı cəzaçəkmə mə ntəqəsində nikaha daxil olaraq yenidən evə qayıtmış, həmin gündən də evdə davadalaş salmaqdan başqa iş görməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan iddiaçının xeyrinə qətnamə qət etmişdir. Cavabdeh1 ömrü boyu tanışlarının yanında və kirayələrdə yaşamağa məhkum olunmuşdur. Anasının psixi durumundan istifadə edən bacısı onları evdən qovmaqla məşğul olmuşdur. Cavabdeh3 mübahisəli mənzildə uzun illər yaşamış, həmin mənzildə toy edib ailə quraraq yaşamış, Emin Novruzov və Əfsanə Novruzova adlı övladları vardır. Ailədə olan dava-dalaş nətisəsində nikahı pozulmuş, ikinci dəfə X1 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Nailə adlı uşaqları anadan olmuşdur. Bacısının yenidən ailədə dava-dalaşı və söz-söhbəti başlamış, onları evdən qovmuşdular. Hazırda şəraitsizliyə dözməyən həyat yol daşı ilə aralarında olan nikah pozulmuşdur. Bacısı qərəzli olaraq anasının xəstəliyindən və imkansızlığından istifadə edib onları evə buraxmır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-1966/2021) birinci iddia üzrə cavabdehlər birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, birinci iddia üzrə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)-534/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübuta yetirildiyi kimi Cavabdeh1 və Cavabdeh3 1996-cı ildən daimi yaşamaq üçün mübahisəli mənzildən başqa evə köçmüşlər, 20 ildən artıqdır Cav abdeh1 və Cavabdeh3 özlərinə başqa yaşayış yeri seçmişlər, mübahisəli mənzillə əlaqələrini kəsmişlər. Həmçinin Cavabdeh2 Cavabdeh1 qızı olmaqla qısa müddət ərzində valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamış, daha sonra mənzildən atası ilə birlikdə köçüb getmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mkr, 30 saylı evin 14 saylı mənzilində yaşayır. Birinci instansiya məhkəməsində Cavabdeh3 izahatında göstərmişdir ki, özünə məxsus daimi yaşayış yeri vardır. Bundan başqa, 20 ildən artıq bir vaxtda cavabdehlər mübahisəli mənzilə köçməklə bağlı mübahisə açmamış, mənzilə köçürülmələri barədə iddia qaldırmamış, yaşayış sahəsinə ehtiyaclarının olmasını və bu ehtiyacı həmin mənzildən istifadə etməklə qarşılamaq niyyətlərin i göstərməmişlər. Bu isə cavabdehlərin mənzilə ehtiyaclarının aradan qalxdığını və başqa yaşayış yerlərinin olması qənaətinə gəlməyə əsas verən hal kimi qiymətləndirilməlidir. Həmçinin onların mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıldıqdan sonra Cavabdeh1 mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. Cavabdeh3 isə mənzilə köçürülməsi barədə iddia belə qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olduqları mənzili tərk edib, uzun müddət mübahisəli mənzildə yaşamadıqlarından, bu mənzillə bağlılıqlarını itirdiklərindən və daimi yaşayış yerləri olduqlarından, bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 və birinci iddia üzrə Cavabdeh3 (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1966/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyas iya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Birinci iddia üzrə iddiaçı birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1966/2021 nömrəli, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 və birinci iddia üzrə Cavabdeh3 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixədək qüvvədə olan) 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sa həsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əs asən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla və formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzildən başqa evə köçmüşlər, 20 ildən artıqdır Cavabdeh1 və Cavabdeh3 özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər, mübahisəli mənzillə əlaqələrini kəsmişlər. Cavabdeh1 ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mkr, 30 saylı evin 14 saylı mənzilində yaşayır. 20 ildən artıq bir vaxtda cavabdehlər mübahisəli mənzilə köçməklə bağlı mübahisə açmamış, mənzilə köçürülmələri barədə idd ia qaldırmamış, yaşayış sahəsinə ehtiyaclarının olmasını və bu ehtiyacı həmin mənzildən istifadə etməklə qarşılamaq niyyətlərini göstərməmişlər. İddiaçı tərəfindən mübahisəli mənzildə yaşamağa imkan verilmədiyini göstərmiş olsalar da, belə sübutlar təqdim olunmamış, keçən müddət ərzində məcburi qaydada mənzildən istifadə imkanlarının təmin olunması ilə bağlı mümkün hüquqi vasitələrdən istifadə edilməmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş dəlilləri qiymətləndirərkən haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin mənzilə ehtiyacları aradan qalxmış və başqa yaşayış yerləri olmaqla, mübahisəli mənzildən daimi olaraq köçmüş, mənzildən istifadə ilə bağlı maraqlarını itirmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş ü zrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 və birinci iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1966/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2216/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2216/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver