Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2221/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin müqavilənin bağlanmış hesab edilməsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-105/2025 nömrəli, 2 aprel 2025-c i il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə JN-0028 kod-40416018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə ünvan 1 ərazisindən 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Şəki rayonu, Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş 5 aprel 2005-ci il tarixli aktla Cavabdeh4 özünün və ailə üzvləri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan 3.19 ha torpaq sahəsini İddiaçı daimi olaraq bağışlamışlar.
3. Torpaq sahəsi həmin vaxtdan İddiaçı istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla ünvan 1 ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X1 mülkiyyətində olan 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə 5 aprel 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ərazisində yerləşən JN:0028 (KOD-********) nömrəli Torpağa M ülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X2 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini 5 aprel 2005-ci il tarixdə cavabdehlərin razılığı əsasında dəyərini tam ödəməklə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər torpaq sahəsini iddiaçıya təhvil vermişlər. Sözügedən torpaq sahəsi qeyd olunan vaxtdan indiyədək faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsinə dair cavabdehlərin adına Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı hazı rlanaraq verilmişdir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək satın aldığı torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini onlardan xahiş etmiş, lakin cavabdehlər son vaxtadək torpaq sahəsinin iddiaçıya satdıqlarını, bunun əvəzində həmin torpaq sahəsinin dəyəri kimi müəyyən edilmiş 800 ABŞ dollarını tam şəkildə aldıqlarını etiraf etsələr də, hazırda torpaq sahəsini ona satdıqlarını inkar edərək alqı-satqı müqaviləsini imza etmək üçün Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayınırlar. Bu səbəbdən, alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri iddiaçı tam şəkildə icra etmişdir. Hazırkı vəziyyətdə iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Cavabdehlərlə hüquq münasibətlərinin yarandığı zaman, yəni Mülki Məcəllənin xx.xx.2005-ci il tarixədək qüvvədə olan 335.2-ci maddəsinə görə, tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb edilən əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 bildirmişdir ki, o, iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsini öz aralarında şifahi razıla şma əsasında 500 ABŞ dollarına 10 il müddətinə icarəyə vermişdir. Lakin aralarında torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi hal-hazırda onların istifadələrindədir.
7. Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsi ilə iddiaçı iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Elşən Vəliyev)
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməmək lə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.
9. Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırki iş materiallarında tərəflər arasında 3.19 ha torpaq sahəsinin alqı-satqısının 2005-ci ildə baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı məhz 2005-ci il tarixdə yazılı əqdin bağlanması, bağlanmış həmin əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin 2005-ci ildə bağlanmış əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması və həmin əqdin özünün qanuna zidd olmaması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
10. Həmçinin birinci instansiya məhkəməsinin mövqey inə görə 5 aprel 2005-ci il tarixli aktda alqı-satqı müqaviləsinə xas olan əsas şərtlər – müqavilənin müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri, torpaq sahəsinin alıcıya hansı tarixdə təhvil veriləcəyi, müqavilənin icrasının vaxtı, satıcıların notariat orqanına müraciət etməli olduqları müddət, müqavilənin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti, pulun konkret olaraq kim tərəfindən və kimə verildiyi, habelə dörd mülkiyyətçidən kimin torpaq sahəsini təqdim etdiyi və s. kimi mühüm məsələlər göstərilmədiyi üçün, həmin akt iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 3.19 hektar torpaq sahəsinin alqısatqısına dair bağlanmış və hüquqi qüvvəyə malik sadə yazılı müqavilə kimi qəbul edilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki M əcəllənin 144.1, 152.1, 152.2, 152.5, 157.4, 324.1, 337.1, 337.2, 560.1, 567, 646.1, 648.1, 648.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli mülki-hüquq münasibətləri 5 aprel 2005-ci il tarixdə yaranmışdır. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 179-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tət biq edilir. 7.2-ci maddəyə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda da mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə isə öz mövqeyini onunla əlaqələndirmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. Beləliklə, məhkəmə 24 iyun 2005-ci il tarixədək qüvvədə olan mülki-hüquq normalarına istinad etmək əvəzinə, həmin tarixdən sonra qüvvəyə minmiş normalara əsaslanmaqla əsassız qətnamə qəbul etmişdir. Tərəflər qanunvericiliyə əməl ed ilməsi baxımından 2005ci ilin aprel ayında qeyd edilən əqdi notariat formasında təsdiq etdirmək və dövlət reyestrində qeydiyyata aldırmaq öhdəliyini daşımamışlar. Bundan başqa, məhkəmə təqdim edilmiş tərəflər arasında bağlanmış 5 aprel 2005-ci il tarixli aktı sadə yazılı formada bağlanmış əqd kimi qəbul etməmiş, həmin sənədin tərəflər arasında torpaq sahəsinə dair hüquq və vəzifələr yaratmadığı qənaətinə gəlmiş, lakin cavabdehlərdən həmin sənədi hansı səbəblərə görə imzalamasını və 3,19 ha torpaq sahəsini iddiaçının sərəncamına vermələrini müəyyən etməmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Mülki Məsəllənin 335.2-ci maddəsinə əsasən, tərəflərdən biri notariat qaydad təsdiqlənməsi tələb edilən əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. 5 aprel 2005-ci il tarixli əqdi iddiaçı və cavabdehlər öz iradələrini ifadə edərək sadə yazılı formada tərtib etmişlər və bu əqd həmin vaxt notariat hərəkətini yerinə yetirməyə hüququ çatan Şəki şəhəri İH-nin Suçma kənd nümayəndəliyi tərəfindən möhürlə təsdiqlənmişdir. Bundan başqa, məhkəmə prosesində eyni xarakterli iş üzrə iddiaçının X3 və digərlərinə qarşı xx.xx.2018-ci il tarixli, 2(075)-259/2024 nömrəli Şəki rayon məhkəməsinin çıxardığı qətnamə təqdim edilmişdir, lakin həmin sənəd məhkəmə tərəfindən nəzərə alınmamışdır.
14. Apellyasi ya baxışında Cavabdeh1 apelyasiya şiakyətinə etiraz edərək göstərib ki, xeyli müddətdir Rusiyada yaşayır, torpağın satılmasına razılığı olmayıb, iddiaçı torpağı sadəcə icarəyə götürüb, əkin-biçin işləri aparıb.
15. Apellyasiya instansiyası məhkəməsi 05 aprel 2055-ci il tarixli aktda olan imzalarla bağlı xətşünaslıq ekspertizası təyin etmişdir.
16. Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 4/1931/2024 nömrəli ekspert rəyinə əsasən 5 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 2-ci sırada xxxN” soyadı qarşısındakı imza - xxxtərəfindən icra olunmuşdur. 5 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 1-ci sırada “xxx T” soyadı qarşısındakı imzanın - Cavabdeh4 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.1-ci bəndində göstərilən səbəblər ə görə müəyyən etmək mümkün olmadı. 5 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 3-cü sırada "xxx Y” soyadı qarşısındakı imzanın - Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 5 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 4-cü sırada “xxx” soyadı qarşısındakı imzanın -Cavabdeh3 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.3-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
17. Apellyasiya instansiya məhkəməsinin 2 aprel 2025-ci il tarixli qərardadı ilə cavabdehlərdən Cavabdeh4 öldüyündən, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi ona qarşı olan hissəd ə iş üzrə icraata xitam verilmişdir. - Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-105/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin Şəki Apellyasiya Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(107)-105/2025 nömrəli qərardadı ilə ləğv edilməsi, iddiaçının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiasının Cavabdeh4 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınmaqla, yeni qətnamə qəbul edilmiş, İddia tələbinin qismən - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissədə təmin edilməsi, 5 aprel 2005-ci i l tarixdə Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh4 və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə iddiaçı arasında tərtib edilmiş 3.19 ha (JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş) torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı hesab edilməsi qət edilmişdir (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Zamin Tahirov, Elçin Mehdiyev).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə Mülki Məsəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Həmin maddəyə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əq din notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
19. Apellyasiya instansiyası məhkəməsi “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarına istinadən göstərmidir ki, həmin qərara əsasən yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudlu ğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
20. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə mün asibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
21. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarına da istinad edərək onu da diqqətə çatdırmışdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib ele mentinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
22. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 05 aprel 2005-ci il tarixli aktda yer alan “xxx T”, xxxN”, “xxx Y” və “xxx” sözlərinin qarşısındakı imzaların onun və digər cavabdehlər tərəfindən yerinə yetirilməməsi barədə dəlili üzrə qeyd etmişdir ki, Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 yanvar 2025-ci il tarixli 4/1931/2024 nömrəli ekspert rəyinə əsasən 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 2-ci sırada xxxN” soyadı qarşısındakı imza - Cavabdeh1 tərəfində n icra olunmuşdur. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 isə həqiqətən aktı imzalayıb-imzalamadıqlarını müəyyən etmək mümkün olmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına görə Cavabdeh1 yazılı əqdi imzalamış, digər mülkiyyətçilərin isə əqdi imzalayıbimzalamadıqları müəyyən edilə bilməmiş, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2005-ci ildən torpaq sahəsi iddiaçıya təhvil verilmiş, həmin vaxtdan da o, torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Mülkiyyətçilər uzun müddət bu vəziyyətə etiraz etməmiş, iddiaçıya qarşı hər hansı bir iradları olmamışdır.
24. Göründüyü kimi, mülkiyyətçilərin torpaq sahəsinin bağışlanmasına dair əqdin bağlanmasına zahirən razılıqları müəyyən edilməsə də, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilənin mülkiyyətçilərin tərəfindən imzalanmaması və onların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında da ifadə edilmişdir: “Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu eti barsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əqdin etibarsızlığının bu növü düzələ bilən etibarsızlıq halı olmaqla, sonradan digər tərəfin (ərin və ya arvadın) əqdi bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində 3.36 ha torpaq sahəsi barəsində olan əqdin etibarlı hesab edilməsini tələb etmişdir. Halbuki, 05 aprel 2005 -ci il tarixli akt 3.19 ha torpaq sahəsi ilə bağlıdır.
28. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflərin izahatları ilə, həmçinin JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə də müəyyən olunur ki, cavabdehlərin mülkiyyətinə verilmiş 3.36 ha torpaq sahəsinin 1663 kvm hissəsi çoxillik əkmələr olan meyvə bağından ibarətdir və qalan 31891 kvm suvarılan torpaq sahəsindən kənarda yerləşir. Etibarlı sayılması tələb edilən əqdin də 3.19 ha torpaq sahəsi ilə bağlı olduğu nəzərə alındıqda, məhkəmə tərəfindən yalnız 3.19 ha torpaq sahəsi ilə bağlı əqd etibarlı sayıla bilər.
29. Bundan başqa, apellyasiya baxışında Cavabdeh1 verdiyi izahatlara əsasən cavabdeh mübahisəli torpaq sahəsini faktiki olaraq iddiaçının istifadəsinə vermiş və qarşılığında idd iaçıdan pul almışdır. Cavabdeh həmin pulun torpaq sahəsinin icarəyə verilməsi qarşılığında alındığını, torpaq sahəsinin iddiaçıya yalnız icarəyə verildiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. 05 aprel 2005-ci il tarixli aktda torpaq sahəsinin daimi olaraq bağışlandığı qeyd olunmuş, lakin iddiaçı özü iddia tələbində torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılmasını tələb etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı torpaq sahəsi üçün cavabdehlərə 800 ABŞ dolları pul verdiyini bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 isə iddiaçıdan pul alındığını etiraf etmiş, lakin 400 ABŞ dolları və 100 ABŞ dolları dəyərində Azərbaycan manatı məbləğində pul aldığını bildirmişdir
30. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqa vilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-dən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur (MM-in 397.1 və 397.3-cü maddələri). Əvəzsiz əqdlərdə isə tərəflər birbirilərind ən qarşılıqlı təminat almırlar. MM-in 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, 05 aprel 2005-ci il tarixli Aktda tərəflərin həqiqi iradəsi əvəzsiz əqd bağlamaqla torpaq sahəsinin bağışlanması deyil, pul qarşılığında torpaq sahəsinin alqı-satqısı olmuşdur. İddiaçı da haqlı olaraq torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılmasını tələb etmişdir. Bununla da 05 aprel 2005-ci il tarixli akt qanuna zidd deyildir. Belə ki, akt imzalanarkən mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuş və akt mülkiyyətçilər tərəfindən bəyənilməklə etibarlı hala gətirilmişd ir. Əqdin hər iki tərəfi aktın tərtibində iştirak etməklə aktı imzalamış, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Əqd tamamilə icra edilmiş, yəni mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsində və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmiş tələblər yerinə yetirilmişdir. Əqd in etibarlı sayılmasından imtina edilməsinə heç bir əsas mövcud deyildir
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 16.1, 324.1,335, 560.1, 560.2, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” 27 oktyabr 2004-cü il tarixli “İ.K.Rəcəbovun şikayəti üzrə” 3 iyun 2005-ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli və “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qəra rlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının iddiasının rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq onları və ailə üzvlərini mülkiyyətindən məhrum etmişdir. İddia tam əsassızdır. Nə məntiqə, nə ədalətə, nə də qanuna sığmır. Nə Cavabdeh1, nə mərhum anası torpağı kiməsə bağışlamaq və yaxud satmaq niyyətində heç olmamışlar. İddiaçı özü də bu addımı atmaz, iddia onun adından verilsə də, o heç vaxt məhkəmədə iştirak etməmiş, bütün bu işləri törədən məhkəmələrdə onun nümayəndəsi kimi çıxış edən keçmiş prokurorluq işçisi olan oğludur. Çox təəssüf ki, həmin o keçmiş prokurorluq işçisi Şəki Apellyasiya Məhkəməsinin hakimi ilə əlbir olaraq sadə vətəndaşların torpaqlarını ələ keçirtmək üçün çox pirimitiv bir yola əl atmışlar. İddia ərizəsinə təqdim edilmiş aktın özünün nə Cavabdeh1, nə də ailə üzvlərinə heç bir aidiyyatı yoxdur. Tarixini xatırlamadığı, ya 2005-ci ilin əvvələri, ya da 2006-cı ilin əvvəllərində iddiaçı ilə sadə yazılı qəbz formasında akt yazaraq razılaşmışdılar ki, iddiaçı onun torpaqlarını 10 illik icarəyə götürsün və istifadə etsin. Bu prosesdə yalnız ikisi iştirak etmişdir. İcarə üçün də verdiyi torpaqlara görə iddiaçı ona 800 (səkkiz yüz) manat verməli idisə, cəmi 500 (beş yüz) manat pul vermişd ir. Ən əsası da odur ki, icarə müddəti bitəndən sonra da iddiaçı torpaq sahəsini geri qaytarmışdır. Hətta iddiaçıdan sonra həmin torpaq sahəsi başqa şəxslərin də istifadəsində olub, son illər öz istifadəsindədir, hətta torpaq sahələrinə dair çıxarış da almışdır. Bundan əlavə, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Mərhum anası Cavabdeh4 xx.xx.2021-ci il tarixdə vəfat edib və onun yas mərasimlərində iddiaçı özü iştirak edib. İddiaçı iddia ərizəsində isə anasının ölümünü belə göstərməmişdir. İddiaçı onları (cavabdehləri) necə notariat orqanına dəvət edə bilər ki, onun qızı uzun illərdir ailə həyatı qurub və Abşeron rayonunda yaşayır. Heç onun soyadını da bilmirlər. Cavabdeh1 həyat yoldaşı isə uzun müddətdir Rusiya Federasiyasındadır. İddiaçının aktda göstərdiyi faktlar doğrudur sa, onda niyə aktda adları göstərilmiş kənar şəxslər və icra nümayəndəsi (iddiaçının yaxın qohumu) və yaxud onun müavini məhkəməyə şahid kimi dəvət edilməyiblər. Apellyasiya instansiyası məhkəməsi isə ədalət mühakiməsi adına xələl gətirən qətnamə qəbul etmişdir. Şəxsən Cavabdeh3 mülkiyyətinin kiməsə satmağı ilə bağlı hər hansısa bir sübut mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Madd ə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 335.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan) Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Maddı 335.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan) Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddə 335.3. (münasibətlərin yarandığı zaman qüvvədə olan) Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.4. digər tərəfi n güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
38. Kassasiya şikayətində cavabdehl ər apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə 5 aprel 2005-ci il tarixli aktla Cavabdeh4 özünün və ailə üzvləri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan 3.19 ha torpaq sahəsini iddiaçıya daimi olaraq bağışlamış, 2005-ci ildən torpaq sahəsi iddiaçıya təhvil verilmiş, həmin vaxtdan da iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Mülkiyyətçilər uzun müddət bu vəziyyətə etiraz etməmiş, iddiaçıya qarşı hər hansı bir iradları olmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi əqdin əvəzli olmasına istinadən Aktda tərəflərin həqiqi iradəsinin əvəzsiz əqd bağlamaqla torpaq sahəsinin bağışlanması deyil, pul qarşılığında torpaq sahəsinin alqı-satqısı olmasını müəyyən etmişd ir.
43. Bundan əlavə, müəyyən edilib ki, cavabdehlər, o cümlədən Cavabdeh1 əslində torpaq sahəsini satmamalarını, torpağı iddiaçıya icarəyə vermələrini bildirsələr də, 2005ci ildən torpaq sahəsindən iddiaçının istifadə etməsini görmüş, həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2005-ci il tarixdən hazırkı vaxtadək, cavabdehlərin torpaq sahəsinin iddiaçının sahibliyində olmasını bilməmələri inandırıcı deyil, qeyd edilən hal torpağın satılmasında cavabdehlərin razılığının olmasını təsdiq edir.
44. Məhkəmə kollegiyası qeyd edilən mövqe ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, apellyasiya instansiyası məhkəməsi 2005-ci ilin aprel ayından hazırkı vaxta kimi to rpağın iddiaçının sahiblik və istifadəsində olmasına dair hər hansı etiraz bildirməmələrini cavabdehlərin sonradan həmin əqdi bəyənməsinə yönələn hərəkətlər olması kimi qiymətləndirmişdir.
45. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
46. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəlləni n 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
47. Məhkəmə kollegiyası bir daha hazırki işin halları baxımından diqqəti apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin tə msil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolver ilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.
49. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hə r hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.
50. Hazırki işdə də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə araşdırma apararaq müəyyən etmişdir ki, cavabdehlər 2005-ci ildən satılan torpaq sahəsindən iddiaçının istifadə etməsini görmüş və həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişlər. Bu da torpağın satılmasında onların razılığının olmasını, eləcə də əqdin sonradan da bəyənilməsini təsdiq edir.
51. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdik ləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
52. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
53. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
54. Məhkəmə kollegiyasının mövqeyinə görə mülki dövriyyə subyektləri vicdanla hərəkə t etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Buna görə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cavabdehlərin hüquqdan sui-istifadəsi baxımından da düzgün olmuşdur.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-105/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.