Məhkəmə qərarları › İş №2(102)-222/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-222/2023

01.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-222/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-222/2023 (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı şəhəri 01 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5622/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil i Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2003-cü il tarixli 253 nömrəli əmri ilə xx.xx.2003-cü il tarixdən Çıraqlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-175 nömrəli əmri ilə Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Res publikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. 3. xx.xx.2021-ci il tarixdə Laçın rayonu, Çıraqlı kənd orta məktəbində aparılmış monitorinq zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir:

1. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini-X2, məktəbin kitabxanaçısı-X1, “gözətçi” X3, “xadimə”- X5 gündəlik işə gəlmirlər. Məktəbin texniki heyət üzrə işçiləri öz yazılı izahatlarında həmin şəxsləri tanımadıqlarını qeyd etmişlər.

2. İbtidai sinif üzrə vakant dərs saatları olan İV sinfə Füzuli rayon 40 saylı tam orta məktəbdən (Sumqayıt şəhəri, Nasosnu qəs.) 2-ci iş yeri kimi DQdan 42 bal (ixtisas 27) toplayan X4 xx.xx.2021-ci il tarixdən müddətli müqavilə ilə qaydalara zidd müəllim təyin olunmuş, 20 saat dərs həvalə edilmişdir.

3. Dərs saatları DQ nəticələrinə uyğun bölünməmişdir.

4. Məktəbdə kimya, biologiya və informatika fənləri üzrə avadanlıqlarla təchiz edilmiş kabinetlər olmadığı halda həmin fənlərdən laborant ştatı saxlanılmışdır.

5. Məktəbdə 2021/ 2022–ci tədris ili üçün dərs cədvəli, fərdi təhsil cədvəli, dərsdənkənar məşğələ cədvəlləri təsdiq olunmamışdır.

6. Məktəbin idman zalı olmadığı halda fiziki tərbiyə üzrə dərs saatları 2020/2021-ci tədris ilində (36 saat) bölünmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Res publikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən xitam verilərək, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə işəbərpa edilməyi və ona 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli əmrlə əmək funksiyasının icrasından məhrum edildiyi bütün dövr üçün (yəni, qanunsuz olaraq işdən azad edildiyi dövrdən başlayaraq işə bərpə ediləcəyi tarixədək) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və eləcə də digər normativ aktların tələbləri kobud şəkildə pozulmaqla qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır, belə ki, onunla bağlanmış əmək müqaviləsinə Təhsil Nazirliyi tərəfindən onun Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək hüquqları pozulmaqla xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrində göstərilmişdir ki, həmin əmrin verilməsinə nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumatı, Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolu əsas təşkil etmişdir. Qeyd etmək istəyir ki, o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi bugünədək xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumat və Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan tam xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmri ilə əmək hüquqları kobud şəkildə pozulmuş o, seriya SN 00007 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən -xx.xx.2022-ci il tarixədək xəstəliklə (diaqnoz: K 2 9.7 Kəskin sadə qastrit) bağlı bülletendə olmuşdur. Göstərilən tarixlərdə, xəstəliklə bağlı bülletendə olduğundan onun bir işçi kimi barəsində aparılan araşdırmalardan məlumatı olmamış və əmək məcəlləsi ilə müəyyən edilmiş əmək hüquqlarını həyata keçirməyə imkan yaradılmadan Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclası keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən qanunsuz olaraq azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Beləliklə, o, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022ci il tarixli, K-175 nömrəl i "yoxlamanın nəticələrinə dair" əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyindən həmin əmri qanunsuz və əsassız hesab edir. Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K175 nömrəli əmrinə nəzər saldıqda görünür ki, həmin əmr Əmək Məcəlləsinin tələbləri gözlənilmədən, əksinə işçi kimi onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş əsas hüquqları kobud şəkildə pozulmaqla tərtib edilmiş və məhz həmin əmr də onun qanunsuz olaraq Laçın rayonu Çıraqlı kənd orta məktəbində tutduğu direktor vəzifəsindən azad edilməyinə səbəb olmuşdur. əmək qanunvericiliyin bu norması əsaslı dərəcədə pozularaq Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində iclas keçirilmişdir, hansı ki, əmək hüquqları pozulmuş o, həmin tarixdə (Qeyd: SN 00007 № ** ***** nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci il tarixinədək xəstəliklə (diaqnoz: K 29.7 Kəskin sadə qastrit) bağlı) bülletendə olmuşdur. Digər bir tərəfdən, Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlı qəbul olunmuş qərardan - Komitənin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan o, həmkarlar ittifaqının üzvü olan bir işçi kimi bugünə kimi məlumatsız olmuşdur

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-1991/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbləri rədd edilmişdir.

7. Məhkəmə tərəfindən araşdırılma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Təh sil Nazirliyinin xx.xx.2003-cü il tarixli 253 nömrəli əmri ilə Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022- ci il tarixdən ləğv edilmişdir. Belə ki Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli 09 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur; Əmək Məcəlləsinin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

8. Bu mənada məhkəmənin hesab etmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz.

9. Məhkəmənin iddia ilə bağlı mövqelə ri ondan ibarət olmuşdur ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktla İddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməməsi, direktor olduğu dövr ərzində aktda göstərilən pozuntulara yol verməsi sübut olunmuşdur.

10. Digər tərəfdən, İddiaçı işdən çıxarılma barədə əmr verilərkən onun səhhətində yaranmış problemlə bağlı bülletendə olmasını qeyd etsə də, xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuş nöqsanlar təkcə həmin dövrü əhatə etməməklə, öz xarakterinə görə davam edən münasibətlərə aiddir və məktəb direktorunun bülletendə olması göstərilən nöqsanlara yol verilməsinə haqq qazandırmır.

11. Bundan başqa iddiaçı tələbinin əsası kimi göstərmişdir ki, 27 dekabr 2021-ci il tarixdə ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının onlayn iclası keçir ilmiş və həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Məhkəmə iddiaçının bu əsasına münasibətdə qeyd etmişdir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması və ya işçinin əmək qabiliyyəti olmadığı dövrdə həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində xidməti yoxlama aparılan zaman izahatları alınmış G.Kərimova, A.Əlvəndova, V.Abdullayeva məhkəməyə göndərdikləri ərizə və teleqramda izahatlarının təzyiq altında verilməsini bildirsələr də, ağ labatan mühakimə əsasında məntiqli deyildir. Belə ki, həmin şəxslərə təsir və yaxıd təzyiq göstərilməsi barədə onların hər hansı hüquq mühafizə orqanlarına müraciət etmələri iş materialları ilə müəyyən olunmamışdır.

13. Məhkəmə iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbini təmin etmədiyindən, digər iddia tələbini də təmin onun məhrum edildiyi vəsaitin məcburi işburaxmaya görə maddi itki hesab edilməməsi əsası ilə təmin etməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 (ç), 71, 72, 186, 187-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edərək tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbləri və sübutlar düzgün qiymətləndirilməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5622/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1991/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyasının apelyasiyanın dəlilləri ilə bağlı mövqeyinə görə, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bülletendə olduğu halda, məktəbdə yoxlama xx.xx.2021-ci il tarixdə onun özünün iştirakı ilə keçirilmiş, işdən çıxarılması barədə əmr isə xx.xx.2022-ci il tarixdə verilmişdir. İşdə olan Həmkarlar İttifaqının xx.xx.2021-ci il tarixli 09 saylı Protokolundan görünür ki, iddiaçıya iclas barədə məlumat verilsə də, xəstə olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, lakin heç bir rəsmi sənəd təqdim etməmişdir. Halbuki, iddiaçı iclasda onlayn qaydada da iştirak edə bilərdi.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfində n aparılmış araşdırma nəticəsində məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə çoxsaylı nöqsanlar aşkar edilmişdir, bu nöqsanları iddiaçı özü xx.xx.2021-ci il tarixdə verdiyi izahatında təsdiq etmişdir. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 70 (ç), 71, 72, 186, 187-ci maddələri və MPM-in 14.2, 77.1, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxı şına göndərilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsinin və apelyasiya şikayətinin maddi dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh təşkilat Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbini pozaraq, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmasını müəyyənləşdirməmişdir. İddiaçı 19 il işlədiyi dövrdə 1 dəfə də olsun intizam məsuliyyətinə cəlb edilməmiş, əməkdə fərqlənmişdir, işəgötürən bu halı nəzərə almamışdır. Məhkəmə iddiaçının qanunla qorunan hüququ və vəzifələrini pozaraq, onların iştirakı olmadan işə baxmışdır. Halbuki iddiaçı və nümayəndəsi bu barədə məhkəməni əvvəlcədən məlumatlandırmışdır. İddiaçı Çıraqlı kənd tam orta məktəbi qurub yaradan, dövlətdən heç bir vəsait almada n, öz torpağında siniflər tikdirən, qaçqın və məcburi köçkünlərin oxuması üçün şərait yaratmışdır. Eyni zamanda Ermənistanın Laçın rayonunu işğal etməsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib, zəfər çalan şəxslərdən biridir. Bütün qaçqın və köçkün məktəblərində olan problemlər Çıraqlı kənd orta məktəbində var. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Maddə 71.2. Bu Məcəllən in 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

26. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə 72, bənd “E”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müə ssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək münasibətl ərinə xitam verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, kas sasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 18-19-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür

43. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələb lərinə riayət edilmişdir. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Həmçinin iddiaçı və nümayəndəsi məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmələri barədə məhkəməyə sübut təqdim etməmişdirlər.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5622/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar