Məhkəmə qərarları › İş №2(102)-2220/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2220/2024

26.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2220/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1873/2024 nömrəli, 06 mart 2024-cü il t arixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X1 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir.

2. X5 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Arzuman Cəfərov xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X1 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyr inə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resystri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən İddiaçı tam payla xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında 14 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. Ünvanda qeydiyyatda olan digər şəxslər X5, X8, X6, X9, X7, X10, X11, X12, Cavabdeh1, X2r.

5. Bakı şəhəri 18 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixl i 027370 saylı Arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.1989-cu il tarixdən bu ünvanda qeydiyyatdadır və hal-hazırda bu ünvanda yaşayır. Yoldaşı Cavabdeh2 Fəxrədd qızı qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 12.000 manat kompensasiya ödənilməklə mübahisəli evdən xx.xx.2014-cü il təvəllüdlü övladı X13 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onlara başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılma sı və onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılaraq köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehlərə təklif olunan kompensasiya məbləğinin 12.000 manatdan 18.000 manata dəyişdirərək, onların xx.xx.2022-ci ildə doğulmuş övladları X4 da istifadə hüququna xitam verilməklə iddia tələbindəki son məzmunda qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırda mübahisəli evdə iddiaçı, həyat yoldaşı Validə Cəfərova, oğlu Elbrus Cəfərov, qızları Sevil Cəfərova və Zəhra Cəfərova, həmçinin digər qardaşı Cavabdeh1 və onun 2-ci həyat yoldaşı Cavabdeh2 ilə bu ünvandakı evdə yaşayırlar. Digər qardaşı Arzuman Cəfərov ailəsi ilə birlikdə özlərinə məxsus başqa bir ünvanda yaşayır. Anası xx.xx.2017-ci ildə vəfat etdikdən sonra xx.xx.2017-ci ildə 5 saylı Bakı “Asan Xidmət" mərkəzində qardaşları Arzuman və Cavabdeh1 özlərinə düşən miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər və həmin vaxtda bildirmişdilər ki, özlərinin ayrıca ev-eşikləri olduğu üçün xx.xx.2018-ci ildən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan bu evin pasport qeydiyyatından özlərinin azyaşlı uşaqları da daxil olmaqla ailəvi çıxacaqlar və ayrı yaşadıqları evlərinə pasport qeydiyyatına düşəcəklər. Həmin vaxtdan indiyədək iddiaçı onlara evinin qeydiyyatından çıxmalarından ötrü dəfələrlə müraciət etmiş, lakin onlar verdikləri sözlərinə əməl etməmiş və süründürməçiliklə məşğul olmuşlar.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözü gedən ev anaları Dilarə Cəfərovadan miras qalmışdır və qardaşlar öz aralarında müəyyənləşdirmişlər ki, ev iddiaçının adına keçsin və bunun nəticəsində də qardaşlar həmin mənzildən iddiaçının xeyrinə imtina etmişlər. Lakin həmin ərizədə qeydiyyatdan çıxacaqlarını göstərməmişlər. Cavabdeh1 xx.xx.1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və bir gün də olsa yaşayış yerini tərk etməyib. İş materiallarından da görünmüşdür ki, bir ünvan olsa da, orada iki ayrı-ayrı çıxışı olan mənzillər mövcud olmuş və hər iki qardaşın özünün ayrıca kommunal xidmətləri və ayrıca giriş-çıxışları olmuşdur. Mühəndis-texniki eskpe rtizası nəticəsində müəyyən olmuşdur ki, Cavabdeh1 istifadəsində olan fərdi-yaşayış evi tam şəkildə iddiaçıya məxsus çıxarışda göstərilən yaşayış sahəsi əhatə olunmamış və çıxarışda əlavə tikililər olmuşdur. Qarşı tərəf bildirmişdir ki, o hissələr sonralar tikilib və texniki pasporta uyğun deyildir və belə olan təqdirdə iddiaçının çıxarışa əsas subyektiv hüququ mövcud olmamışdır ki, onu oradan çıxarsın. Cavabdeh 1989-cu ildən həmin mənzildə yaşadığına görə bu məsələyə 2000-ci ildən əvvəl mövcud olmuş Mənzil Məcəlləsi tətbiq olunmalıdır, çünki xx.xx.2001-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında da qeyd olunmuşdur ki, əgər xx.xx.2000-ci ildən sonra yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi, həmin vaxta qədər yaranmış münasibətə isə Mənzil Məcəlləsinin 223-cü madd əsi şamil olunur. Hazırda ona görə qüvvədə olmayan Mənzil Məcəlləsinə istinad etmişdir ki, icarədarın ailə üzvləri kimlər sayılır: ər, arvad, uşaqlar, valideyinlər, birdə icarədarın razılığı ilə oraya köçürülmüş şəxslər və onlarda oradan bərabər şəkildə istifadə hüququna malikdirlər. Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilmişdir ki, əgər şəxs 6 ay müddətinə yaşayış yerini tərk etməyibsə istifadə hüququ saxlanılır və cavabdeh də bir gündə olsa belə yaşayış yerini tərk etməmiş, hətta yeni doğulmuş övladı olmuşdur. Daha sonra mübahisələndirilmişdir ki, vərəsəlik qaydada mülkindən imtina edib, amma Mülki Məcəllənin 158.4-cü maddəsində qeyd olunub ki, mülkiyyətçinin dəyişməsi digər əmlak hüquqlarının xitamına səbəb olmur. Digər bir məsələ isə Cavabdeh2, yəni cavabdehin arvadının həmin mən zilə köçürülməsi olmuşdur. Tərəflərin nikahları 2001-ci ildən sonra, yəni 2019-cu ildə bağlandığına görə qüvvədə olan Mənzil Məcəlləsi 30.4-cu maddəsi şamil olunur. Həmin şəxs mülkiyyətçinin razılığı ilə mənzilə köçürülüb və hazırda da ailə münasibətlərinə xitam verilməyib. Həmçinin qiymətləndirmə tərəfin xəbəri olmadan keçirilib və hətta onun mənzilinə baxış keçirilməyib. Əvvəlki ekspertizada göstərilirdi ki, iddiaçıya məxsus ümumi yaşayış sahəsi 205 kv.m. ibarət olmuşdur, lakin sonuncu rəydə çıxarışda qeyd olunan sahəyə uyğun qiymətləndirmə aparıblar. Likvid dəyəri və icarə haqqıda olduqca aşağı qiymətləndirilib. Cavabdeh hazırda orada arvadı və yeni doğulmuş övladı ilə birgə yaşadığını bildirmişdir. İddiaçı tərəfindən təklif olunan 18.000 manatla bir ailənin özünə yaşayış qura bilməsi q eyri-mümkün olduğundan hesab etmişdir ki, bu məbləğ təxminən 80.000 manat civarında olmalıdır ki, şəxs özünə bir yaşayış yeri ala bilsin, hazırda cavabdehlər 80.000 manat tələb etmişlər.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyn edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 yaşadığı yaşayış evinin daxilində yerləşən bir otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, Cavabdeh1 yaşadığı yaşayış evinin əlavə inşa olunmuş tikililəri ilə birlikdə 51,3 kv.m. təşkil etmişdir. ünvan 2 ünvanında yerləşən Cavabdeh1 yaşadığı yaşayış sahəsinin texniki pasportda öz əksini tapan tikililərin ümumi sahəsi 63,6 kv.m., texniki pasportda öz əksini tapmayan (əlavə inşa olunmuş) tikililərin ümumi sahəsi 205,1 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən Cavabdeh1 yaşadığı yaşayış sahəsi olan 2 otaq və 1 mətbəxdən ibarət yaşayış sahəsi AR ƏMDK DƏDRX tərəfindən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş daşınmaz əmlakın ümumi sahəsi olan 109,0 kv.m. evin 45,4 kv.m. (otağın sahəsi 18,4 kv.m., mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m.) təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasportun məlumatlarına uyğun gəlmədiyi və texniki pasportda qeyd edilməyən tikililərin mövcud olduğu müəyyən edilmişdir.

11. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEM/İ 28-435/22 saylı 14 iyun 2022ci il tarixli daşınmaz əml akın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə arayışda qeyd olunmuşdur ki, ünvan 1 ünvanı və yaxın ətraf ərazidə yerləşən orta təmirli, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 14 iyun 2022-ci il tarixinə 200-250 manat təşkil edir.

12. Məhkəmədə icraat zamanı işə əlavə edilmiş “B+Ş Audit” Konsaltiq MMC-nin A02/48 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli fərdi yaşayış evinin bir hissəsinin (45.0 kv.m. - 2 otaq) mövcud aylıq icarə haqqı 29 aprel 2023-cü il tarixə 500 manat məbləğində, 3 illik dövr (2023 aprel – 2026 aprel) ərzində ümumi icarə haqqının dəyəri 18.000 manat müəyyən edilmişdir. Həmçinin, mübahisəli fərdi yaşayış evinin 6 may 2023-cü il tarixə bazar dəyəri 140.000 manat məbləğində müəyyən edilmişdir, likvid dəyəri isə 130.000 manat məbləğində təşkil edilə bilər.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-166/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələb üzrə müvafiq hüquqi qiymətləndirilmənin aparılması zamanı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması araşdırılmalıdır. Belə ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m. olan mənzil iddiaçının və Cavabdeh1 anası mərhum X3 məxsus olmuşdur, Cavabdeh1 doğulduğu vaxtdan həmin ünvanda yaşamış, xx.xx.1989-cu il tarixdə mənzilə daimi qeydiyyata düşmüşdür. Həmçinin digər Cavabdeh2 Cavabdeh1 ilə 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür və hazırda faktiki olaraq həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşayır. İşin hallarından göründüyü kimi cavabdehlərin mülkiyyətçinin ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır.

15. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq, məhkəmə araşdırması zamanı mənzilin bazar qiymətini müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 140.000 manatdır. Bu səbəbdən də məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərə ödənilməli kompensasiya məbləğini cəmi 80.000 manat müəyyən etmişdir. Qeyd olunan kompensasiya məbləği müqabilində cavabdehlər mənzildən çıxmağa razı olmalarına baxmayaraq iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini yüksə k olması səbəbindən ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış tənzimləyən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbini əsassız hesab etmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m. olan mənzilə əlavə tikililər inşa olunduğu, həmin tikililərin ünvan üzrə texniki pasportda öz əksini tapmaması, yəni özbaşına tikili olması müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yalnız ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m. olan hissəyə mülkiyyət hüququ tanınmışdır və özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, iddiaçı əşyanın mülkiyyətçisi kimi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi iddiaçının yalnız ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m. olan hissəyə mülkiyyət hüququ vardır ki, bu da onun yalnız 109 kv.m. sahəyə daxil olan əmlaka (cavabdehlərin faktiki yaşadığı 45,4 kv.m. sahəyə dair) mülkiyyət hüquqlarını mümkün edir. Yəni, iddiaçının mülkiyyət hüququ ünvan 3 ünvanında yerləşən 109 kv.m. sahə ilə məhdudlaşır və həmin mənzilə tikilmiş əlavə - özbaşına tikililəri əhatə etmir. Beləliklə iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməməklə, cavabdehlərin həmin sahədən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciəti əssasızdır.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 180.1, 180.2, 180.3-cü maddələrinə, Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 135.10, 217.2, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qayda da əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnaməni çıxarmaqla yalnız cavabdehin maraqları baxımından hərəkət etmiş, iddiaçının, ailə üzvlərinin hüquqlarını və qanuni maraqlarını ciddi və kobud şəkildə pozmuş, qeyd olunan qanunvericilik normalarının tələblərini ciddi və kobud şəkildə pozmaqla çıxarmış olduğu həmin qətnamə ilə onu və onunla birgə yaşayan ailə üzvlərinin hüquqlarını ciddi təhlükə qarşısında qoymuşdur. İddiaçı qardaşı Asifə dəfələrlə təklif etmişdir ki, ona 18.000 manat kompensasiya kimi pul verir ki, gedib özünə başqa yerdə şərait qursun və öz həyat yoldaşı ilə onlardan ayrı yaşasın. Amma cavabdehlərin hər ikisi ona qarşı ədəbsiz sözlərlə cavab verərək hörmətsizlik edir və iddiaçıdan onlara 80.000 manat pul verməyin i tələb edirlər. Əks təqdirdə isə, evini boşaltmayacaqlarını, evindən çıxmayacaqlarını və öz bildikləri kimi hərəkət edəcəklərini bildirdilər. Mülkiyyətində olan məlum yaşayış sahəsində hazırda iddiaçı, arvadı Validə, iki qızı və bir oğlu ilə yaşayır, habelə həmin yaşayış yeri üzrə pasport qeydiyyatdadılar. Uzun müddətdir ki, davam edən bu mübahisədə cavabdehlər inadından əl çəkmirlər. İddiaçı bu dözülməz əsəbi gərginliyə son qoymaq məqsədi ilə mülkiyyətçi hüququndan istifadə edərək, Cavabdeh1 18.000 manat kompensasiya ödəməklə onun, arvadı Cavabdeh2 və azyaşlı övladlarının yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi və onların sözügedən yaşayış sahəsini boşaldaraq, bu mənzilindən şəxsi əşyaları ilə birgə köçürülmələrini - çıxarılmalarını qərara almışdır. Biri nci instansiya məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri vəistinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, onun dedikləri, verdiyi izahatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, iddiaçı tərəf kimi ona qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işə baxıb qətnamə çıxaran zaman cavabdeh tərəfə xüsusi h imayədarlıq etmiş, yalnız cavabdeh tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəf olaraq onun hüquq və qanuni mənafelərini nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə iddiaçı tərəf olaraq onun hüquqlqrına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.1, 217.2, 217.3-cü maddələrin in tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan həmin qətnamə qanuni və əsaslı hesab oluna bilməz və ona görə də ləğv edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1873/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi-iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.000 manat məbləğində ko mpensasiya ödənilməklə Cavabdeh1 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə xx.xx.2022-ci il təvəllüdlü övladları Dilarə Cəfərzadə ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.000 manat məbləğində kompensasiya ödənilməsi və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, onların xx.xx.2022-ci il təvəllüdlü övladları Dilarə Cəfərzadə ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları eyni vaxtda icra edilməsi qət olunmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 mübahisəli evdə yaşaması, 1989-cu ildə həmin mənzilə daimi qeydiyyata düşməsi nəzərə alınmaqla, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq m ünasibətləri 2000-ci ilin sentyabrın 1-dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırki halda iddiaçı cavabdehin mülkiyyətində olan evdən kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı, qardaşı olan cavabdehə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan evə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irə li sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olmuş, cavabdehin isə həmin evdə istifadə hüquqları olmuşdur. İddiaçı ilə cavabdeh arasında mübahisəli evdən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud olmamışdır.

23. Məhkəmə kollegiyası həmçinin ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, cavabdehin yaşadığı 45,4 kv.m. (otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m.) hissə iddiaçının mülkiyyətində olan 109,0 kv.m. evin daxilində olmuşdur. Cavabdehin yaşadığı hissədə olan artıq 5,9 (51,3-45,4=5,9) kv.m. mülkiyyətə daxil olmasa da, eyni ünvanda olmaqla, iddiaçı anasının vəfatından sonra miras əmlakı həmin hissə ilə birlikdə qəbul etmişdir. Həmçinin cavabdeh öz etirazında da qeyd etmişdir ki, mübahisəli ev vahid dam altında yer ləşdiyindən, mülkiyyətə daxil olmayan 5,9 kv.m. sahə iddiaçının anasının mülkiyyəti dövründən mövcud olmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının qardaşı Cavabdeh1 rəsmi nikahda olduğu həyat yoldaşı olan digər Cavabdeh2 evə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı məsələyə qiymət verərkən qeyd etmişdir ki, sonuncu Cavabdeh1la 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli evə köçdüyündən, həmin mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həll olunmalıdır. Belə ki, Cavabdeh2 iddiaçının qardaşının həyat yoldaşı olsa da, iddiaçının ailə üzvü olmadığından onun iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də, iddiaçı Cavabdeh2 kompensasiya ödənilmədən də, mənzildən çıxara bilər. Lakin nə qədər ki, iddiaçı mülkiyyətçi olaraq Cavabdeh2 kompensasiya təklif etmiş və bu qanunvericiliklə qadağan olunmayıb, Cavabdeh2 kompensasiyanın məbləği müzakirə edilmədən verilməsi məsələsinə baxılmalıdır.

25. Məhkəmə kollegiyası mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan mənzilin kirayə dəyəri 500 manat təşkil etməsini, oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərə 3 il üzrə kompensasiya hesablanmalıdır. Həmçinin, iddiaçının 18.000 manat məbləğində kompensiya ödəməyə razı olmasını və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun olmamasını nəzərə alaraq, cavabdehlərə 18.000 manat kompensasiya ödənilməklə cavabdeh İddiaçı mənzilə istifadə hüququna xitam verilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi öz m övqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 27.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 384.0.2, 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 may 1989-cu il tarixdən sözgedən evdə qeydiyyatda olmaqla yaşamış, başqa yaşayış evi də olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən onun həmin evə qeydiyyatı 2000-ci ildən əvvəl yarandığından, hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməli idi. Həmçinin Cavabdeh2 2019cu il tarixdə digər Cavabdeh1la rəsmi nikaha daxil olaraq sözügedən yaşayış evinə köçürüldüyündən iddiaçı ilə Cavabdeh2 arasında 2019-cu ildə yeni hüquq münasibətləri yarandığı üçün, münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli idi.

29. Məhkəmə Ekspertizası Mərkəz inin 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçının yalnız ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m. olan hissəyə mülkiyyət hüququ olmuşdur ki, bu da onun yalnız 109 kv.m. sahəyə daxil olan əmlaka (cavabdehlərin faktiki yaşadığı 45.4 kv.m. sahəyə dair) mülkiyyət hüquqlarını mümkün etmişdir. Yəni, iddiaçının mülkiyyət hüququ ünvan 5 ünvanında yerləşən 109 kv.m. sahə ilə məhdudlaşmış və həmin mənzilə tikilmiş əlavə - özbaşına tikililəri əhatə etməmişdir. Beləliklə iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməməklə, cavabdehlərin həmin sahədən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciəti əssasız olmuşdur. Məhkəmə yaşayış sahəsinə tam mülkiyyət hüququ olmayan iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun o lub-olmaması məsələsini də araşdırmamışdır. Həmçinin, “B+Ş Audit Konsaltinq” MMC-nin təqdim etdiyi mütəxəssis rəyində fərdi yaşayış evinin 3 illik icarə haqqının dəyərinin 18.000 manat olduğu müəyyən edilmişdir. Qeyd olunan kompensasiya məbləği ilə davamlı surətdə başqa yerdə yaşamaq mümkün deyildir. Nəzərə alınmalıdır ki, mübahisəli ev vərəsəlik qaydasında iddiaçının adına, hüququ olub və tərəflərin razılığı ilə ev 1 nəfər şəxsin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, Cavabdeh1 evin sabiq mülkiyyətçisi olduğu təqdirdə onun istifadə hüququna 18.000 manat kompensasiya məbləği ilə xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

30. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər tərəfindən verilmiş kassasiya şik ayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

31. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 6.1.4. Mülki qanunveri ciliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

34. Maddə 27.2. on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

36. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərə findən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən ist ifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi.

39. Maddə 53. (1-ci hissə). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.

40. Maddə 53. (3-cü hissə). İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

41. Maddə 123. (1-ci hissə). Yaşayış evi mülkiyyətçisinin özün ə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

42. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1 Kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

59. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 60. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüqu quna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

61. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 63. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən pa yın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

64. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

65. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətində qeyd olunan dəl illər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyy ən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

69. Məhkəmə kollegiyası eyni zamanda cavabdehlərin vəkilinin işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 17 may 2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə b ilməz.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və oby ektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1873/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar