Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2219/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, iddiaçı XXXnın cavabdeh XXX qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ********-ci il tarixli, 2(104)-4585/2018 nömrəli qətnaməsindən cavabdeh XXXnin direktoru XXX və vəkili XXX tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı XXX cavabdeh XXX qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xitam vedilməsinə dair Kəngərli kənd orta məktəbinin direktoru tərəfindən verilmiş ********-ci il tarixli, 120 saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(061)-1590/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən M.S.Məmmədov) iddia təmin edilmiş, cavabdeh XXXinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbul qaydalarından ehtiyaca görə kənar müddətsiz müqavilə ilə işə götürülmüş biologiya müəllimi XXX ilə bağlanmış əmək müqaviləsinə ******* *-i il tarixdən xitam verilməsi və axırıncı hesab çəkilməsi barədə” ********cü il tarixli, 190 saylı əmrinin ləğv edilməsi və iddiaçı XXXnın məcburi iş buraxmağa görə əmək haqqı ödənilməklə XXXinin biologiya müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, R.Z.Mamedov, Ç.B.Məmmədov) ********-ci il tarixli, 2(104)4585/2018 nömrəli qətnaməsi ilə cavabdeh XXX apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(061)-1590/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh XXX və onun vəkili XXX kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin ********-ci il tarixli, 2(104)-4585/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKI VƏ İZAHATLARI: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, tətbiq etməli maddi hüquq normalarını tətbiq etməmiş, hüqunun tətbiqində səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı XXX Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndləri ilə deyil, XXX şöbəsinin müdri tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən göndərilən təsdiq olunmuş adlı siyahıda adı olduğu üçün işdən azad edilmişdir. Məhkəmə XXX ş öbəsini, nə də ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini işə cəlb etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavadehin səlahiyyətli nümayəndəsi, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ond an ibarətdir ki, XXX XXXn ********-cü il tarixli, 16 saylı əmrinə əsasən həmin məktəbə biologiya müəllimi təyin edilmişdir. Məktəb direktorunun **********-ci il tarixli, 190 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbul qaydalarından ehtiyaca görə kənar müddətsiz müqavilə ilə işə götürülmüş biologiya müəllimi XXX ilə bağlanmış əmək müqaviləsinə ******** il tarixdən xitam verilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının işə götürülməsi barədə *********-cü il tarixli, 16 saylı əmrdə onun müəllimlərin işə qəbulu qaydalarından ehtiyaca görə kənar müddətsiz müqavilə ilə işə götürülməsi barədə hər hansı müddəa öz əksini tapmamışdir. Yəni o, hər hansı bir ehtiyaca, həmçinin müəllimlərin işə qəbulu qaydalarından kəna r əsaslara və eləcə də hər hansı müqavilə əsasında deyil, ümumi qaydada öz ərizəsinə görə biologiya müəllimi təyin edilmişdir. Digər tərəfdən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 08 may 2018-ci il tarixdə F-346 nömrəli əmrlə təsdiq olunmuşdur. İddiaçı isə bu Qaydalardan əvvəl, yəni ********-cü il tarixdə işə götürülmüş və həmin Qaydalardan kənar işə qəbul edilmiş şəxs hesab edilə bilməz. Bundan əlavə, iddiaçının işdən azad edilmə barədə əmrin verilməsinin əsası kimi həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 04/73 nömrəli, ********-ci il tarixli məktubu göstərilir. Halbuki, həmin məktubda ********-cü il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyi müəllimlərin işə qəbulu qaydalarından kənar qəbul edilmiş (müddətli və müddətsiz) işləmənin yaş həddinə və ehtiyaca görə müddətli müqavilə ilə işə götürülmüş müəllimlərlə bağlanmış əmək müqavilələrinə ********-ci il tarixdən xitam verilməsindən söhbət gedir. Məhkəmə hesab etmişdir ki, iddiaçı bu əsasla da işdən azad edilə bilməz və ya onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Belə ki, iddiaçı yuxarıda qeyd olunduğu kimi müəllimlərin işə qəbulu qaydalarından kənar işə qəbul edilmiş şəxs hesab edilmir və işləmənin yaş həddinə çatmamışdır. İddiaçı ********-cü il tarixdə işə götürülərkən müəllimlərin işə qəbulu qaydalarından ehtiyaca görə kənar müddətsiz müqa vilə ilə deyil, öz ərizəsi əsasında ümumi qaydada boş iş yerinə işə götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, məktəb tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığı alınmamışdır. Halbuki, məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Tərtər rayon komitəsinin ********-ci il tarixli arayışından görünür ki, XXX ********-cü il tarixdən ********-ci il tarixədək rayon Kəngərli kənd tam orta məktəbində işlədiyi dövrdə Həmkarlar İttifaqının üzvü olmuş, əmək haqqından həmkarlar təşkilatına üzvlük haqqı ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Belə ki, iş materiallarına əsasən, iddiaçı və cavabdeh məktəb arasında bağlanmış əmək müqaviləsində XXX adında olan imza sonuncuya məxsus olmasa da, tərəflərin əmək münasibətlərinin mövcud olması hər iki tərəflərin qəbul etdiyi və apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi halıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş əmrin qanunsuz olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və qanuni olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları həmin maddənin ikinci hissəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində isə əmək m üqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Məcəllənin 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürə nin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 84-cü maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli olan məlumatlar qeyd olunmuşdur ki, onların arasında əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi xüsusi olaraq qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcələnin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alı nmaqla ləğv edilir. Lakin məhkəmələr tərəfindən müəyyən olunduğu kimi, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış və əsaslandırılmamışdır. Cavabdehin yuxarı təşkilatın məktubuna istinad etməklə qanunsuz və əsassız əmrin verilməsinə bəraət qazandırılmasına dair kassasiya şikayətinin dəlili məhkəmə kollegiyası tərəfindən qəbul edilə bilməz. Həmçinin mübahisələndirilən əmr XXXnin direktoru tərəfindən qəbul edildiyindən Tərtər rayon Təhsil şöbəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmamaları qətnamənin ləğvi üçün əsas deyildir. Nəhayət, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin müvafi q maddəsinə istinad edilmədiyindən, onun qəbul edilməsi üçün həmkarlar təşkilatının razılığı alınmalı olmamasına dair cavabdehin dəlilinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh XXXnin direktoru XXX və vəkili XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ********-ci il tarixli, 2(104)4585/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2219/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2219/2020
03.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver