Məhkəmə qərarları › İş №2(102)-2216/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2216/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2216/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış mənzilin bölünməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-232/2025 nömrəli iş üzrə 1 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər 17 may 2021-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları olmuşdur.

2. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuşdur.

3. Tərəflərin birgə nikah müddətində Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,8 kv metr olan mənzil 120000 manata satın alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən mənzilin bərabər paylarla bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o Cavabdehla 17 may 2021-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından 14 iyul 2022-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində İsmayıl adlı bir övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra Bakı şəhərində yaşamışlar. Birgə nikah dövründə ünvan 3 ünvanında yerləşən mənzili almışlar və orada yaşamışlar. Hal-hazırda da həmin mənzildə müvəqqəti qeydiyyatdadır. O, cavabdehdən hamilə qaldıqdan və uşağın doğuşuna a z qaldıqda cavabdehin razılığı ilə Rusiya Federasiyasının Kazan şəhərinə valideynlərinin yanına getmişdir və uşaq orada doğulmuşdur. Uşaq doğulduqdan sonra o yenidən 2022-ci ilin iyul ayının axırlarında Azərbaycana İsmayıllı şəhərində yaşayan qaynata və qaynanasının evinə gəlmişdir. Cavabdeh olan əri isə Türkiyədə öz iş yerində olmuşdur. Qaynanasının təsiri ilə cavabdehlə ailə daxili münasibətləri pozulduğundan cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2024-cü il 14 aprel tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh onu birgə nikah dövründə alınmış, Bakı şəhərində yerləşən mənzillərinə buraxmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(037)1018/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 109,8 kv metr olan mənzil İddiaçı ilə Cavabdeh arasında bərabər bölünərək 1/2 hissədə paylarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid olunması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109,8 kv metr olan mənzil tərəflərin birgə nikahda olduqları müddətdə alınmışdır. C avabdeh, onun nümayəndəsi və vəkili mübahisəli mənzilin dəyərinin 80000 manatının birgə nikah müddətindən qabaq alınmış 1 otaqlı evin satışından əldə edildiyini bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmiş və eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdeh, onun nümayəndəsi və vəkili mübahisəli mənzilin birgə vəsait hesabına alınmadığını bildirdiklərindən həmin faktı sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə mübahisə predmeti olan tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109,8 kv metr olan mənzilin tərəflər arasında bərabər bölünərək 1/2 hissədə payla rının ayrılmasını qanuni və əsaslı hesab etmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olar aq müəyyən edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri şahidlər onun yaxın qohumları və qohumluqları olduğundan hazırkı tələb üzrə sözügedən şahidlərin ifadələri obyektivlik baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə mübahisəli fərdi yaşayış evinin satıcısı olmuş Şahid1 verdiyi ifadələr arasında ziddiyyətlərə diqqət çəkərək qeyd edir ki, o, məhkəmə iclasında işin faktiki hallarının, yəni evin hansı tarixdə satılması, məbləği barədə verilən suallara xatırlamadığını, lakin 2017-ci il tarixdə hazırkı tələb üzrə Cavabdeh ona sözügedən mənzili əslində onun alacağını, lakin Türkiyə Respublikasına gedəcəyindən bacısı tərəfindən rəsmiləşdiriləcəyini bildirməklə məhkəməyə şahidin əvvəlcədən bu yöndə ifadə verməsi barədə öyrədilm əsi qənaətinə gəlməyə əsas verməklə, onun da ifadəsinin mötəbər sübut növü kimi qəbul edilməsini istisna edir. Belə ki, sözügedən mübahisəli fərdi yaşayış evinin əslində Cavabdeh vəsaiti ilə lakin bacısının adına alması barədə cavabdeh tərəfin gətirdiyi dəlillərdən biri də məhz alğı-satqı zamanı Cavabdeh ölkədə olmayacağı ilə əlaqələndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh sərhəddən çıxma tarixi xx.xx.2018-ci il tarixidir, mübahisəli mənzil isə xx.xx.2017-ci ildə cavabdehin bacısı Şahid3 adına rəsmiləşdirilmişdir. Mübahisəli fərdi yaşayış evi alınan zaman Cavabdeh ölkə ərazisində olmuşdur.

10. Məhkəmə 20000 borc alınması barədə tərtib edilmiş müqaviləyə hüquqi qiymət verərək qeyd etmişdir ki, ilk növbədə sözügedən borc müqaviləsi hazırki tələb üzrə iddiaçının marağına toxunduğundan, eyni zamanda borc müqaviləsinin tərtib olunma günü, ayı və ili mübahisəli olduğundan mötəbər sübut növü kimi qəbul edilə bilməz.

11. Məhkəmə bildirmişdir ki, bundan əlavə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin alınmış borc müqabilində və ya tərəflərdən birinə, yoxsa hər ikisinə, yəni ailəyə bağışlanmış vəsait hesabına satın alınması və həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırki tələbin predmetini təşkil etmir.

12. Məhkəmə hazırkı iddia tələbinin mahiyyətinə münasibət bildirərək qeyd etmişdir ki, tələb nikah dövründə əldə olunmuş əmlaka payların müəyyən edilməsi olduğundan, həmin əmlakın naturada bölünməsini əhatə etmir. Belə ki, paylar müəyyən edildikdən sonra sözügedən əmlakın naturada bölünməsi barədə tələb irəli sürülə bilər. Hazırki tələbdə isə əmlakın naturada bölünməsi barədə iddia irəli sürülməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2, 36.1, 36.3 və 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam qanunsuzdur və aşağıdakı səbəblərə görə iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. İ ş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2021-ci il tarixdə İsmayıllı Rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır, yəni nikahın qeydindən 4 ay sonra mənzil alqı-satqı müqaviləsi əsasında 120000 manata (yüz iyirmi min) alınmışdır. Tərəflərindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021-ci il tarixdə ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. Yəni, tərəflərin birgə təsərrüfat aparmadıqları tarixlərə (cavabdehin ölkədən çıxması, nikahın qeydə alınması və cavabdehin ölkəyə qayıtması tarixlərinə) diqqət yetirəndə aydın görsənir. Hesab edirlər ki, məhkəmə bu maddənin tələblərini düzgün təfsir etməmiş və mövcud hüquq münasibəti ilə həmin maddənin hüquqi mənasını fərqləndirməmişdir. Onlar evin dəyərinin ödənilməsinə sərf olunmuş 120000 manat vəsaitin haradan əldə edilməsini araşdırmadan gəlirin ümumi olub-olmamasını dəqiqləşdirmədən əmlakı bölünməsi ilə razı deyillər.

22. Yəni iş materiallarından da məlumdur ki, iddiaçı heç bir yerdə işləməmiş, cavabdeh isə həmin dövrə aid qazancına dair məlumatları təqdim etmişdir. İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh "MV Nahidə-M” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 ABŞ dolları əmək haqqı almışdır ki, beləliklə 4 ay ərzində 16000 ABŞ dolları əmək haqqı aldığını g örmüş olarlar. Respublikada ABŞ dollarının məzənnəsinin 1,70 manat olduğu nəzərə alınaraq, bu müddətdə onun qazancının 27200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsi də nəzərə alınsa Cavabdeh məhkəmə iclasında dediyi kimi, onun ev alınarkən özünə məxsus cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Hətta iddiaçının nümayəndəsi də evin alınması üçün heç bir vəsait vermədiklərini məhkəmə iclasında etiraf etmişdir. Bunlar işin mübahisələndirilməyən tərəfləridir. Onların əsas diqqət çəkmək istədikləri məsələ “Gəlirlər” ifadəsinin qanunda istifadəsidir ki, bu ifadənin böyük hüquqi əhəmiyyəti vardır və hesab edirlər ki, bu məsələ məhkəmənin diqqətindən yayınmışdır. Nə Mülki Məcəllədə, nə də Ailə Məcəlləsində “gəlir” ifadəsinin hüqu qi mənası verilməsə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə gəlir dedikdə – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri başa düşülür.

16. Bütün bu məsələlərə qiymət verilməmişdən öncə məhkəmə tərəflərin birgə nikah dövründə nə qədər “gəlir” qazandıqlarını müəyyən etməli idi və buna hüquqi qiymət verməli idi. Evin alınmasına isə həmin gəlirdən nə qədər vəsaitin sərf olunmasını aydınlaşdırmalı və bundan sonra qətnamə qəbul edilməli idi. Lakin məhkəmə təqdim etdikləri sübutları araşdırmadan və evin alınmasına sərf edilmiş pulun haradan əldə edilməsini dəqiqləşdirmədən mənzil üzərində payların bərabər qaydada bölünməsini qət etmişdir. Bu isə ədalətsiz və qanunsuzdur.

17. Tərəflərindən təqdim edilmiş şahid ifadələri ilə təsdiq olunur ki, Cavabdeh mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir.

18. İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Hesab edirlər ki, məhkəmə qətnaməsində bu faktlara diqqət yetirməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Hesab edirlər ki, Plenumun Qərarına uyğun olaraq, əmlak bərabər qaydada bölünməməli idi, əmlakın birgə nikah dövründə alınması faktı onun bərabər qaydada bölünməsi üçün əsas olmamalı, əmlakın alınmasına sərf edilmiş vəsaitin birgə nikah dövründə əldə edilib edilməməsi faktı müəyyən edilməli idi. Lakin Məhkəmə belə faktı müəyyən etmədən əmlak üzərində payları bərabər bölmüşdür ki, bu da tam qanunsuzdur və Qərarın tələblərinə cavab vermir.

19. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qərəzli yanaşmışdır. Belə ki, məhkəmədə Şahid1 ifadəsinə məhkəmə qərəzli yanaşaraq, onun tarixləri xatırlamamasını əsas gətirərək guya onun cavabdeh tərəfindən öyrədilməsi qənaətinə gəlmiş və onun ifadəsinin mötəbər sübut növü kimi qəbul edilməsini istisna etmişdir. Hesab edirlər ki, məhkəmənin bu cür qiymətləndirməsi tam qanunsuz və əsassızdır, məhkəmə şahidin ifadəsinə qərəzli yanaşmaqla öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki məhkəmə nəzərə almamışdır ki, unutqanlıq hissi insana məxsus bir hissdir və 7 il yarım əvvəl baş ver miş bir hadisənin insan tərəfindən unudulması tam normal bir haldır. Cavabdeh tərəfindən şahid öyrədilmiş olsaydı bu halda sənədlər və orada olan tarixlər barədə məlumatlı olan cavabdeh ona həmin tarixləri də öyrətmiş olardı.

20. Tərəflərindən məhkəməyə, qeyd etdikləri kimi təkzib edilməz sübutlar, faktlar təqdim edilmiş, şahid ifadələri ilə həmin faktlar öz təsdiqini tapmış, lakin məhkəmə həmin sübutları qiymətləndirməmiş, onlara heç bir hüquqi qiymət verməmiş, əsassız olaraq, Şahid1 ifadəsinə qərəzli yanaşmışdır. Bütün bunların əksinə olaraq, heç bir hadisəyə şahid olmayan, sadəcə hardansa eşitdikləri barədə iddiaçı tərəfindən öyrədilmiş şahidlər X1, X2 və X3 adlı şəxsləri iddiaçı tərəfin dəvəti ilə məhkəmə iclasında dindirilməsinə şərait yaratmış və onların verdiyi saxta məlumatlar əsas ında öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki hər üç şahidə tərəflərindən hansı halın şahidi olduqları barədə sual verildikdə onlar ad çəkmədən guya əvvəllər ev olmaması sonra ev alınması barədə eşitdiklərini bildirmiş, həmin evlərdə olmadıqlarını və görmədiklərini bildirmişlər. Belə olan halda onların ifadəsinə qərəzli yanaşmaq əvəzinə məhkəmə Şahid1 izahatına qərəzli yanaşaraq, cavabdehə qarşı öz qərəzli münasibətini bir daha aşkar şəkildə bildirmişdir.

21. İş materiallarında olan sənədlərə əsasən tərəflərin birgə təsərrüfat aparmamasını nəzərə almamış, belə ki, pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, həmin vaxt nikah münasibətlərində olmamış, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdı r. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. Nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınsa da tərəflərin birgə təsərrüfat aparmadığı nəzərə alınmamışdır. Məhkəmə öz mülahizələri əsasında iddaçının mənzil üzərində payını müəyyən edərək, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarına, formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir.

22. İddiaçı evin alınmasına sərf olunmuş 120000 manat pulun birgə vəsait olmasını sübut edə bilməmiş, məhkəmə isə buna baxmayaraq əmlak üzərində payları bərabər qaydada bölmüşdür.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və El man İsayev) 2(105)-34/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1018/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının evin alınmasına sərf olunmuş 120000 manat pulun birgə vəsait olmasını sübut edə bilməməsi, məhkəmənin evin alınmasına sərf edilmiş pulun haradan əldə edilməsini dəqiqləşdirməməsi, tərəflərin birgə təsərrüfat aparmamasını nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli AZ-T № 051831 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə nikah qeydə alınmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mənzilin dəyəri olan 120000 manat pulun 80000 manatının Şahid3 adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan hələ 4 il əvvəl alınmış mənzil hesabına əldə olunması, 20000 manatının isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmasına, tərəflərindən təqdim edilmiş sübutlarla Cavabdeh mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməməsinin təsdiq olunmasına, mənzilin alınması onun qardaşı Şahid5 və onun arvadı Şahid6 20000 manat borc almasına, iddiaçının heç bir yerdə işlə məməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tut ulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

26. Məhkəmə bildirmişdir ki, mülki qanunvericilikdə faktiki mülkiyyət deyil, mülkiyyət anlayışı nəzərdə tutulmuşdur. Mülkiyyətin əldə edilməsi əsasları qanunvericilikdə təsbit edilməklə, mübahisəli mənzilin əldə edilməsindən əvvəl məhz cavabdehin mülkiyyətində olmuş digər bir mənzilin satılması, mübahisəli mənzilin alınmasında məhz əvvəldən cavabdehin mülkiyyətində olmuş mənzilin satışından əldə edilmiş vəsaitin sərf edilməsi halı müəyyən edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdə əmlakın əldə edilməsində onla rın birgə nikahda olduqları dövrdə alınmış borcdan istifadə edilməsi əmlakda payın müəyyən edilməsini istisna etmir və payın həcmini dəyişdirən hal deyildir. Bu cavabdehin borcla bağlı məsələni ayrıca icraatda mübahisələndirmək imkanını istisna etmir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə təqdim etdikləri sübutların araşdırılmamasına dair dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, prosessual hüquq normalarının pozuntusu halına yol verilməmişdir

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 36.4, 37.1 və 37.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hər hansı əsaslandırma aparmamış, tutarlı bir dəlil göstərməmiş, yalnız öz şəxsi mülahizələrini qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyası evin alınmasına sərf olunmuş 120000 manat pulun haradan əldə edilməsi ilə bağlı təqdim olunan sübutları araşdırmadan onlara hüquqi qiymət vermədən qanunsuz və əsassız, ehtimallara əsaslanan qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etmiş, işin hallarını araşdırmamış, qeyd olunan dəlilə münasibət bildirməmişdir. Həmçinin qətnamənin 68-ci bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkəmə iclasını bir dəfə təxirə salaraq nikahın etibarsızlığı ilə bağlı məsələni müzakirə edəcəklərini qeyd etmiş, lakin növbəti iclasda Cavabdeh nikahın etibarsızlığı yox, nikahın pozulması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət etdiyini əsas gətirərək, nikahın etibarlı olmasını qeyd etmişdir. Hesab edirik ki, Cavabdeh həmin vaxt hüquqi məlumatsızlıq səbəbindən nikahın etibarsızlığı yox pozulması ilə bağlı müraciət etmişdir.

33. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, nəticədə əs assız və qanunsuz qətnamə qəbul edilmişdir. Ölkədə olmadığı müddətdə nikahı bağlanmış Cavabdeh hələ nikahdan əvvəl əldə etdiyi mənzili 80000 manata sataraq aldığı yeni mənzil üzərində payların bərabər qaydada bölünməsi tam qanunsuz və ədalətsizdir. Həmçinin bu mənzilin alınmasına iddiaçı tərəfindən heç bir maddi vəsait, zəhmət və əmək də sərf edilməmişdir. Bu halda mənzilin bölünməsi ədalət və qanunçuluq prinsiplərinə tam ziddir

34. Borc müqaviləsi nəzərə alınsa, mənzil üzərində paylar 11/12 hissədə Cavabdeh, 1/12 hissədə iddaçının adına rəsmiləşdirilməsi qanuni ola bilərdi. Borc müqaviləsini nəzərə alınmasa isə, pay bölgüsü 5/6 hissədə Cavabdeh 1/6 hissədə isə iddiaçının adına qətnamə qəbul edilməsi qanuni olardı. Lakin, nikah etibarsız nikah olduğundan iddia tələbi təmin edilməməlidir. 3

5. Apellyasiya məhkəməsi iş üzrə tərəflərindən təqdim edilmiş cavabdehin əmək haqqı barədə arayışı, alqı-satqı müqavilələri, borc müqaviləsi, şahidlərin ifadələri düzgün araşdırmadan onlara düzgün hüquqi qiymət verilmədən qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

38. Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

39. Maddə 32.2.2.Ər-arvadın ümu mi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

40. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

41. Maddə 36.1.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakı nda olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

42. Maddə 36.3.Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

43. Maddə 36.4.Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

44. Maddə 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

45. Maddə 37.2.Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaql arın mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(105)-232/2025 nömrəli iş üzrə 1 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar