Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2221/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı dair ilk, iddiaçılar Cavabdeh1 və Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi”; “mənzilə istifadə hüququnun tanınması” (Mülki mübahisənin kateqoriyası: Mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mənzil mübahisələri; Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qaşılıqlı iddia tələblərinə dair qarşılıqlı iddia ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5489/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İş üz rə tərəflər ataları Məmmədov Faiq Əbdülxalıq oğluna məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadırlar.
2. Məmmədov Faiq Əbdülxalıq oğlu sağ ikən yaşayış sahəsini İddiaçı bağışlamış və xx.xx.2010-cu ildə mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, X3, Cavabdeh1 Faiq qızı, Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
4. Kooperativ binada mənzil tikintisi üçün müqavilə və maliyyə arayışının surətinə əsasən, X3 xx.xx.2011-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 kv metr olan 1 otaqlı mənzili almış və 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QXM 381/M saylı qiymətləndirici rəyindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 70.000 (yetmiş min) manat, orta aylıq kirayə haqqı 300–350 manat təşkil edir.
6. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əsədov Arif Oruc oğlunun iddiası qismən təmin edilərək, ünvan 3 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv metr olan 1 otaqlı, Xərdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X4 və ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X12 çıxarılması, həmin yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd oluqnması qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Qasımov Anar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın rədd olunması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)6104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Əsədov Arif Oruc oğlunun kassa siya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Qasımov Anar Vəli oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Qasımov Anar Vəli oğlunun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh1 Faiq qızına və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yalnız cavabdeh Məmmədova (Qasəmova) Hüsniyyə Faiq qızına 2000 manat məbləğində kompensasiya ödənilməklə, onun və digər cavabdehlər Cavabdeh1 Faiq qızının və Cavabdeh2, habelə azyaşlılar xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, H.Hüseynov küçəsində yerləşən 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçirilərək, xx.xx.2010-cu il tarixdə onun adına MA ******* seriyalı Çıxarış verilmişdir. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 uzun illər öncə daimi yaşamaq üçün başqa ünvana getmiş, mənzildə onlara aid heç bir əşya və əmlak qalmamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamış, formal pasportqeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 həmin ünvanla heç bir əlaqələri yoxdur və hər üçünün evləri, yaşayış yerləri vardır.
12. Cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan qızı Cavabdeh4 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsində yerləşən 13 saylı evin, 61 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X7 1972-ci ildə ailə qurmuşlar, mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış və həmin ünvanda pasport qeydiyyatındadırlar. Hələ ataları sağ olanda 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onların da payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onların da payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə Cavabdeh1 Faiq qızı, 2004-cü ildə o, 2007-ci ildə Cavabdeh2, 2011-ci ildə İddiaçı ailə qurmuşlar. O, 2004cü ildə nikaha daxil olsa da, qısa zamanda ayrılmış və ayrıldıqdan sonra faktiki olaraq, anası ilə birlikdə mübahisəli mənzildə yaşamış, övladı da həmin mənzildə anadan olmuşdur.Ataları 2013-cü ildə, anaları isə 2020-ci ilin avqust ayında vəfat etmişdir. Anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək, mənzilin ona məxsus olduğunu bildirmiş və ondan yetkinlik yaşına çatmayan gözdən əlil olan qızı ilə birlikdə evi tərk etməsini tələb etmişdir. O, həmin vaxt qızı ilə birlikdə mənzildə daimi əsaslarla yaşayı rdı. O, həmin mənzildə anadan olmuş, fasiləsiz olaraq ailə üzvləri ilə, sonda isə anası ilə birlikdə mənzildə yaşamışdır. Onun başqa yaşayış yeri yoxdur. Yetkinlik yaşına çatmayan qızı da həmin ünvanda anadan olandan onunla birlikdə yaşayır. Bununla da onun və qızının həmin mənzildə doğulan gündən istifadə hüququ yaranmışdır.
14. Cavabdeh1 Faiq qızı da iddiaçı qismində cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan uşaqları X11 və X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Heydər Hüseynov küçəsində yerləşən 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınması barədər qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdül xalıq oğlu ilə anası X7 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ olanda 2010- 2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onlarında payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə o, ailə qurduqdan sonra bu evdə də yaşamış, övladları bu evdə doğulmuş, həmin evdə də qeydiyyatdadırlar. 2020-ci ilin avqust ayında anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək ona və bacısı Hüsniyyəyə maneə lər törətməyə başlamışdır. Bacısı həmin mənzildə daimi yaşasa da o, həmin mənzilə hərdən gəlib gedir. Müvəqqəti olaraq baldızının evində yaşayır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) ilkin iddia təmin edilərək, İddiaçı tərəfindən X2 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə, mübahisəli mənzilindən X1 istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən X2 2000 manat məbləğində kompensasiya verilməsi və X1 mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 Faiq qızının Cavabdeh2 Cavabdeh4, X5 və X6 mübahisəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edi lmişdir.
17. Məhkəmə hesab etmişdir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır.
18. Məhkəmə hesab etmişdir ki, X2 2000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X1 istifadə hüquqlarına xitam verilməsi əsaslı və ədalətlidir.
19. Həmçinin, Cavabdeh1 Faiq qızının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 228, 255 və 262-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 191.1, 191.3, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: 19 Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9402/2021 saylı, xx.xx.2021-ci il tarixli (hakimlər N.Ş.Cəfərov - sə drlik edən və məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin e-2(001)-606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh3 və onun övladı Cavabdeh4 aid hissədə ləğv edilməsi, ilk iddianın 2000 manat kompensasiya verilməklə Cavabdeh3 övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə aid hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh3 və onun övladı Cavabdeh4 sözügedən mənzilə yaranmış istifadə hüququnun tanınması qət edilmişdir
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iddiaçının mülkiyyətində ola n mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ atasının icarəsində, daha sonra mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən əmələ gəlib. Cavabdeh3 doğulduğu vaxtdan (1973-cü ildən) bu günədək həmin mənzildə yaşayır və daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməyib. Cavabdeh3 qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiaçının tələb irəli sürməsi faktı da onu təsdiq edir ki, iddiaçı da onun mənzildən istifadə hüququnun olduğunu qəbul edir. Həmçinin, Cavabdeh3 övladı Cavabdeh4 də mənzildən istifadə hüququ vardır. Belə ki, qanuna görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh3 2000 man at kompensasiya təklif etmişdir. Lakin, Cavabdeh3 bununla razılaşmamış və qeyd etmişdir ki, 2000 manat kompensasiya həddindən artıq azdır və ona ən azından 25000 manat kompensasiya verilməlidir. İddiaçı isə bildirmişdir ki, artıq kompensasiya təklif etməyə maddi imkanı yoxdur və Cavabdeh3 özünün Xırdalan şəhərində yerləşən, yeni tikilmiş çox mənzilli binada ayrıca mənzili vardır. İddiaçı bunu təsdiq etmək üçün məhkəməyə müqavilənin surətini təqdim etmişdir. Lakin, Cavabdeh3 bunu təkzib edib göstərmişdir ki, onun sahibliyində belə bir mənzil yoxdur, həmin mənzilin müqaviləsi başqa şəxsin, yəni Anar Qasımovun adınadır. Onu aldadıblar, eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanıb, bununla bağlı cinayət işi başlanıb. Cavabdeh3 istinad etdiyi müqaviləni apellyasiya icraatı zamanı məhkəm əyə təqdim etmişdir. Cavabdeh3 mülkiyyətində, icarəsində və ya istifadəsində başqa mənzil yoxdur və o, ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik deyil. Qanuna görə ilk iddia o, halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya Cavabdeh3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Belə ki, mənzilin satış qiyməti 70.000 manat, oxşar şəraitli mənzilin aylıq kirayə haqqı isə 300-350 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı təklif edilən 2000 manat (yəni ayda 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq üçün 6 aylıq kirayə haqqı) kompensasiya yetərli deyil. Cavabdeh3 ödənilməli olan kompensasiya ən az 5 il oxşar şəraitl i mənzildə yaşamaq imkanı verməlidir. Belə ki, ağlabatan mühakimə əsasında 5 il kifayətdir ki,Cavabdeh3 yaşayış sahəsinə olan ehtiyacını müstəqil surətdə ödəmək üçün zəruri olan tədbirləri həyata keçirsin. 5 il (60 ay) üçün kirayə haqqının məbləği 18000 manat təşkil edir (60 ay x 300 manat = 18000 manat), ona görə də Cavabdeh3 istifadə hüququna xitam verilməsi üçün ona 18000 manat kompensasiya ödənilməlidir. Lakin, iddiaçı bu məbləğdə kompensasiya ödəmək istəmir. Belə ki, o, birinci instansiya məhkəməsində 2000 manat kompensasiya təklif etmişdir, apellyasiya instansiyası məhkəməsində isə bildirmişdir ki, bundan artıq kompensasiya təklif etməyə imkanı yoxdur. Qanuna görə məhkəmə, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğin i bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Odur ki, ilk iddia rədd olunsa da qətnamə ilə kompensasiyanın məbləğinin 18000 manat müəyyən edilməsi qanuna uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi 2000 manatın az olduğunun müəyyən edilməsi üçün kompensasiyanın məbləği təyin olunmalıdır, çünki “az” nisbi anlayışdır və kompensasiyanın məbləğinə nisbətdə azdır. Kompensasiyanın məbləği isə 18000 manatdır.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 228.2-ci maddəsinə, “Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində ki birinci icraat:
22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2049/2022 saylı, xx.xx.2022ci il tarixli (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) qətnaməsi ilə, İddiaçı kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9402/2021 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmamış, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməmış və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız Cavabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənaətinə gəlmişdir. Kassasiya məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərmişdir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna x itam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10000-12000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb. Belə ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir (məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair.) Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qay dasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzilin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Apell yasiya instansiyası məhkəməsi Cavabdeh3 ödənilməli olan kompensasiyanın ən azı 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməsi, 5 il (60 ay) üçün kirayə haqqının məbləğinin 18000 manat təşkil etməsi və bu səbəbdən də onun istifadə hüququna xitam verilməsi üçün 18000 manat kompensasiya ödənilməli olması qənaətinə gələrkən, kompensasiyanın məbləğini, müddəti hansı meyarlara əsasən müəyyən etməsini qətnamədə göstərməmiş və ödənilən kompensasiya məbləğinin əslində ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməli olmasını nəzərə almamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
25. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, kompensasiya məbləğinin 5000 manat olaraq artırılmasına razı olduğunu qeyd etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5384/22 saylı, xx.xx.2022-ci il tarixli (hakimlər: Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, İddiaçı tərəfindən cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına ödəniləcək kompensasiya məbləği 5000 manat müəyyən edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə kompensasiya məbləği hissəsində səhv nəticəyə gəld iyindən, təklif edilən 2000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına (övladı ilə birgə) iki il müddətinə oxşar şəraitli (bir otaqlı) mənzildə aylıq kirayə haqqı 200 manat götürməklə 5000 manat məbləğində kompensasiyanın verilməsi qənaətbəxşdir. Nə qədər ki, mübahisəli mənzil iki otaqlı olsa da, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı mübahisəli mənzildə anaları ilə yaşamış, bu da iddiaçının dediklərinə uyğun, şəx slərin bir otaqlı mənzilə müvafiq yaşayış sahəsindən yararlanmaq mümkünlüyünü şərtləndirir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 62-67-ci, 2009-ci ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6-cı, 8-ci, 53-cü, 123-cü, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı, 11.1-ci, 146-cı, 152-164-cı, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 2-ci, 7-ci, Mülki Prosessual Məcəlləsinin 13-cü, 14.2-ci, 14.3-cü, 15-ci, 50-ci, 52-ci, 76.1-ci, 77.1-ci, 80-82-ci, 106.2-ci, 119-cu, 217.4-cü, 372-ci, 385-ci, 386-cı, 388-ci və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
29. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-958/2023 saylı, xx.xx.2023- cü il tarixli (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Aqil Abbasov) qətnaməsi ilə, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2(103)- 5384/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
31. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfl i araşdırılmalıdır. Belə ki, İddiaçı tələbinin əsaslarından biri kimi Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının başqa əmlakının olması və hazırki mübahisəli mənzilə ehtiyacının aradan qalxması halına istinad edir. Bununla bağlı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı bildirir ki, "xxxx" MMC-dən əldə etmək istədiyi həmin mənzil bir neçə şəxsə satılmışdır. Bununla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəinə müraciət etmiş, mənzillə bağlı hökm mövcuddur, nəticə etibarilə onun adına heç bir əmlak yoxdur. Göstərilən xüsusatın araşdırılması üçün ikinci apellyasiya məhkəməsində işə baxılarkən Bakı Ağır Cinayəylər Məhkəməsinə və "xxxx" MMC-yə ünvanlanan sorğular Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə aldığı iddia olunan Xırdalan şəhərindəki 50 kv metr bir otaqlı mənzil barədə deyil, hazırkı işdə mübahisə predmeti olan Bakı şəhəri, 8 mikrorayon, H.Hüseynov küçəsi, ev 13, mənzil 61 barədə olmuşdur. Nəticə etibarilə iş üzrə əhəmiyyət kəsb edən hal aydınlaşdırılmamış və apellyasiya məhkəməsi də bu xüsusata diqqət yetirmədən İddiaçı yeni təklifinə uyğun olaraq Cavabdeh3 (Məmmədovanın) istifadə hüququna xitam verilməsinə dair kompensasiya məbləğini dəyişdirməklə 5000 manat müəyyən etmişdir. Halbuki, Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə bağladığı müqavilə əsasında Xırdalan şəhərində mənzil əldə edib-etmədiyinə dair hal müəyyən olunmadan hazırkı mübahisə üzrə, o cümlədən kompensasiya məbləğinə dair yuxarıda göstərilən nəticəyə gəlinməsi qanuni və əsaslı yanaşma hesab edilə bilməz. Ona görə ki, Cavabdeh3 (Məmmədovanın) ayrı bir yaşayış sahəsi əldə etmədiyi təqdirdə onun mübahisəli mənzi lə olan ehtiyacı aradan qalxmış sayılmır. Belə olan halda, onun istifadə hüququna ədalətli kompensasiya ödənilməklə xitam verilə bilər.Bundan əlavə, ikinci apellyasiya məhkəməsində icraat zamanı kompensasiya məbləği müəyyənləşdirərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutların qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
32. Məhkəmə iclasında cavabdeh və qarşılıqlı iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bgöstərmişdir ki, 48 il dir mübahisəli mənzildə yaşayır, həmin mənzil 2 otaqdan ibarətolsa da, qarşı tərəf mənzilin bir otağını bağladığı üçün bir otaq istifadəsindədir, təklif edilən 10500 manat kompensasiya məbləği ilə razı deyildir.
33. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, o, kompensasiya məbləği kimi 10500 manat məbləğ ilə razıdır, həmin məbləği bankdan kredit götürərək ödəməyə hazırdır. İddia tələbi irəli sürülən zaman bacısı qızı Cavabdeh4 yetkinlik yaşına çatmamışdı, bu səbəbdən kompensasiya məbləğini ancaq bacısı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına münasibətdə ödəyəcəkdir.
34. Məhkəmə iclasında Cavabdeh2 mübahisəli mənzilin qardaşı İddiaçı məxsus olduğunu bildirmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5489/2023 saylı, xx.xx.2023-ci il tarixli (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə, Cəmilə Musayeva) qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin e-2(001)- 606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına və Cavabdeh4 Dilşad qızına münasibətdə təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiası “cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və Cavabdeh4 Dilşad qızının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” hissəsində rədd edilməsi və ilk iddi a üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının qarşılıqlı iddiası rədd olunması qət edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məmmədova (Qasımova) X8 Fuad Faiq oğlunun böyük bacısıdır. Mübahisəli mənzil ilk olaraq onların atasının icarəsində, sonra isə mülkiyyətində olmuşdur. xx.xx.2010-cu il tarixdən isə İddiaçı mülkiyyətindədir. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı ailə qurması ilə bağlı başqa mənzildə qısa müddət yaşaması istisna olmaqla doğulduğu vaxtdan bügünədək həmin mənzildə xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh4 ilə (doğulduğu vaxtdan) birlikdə yaşayır. İddiaçı həmin mənzildə yaşamır.
37. Bununla belə, qüvvədə olan və bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından həm (Qası mova) Hüsniyyə Faiq qızı, həm də onun qızı Cavabdeh4 mənzildən istifadə hüququ əldə etmişlər və hazırda da bu hüquqa malikdirlər.
38. İddiaçı onların istifadə hüququna xitam verilməsini tələb edir. Bunun müqabilində ilk olaraq 2000 manat, sonra 5000 manat, hazırki icraatda isə məhkəməyə yazılı qaydada müraciət etməsə də, şifahi qaydada 10500 manat məbləğində kompensasiya təklif edir və bu məbləğdən artıq ödəniş etməyə imkanının olmadığını, bu məbləğin də kredit olaraq bank təşkilatlarından alaraq, verəcəyini bildirir.
39. İddiaçı kompensasiya məbləğini təklif etməklə yanaşı bu barədə xx.xx.2011-ci il tarixli müqaviləni və müqavildə göstərilən mənzilin dəyərinin ödənilməsini təsdiq edən arayışı təqdim etməklə, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının Xırdalan şəhərində yerləşən yeni tik ilmiş çoxmənzilli binada ayrıca mənzilinin olduğunu və reallıqda onun və qızının mübahisəli mənzilə yaşayış sahəsi olaraq ehtiyacının olmadığını bildirir.
40. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı ilə "xxxx" MMC arasında bağlamış həmin müqaviləyə və sonuncu tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına əsasən "xxxx" MMC ünvan 5 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1 blokunun, 4-cü mərtəbəsində yerləşən 19 saylı mənzilini inşa edib Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına təhvil verilməsi öhdəliyini üzərinə götürmüş, sonuncu da mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 20.000 manat pulu (1kv metr = 400 manat x 50 kv metr.) ödəmişdir. Lakin həmin mənzil qeyd edilən müqavilənin şərtlərinə uyğun olaraq Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına tə hvil verilməmiş, onun istifadə və sahibliyində deyil, bundan sonra mənzilin ona təhvil verilməsi isə ümumiyyətlə mümkün deyil.
41. Belə ki, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızından əvvəl, yəni xx.xx.2009cu il tarixdə həmin mənzillə bağlı Qasımov Anar Vəli oğlu və xx.xx.2009-cu il tarixdə Əsədov Arif Oruc oğlu adlı şəxslərlə də eyni müqavilələr bağlanmışdır. Bununla bağlı Əsədov Arif Oruc oğlu ilə Qasımov Anar Vəli oğlu arasında məhkəmə mübahisəsi yaranmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əsədov Arif Oruc oğlunun iddiası qismən təmin edilərək, ünvan 3 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv metr olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh Qasımov Anar Vəl i oğlunun çıxarılması, həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Qasımov Anar Vəli oğlu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmişdir.
42. Həmin icraat çərçivəsində məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən Əsədov Arif Oruc oğlunun iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 6 ünvanı nda inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 19 nömrəli mənzili ağlabatan müddət ərzində tikib iddiaçı Əsədov Arif Oruc oğlunun istifadəsinə vermək vəzifəsi qoyulmuş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı Ağır CinayətlərMəhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2- ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxs Qasımov Anar Vəli oğlunun xeyrinə 7800 mana t pul təqsirləndirilən şəxsdən tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 63/2016 saylı, 08 noyabr 2016cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X9 Azərbaycan Resublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir.
43. Bununla belə, mövcud məhkəmə qərarları ilə bir tərəfdən iddiaçı Əsədov Arif Oruc oğlunun mübahisəli mənzilə olan hüququ təsdiq edilmiş, digər tərəfdən Qasımov Anar Vəli oğlunun mübahisəli mənzilə dair müqavilə bağlanarkən aldadıldığı müəyyən edilmişdir. Anar Qasımov qeyd edilən cinayət işi üzrə ifadəsində aldadıldığını, ev satmaq adı ilə ondan pul alındığı və müqavilə verildiyini göstərmiş, zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin iddiaçı Əsədov Arif Oruc oğluna təhvil verilməsi qət edilmiş və artıq icra edilmişdir. Qətnamə hazırda da qüvvədədir.
44. Bu səbəbdən məhkəmələr belə qənaətə gəlmişdir ki, hazırki halda Qasımov Anar Vəli oğlu tərəfindən həmin mənzildən istifadə üçün heç bir hüquqi əsas olmamışdır. Əksinə, onun həmin mənzili boşaltmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Mənzilə dair Əsədov Arif Oruc oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə dair onun sahiblik və istifadə hüququ məlum müqavilə bağlandığı andan yaranmış, bu hal istinad olunan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Əsədov Arif Oruc oğlunun sahibliyinə və istifadəsinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş yaşayış sahəsinə dair hüquqları qanunla qorunmuşdur. Həmin mənzil cavabdeh Qasımov Anar Vəli oğlu tərəfindən aidiyyəti üzrə geri qaytarılmalıdır.
45. Bununla belə, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əsasında Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının Abşeron rayonunun Xırdalan qəsəbəsində yeni tikilmiş çoxmənzilli binada yerləşən mənzil almasına dair sənədlərin surəti mövcud olsa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzil Əsədov Arif Oruc oğluna təhvil verildiyindən onun bu mənzili mübahisələndirmək və əldə etmək üçün hər hansı h üququ qalmamışdır. Onun mülkiyyətində hər hansı başqa əmlakın olması və ya ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik olması da müəyyən edilmir. Mövcud vəziyyətdə onun istifadə hüququ olduğu mübahisəli mənzilə yaşayış sahəsi olaraq ehtiyacı aradan qalxmamışdır. Bu da öz növbəsində onun bu mənzildən istifadə hüququna ədalətli kompensasiya ödənilmədən xitam verilməsini qeyrimümkün edir.
46. Apellyasiya məhkəməsi kompensasiya məbləği ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla 49,54 kv metr sahəyə malikdir. "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli rəyinə əsasən mənzilin bazar dəyəri 75000 manat, ilkin satış (likvid) qiyməti 70000 manat, orta aylıq kirayə haqqı 300–350 manat təşkil edir. İddiaçı kompensasiya qismində təklif etdiyi sonuncu məbləğ 10500 manat təşkil edir. Nəzərə alınmalıdır ki, tərəflər arasında hazırki iş üzrə məhkəmə mübahisəsi başlayan zaman Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının qızı olan və doğulduğu vaxtdan onunla birlikdə mənzildə yaşamaqla bu əmlakdan istifadə hüququ əldə etmiş xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh4 yetkinlik yaşına çatmamışdır. Lakin hazırda artıq yetkinlik yaşına çatmışdır. Mövcud vəziyyətdə bu hal da nəzərə alınmalı və istifadə hüquqlarına xitam verilən şəxslərin sayına uyğun olaraq onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verən sahəyə və otaq sayına malik mənzilin kirayə haqqı əsas götürülməklə kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 228.2- ci maddəsinin tələbləri ni və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, kirayə haqqının aylıq 350 manat üzrə hesablandığı təqdirdə, təklif edilən kompensasiya məbləği (10500/350 = 30) hesabına yalnız 30 ay ərzində mübahisəli mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq mümkündür.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən istifadə hüququna xitam verilən şəxslərin sayını nəzərə alıb, belə qənaətə gəlib ki, İddiaçı tərəfindən hazırda təklif edilən kompensasiya məbləğ etibarı ilə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və Cavabdeh4 davamlı surətdə və müddət daxilində başqa yerdə bu mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı yaratmış olmur. İddiaçı tərəfindən təklif ol unan kompensasiya məbləği bu şəxslərə ən azı 3 il ərzində oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Bu da öz növbəsində onun tərəfindən kompensasiya qismində ən azı (350 x 36 = 12.600) 12600 manat pulun ödənilməsini şərtləndirir.
48. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsaslanıb kompensasiya məbləğinin müəyyən edilməsini zəruri hesab etmişdir. Kompensasiya məbləği də Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki işlə bağlı qəbul etdiyi hər iki qərarı üzrə göstərişləri nəzərə alınaraq Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri ilə bağlı məhkəmə təcrü bəsi əsas götürülərək, müəyyən edilmişdir. Eyni zamanda, təklif olunan kompensasiyanın məbləğinin artırılması İddiaçı iradəsinə bağlı olduğundan məhkəmə kollegiyası kompensasiyanın aşağı məbləğini müəyyən etmişdir.
49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5,157.4, 228.1, 228.2, 228.5 və 262.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 88., 407.2. və 416.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarın a, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: g) Kassasiya şikayətinin dəlilləri:
50. İlkin iddia üzrə İddiaçı (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 2(103)-5489/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiası “cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və Cavabdeh4 Dilşad qızının istifadə hüququna kompensasiya ödənilməklə xita m verilməsi” hissəsində rədd edilməsi hissəsində ləğv olunmasını və ilkin iddianın təmin edilməsi barədə yekun qərar çıxarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi malkiyyətində olan əmlaka sərəncam vermək hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə cavabdehin onun ailə üzü olmadığını, birgə yaşamalarının mümkünsüzlüyünü nəzərə almamışdır, onun mülkiyyət hüququmun məhdudlaşdırılması üçün əsaslar mövcud olmamışdır.
52. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 d ekabr 2014-cü il tarixli qərarına istinad olunaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
55. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
56. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahi b ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
58. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, h əmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın;
59. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər;
60. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiy arına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır;
61. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
68. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
69. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
70. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh ilk iddianın rədd olunması hissədə apelyasiya məhkəməsinin aktının ləğvini xahiş etdiyindən və cavabbeh “yaşayış sahəsindən istifa də hüququnun tanınması” bapədə qarşılıqlı iddianın rədd olunmasından kassasiya şikayəti vermədiyinə görə məhkəmə aktı qismən, yəni ilk iddianın rədd olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayətinin dəlilləri əvvəllər apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman, apellyasiya və kassasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
74. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
75. Beləliklə d ə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5489/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.