Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2221/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh3 İddiaçı, (X29 üçüncü şəxs, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsi maraqlı şəxs olmaqla) qarşı qarşılıqlı iddia tələbi icraatı birləşdirilmiş - ikinci iş üzrə iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X19, İddiaçı, Bakı şəhəri 37 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çı xarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi, çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi, tələbin bir hissəsinin inzibati icraata aid edilməsi, eyni tərəf, eyni predmet və eyni əsaslar üzrə tələbin olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk Cavabdeh3 cavabdeh İddiaçı qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə və icraatı birləşdirilmiş – iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X19, Bakı şəhəri 37 saylı N otariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı xxxoğluna qarşı “evə dair mülkiyyət hüququna hüquqi əsas olan ilkin qeydiyyat sənədlərinin və onların əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar.
2. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı ilə X20 Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
3. X30 24 noyabr 2009-cu il tarixli etibarnamə ilə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 275 saylı, 07 aprel 1999-cu il tarixli sərəncamına əsasən onun adına verilmiş Bakı şəhəri Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün olan 600 kv.m torpaq sahəsinə aid səlahiyyətlərini 50 il müddətinə X6 etibar etmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X12 adına qeydə alınmışdır.
5. X30 22 may 2013-cü il t arixdə vəfat etmişdir və bu barədə 29 may 2013-cü tarixdə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır.
6. X12 adından çıxış edən X10 05 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evi X19 bağışlamışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmışdır.
8. X29 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda səhvən M.Ə.Rəsulz adə qəsəbəsi əvəzinə, Biləcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş olunmasını xahiş etmişdir.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmışdır.
10. X29 mülkiyyətində olan ünvan 2 saylı evi 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 150000 manata İddiaçı satmışdır.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarxili çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C sa ylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143C saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları İ iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı 27 oktyabr 2015-ci il tarixdə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlar tərəfindən köçürülmüş digər şəxslərin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143 c saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılma sı, qətnamə çıxarılan günə fərdi yaşayış evində qanunsuz yaşadıqları üçün maddi ziyana görə hər ay 500 manat olmaqla 1 il 1 ay hesabı ilə 6000 manat və mənəvi ziyana görə 5000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 37 saylı notariat kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 0.02425 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 71,46 kvadrat metr, yardımçı sahəsi 336,27 kvadrat metr olan (407.73 kvadrat metr, 3 otaq) fərdi yaşayış evini satıcı X11 alımışdır. Həmin evə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi İdarəsində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 24073 nömrəli vərəqində qeydiyyata alınmışdır.
15. Alıq-satqı müqaviləsinin 8-ci bəndinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəisnə götürüb. Müqavilənin 13-cü bəndinə görə isə müqvilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur.
16. Mülkiyyətində olan mənzildə qeydiyyatda heç kimin olmamasına baxmayaraq, mənzil satılan gündən hazırki vaxta qədər mənzilə dair heç bir hüquqları olmayan cavabdehlər orada yaşayırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq evdən çıxmaqdan boyun qaçırı rlar. Bu da onun mülkiyyət hüquqlarını pozur.
17. Həmçinin cavabdehlər əldən çıxmış faydaya görə 6000 manat, mənəvi ziyana görə 5000 manat ödəməlidirlər.
18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4 və 165.1-ci maddələrinə istinad etmişdir.
19. Cavabdeh3 iddiya qarşı etiraz verərək, göstərib ki, iddiaçının boşaldılmasını tələb etdiyi ev ona və ailə üzvlərinə məxsusdur.Belə ki, ünvan 4 ünvanında yerləşən qeydiyyatsız ev onun və mərhum əri X5 vəsaiti hesabına tikilib. Həmin evin yerləşdiyi torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında yaşayış evini tikintisi üçün xxxa ayrılmış 200 kv.metr torpaq sahəsində tiklib. Ailəlikcə 2008-ci ildən həmin evə köçərək orada yaşayırlar. xx.xx.2009-cu ildən isə həmin üvnada uşaqları ilə birgə qeydiyyatdadır. İddiaçıya verilmiş Çıxarışda evin ünvanı Cəfər Cabbarlı küçəsi, ev 143 C-dir, amma onların yaşadığı evin ünvanı 240V-dir.
20. Cavabdehin vəsatəti ilə birinci instansiya məhkəməsi mübahisəli ünvana yerli baxış keçirir.
21. Cavabdeh3 cavabdeh İddiaçı, X12 hüquqi varisinə, X19, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Bakı şəhər notariusu Əli Hüseynova, "xxxx" ASC-yə, Yusifova İlhamə Sadıx qızına, X31 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs olmaqla) qarşılıqlı iddia ərizəsi verərək, ünvan 16 ünvanda yerləşən 0,02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə dair X12 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət r eyestrindən çıxarışın, həmin evin X30 tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri, 37 saylı Notariat Kontorunda 5 may 2014-cü il tarixli bağışlama müqaviləsinin, həmin evə dair xxxun adına verilmiş RX seriyalı, 038695 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, X29 ilə İddiaçı arasında 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə bağlanmış AN-İ N ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında evin İddiaçı adına qeydə alınması barədə verilmiş RX seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və həmin müqavilə əsasında evin bankın xeyrinə ipote ka ilə yüklü edilməsi barədə reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Sonradan Cavabdeh3 qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh kimi yalnız İddiaçı, 3-cü şəxs kimi X21, maraqlı şəxs kimi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsini göstərməklə, tələblərini azaltmış və ünvan 16 ünvanda yerləşən 0,02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə dair X12 adına RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin evin X30 tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri, 37 saylı Notariat Kontorunda 05 may 2014-cü il tarixli bağışlama müqaviləsinin, həmin evə dair xxx un adına verilmiş RX seriyalı, 038695 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, X29 ilə İddiaçı arasında 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında evin İddiaçı adına qeydə alınması barədə verilmiş RX seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
23. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı boşaldılmasını tələb etdiyi ev mərhum əri xxxa, ona və uşaqlarına məxsusdur. Belə ki, ünvan 6 ünvanında yerləşən qeydiyyatsız ev mərhum əri C.xxxla birlikdə öz vəsaitləri hesabına Bakı şəhəri, B inəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kvadrat metr torpaq sahəsinin 9 dekabr 2004-cü il tarixli, 189 saylı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsində tikilmişdir. Həmin evin tikintisi, təmiri və ev əşyalarının alınması üçün əri C.xxxun mülkiyyətində olan, Bakı şəhəri, Moskva prospekti, 78 saylı evin 24-cü mənzilinin satılmasından əldə etdikləri pulu da xərcləmişlər. xxx ayrılmış torpaq sahəsinin situasiya planı da Binəqədi rayon bələdiyyəsi tərəfindən çəkilərək təsdiq olunmuşdur. Onlar 2008-ci ildə həmin evə köçərək hal-hazıra kimi orada yaşayırlar. xx.xx.2009-cu il tarixdən Cavabdeh1, xx.xx.2008-ci il tarixdən Cavabdeh3 və xx.xx.2012-ci il tarixdən Cavabdeh2 həmin ünvanda daimi qeydiyyatdadırlar. 23 dekabr 2015-ci il tarixdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsindən göndərilmiş sənədlərin surəti onlara təqdim ediləndən sonra müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışa əsasən ünvan 16 ünvanda yerləşən, yardımçı sahəsi 336,27 kvadrat metr, yaşayış sahəsi 71,46 kvadrat metr, ümumi sahəsi 407,73 kvadrat metr olan 3 otaqlı, 2 mərtəbəli, 0,02425 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X12 a dına qeydə alınmışdır. Həmin ev Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən 5 may 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında X30 tərəfindən X19 bağışlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən xxxun adına 038695 saylı, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə reyestrdən çıxarış verilmişdir.
24. X29 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə AN-İ N ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla digər cavabdeh İddiaçı satmışdır. Həmin müqavilə əsasında İddiaçı adına RX seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir.
25. «Hüquqların Dövlət qey diyyatı haqqında» daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan evin hüquqi ünvanı, ünvan 1-dir, onların ailəlikcə yaşadıqları evin rəsmi ünvanı isə ünvan 8ları ev mərhum ərinin alqı-satqı müqaviləsi əsasında Binəqədi Bələdiyyəsindən 2004-cü ildə aldığı 200 kvadrat metr torpaq sahəsində olmaqla tamamilə başqa ünvanda yerləşir və onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Cəfər Cabbarlı küçəsi 143c saylı ünvanda yerləşən xəyali evə heç bir aidiyyəti yoxdur.
26. Cavabdeh3 qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 225.2, 225.6, 337.1, 337.2, 337.4, Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə istinad etmişdir.
27. Birinci instansiya məhkəməsində şahid X29 göstərib ki, mübahisəli evin rəsmi mülkiyyətçisi olub, lakin həmin evdə qardaşı X7 ailə üzvləri yaşayıb. xxxun çoxlu adama borcu olub, bunun nəticəsində əsasb keçirib xəstəxanaya da düşmüşdür. Çıxış yolu kimi qeyd edilən evi satmaq qərarına gəlmişlər. Sonda evi İddiaçı 330000 ABŞ dollarına satıblar. Əldə olunmuş məbləğin əsas hissəsi borclara ödənilmiş, qalan 120000 manat isə o özü qardaşının arvadı Yeganə Zeynalaovaya şəxsən vermişdir ki, özlərinə başqa ev alsınlar. Lakin sonradan qardaşının arvadı daha çox pul tələb edərək vədinə əməl etməmiş və evdən çıxmamışdır.
28. Birinci instansiya məhkəməsində şahidlər X15 və X16 eyni məzmunda ifadə vermişlər.
29. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı ş əhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Cabbarlı küçəsi, ev 143 c saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması, ilk iddianın qalan hissədə təmin edilməməməsi, həmçinin Cavabdeh3 qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Abbas Rzayev)
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı nümayəndəsi X38 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 143c saylı mənzili X11 almışdır, hazırda mənzil onun mülkiyyətindədir. Cavabdehlər isə tələb edilməsinə baxmayaraq mənzili tərk etməməklə iddiaçının mülkiyyət hüquqlarını pozurlar.
31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia – cavabdehlər tərəfindən köçürülmüş digər şəxslərin evdən çıxarılması hissəsində rədd edil məlidir. Belə ki, iddiaçı digər şəxslərin adını, soyadını göstərmədiyindən həmin hissədə iddia qeyri-dəqiqdir.
32. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamə çıxarılan günə fərdi yaşayış evində qanunsuz yaşadıqları üçün cavabdehlərdən maddi ziyana görə hər ay 500 manat olmaqla 1 il 1 ay hesabı ilə 6000 manat pulun tutulması hissəsində iddianın hüquqi əsası olmadığından və sübut edilmədiyindən rədd edilməlidir. Eləcə də, mənəvi ziyanın ödənilməsinə dair 5000 manat məbləğində pulun tutulması hissəsində də iddia və əsassız olduğundan rədd edilməlidir.
33. Birinci instansiya məhkəməsi Cavabdeh3 qarşılıqlı iddiası rədd edilərkən ona istinad etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış əqdlərin və həmin əqdlərin əsasında verilmiş çıxarışların etibarsız hesab olunması tələb edilsə də, iddiaçı öz tələbinin əsaslı olduğunu sübut edə bilməmişdir.
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 337-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
35. Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti qarşılıqı iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və bir daha göstərilmişdiur ki, iddiaçının boşaldılmasını tələb etdiyi ev mərhum ərinə, ona və uşaqlarına məxsusdur.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3604/2016 saylı 24 may 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Cəmilə Səfiyeva, Namiq Cəfərov)
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh mübahisələndirdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143c saylı fərdi yaşayış evinə münasibətdə heç bir hüquqa malik deyil və o, sözügedən evə mülkiyyət hüququnun yaranmasına əsas verən sənədlərin etibarlılığını mübahisələndirsə də, həmin evə dair hər hansı hüququnu müəyyən edən və ya təsdiq edən heç bir müqavilə, çıxarış və sair sənəd təqdim etməmişdir. Belə ki, iş üzrə evə dair bağlanmış əqdlərin rəsmiləşdirilməsində hər hansı qanunsuzluğa yol verilməmişdir. Alqı-satqı zaman ı həmin evdə qeydiyyatda olan bütün 18 yaşına çatmış şəxslərin razılığı alınmış, alqı-satqı zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının birinci instansiya məhkəməsində ekspertiza təyin edilməsi barədə dəlilinə münasibətdə qeyd edib ki, torpaq sahəsi artıq ilkin iddiaçının əldə etdiyi sənədlər əsasında qeydiyyatdan keçmiş və koordintaları müəyyən edilmişdir. Qarşılıqlı iddiaçnın nə öz adına, nə də mərhum həyat yoldaşının adına isə hər hansı sənəd yoxdur. Bu halda ekspertizanın müəəyn etməli olacağı sual da mövcud deyil.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 140, 152.1 və 152.5-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində icraat
41. Cavabdeh3 kassasiya şikayə ti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5313/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
44. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi mübahisəli əmlakın birgə nikah vaxtı alın ması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməyib. Həmçinin Cavabdeh3 apellyasiya şikayətində evin X12 adına sənədləşdirilməsi zamanı saxtakarlığa yol verilməsini bildirsə də, apellyasiya instasniyası məhkəməsi şikayətin X30 ilə bağlı hissəsini araşdırmamışdır. Nəticədə Cavabdeh3 əsaslandırlmış qərar almaq hüququ pozulmuşdur. İİ iş üzrə: d) Birinci instansiya məhkəməsində icraat
45. İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2017-ci il tarixdə cavabdehlər X29, Bakı şəhəri 37 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və İddiaçı qarşı iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, seriya RX ** ***** saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X12 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki Pasportun, fərdi yaşayış evinin X30 tərəfindən X19 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 5 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X13 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X13 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X29 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475 340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi, bütün hüquqi və məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
46. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2008-ci ildən hazırki vaxta kimi ünvan 9 ünvanında yaşayırlar və həmin ünvanda daimi qeydiyyatdadırlar. Həmin ev onların əvvəllər yaşadığı Bakı şəhəri Moskva prospekti, 78 saylı evin 24 saylı mənzilinin satışından və mərhum həyat yoldaşı X10 ilə birgə nikah dövründə əldə etdikləri pul vəsaiti hesabına Binəqədi bələdiyyəsi tərəfindən sonuncuya ayrılmış torpaq sahəsində tikilmişdir. Bələdiyyə tərəfindən verilmiş “9-cu mikror ayon, C.Cabbarlı küçəsində fərdi yaşayış evinin tikintisi üçün xxx təklif olunan torpaq sahəsinin (200 kv.m) situasiya planı”ndan da görünür ki, həmin torpaq sahəsi C.Cabbarlı küçəsində Yanğından Mühafizə İdarəsindən sağ tərəfdə yuxarıda iddiaçıların yaşadığı ünvanda yerləşir. İddiaçılar həmin ünvanda 2008-ci ildən yaşasalar da, onlardan asılı olmayan səbəblər, yəni, bələdiyyə torpaqlarının özəlləşdirilməsi ilə bağlı qanunvericilikdəki boşluqlar, tələb olunan sənədlərin əldə edilməsində əngəllər, C.xxxun xəstəliyi və ölümü, sənədləşmə üçün tələb olunan maliyyə vəsaitinin çatışmazlığı və sair səbəblərdən həmin evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişlər. Sonradan İddiaçı onlara qarşı evdən çıxarılma və digər tələblərlə iddia qaldırmış dır. Halbuki, iddiaçıların yaşadığı ev Cəfər Cabbarlı küçəsi, 143c saylı ev ünvanında deyil, Cəfər Cabbarlı küçəsi 240 “v” ünvanında yerləşir.
47. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir qədər əvvəl iddiaçılara məlum olmuşdur ki, mübahisəli evə X12 adına olan ünvan 11 ünvanında yerləşən, mülkiyyət növü dövlətə məxsus, hüququn növü istifadə kimi göstərilən 0,02425 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli evə verilmiş reyestrdən çıxarış, texniki pasport, evin xxx tərəfindən X19 bağışlanması barədə 05 may 2014-cü il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. Halbuki, xxx 22 may 2013-cü il tarixdə vəfat etmiş və müqavilə onun adından 05 may 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Yəni, həmin müqavilə xxxin ölümü ilə qüvvədən düşmüş etibarnamə əsasında bağlanmışdır. Bu proseslə r mərhum ərinin qardaşı, uzun müddət torpaq alqı-satqısı ilə məşğul olmuş X29 tərəfindən aparılmışdır. Belə ki, 22 may 2013-cü il tarixdə vəfat etmiş N.M.X2 baldızının həyat yoldaşı olmuşdur və onun ölümündən sonuncunun məlumatı olduğu halda bu müqavilə bağlanmışdır.
48. Bundan başqa, xxxin adına rəsmiləşdirilmiş çıxarışın verilməsi üçün əsas olmuş sənədlər də təsdiq edir ki, onun adına ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsi, Dəmir yol xəstəxanası və Natəvan küçəsindən sol yuxarı tərəfdə yerləşir. xxxə torpaq sahəsinin ayrılması barədə sərəncamda və torpağın cizgisində torpaq sahəsinin C.Cabbarlı küçəsində yerləşdiyi qeyd olunmamışdır. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubla da m üəyyən olunur ki, Biləcəri qəsəbəsinin inzibati ərazisində Cəfər Cabbarlı küçəsi yoxdur. Qeyd olunan hallar onu təsdiq edir ki, iddiaçıların yaşadığı ev, xxxə deyil, xxx ayrılmış torpaq sahəsində tikilmişdir. Həmçinin, xxx həmin ərazidə deyil, Suraxanı rayonunun ərazisində yerləşən 37 saylı notariat kontorunda bağışlama müqaviləsi bağlandıqdan sonra öz adına çıxarış və texniki pasport almış, bir müddət sonra 12 avqust 2014-cü il tarixdə ərizə verərək guya həmin sənədlərdə səhvən “M.Ə.Rəsulzadə” əvəzinə “Biləcəri” qəsəbəsi yazıldığını bildirmiş və düzəlişlərin olunmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə heç bir hüquqi əsas olmadan, ilkin torpaqayırma sənədlərindən fərli olaraq həmin düzəlişləri edərək yeni çıxarış vermişdir. Sonradan xxx borc götürülmüş pulun əvə zində, yəni, başqa əqdi pərdələmək məqsədilə həmin evi guya 150000 manata İddiaçı satmışdır.
49. Həmçinin İddiaçı adına verilmiş texniki pasportda göstərilən məlumatlar evin faktiki ölçüləri ilə də tamam fərqlidir. Belə ki, texniki pasportda evin 3 otağının olması göstərilsə də, ev 7 otaqdan ibarətdir, 1-ci mərtəbədə anbarın olması göstərilsə də, həmin mərtəbədə, ümumiyyətlə, anbar yoxdur. 2-ci mərtəbədə 1 sanitar qovşağı göstərilsə də, faktiki olaraq 2 sanitar qovşağı var. Bu hallar onu təsdiq edir ki, texniki pasport həmin evə məxsus deyildir.
50. İddiaçılar tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad ediblər.
51. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən X20 Bilcəri qəsəbəsində ayrılmış 600 kv.me tr və X9 ayrılmış 200 kv.metr torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi məqsədilə 06 fevral 2018-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.
52. Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2018-ci il tarixli, 5703 saylı rəyinə əsasən X20 ayrılmış 600 kv.metr torpaq sahəsinin koordinatları sərəncama əlavə edilmədiyindən, X9 ayrılmış 200 kv.metr torpaq sahəsinin yerləşdiyi sxem isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmadığından həmin torpaqların naturada yerini müəyyən etmək mümkün olmamışdır.
53. Cavabdeh İddiaçı nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazda göstərilib ki, mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışlar ardıcılı olaraq X12 və sonra da X13, nəhayət sonuncu dəfə də cavabdeh İddiaçı adına verilib. Mübahisəli evə dair aparılan əməliyyatı iddiaçının mərhum əri X1 Quliyevin ona verdiyi 24 noyabr 2004-cü il tarixli etibarnamə əsasında icra edib və heç bir zaman xxx mübahisəli evə dair mülkiyyət hüququ əldə etməyib. Buna görə də yalnız vəfat etmiş xxxin vərəsələri belə iddia verə bilər. Həmçinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların eyni tərəflər, eyni predmet və eyni əsaslarla olan iddiası rədd edilib.
54. Cavabdeh İddiaçı nümayəndəsi həmçinin mübahisəyə iddia müddətinin tətbiqi barədə də ərizə vermişdir.
55. Cavabdeh xxxun vəkili və nümayəndəsi də mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
56. Birinci instansiya məhkəməsi Binəqədi Rayon İcra hakimiyyə tini və Binəqədi Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
57. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 5 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X12 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X30 tərəfindən X19 bağışlanması barədə 5 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, ünvan 2 saylı evin X29 tərəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi, ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilmişdir. (hakim Fərrux Qasımov)
58. Birinci instansiya məhkəməsi qeyd edib ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamında X20 Biləcəri qəsəbəsi ərazisindən fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrıldığı qeyd edilib. Həmin sənəd əsasında mərhum xxxin adına verilmiş RX seriyalı, ******* saylı Çıxarışda və X13 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışda da Binəqədi rayonu, Biləcəri qəsəbəsi Cəfər Cabbarlı küçəsi, 143 C saylı evin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınması göstərilib. Yəni, mülkiyyət hüququnu əks etdirən hər iki sənəddə fərdi yaşayış evinin Bilcəri qəsbəsinin ərazisində yerləşdiyi öz əksini tapmışdır. Lakin sonradan xxx ərizə ilə DƏDRXin ünvan 12 ünvanında yerləşən evin Çıxarış və texniki pasportunda M.Ə.Rəsulzadə əvəzinə, səhvən Biləcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş edilməsini xahiş etmişdir. Həmin İdarə də heç bir qanuni əsas o lmadan, ilkin torpaqayırma sənədində torpaq sahəsinin Biləcəri qəsəbəsində ayrılması qeyd edildiyi halda, yalnız xxxun ərizəsini əsas götürüb düzəliş aparımış, “Biləcəcəri qəsəbəsi” sözləri “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilmişdir. Halbuki mübahisənin predmeti olan torpaq sahəsinin və üzrəində inşa edilmi evin Biləcəri qəsəbəsinə, ümumiyyətlə, aidiyyatı yoxdur.
59. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, işin digər xüsusatına görə Nizami Quliyev 22 may 2013-cü il tarxidə vəfat etdiyi halda, təxminən 1 il sonra – 05 may 2014-cü il tarixdə onun adından etibarnamə əsasında xxx mübahisədə adı keçən evi xxxa bağışlamışdır.
60. İddia müddətinin keçməsi barədə cavabdehin ərizəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, Y.X26 vəfatından Bakı Apellyasiya Məhkəməsini n (İ iş üzrə) 24 may 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verərkən məlumatı olub. Buna görə də iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur.
61. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 362.1, 365.1.7, 372.2, 375.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1 və 16.2-ci maddələri ilə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsində icraat
62. Cavabdehlər İddiaçı, X29 və X12 hüquqi varisi, maraqlı şəxs xxx qızı ayrıayrılıqda apellyasiya şikayətləri verərək, cavabdehlər qətnamənin ləğv, iddia tələbinin rədd, maraqlı şəxs isə qətnamənin X20 aid hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etmişlər.
63. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş üzrə apellyasiy a şikayətləri bir icraatda birləşdirilmiş, "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.
64. Cavabdeh A.İbrahimovun vəkili və nümayəndəsi apellyasiya instansiyasına vəsatətlə müraciət edərək X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılıb ki, mərhim xxx 2 sot torpaq sahəsində tikililən evi 22 aprel 2015-ci il tarixli etibarnamə ilə X4 və torpağa aid bələdiyyə sənədlərini də həmin şəxsə verib.
65. Apellyasiya instansiyası məhkəməsi X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
66. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin 19 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X29 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X12 adına ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə verilmiş seriya RX № ******* saylı, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış; həmin evin Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında X30 tərəfindən X19 bağışlanması müqaviləsi; həmin evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən xxxun adına verilmiş seriya RX № 038695 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixdə reyestrdən çıxarış, X13 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla İddiaçı satması müqaviləsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş seriya RX № ******* saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış etibarsız hesab edilmiş, X29, İddiaçı və maraqlı şəxs (X12 hüquqi varisi) xxx qızının ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
67. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mülkiyyət hüququnu əks etdirən Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamında və X13 adına verilmiş RX s eriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin Biləcəri qəsəbəsinin ərazisində yerləşdiyi öz əksini tapmışdır. Lakin sonradan X29 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edərək ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda səhvən M.Ə.Rəsulzadə əvəzinə Biləcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş olunmasını xahiş etmiş və həmin idarə heç bir qanuni əsas olmadan, ilkin torpaqayırma sənədində torpaq sahəsinin Biləcəri qəsəbəsində ayrılması qeyd olunduğu halda yalnız A.İ.xxxun ərizəsini əsas götürərək düzəliş aparmış “Biləcəri qəsəbəsi” sözləri “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilmişdir. Halbuki, mübahisənin predmeti olan torpaq sahəsinin və üzərində inşa edilmiş evin Biləcəri qəsəbəsinə ümumiyyətlə aidiyyətı yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin məzmununa görə texniki səhv üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərinə pozmayacağı təqdirdə aparıla bilər. Lakin yuxarıda qeyd olunduğu kimi düzəliş yalnız ərizəçinin xahişinə əsasən, heç bir araşdırma aparılmadan, ümumiyyətlə, Biləcəri qəsəbəsinin ərazisində “C.Cabbarlı” küçəsinin mövcud olması araşdırılmadan, bu barədə müvafiq sənədlər alınmadan aparılmış və nəticədə üçüncü şəxslərin hüquqları pozulmuşdur.
68. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, xxxə məxsus 600 kv.m. torpaq sahəsində 23 noyabr 2009-cu il tarixədək hər hansı tikili, o cümlədən iki mərtəbəli yaşayış evi olmamışdır və X30 22 may 2013-cü il tarixdə vəfat etdiyi halda, onun ölümündən təxminən 1 il sonra - 05 may 2014-cü il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı ev X19 bağışlanması, onu 24 noyabr 2009-cu il tarixli etibarnamə əsasında X10 təmsil etməsi, həmini müqavilənin qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, ölmüş şəxsin (sağlığında verilmiş etibarnamə ilə) ona məxsus əmlaka sərəncam verməsi qanunsuz olmaqla bərabər, absurddur.
69. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, mübahisə predmeti olan ev X19 bağışlanarkən X30 tərəfindən X6 verilmiş etibarnamənin hüquqi qüvvəsi olmamışdır, yəni, əqd mülki qanunvericiliklə müəyyənləşdiri lmiş şərtləri pozmaqla bağlanılmışdır və həmin müqavilənin davamı olaraq edilən hərəkətlər də – bağlanan müqavilələr də özlüyündə qanunsuz – etibarsızdır.
70. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticə ondan ibarət olub ki, mübahisə predmeti Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 №-li qərarı və 09 dekabr 2004-cü il tarixli, 189 №-li müqavilədə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 200 kv.m torpaq sahəsi olduğundan və iddiaçılar müvafiq olaraq sonuncunun övladları və həyat yoldaşı olduğundan onların iddianı irəli sürmək üçün subyektiv hüquqları vardır.
71. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, Cavabdeh3 və onun övladları – Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Rəsulza də qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 240 V-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Mübahisəli ev isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143C kimi X3 adına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh3 iddiasında, qarşılıqlı iddiasında, apellyasiya şikayəti və vəsatətlərində iddia edir ki, onun yaşadığı 240V saylı evdir və həmin ev əri ilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların aydınlaşdırılması məqsədilə ekspertiza təyin olunsa da, məhkəmə tikinti – texniki ekspertizasının 18 iyul 2018-ci il tarixli, 5703 №-li rəyində ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Həmin rəydə qeyd olunmuşdur ki, ilkin torpaqayırma sənədləri əs asnamənin tələblərinə uyğun hazırlanmadığından və torpaq sahəsinin koordinatlarını sxem üzrə dəqiq müəyyən etmək mümkün olmadığından torpaq sahələrinin naturada yerini müəyyən etmək mümkün deyildir.
72. Mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi mövqeyi belə olub ki, icraatı birləşdirilmiş iş üzrə Cavabdeh3 iddia tələbi yalnız əqdlərin etibarsızlığından ibarət deyildir, iddianın əsasını mülkiyyət hüququna dair sənəddə düzəlişin əsassız aparılması və bunun nəticəsində iddiaçıların əmlak hüquqlarının pozulması təşkil edir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti 11 avqust 2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh3 icraatı birləşdirilmiş iş üzrə iddia ərizəsini məhkəməyə 02 avqust 2017-ci il tarixdə təqdim etmişdir. Yəni, cavabdehin ərizəsində qeyd etdiyi kimi iddia müddətinə əqdlərin etibarsızlığı tərəfdən yanaşıldıqda belə, 1 illik iddia müddəti ötürülməmişdir. ə) Kassasiya instansiya məhkəməsində birinci icraat:
73. Üçüncü şəxslər X29, xxx qızı kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(103)-627/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər.
74. Kassasiya şikayətinin dəlilləri belə olub: - mübahisəli ev X12 mülkiyyətində olub və ilkin sənədləşmə onun adına rəsmiləşdirilib. Cavabdeh3 iddia edir ki, X12 mülkiyyətində olan ev onların yaşadıqları evdən ayrı yerdə, yəni Biləcəri qəsəbəsində yerləşir. Buna baxmayaraq xxx adına aparılan ilkin rəsmiləşmənin etibarsızlığını tələb edir. Belə vəziyyətdə X23 yerləşən evinin Binəqədi qəsəbəsində yaşayan Cavabdeh3 hüquqlarını poza bilməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi. Nə qədər ki, iddiaçı Cavabdeh3 evlərin ayrı-ayrı yerlərdə yerləşdiyini iddia edirsə, onun xxx adına olan ilkin rəsmiləşməni mübahisələndirməyə subyektiv hüququ yoxdur; - xxx adına çıxarış verilərkən hansı qanun pozuntusuna yol verilməsi qətnamədə göstərilməyib. Belə vəziyyətdə xxx adına verilən çıxarışın etibarsız hesab edilməsi qanunsuzdur. X28 adına cəmi 2 sot torpaq olub. Mübahisənin predmetini də həmin 2 sot torpaq sahəsi təşkil edir. - apellyasiya məhkəməsi qətnaməsində göstərib k i, müstəqil tələb irəli sürməyən Roman Qaraşov izahatında Binəqədi rayonunda Cəfər Cabbarlı küçəsində yerləşən 200 kvadrat metr torpaq sahəsini xxxdan aldığını və torpağın pulunu Cavabdeh3 iştirakı ilə ödədiyini bildirmişdir; - iş üzrə alınmış ekspertiza rəyi də Cavabdeh3 iddiasının təmin olunmasına əsas vermir; - xxx adına çıxarış verilməsi mübahisələndirilməyib və çıxarışın qanuniliyi məhkəmədə müzakirə olunmayıb. Məhkəməyə mübahisəli evin hüquqi rejiminə dair arayış təqdim olunmayıb və məhkəmə də öz təşəbbüsü ilə hüquqi rejiminə dair arayış tələb etməmişdir. xxx adına olan çıxarışı etibarsız hesab edərkən iddia tələblərindən kənara çıxılıb. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilini müzakirə etməyib; - 05.05.2014-cü ildə fərdi yaşayış evinin xxxa bağışlanması zamanı X37 x xx təmsil etmişdir. Hansı ki, Nizami Quliyev 2013-cü ildə vəfat etdiyindən bağışlanma etibarsız hesab edilirsə, ev xxx adında qalmalıdır. Digər tərəfdən xxx ona 50 il müddətinə etibarnamə verilməsini və evin faktiki olaraq onun sahibliyində olmasını nəzərə almışdır. Məhkəmə qətnamə çıxararkən həmin xüsusatları nəzərə almayıb; - işdəki sənədlərdən görünür ki, ünvanlar arasında fərq olsa da, mübahisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143c saylı evə aiddir. X28 məhz Nizami Quliyevə aid torpaq sahəsində tikilmiş evi bağışlama yolu ilə özgəninkiləşdirməsi bir daha onu göstərir ki, ünvanlar arasındakı fərq formal xarakter daşımışdır. Yəni ünvanlar arasındakı fərqə görə iddianın təmin olunması tamamilə əsassızdır; - iddiaçı X18 vərəsələri deyillər və onun adına veril miş çıxarışın etibarsızlığını irəli sürmək hüquqlarına malik deyillər; - iddia müddətinin keçməməsi barədə məhkəmə kollegiyasının gəldiyi nəticə də əsassızdır. Mübahisənin 2014-cü ildə yaranması və bu mübahisənin iddiaçılara məlum olması işin mübahisəsiz halıdır. Cinayət işi üzrə icraata xitam verilməsi barədə Nizami rayon prokurorluğunun xx.xx.2015-ci il tarixli qərarının məzmunundan da görünür ki, mübahısənin mövcudluğu iddiaçılara 2014-cü ildən məlum olmuşdur; - məhkəmə qətnamədə göstərir ki, Cavabdeh3 hazırkı iddia ərizəsi ilə xx.xx.2017-ci ildə məhkəməyə müraciət etmişdir. Hansı ki, yuxarıda göstərildiyi kimi xxx birinci dəfə intihara cəhd etməsini iddiaçı Cavabdeh3 evdən çıxmaması ilə izah etmişdir. Göründüyü kimi nəinki bir illik iddia müddəti, hətta 3 illik iddia müddəti də ötmüş dür; - məhkəmə maddi hüquq normalarının tələblərini pozmaqla yanaşı, Mülki Prossesual Məcəllənin 14.1, 88, 217, 218.3 maddələrinə əməl etməyərək qanunsuz və əsasız qətnamə çıxarmış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X29 və maraqlı şəxs Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilmiş və həmin hissələrdə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
76. Ali Məhkəmənini mpvqeyi belə olub: - apellyasiya instansiyası məhkəməsi ilk növbədə işin bu halına diqqət yetirməmişdir ki, İddiaçı ilk iddiası ilə yanaşı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X19 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsində qoyduğu tələblərlə, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X19, Bakı şəhəri 37 sa ylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı xxxoğluna qarşı Binəqədi rayon məhkəməsində 02 avqust 2017-ci il tarixdə təqdim etdiyi müstəqil iddia ərizəsindəki iddia tələbləri, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X13 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbi istisna olmaqla, eynilik təşkil edir; - apellyasiya instansiyası məhkəməsi bir icraatda həm qarşılıqlı iddianı təmin edilməsi nəticəsinə gəlməklə, həm də eyni tələblərin təmin edilməsi barədə digər məhkəmə aktını qüvvədə saxlamaqla, prossesual qənaət prinsipini pozmuş, birinci iş üzrə Cavabdeh3 qarşılıqlı iddiası mövcud olduğu ha lda, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixlı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apellyasiya baxışına qaytarıldıqdan sonra işin apellyasiya icraatında olduğu dövrdə, sonuncunun ailə üzvləri ilə birlikdə eyni tələblərlə 02 avqust 2017-ci il tarixdə Binəqədi rayon məhkəməsinə müstəqil iddia ərizəsi ilə müraciət edilməsinə, həmin tələblər sırasında olan eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla olan tələblərin təkrar baxılmasının yolverilməz olduğuna zəruri qiymət verməmişdir; - apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsində və müstəqil iddiada irəli sürülən tələblərin bəzilərinin məhkəmə aidiyyətı məsələsinə də hüquqi qiymət verməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi və müstəqil iddia ərizəsində qoyulan tələblərdən mübahisəli evin ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin sözügedən idarə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin tələbləri pozulmaqla xxxun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X13 adına v erilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, ə gər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir.” - həmçinin həmin qərarda qeyd edilmişdir ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyrimümkün hesab etməkdə haqlıdır; - Konstitusiya Məhkəməs inin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında tələblərin (xüsusi ilə mülki tələbin iqtisadi və ya inzibati tələblə) bir icraatda birləşdirilməsinin mümkünlüyünü ətraflı şərh etmişdir. Həmin Qərarda inzibati mübahisənin hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqli olduğu göstərilmiş və qeyd edilmişdir ki, mülki tələblər inzibati icraat qaydasında iddia tələbi ilə heç bir halda birləşdirilə və birgə baxıla bilməz. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi hə ll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. - ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin X12 adına ilkin hüquqi qeydin aparılması və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış verilməsinə əsas ona Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncam olduğundan, Cavabdeh3 tərəfindən həmin qeydiyyatın düzgün aparılm adığı mübahisələndirildiyindən, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə düzəliş edilməsi barədə xx.xx.2014-cü il tarixdə X13 adına verilmiş Çıxarışın qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir; - digər iddia predmetləri olan əqdlərin və onlar əsasında verilmiş çıxarışların etibarsızlığını mübahisələndirməyə subyektiv hüquq isə qeyd edilən inzibati mübahisəyə baxılmasının nəticəsindən asılıdır; - kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında göstərilmişdir ki, qətnamədə və işin faktiki hallarında olan ziddiyyətlər belə nəticə çıxarmağa əsas verir ki, evin C.İ.xxxa satılmış 200 kv.m. torpaq sahəsində və ya N.xxxə satılmış 600 kv.m. torpaq sahəsində tikilməsinin ekspertiza təhqiqatı ilə araşdırılması zərurəti olmuşdur. Cavabdeh3 tərəfindən belə bir vəsatət irəli sürülsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Ekspertiza keçirilməsi ilə həmin məsələyə aydınlıq gətirilməsinə dəlalət edən hallardan biri də ondan ibarətdir ki, xxx və İddiaçı adına verilmiş çıxarışlarda torpaq sahəsinin ölçüsü 0,02425 ha göstərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir; - yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən prosessual pozuntulara yol verməklə yanaşı, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə də tam əməl etməmiş, məhkəmə tikinti – texniki ekspertizasının 18 iyul 2018-ci il tarixli, 5703 №-li rəyində göstərilənlərə i şin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş, rəylə razılaşıb-razılaşmamasını qətnamədə göstərməmişdir. Belə ki, rəydə göstərilmişdir ki, ilkin torpaqayırma sənədləri əsasnamənin tələblərinə uyğun hazırlanmadığından və torpaq sahəsinin koordinatlarını sxem üzrə dəqiq müəyyən etmək mümkün olmadığından torpaq sahələrinin naturada yerini müəyyən etmək mümkün deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli ev yerində mövcuddur və həmin evin tikilməsi ilə bağlı işin materiallarında müvafiq sənədlər mövcuddur, həmçinin həm bələdiyyə tərəfindən xxx satılmış 200 kv.m. torpaq sahəsinin, həm də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı əsasında xxxə ayrılmış 600 kv.m. torpaq sahəsinin ayrıc sənədləri, yer ləşmə sxemləri iş materiallarına əlavə edilibdir. Belə olan halda, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus torpaq sahəsi olmasını müəyyən etmək, həmin evə verilmiş ünvanın, Cavabdeh3 və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanın eyni ünvan olub-olmamasını araşdırmaq mümkündür; - mübahisəli evin yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin kimə aid olmasının müəyyən edilməsinin hazırki iş üzrə qarşılıqlı iddiaçı tərəfin iddianı irəli sürmək üçün subyektiv hüquqlarının olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruridir. f) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
77. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “X39 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərinin iş tirakı ilə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilişdir. 78. “X39 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyinə əsasən Cavabdeh3 Növruz qızı və övladlarının yaşadığı evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.xxxa satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli sərəncamı əsasında N.xxxə ayrılmış 600 kv.m torpaq sahəsinin ayrıc sənədləri, yerləşmə sxemi əlavə edilmədiyindən həmin 600 kv.m torpaq sahəsinin hazırda harada yerləşməsinin və mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə dü şübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh3 və övladlarının qeydiyyatda olduqları, yaşadıqları iş üzrə mübahisələndirilən fərdi yaşayış evi Bakı şəhəri, ünvan 14 ünvanına uyğun gəlir. İş üzrə mübahisələndirilən sözügedən evin birinci sualda göstərilən ayrıc sənədləri və yerləşmə sxemləri nəzərə alınmaqla ümumiyyətlə kimə məxsus olması, həmin evin ünvanının Cavabdeh3 ailə üzvləri ilə qeydiyyatda olduqları ünvanla eyni olub-olmadığını isə müəyyən etmək mümkün deyil.
79. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil etmişdir.
80. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə B akı şəhəri Binəqədi rayon Məhkəməsinin 5.11.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia “Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X12 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasport, həmin evin X30 tərəfindən X19 bağışlanması barədə 5 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasport, ünvan 2 saylı evin X29 tərəfindən İddiaçı satılma sı barədə 21 avqust 2014-cü il tarixli, ANİ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsinin, ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində baxılmamış saxlanılmış, həmin mülki iş üzrə “ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində iddia üzrə icraata xitam verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 2(001)-325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi il ə ünvan 15 ünvanda yerləşən 0.02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin tələb üzrə icraata xitam verilmişdir. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə, Aytən Oruczadə)
81. Apellyasiya instansiyası məhkəmə qeyd edib ki, İddiaçı ilk iddiası ilə yanaşı, Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X19 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsində qoyduğu tələblərlə, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X19, Bakı şəhəri 37 saylı Notariat Konto runa, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı xxxoğluna qarşı Binəqədi rayon məhkəməsində 02 avqust 2017-ci il tarixdə təqdim etdiyi müstəqil iddia ərizəsindəki iddia tələbləri, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X13 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbi istisna olmaqla, eynilik təşkil edir.
82. Digər tərəfdən, qarşılıqlı iddia ərizəsində qoyulan tələblərdən mübahisəli evin ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin sözügedən idarə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin tələbləri pozulmaqla xxxun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X13 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir.
83. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin X12 adına ilkin hüquqi qeydin aparılması və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın verilməsinə əsas olan Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı olduğundan, Cavabdeh3 tərəfindən həmin qeydiyyatın düzgün aparılmadığı mübahisələndirildiyindən, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə düzəliş edilməsi barədə xx.xx.2014-cü il tarixdə X13 adına verilmiş Çıxarışın qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir.
84. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, Cavabdeh3 və qeyrilərinin müstəqil iddiası üzrə texniki pasportlar mübahisələndirilsə də, həmin texniki pasportlar ayrıca akt olmayıb, daşınmaz əmlakın texniki göstəricilərini özündə əks etdirən sənəd olub, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ayrılmaz tərkib hissəsi olduğu üçün ayrıca mübahisələndirilə bilməz. Odur ki, bu barədə tələb də yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın mübahisələndirilməsi tələbinin davamı olaraq verildiyi üçün həmin tələblə birlikdə baxılmalı olan və kökü, hüquqi təbiətinə görə inzibati mübahisəyə aid olduğunda n həmin inzibati mübahisə həll edildikdən sonra baxılmalı olduğundan və digər mülki işdə Cavabdeh3 və qeyrilərinin qarşılıqlı iddiasında “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların mübahisələndirilməsi” tələbi ilə eynilik təşkil etdiyindən baxılmamış saxlanılmalıdır.
85. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 7.2, 23.1, 23.2-ci, Mülki Prosessual Məcəllənin 153.2.4, 259.0.4 və 261.01-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
86. Cavabdeh (iddiaçı) Cavabdeh3 (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilib, Binəqədi Rayon 2(001)-146 0/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
87. Kassasiya şikayəti belə əsaslandırlıb: - ilkin mərhələdə məhkəmə qətnaməsində qeyd olunan, daha əvvəl eyni tərəflər arasında mövcud olan eyni predmetə dair 02 avqust 2017-ci il tarixdə müstəqil iddia tələbi irəli sürülmüş olmasına münasibətdə qeyd edilməlidir ki, birinci və ikinci işlərin nə subyekt tərkibi, nə də mübahisə predmeti eynilik təşkil etmir. Belə ki, 2017-ci ildə baxılmış birinci iş üzrə iddiaçı qismində Cavabdeh3 çıxış etdiyi halda, ikinci işdə iddiaçı qismində Cavabdeh3 ilə yanaşı, Cavabdeh1 və Cavabdeh2 xxx çıxış etməkdədir. Həmçinin müqayisə olunan işlərdə cavabdehlərin də subyek tərkibi eyni deyildir; - iddia predmetinə gəldikdə iddia pr edmetinin ayrı olması məhkəmə tərəfindən də vurğulanmışdır. Belə ki, birinci iş üzrə iddia predmetinə xxxun adına verilmiş RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə tələb daxil olmamışdır. Bu səbəbdən sözügedən əsasla işin həmin hissədə baxılmamış saxlanması MPM-in 259.0.4-cü maddəsinə zidd olmuşdur; - həmçinin apellyasiya instansiyası məhkəməsi qərardadında xxxun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın qanuniliyinin mübahisələndirilməsinin təbiətinə görə inzibati mübahisə olduğunu vurğulayaraq həmin hissədə iddianı qeyri-mümkün saymışdır. Halbuki burada mübahisə edilən məsələ, mübahisə doğuran məsələ birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxildir. (MM 365.1, 365.1.7; MM 337.1) Belə ki, X30 22 may 2013-cü i l tarixində vəfat etdiyi halda onun ölümündən təxminən 1 il sonra – 5 may 2014-cü il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi,C.Cabbarlı küçəsi 143C saylı ev X19 bağışlanmış, onu 24 noyabr 2009-cu il tarixli etibarnamə əsasında xxx təmsil etmişdir. Sözügedən bağışlanma müqaviləsi əsasında X29 tərəfindən mübahisə predmeti mənzilə dair çıxarış verilmişdir. Bu halda mülki qanunvericiliyin əqdin etibarsızlığına dair maddələri tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
88. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmi n hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun Maddə 7.2 “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquql arın qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun 2.1-ci və Azərbaycan respublikası İnzibati Prosessual Məcəlləninin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələ ri tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrə İnzibati Məhkəmə icraatı qaydasında baxılır. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 259.0.4. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
90. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
91. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
93. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib.
94. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ikinci iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, Cavabdeh3 həmin işdəki “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X12 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X30 tərəfindən X19 bağışlanması barədə 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına ver ilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, ünvan 2 saylı evin X29 tərəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsi, ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissələrdə iddia tələbini ona görə baxılmamış saxlamışdır ki, eyni tələblər birinci iş üzrə Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı 19 yanvar 2016-cı il tarixli qətnaməsində öz əksini tapmışdır.
95. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə görə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır.
96. Həmçinin apellyasiya instansiyası məhkəməsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə ikinci mülki iş üzrə Cavabdeh3 “ünvan 2 saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” barədə iddiası və birinci iş üzrə “ünvan 15 ünvanda yerləşən 0.02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın eti barsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə xitam verərkən də düzgün nəticəyə gəlmişdir.
97. Belə ki, qarşılıqlı iddia ərizəsi və müstəqil iddia ərizəsində qoyulan tələblərdən mübahisəli evin ünvan 16 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin xxxun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X13 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir.
98. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
99. Məhkəmə kollegiyası birinci və ikinci işlərin nə subyekt tərkibi, nə də mübahisə predmetinin eynilik təşkil etməməsi, 2017-ci ildə baxılmış birinci iş üzrə iddiaçı qismində Cavabdeh3 çıxış etdiyi halda, ikinci işdə iddiaçı qismində Cavabdeh3 ilə yanaşı, Cavabdeh1 və Cavabdeh2 xxx çıxış etməsi, həmçinin müqayisə olunan işlərdə cavabdehlərin də subyek tərkibinin eyni olmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Əvvəla, birinci iş üzrə qarşılıqı iddia ərizəsində Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X19 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsində qoyduğu tələblərlə, ikinci iş üzrə iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X19, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbayca n Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı xxxoğluna qarşı Binəqədi rayon məhkəməsində 02 avqust 2017-ci il tarixdə təqdim etdiyi müstəqil iddia ərizəsindəki iddia tələbləri, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X13 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbi istisna olmaqla, eynilik təşkil edir. İstər iddiaçıların, istərsə də cavabdehlərin subyekt tərkibinin fərqli olmasına gəldikdə, qeyd edilməlidir, hər iki iddialarda Cavabdeh3 iddiaçı və qarşılıqlı iddiaçı, İddiaçı və xxx isə cavabdeh qismində qeyd edilib, iddia tələbləri bölünməz olmaqla onların nin predmeti və əsasları da tam eynidir.
100. Birinci iş üzrə iddia predmetinə xxxun adına verilmiş RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə tələb daxil olmaması, bu səbəbdən sözügedən əsasla işin həmin hissədə baxılmamış saxlanmasının MPM-in 259.0.4-cü maddəsinə zidd olması barədə dəlil də əsasl deyil. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi xxxun adına verilmiş RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın baxılmamış saxlanması haqqında qərardad deyil, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə xitam verilməsi barədə qərardad qəbul edib. 101. xxxin adından xxxla bağlanmış bağışlama müqaviləsinin (xxxin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mül ki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin dəlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.
102. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
103. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv