Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2220/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya (hazırda "xxxx" MTK) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (hazırda "xxxx" MTK) qarşı iş üzrə "alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-283/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən "xxxx" (MTK) Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 142 kv metr olan 3 otaqdan ibarət 49 saylı mənzili “Sifarişçiyə” (iddiaçıya) təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə qiyməti (balkon sahənin qiyməti istisna olmaqla), mənzilin 1 kv metrlik sahəsinin qiyməti 1250 manat və balkon sahəsinin qiyməti 50 faiz gü zəştli hesablanmaqla 190202 manat müəyyənləşdirilmişdir. 3. 3.2 və 3.3-cü bəndlərə əsasən tərəflər müqavilə qiymətinin 32423 manat hissəsinin ödənişinin müqavilə imzalandığı tarixdə həyata keçirilməsi, qalıq borc məbləğin hər ayın 10-dək 2629,65 manat olmaqla 60 ay müddətinə ödənilməsi və son ödəniş tarixinin xx.xx.2019-cu il olmasına dair qarşılıqlı razılığa gəlmişlər.
4. Müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı Sifarişçidən ilkin və aylıq ödəniş daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcəkdir. 5. 2.1.2-ci bəndə əsasən Sifarişçi tərəfindən müqavilənin şərtləri (2.4.2-2.4.5-ci madddələr daxil olmaqla) pozulduğu halda, Sifarişçidən vurulmuş ziyanı tələb edəcək və (və ya) razılaşdırılmış qaydada cərimə tətbiq edəcəkdir. 6. 2.4.1-ci bəndə əs asən Sifarişçi (iddiaçı) müqavilə qiymətinin ilkin və aylıq hissəvi ödənişlərini, o cümlədən digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 190202 manat müəyyən edilmiş, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq xx.xx.2014cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (xx.xx.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. 8. 3.5-ci bəndə əsasən tərəflər heç bir yan təsirə məruz qalmadan azad şəkildə müəyyən və qəbul edirlər ki, Sifarişçinin müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) və ya müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş müqavilənin İcraçı tərəfindən ləğvi hallarında, Sifarişçi 3.1-ci maddədə razılaşdırılmış müqavilə qi ymətinin 20 (iyirmi) %-i həcmində İcraçıya cərimə ödənilməsi ilə bağlı razılaşmışlar. 9. 6.1.1-ci bəndə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ya ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquqi məsuliyyət daşıyırlar. 10. 10.1.1-ci bəndinə əsasən Sifarişçi tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin müqaviləyə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar İcraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. 11. 10.1.2-ci bəndə əsasən müqavilə İcraçı tərəfindən birtərəfli q aydada ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılması ilə bağlı tərəflər razılaşmışlar.
12. Cavabdeh MTK ilə İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli üçtərəfli müqaviləyə görə ki, İddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10 tarixində 2629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.
13. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 01 saylı S azişlə İddiaçı mənzilə görə qalıq borcu 101942 manat müəyyən olunmaqla, həmin borcun İddiaçı tərəfindən "xxxx" ASC-dən götürdüyü 101.942 manat məbləğində kredit vəsaiti hesabına ödənilməsi razılaşdırılmışdır. Sazişə əsasən müqavilənin 3.2 və 3.3-cü bəndləri qüvvədən düşmüş hesab edilmişdir.
14. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15-xx-xx-2016-SEM-GH saylı, xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı mənzilin alınması üçün 101942 manat kreditin verilməsini öhdəsinə götürmüşdür. İddiaçı isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətə, yəni 39 ay müddətinə və ödəniş cədvəlinə uyğun olaraq əsas borc və faizləri hər növbəti ayın 10-dək aylıq 2977,10 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür.
15. Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış 15-xx-xx-2016-SEM-GH saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə görə Cavabdeh MTK İddiaçı götürdüyü 101942 manat kredit üzrə zaminlik təminatı vermişdir.
16. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx2018-SHM-GH nömrəli kredit müqaviləsinə görə İddiaçı 59600 manat məbləğində kredit ayırılmış, İddiaçı həmin məbləği aylıq 687 manat olmaqla 130 ay müddətində (xx.xx.2029cu ilədək) qaytarmağı öhdəsinə götürmüşdür.
17. Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018-SHM-GH nömrəli zaminlik müqaviləsinə görə Cavabdeh MTK İddiaçı götürdüyü 59600 manat kredit üzrə zaminlik təminatı vermişdir.
18. X7 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018SHM-GH nömrəli zaminlik müqaviləsin ə görə X1 Ələmdar Müzəffər oğlunun götürdüyü 59600 manat kredit üzrə zaminlik təminatı vermişdir.
19. Hər iki zaminlik müqaviləsinin 4.1.5-ci bəndinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
20. Cavabdeh MTK-nın Ümumi Yığıncağının GH-Q02-210211-001/PMİK saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı ödəniş öhdəliyini 587 gün müddətə yerinə yetirmədiyinə görə həmin müqavilənin birt ərəfli qaydada ləğv edilməsi və müqavilə predmeti olan mənzilin üçüncü şəxslərə yeni bazar şərtlərinə uyğun şəkildə təqdim edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
21. Cavabdeh MTK -nın İddiaçı ünvanladığı GH-M210211-033 saylı, xx.xx.2021ci il tarixli məktubda İddiaçı müqavilə öhdəliklərinə yerinə yetirmədiyi üçün onunla bağlanmış B06/143 saylı, xx.xx.2014-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv olunduğu bildirilmişdir. 22. “Respublika” qəzetindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh MTK iddiaçı ilə alqı-satqı müqaviləsi ləğv edilməmişdən əvvəl elan verərək münasibətlərin tənzimlənməsi üçün 7 gün müddətində MTK-ya müraciət etməsini təklif etmişdir.
23. Cavabdeh MTK-nın İddiaçı ünvanladığı GH-M210901-567 saylı, xx.xx.2021ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, T bilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binadanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv metrolan 49 saylı mənzilə dair aralarında bağlanmış müqavilə Ümumi yığıncağın xx.xx.2021-ci il tarixli qərarına əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 587 gün icra edilmədiyi üçün MTK tərəfindən birtərəfli qaydada ləğv olunması barədə təkrarən məlumat verilmişdir. Həmçinin izah edilmişdir ki, onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən onun müqavilə öhdəliklərini yerinə yetirilməməsi səbəbindən müqavilə ləğv olunmuş, müqavilə qiymətinin 20 faizi, yəni 38040 manat cərimə olaraq MTK-nın xeyrinə tutulmuş, eyni zamanda müqavilə ləğv olunan tarixə əsas və faiz borclar çıxıldıqdan sonra İddiaçı qaytarılmalı olan borc məbləği 9 0551 manat təşkil etmişdir. 24. 10 sentyabr 2014-cü il tarixli 0153 nömrəli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı tərəfindən mənzilin alqı-satqısı müqaviləsinə əsasən ilkin ödəniş olaraq 32423 manat pul vəsaiti MTK-ya ödənilmişdir. 25. xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qəbzlərdən müəyyən edilir ki, müvafiq olaraq 2630 manat, 2630 manat, 3400 manat, 1350 manat olmaqla, cəmi 10.010 manat İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. 26. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci ildə cəmi 62.301,75 manat qalıq borc banka ödənilmişdir. Həmin çıxarışa əsasən 62.301,75 manat qalıq borcun 57399,24 manatı əsas borc, 4515,08 manatı faiz borcu olmu şdur.
27. Təqdim olunmuş təsis sənədlərindən müəyyən olunur ki, Cavabdeh MTK-nın adı dəyişdirilərək, əvvəlcə "xxxx" MTK (xx.xx.2022), sonra isə "xxxx" MTK (xx.xx.2022) olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, 10 sentyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 5-ci binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv metr olan 49 saylı mənzilin alqı-satqısına dair müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı öhdəliyinin icrası zamanı ödəmiş olduğu 141801 manat puldan ondan qanunsuz olaraq tutulan 38040 manat pulun ona ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, mənzilin alqı-satqısı üçün ilkin ödənişi etmiş və hər ay nəzərdə tutulmuş ödənişlərini də vaxtında icra etmişdir. Bu qayda ilə o, cavabdehə son ödənişlə birlikdə cəmi 141801 (99551+4210+38040) manat pul ödəmişdir. Lakin məlum COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən məhdudlaşmalarla əlaqədar o, gəlir və qazanclarından məhrum olmuşdur. Ona görə də öhdəliyini vaxtlı-vaxtında yerinə yetirə bilməmişdir. Yaranmış vəziyyətdən çıxış üçün cavabdeh MTK ona heç bir şərait yaratmamış və güzəşt etməmişdir. MTK müqavilənin 3.5-ci maddəsinə istinad edərək öhdəliklərin onun tərəfindən icra edilməməsi əsas gətirib aralarında bağla nmış bu müqaviləni birtətəfli qaydada ləğv etmiş, müqavilə qiymətinin 20 faizii cərimə olaraq MTKnın xeyrinə tutmuşdur ki, bu da 38040 manat təşkil etmişdir. Bundan əlavə MTK ilə aralarında bağlanmış alqı-satqısı müqaviləsi üzrə mənzilin dəyərinin bank vasitəsi ilə ödənilməsi üçün "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx2018-SHM-GH nömrəli təminatlı kredit müqaviləsinin 7.3-cü bəndi əsas tutularaq aldığı kredit vəsaitinin 130 ay müddətinə bərabər hissələrlə kredit üzrə faizləri isə hər ayın 5-i tarixindən gec olmayaraq ödəməli olmağı qeyd edilərək müqavilənin ləğv edildiyi tarixə əsas və faiz borcları 4210 manat hesablanmış və bunlar onun ödədiyi ümumi məbləğdən çıxılaraq ona cəmi 90551 manat qaytarılması qərara alınmışdır. O, buna etirazını rəsmi şəkildə b ildirərək cavabdeh MTK-ya rəsmi surətdə müraciət etmişdir. Lakin MTK 01 sentyabr 2021-ci il tarixli GH-M- 210901-567 nömrəli cavab məktubu ilə onun müraciətinə rədd cavabı vermiş, tutulan məbləğin azaldılması üçün heç bir güzəştə getməmişdir.
30. İddiaçı iddia tələbinin həcmini artırmaqla dəqiqləşdirmə verərək, 10 sentyabr 2014-cü il tarixdə onunla cavabdeh MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv metrolan 49 saylı mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilərək ödəmiş olduğu 141801 manat pulun tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. İddiaçı iddia tələbini əlavə olaraq onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən binanın tikintisi 2016-cı ildə başa çatdırılaraq mənzil ona təhvil verilməli olduğu halda cavabdeh MTK öhdəliklərinə əməl etməmişdir. Məhz bu səbəbdən o, cavabdeh MTK-nın mənzilin alqı-satqısına dair müqaviləni birtərəfli qaydada ləğv edib ondan 42250 manat pul tutmasını qanunsuz və əsassızdır.
32. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin iddia tələbini qanunsuz və əsassızdır, xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə əsasən cavabdeh MTK Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzili iddiaçıya təhvil verməyi, İddiaçı isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqa vilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 190202 manat müəyyən edilmiş, həmin məbləğdən 32423 manat hissəsi ilkin ödəniş olaraq xx.xx.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (xx.xx.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. Bu məqsədlə xx.xx.2014-cü il tarixdə iddiaçı, cavabdeh MTK və "xxxx" ASC olmaqla üçtərəfli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10 tarixində 2629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüş, bununla bağlı ödəniş cədvəli müəyyən edilmişdir. Sonradan "xxxx" ASC-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ləğvetmə proseduru başladıldığından, 4 ay müddətində ödənişlər xx.xx.2015-ci il tarixdə 2630 manat; xx.xx.201 6-ci il tarixdə 3400 manat; xx.xx.2016-cı il tarixdə 1.350 manat; xx.xx.2016-cı il tarixdə 2630 manat iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında təminatlı kredit müqaviləsi imzalanmış, bu müqaviləyə əsasən Bank iddiaçıya 101942 manat məbləğində kredit ayırmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi yenilənmiş, bu müqaviləyə əsasən Bank iddiaçıya 59.600 manat məbləğində kredit ayırmış, iddiaçı həmin məbləği aylıq 687 manat olmaqla 130 ay müddətində (xx.xx.2029-cu ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı xx.xx.2018-ci il tarixdə cavabdeh MTK ilə bağlanmış zaminlik müqaviləsi və ipoteka çıxış etmişdir. İddiaçı kredit müqaviləsinə əsasən öhdəliklərini uzun müddət, yəni 587 gün icra etməmiş, Bank tərəfindən dəfələrlə iddiaçıya kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmçinin zamin qismində MTK-ya da bildirişlər təqdim edilmişdir. Öz növbəsində, cavabdeh MTK da iddiaçıdan öhdəliklərinin icrası tələb edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Lakin Bankın və MTK-nın tələblərinə məhəl qoymayan iddiaçı öhdəliklərinin icrasından boyun qaçırdığına görə müqaviləyə xitam veriləcəyi barədə Respublika qəzetində xx.xx.2021-ci il tarixli buraxılışında elan verilmiş, daha sonra MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir və bununla d a bağlı yenə Respublika qəzetində elan verilmişdir. Həmin müqavilə şərtləri iddiaçının özü tərəfindən dəfələrlə pozulduğuna görə müqavilənin 10-cu maddəsinin tələblərinə əsasən MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə birtərəfli qaydada xitam verilmişdir. Sözügedən müqaviləyə birtərəfli xitam verilməsi müqavilənin özündə (10-cu bənd) nəzərdə tutulmuş, tərəflər müqaviləni könüllü surətdə və azad şəkildə, heç bir kənar təsirtəzyiq olmadan şərtlərini razılaşdırıb imzalamışlar və bu günədək həmin müqavilə iddiaçı tərəfindən tam və ya qismən şəkildə mübahisələndirilməmişdir. Həmçinin, qeyd etmişdir ki, müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə MTK təsisçilərinin ümumi yığıncağının qərarı da hal-hazırda qüvvədədir, heç bir orqan və ya məhkəmə tərəf indən qanunsuz və ya etibarsız sayılmamış, həmçinin ləğv edilməmişdir. Artıq qüvvədə olmayan, xitam verilmiş müqavilənin yenidən məhkəmə qaydasında xitam verilməsi barədə iddia tələbini absurd və əsassızdır. İddia tələbinin “141801 manat pulun tutulması” hissəsi ilə bağlı bildirir ki, iddiaçı ümumi dəyəri 190202 manat olan mənzil üzrə xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə əsasən MTK-ya 32423 manat hissəsi ilkin ödəniş həyata keçirmişdir. Ləğv prosesində olan "xxxx" (Texnikabank) ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, iddiaçı həmin Banka ümumilikdə 28.974,50 manat ödəniş etmişdir. "xxxx" (Texnikabank) ASC-də ləğvetmə proseduru aparılan ərəfələrdə 4 dəfə aylıq ödənişlər iddiaçı tərəfindən MTK-ya ödənilmişdir ki: xx.xx.2015-ci il tarixdə 2630 manat; xx.x x.2016-ci il tarixdə 3400 manat; xx.xx.2016-cı il tarixdə 1350 manat; xx.xx.2016-cı il tarixdə 2630 manat, cəmi 10010 manat. Daha sonra "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışa əsasən görünür ki, iddiaçı tərəfindən götürülmüş 101.942 manat kredit vəsaitinin qarşılığında 65.556 manat, 59.600 manat kredit vəsaitinin qarşılığında isə 8480 manat ödənilmişdir. Sonuncu ödəniş gecikmələrlə xx.xx.2020-ci il tarixdə 1170 manat edilmişdir. Bundan sonra dəfələrlə müraciətlər, xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı kredit öhdəliklərini icra etməmişdir. Bu səbəbdən kreditin təminatı qismində zamin kimi 62.301,75 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Banka tərəflərindən ödənilmişdir. 62301,75 manatın 57399,24 manatı əsas borca, 4515,08 manatı isə faiz və cərimə məbləğinə si linmişdir. Beləliklə, İddiaçı Bank qarşısında kredit öhdəlikləri tərəflərindən tam icra edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqavilənin 3.5-ci bəndinə əsasən müəyyən edilmişdir ki, müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş müqavilənin İcraçı (MTK) tərəfindən ləğvi hallarında, Sifarişçi (iddiaçı) müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış müqavilə qiymətinin 20 faiz həcmində İcraçıya cərimə ödəməyi qəbul edir. Müqavilənin 3.1-ci bəndində müqavilə qiyməti 190202 manat müəyyən edilmiş, bu məbləğin 20 faizi 38040 manat təşkil edir. Müqavilənin 10.1 və 10.2- ci bəndlərində isə müəyyən edilmişdir ki, sifarişçi (iddiaçı) tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri (tam və ya qismən) pozularsa icraçının müqaviləni birtərəfli qaydada ləğv e tmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla bağlı İcraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, sifarişçi tərəfindən ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılacaqdır. Qeyd edilənlərə əsasən MTK tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə məktub ünvanlanmış və bildirilmişdir ki, müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20 faizi cərimə olaraq tutulma lıdır, qeyd edilən məbləğ isə 38040 manat təşkil edir. Həmçinin iddiaçının Bank qarşısında öhdəliklərinin icra etmədiyinə görə xx.xx.2021-ci il tarixə olan əsas və faiz borcu məbləği olaraq 4210 manat pulun tutulması qeyd edilmişdir. İddiaçı bank qarşısında öhdəliklərinin icra edilməməsi nəticəsində onun əvəzinə tərəfimizdən ödənilmiş 57.399,24 manat vəsait də çıxılmaqla, qaytarılmalı olan məbləğin 90551 (190202-57.399-38040-4210) manat olması barədə iddiaçıya müraciət ünvanlanmışdır. Müqavilənin 10.2-ci bəndinə əsasən qeyd edilən məbləğ həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində iddiaçıya qaytarılacaqdır. Cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MTK-ya tələbində irəli sürdüyü 141.801 manat vəs ait ödənilməmişdir. İddiaçı həm "xxxx" (Texnikabank) ASC, həm də "xxxx" ASC qarşısındakı öhdəliklərinə görə ödədiyi kredit məbləğlərinin cavabdeh MTK-dan tutulmasını tələb edir, hərçənd hesab edib ki, bu tələbin maddi hüquqi əsası yoxdur. Əksinə, iddiaçının kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə cavabdeh MTK onun əvəzindən 62301,75 manat ödəmişdir ki, hansı ki bu məbləğ iddiaçının qanunsuz hərəkətlərinə MTK-ya ziyan vurulması kimi qəbul edilməlidir. Qeyd edildiyi kimi, iddiaçı qaytarılmalı olan məbləğ 90551 manat təşkil edir, hansı ki, həmin məbləğ tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən mənzil üçüncü şəxsə satıldıqdan və üçüncü şəxsdən mənzilə dair bağlanmış müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində qaytarılacaqdır. O, qeyd o lunanlara əsasən hesab etmişdir ki, iddiaçının pul tutulması barədə iddia tələbi qanunsuz və əsassızdır, heç bir sübuta əsaslanmır, iddianın hər hansı maddi və prosessual hüquqi əsası yoxdur, ona görə də məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirmişdir ki, cavabdeh MTK hazırda iddiaçıya mübahisəsiz məbləğ olan 90551 manatı verməyə etiraz etmir.
33. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2022-ci il tarixli 2(004)-382/2022 saylı qətnaməsi ilə (hakim G. Əkbərli) iddia tələbi qismən təmin edilmiş, cavabdeh MTK-dan 127900,25 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd o lunması qət edilmişdir.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzili 190202 manat almış, həmin məbləğdən 32423 manat hissəsi ilkin ödəniş olaraq xx.xx.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (xx.xx.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. İddiaçı müxtəlif banklarda kredit götürməklə mənzilin dəyərini ödəmiş, lakin həmin kredit müqavilələri üzrə MTK zamin olduğundan iddiaçı isə borcunu ödəyə bilmədiyi üçün onun əvəzinə 62301,75 manat pul vəsaitini banka ödəmişdir ki, həmin məbləğin 57399,2 4 manatı əsas borc, 4515,08 manatı faiz borcu olmuşdur. Mənzilin ümumi dəyəri olan 190202 manat pul vəsaitindən cavabdeh MTK-nın ödədiyi 62301,75 manat pul vəsaiti çıxıldıqdan sonra qalan hissə, yəni 127900,25 manat cavabdeh MTKdan tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə hesab etmişdir ki, müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20 faiz cərimə kimi hesablanan 38040 manat Cavabdeh MTK-ya aid edilməlidir. Belə ki, müqavilə tərəflərin hər ikisinin təqsiri ucbatından ləğv edilmiş, pandemiya şəraiti nəzərə alınmaqla iddiaçı mənzilin dəyərini vaxtlı-vaxtında ödəməmiş, cavabdeh isə mübahisəli mənzili iddiaçıya təhvil verməmiş və mənzil hazırda MTK-nın istifadəsində qalmış, həmçinin həmin mənzilin hal-hazırki bazar qiymət i 2014-cü ilə münasibətdə xeyli miqdarda artmış, gələcəkdə də onun dəyərinin artması istisna edilmir.
36. Birinci instansiya məhkəməsi iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 06/143 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi cavabdeh MTK-nın Ümumi yığıncağının GH-Q02-210211001/PMİK saylı xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hal-hazırda qüvvədə olmayan müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından mümkün deyildir.
37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 421.1, 421.2, 421.3 385.1, 425.1, 442 və 448.1-ci, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə istinadla əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
38. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin 127900,25 manat tutulması hissəsində də rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia tələbində irəli sürülən 141801 manat vəsait MTK-ya ödənilməmişdir. İddiaçı tərəfindən MTK-ya ilkin ödəniş olaraq 32423 manat, "xxxx" ASC-yə 28974,45 manat, sonuncu bank ləğvetmə prosedurunda olduğu dövrdə MTK-ya cəmi 10010 manat pul ödənilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçının MTK-ya qalıq borcu 101942 manat olmuşdur ki, bu məbləğlə həmin tarixdə iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında təminatlı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı 44509 manat əsas borcundan, 29494,54 manat isə faiz borcundan ödəmişdir. 101.942 manat kredit borcundan 44509 manat əsas məbləğ ödədikdən sonra qalıq qalan 57399 manat əsas borc məbləği zamin olaraq Babək Babayev tərəfindən Banka ödənilmişdir. Beləliklə iddiaçının B 06/143 saylı müqavilə üzrə ümumilikdə ödədiyi məbləğ 115916 manat olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə banka ödədiyi faiz məbləğini də əlavə etməklə 145410 manat puldan yalnız 4210 manat faiz borcunu çıxıb, qalan məbləği tələb edir. İddiaçının kredit öhdəliklərini vaxtında icra etmədiyinə görə onun əvəzindən 62301,75 manat (573999,24 manat əsas borc, 4515,08 manat faiz və cərimə) zamin Babək Babayev tərəfindən ödənilmişdir. İddiaçının ümumi ödədiyi 115916 manatdan müqavilənin 3.5-ci bəndinə görə hesablanmış 20% cərimə və iddiaçının əvəzinə banka ödənilmiş gecikdirilmiş faiz məbləğini çıxdıqda, iddiaçıya MTK tərəfindən qaytarılmalı olan məbləğ 73666 manat təşkil edir.
40. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 nömrəli müqavilə üzrə mənzilin əldə edilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 145.411,04 manat məbləğində pul vəsaiti ödənilmişdir. O cümlədən, cavabdeh MTK-ya ilkin ödəniş olaraq 32423 manat; MTK-nın "xxxx" ASC-dəki hesabına – 28974,50 manat; MTK-ya aylıq ödənişlər şəklində (4 dəfə) – cəmi 10010 manat (2630+3400+1350+2630); İddiaçı tərə findən alınmış kreditin müqabilində Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 740003,54 manat (44509 manat əsas borc, 29494,54 manat faiz borcu).
41. Həmçinin göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə 225-xx-xx-2018-SHM-GH saylı kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. X2 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə 57399,24 manat əsas borcundan (101942 ümumi kredit məbləği – 44509 manat iddiaçı ödədiyi əsas borc məbləği – 5743 manat qalıq əsas borc), 4515,08 manat faiz borcundan, 387,43 manat cərimə borcundan ödənilməklə ümumilikdə 62301,75 manat pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 nömrəli müqaviləyə xitam verilməsi nəticəsində cavabdeh MTK tərəfindən İddiaçı 1-ci və 2-ci suallar üzrə tədqiqatın nəticələri nə zərə alınmaqla, aşağıdakı hesablama qaydasında pul vəsaiti qaytarıla bilər: 115916,50 – 4515,08387,43=111013,99 manat (iddiaçının ASC-yə ödədiyi 29494,54 manat faiz borcunun Bankın xeyrinə həyata keçirildiyi nəzərə alınarsa). Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər heç bir yan təsirə məruz qalmadan azad şəkildə müəyyən və qəbul edirlər ki, Sifarişçinin müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) və ya müqavilənin 10.1-ci maddəsində nəzərdə tutulmuş müqavilənin icraçı tərəfindən ləğvi hallarında, Sifarişçi müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış müqavilə qiymətinin 20%-i həcmində İcraçıya cərimə ödəyəcək. 190202 (müqavilə qiyməti) x 20%=38040,40 manat.
42. Rəydə daha sonrra qeyd edilmişdir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş 3-cü sualı üzrə ekspertiza tədqiqatı zamanı hesablama aparılarkən, rəydə 4-cü sualda nəticəyə gəlinmiş cərimə məbləğini təşkil edən 38040,40 manat nəzərə alınmamış və həmin məbləğ iddiaçıya qaytarılmalı olan ümumi pul vəsaitindən çıxılmamışdır. Cərimə məbləğinin cavabdeh MTK tərəfindən iddiaçıya qaytarılmalı olan ümumi pul məbləğindən çıxılması məhkəmə tərəfindən həll edilməlidir.
43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-238/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edil ərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı iddiası rədd edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə icra qaydası müəyyən edilmiş uzunmüddətli öhdəlik yaranmışdır. MTK mənzilin tikilib təhvil verilməsini, iddiaçı isə müəyyən edilmiş ilkin ödəniş edildikdən sonra qalan məbləği 60 ay müddətində hər ay 2629,65 manat ödəməklə xx.xx.2019-cu il tarixədək ödənilməsini öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixdə tərəflər arasında xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə saziş bağlanmış, bu sazişlə mənzil üzrə qalıq borc məbləği 101942 manat müəyyən edilmiş, müqavilənin 3.2 və 3.3-cü bəndləri isə qüvvədən salınmışdır. Qalıq qalmış 101942 manat məbləğində p ul vəsaiti bankdan kredit götürülməklə iddiaçı tərəfindən ödənilmişdir. İşin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, həmin pul məbləği mənzilin qalan borcuna ödənilmiş və bununla da mənzilin dəyəri tam ödənilmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmiş olur. Yəni mənzilin dəyərinin ödənilməsi barədə müqavilə üzrə öhdəliyi iddiaçı tam yerinə yetirmişdir. Bununla da, qanunun imperativ göstərişinə uyğun olaraq, iddiaçının müqavilə üzrə öhdəliyinə icra nəticəsində xitam verilmişdir. Mənzilin dəyəri tam ödənildiyi zaman tərəflər arasında mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə qanunvericiliyin tələbinə əsasən xitam verilmiş hesab edilir. Buna görə iddiaçının hazırki alqı-sat qı müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi barədə tələbi əsassızdır.
45. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-nın Ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli müqavilə birtərəfli qaydada ləğv edildiyi zaman həmin müqavilə qüvvədə olmamışdır, ona görə də Ümumi yığıncağın həmin mənzilə dair qəbul etdiyi qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və hər hansı hüquqi nəticə doğurmur. Mənzilin dəyəri xx.xx.2016-ci il tarixdə tam ödənilərək müqaviləyə xitam verildikdən sonra tərəflər arasında artıq yeni – bank-kredit münasibətləri (kredit verən - "xxxx" ASC, kredit alan - iddiaçı və zaminlər) yaranmışdır. Kredit müqaviləsi üzrə ödənişlər borclu tərəfindən təmin edilsə də, gecikmələr olduğu üçün tərəflərin razılığı ilə 2018-ci il tarixdə restrukturizasiy a edilmiş, bu isə yeni kredit müqaviləsi şəkildə rəsmiləşdirilmişdir (yeni kredit müqaviləsi ilə göstərilən kredit məbləğinin borc alana verilmədiyi mübahisəsizdir). Hesabdan çıxarışdan və ödəniş tapşırığdan da müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə zamin MTK tərəfindən digər zamin Babək Babayev vasitəsi ilə borc məbləği (62301,75 manat) ödənilmişdir.
46. Qanunvericiliyin tələbinə görə öhdəliyi icra etmiş zaminin reqress qaydada ödədiyi məbləği tələb etmək hüququ yaranmışdır. Odur ki, bununla bağlı zamin Cavabdeh MTK ödədiyi məbləğin borcalandan tələb edilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.
47. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 470, 475.1, 475.2, 528, 752.1 və 752.2-ci və MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazıradək xx.xx.2014-cı il tarixli B 06/143 saylı müqavilənin tam və ya qismən etibarsızlığı ilə bağlı tələb irəli sürməmişdir və sürülə də bilməzdi, çünki xx.xx.2014-cü il tarixli müqavilənin tam və ya qismən etibarsızlığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur, həmçinin müddətlər də ötürülmüşdür. İş materialları ilə kifayət qədər təsdiq olunur ki, iddiaçı xx.xx.2014-cı il tarixli B 06/143 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, bu səbəbdən MTK təsisçilərinin Ümumi yığıncağının qərarı ilə müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Birtərəfli qaydada xitam verilmə isə o deməkdir ki, müqavilənin bir tərəfi (İddiaçı) öz öhdəliklərinə riayət etməmiş, digər tərəf də (cavabdeh MTK) müqavilə tələbinə uyğun olaraq ona iddiaçının razılığı olmadan xitam vermişdir. Məhkəmə iddia tələblərindən kənara çıxaraq əsassız qətnamə qəbul etməsi üçün qanunda göstərilən müstəsna hallar mövcud olmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi, yenə də yanlışlıq edərək, xx.xx.2014-cü il tarixli B 06/143 saylım üqavilənin MTK təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə birtərəfli qaydada ləğv edildiyi zaman həmin müqavilənin qüvvədə olmadığını, ona görə də ümumi yığıncağın həmin mənzilə dair qəbul etdiyi qərarın hər hansı hüquqi qüvvəsi olmadığını və hər hansı hüquqi nəticə doğurmadığını qətnamədə əsassız olaraq qeyd etmişdir. (§ 90.) Kollegiya bunu, səhvən yenə də mənzilin dəyərinin xx.xx.2016-cı il tarixdə ödənilməsi ilə əlaqələndirmişdir. Birincisi, qeyd edirik ki, mənzilin dəyərinin tam ödənilməsi xx.xx.2021-ci il tarixdə baş vermişdir və məhkəmə kollegiyası bunu öz qətnaməsində də bir neçə dəfə sadalamış, birbaşa göstərmişdir. İkincisi, məhkəmə kollegiyası diqqət etməmişdir ki, MTK təsisçilərinin ümumi yığıncağının qərarı ilə mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqavilənin birtərəfli qaydada xitamı, bu müqavilə tələblərinin İddiaçı tərəfindən 587 gün (təqribən 2 il) ərzində icra etməməsi nəticəsində baş ver mişdir. Yəni, əvvəlcə müqaviləyə birtərəfli qaydada xx.xx.2021-ci il tarixdə xitam verilmişdir, bundan 50 gün sonra xx.xx.2021-ci il tarixdə müqavilə öhdəlikləri zamin tərəfindən tam icra edilmişdir. Hətta, müqaviləyə birtərəfli qaydada xitam verildikdən sonra, cavabdeh MTK yenə də İddiaçı hüquq tanımışdır ki, sonuncu müqavilə öhdəliklərini tam icra etsin. Artıq İddiaçı 50 gün müddətində öhdəliklərini icra etmədiyindən, MTK məcbur olub iddiaçının əvəzindən mənzilin dəyərini tam olaraq ödəmişdir. İddiaçı nə xx.xx.2014-cü il tarixli müqaviləni mübahisələndirmiş, nə müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2021- ci il tarixli qərarımübahisələndirmiş (müqavilənin 10.1-ci bəndinə əsasən iddiaçı heç bununla bağlı MTK-ya qarşı heç bir pretenziya-tələb də irəli sürə bilməz), nə d ə mənzilə dair heç bir tələbinin olmadığını bildirmiş, yalnız və yalnız Banka və MTK-ya ödədiyi bütün məbləğləri (faizlərlə birlikdə) məhz sonuncudan əsassız olaraq tələb etmişdir. Hesab edirik ki, məhkəmə də MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından, irəli sürülmüş iddia tələbləri çərçivəsində işə baxmalı, xx.xx.2021- ci il tarixdən birtərəfli qaydada xitam verilmiş müqaviləyə, tələb irəli sürülmədiyi halda təqribən 2 il sonra xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edərkən hər hansımünasibət bildirməməli idi. Son olaraq qeyd etmək istəyirik ki, məhkəmə kollegiyasının öz qətnaməsində, cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixdə ödədiyi 62301,75 manat məbləği reqress qaydada iddiaçıdan tələb etməsi hüququnun olmasını(§ 94.) qeyd etməsi, iddiaçının xx.xx.2014-cü il tarixli B 06/143 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam icrasının xx.xx.2021-ci il tarixdə MTK tərəfindən həyata keçirildiyini məhkəmənin özünün qəbul və təsdiq etdiyini bir daha sübut edir. məhkəmə kollegiyasımülki işə mahiyyəti üzrə baxarkən, öz təşəbbüsü ilə xx.xx.2018-ci il tarixli müqavilənin təminatlarından olan xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018-SHM-GH saylı Zaminlik müqaviləsi üzrə X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etməli idi. Belə ki, qeyd edilən Zaminlik müqaviləsi cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi X2nu üçüncü şəxs qismində mülki işə cəlb etməmişlər. Apellyasiya instansiya məhkəməsinin həqiqətə nail olması üçün işi hərtərəfli, tam və obyektiv araşdırmamış, qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir və qətnamənin qanuni və ədalətli olması şübhə altına alınır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
52. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
57. Maddə
470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
58. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditor a ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
59. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
60. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
61. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
62. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh t ərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallrını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
75. Kassasiya şikayətində qeyd edilən dəlillər cavabdehin iddia ərizəsinə etirazında və apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, işin həqiqi hallarına uyğun nəticəyə gəlinmişdir.
76. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmşıdır. Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdeh MTKdan 142 kv metrümumi sahəsi o lan mənzil almışdır ki, onun da 24,62 kv mpetrini balkon sahəsi təşkil etmişdir. Mənzilin 1 kv metrnin qiyməti 1250 manat olmaqla (balkon sahəsinin qiyməti 50 faiz güzəştlə hesablanmaqla) 190202 manat müəyyən edilmişdir. İddiaçı 32423 manat ilkin ödəniş etmişdir.
77. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin dəyəri xx.xx.2016-ci il tarixdə tam ödənilərək müqaviləyə xitam verildikdən sonra tərəflər arasında artıq yeni – bankkredit münasibətləri (kredit verən - "xxxx" ASC, kredit alan - iddiaçı və zaminlər) yaranmışdır. Kredit müqaviləsi üzrə ödənişlər borclu tərəfindən edilsə də, gecikmələr olduğu üçün tərəflərin razılığı ilə 2018-ci il tarixdə restrukturizasiya edilmiş, bu isə yeni kredit müqaviləsi şəkildə rəsmiləşdirilmişdir (yeni kredit müqaviləsi ilə göstərilən kredit məbləğinin borc alana verilmədiyi mübahisəsizdir). Hesabdan çıxarışdan və ödəniş tapşırığdan da müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə zamin MTK tərəfindən digər zamin Babək Babayev vasitəsi ilə borc məbləği (62301,75 manat) ödənilmişdir.
78. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələbinə görə öhdəliyi icra etmiş zaminin reqress qaydada ödədiyi məbləği zamin dürdüğü şəxsdən tələb etmək hüququ yaranmışdır. Odur ki, bununla bağlı zamin Cavabdeh MTK ödədiyi məbləğin borcalandan tələb edilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Mənzil Tikinti Koopretivinin (hazırda "xxxx" MTK) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-238/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.