Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2222/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi) Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 2023-cü il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alğı-satqı müqavilələri əsasında Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisindən 4,153 ha torpaq sahəsi əldə etmişdir və həmin torpaq sahələri üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan, Ağcabədi rayonu İmamqulubəyli kəndində yerləşən 4,153 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunl a əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini qanunsuz olaraq zəbt etmiş və iddiaçını mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq, torpaq sahəsinin onlara məxsus olduğunu bildirirlər. Halbuki, çıxarışda həmin torpaq sahəsinin sərhədləri göstərilmişdir. Torpaq sahəsinin dəqiq cizgisinin müəyyən edilməsi üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, həmin torpaq sahəsi ölçülmüş, iddiaçıya aid 4,153 ha torpaq sahəsindən 3,81 ha torpaq sahəsinin iddiaçıda olduğu, qalan torpaq sahəsinin isə zəbt olunduğu müəyyən edilmiş, bu barədə tərəflərin iştirakı ilə 13 dekabr 2019-cu il tarixdə akt tərtib edilmişdir.
4. Birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh2 iddia tələbini qəbul etm əyərək izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ona atasından miras qalmışdır. Həmin torpaq sahəsinin çıxarışı vardır və iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. İddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir və istifadə etmir. Ona görə də iddianın rədd edilməsini xahiş edir.
5. Birinci instansiya məhkəməsində digər Cavabdeh1 da izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir və istifadə etmir. Onların torpaq qonşuluqları da yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir.
6. Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(017)-662/2020 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpağa mülkiyyətə hüququna dair RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zaman İddiaçı xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin ərazisi faktiki olaraq naturada 3,79 ha müəyyən olunmuşdır. Torpaq sahəsinin çatışmayan 0,35 ha hissəsini dəqiqləşdirmək məqsədi ilə qonşu torpaq mülkiyyətçilərinin torpaq sahələrinin (JN 157; 158; 159; 165 və 166 nömrəli dövlət aktlarında adları qeyd olunan torpaq mülkiyyətçilərinin) hüdudlarında ölçmə işləri aparılmış, ölçmə işləri nəticəsində həmin torpaq mülkiyyətçilərinin sərhədlərində uyğunsuzluğun olması müəyyən edilməmişdir. Ona görə də İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,35 ha hissəsinin qərardadda qeyd olunan cavabdehlər tərəfindən istifadə olunmasını ancaq İmamqulubəyli kəndinin ərazisində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunmuş 9 saylı çevrənin Hindarx-Ağdam şose yolu tərəfdən 75 saylı mülkiyyətçilərin ərazilərində çöl tədqiqat işləri aparmaqla müəyyən etmək mümkün olar.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində daha sonra göstərilmişdir ki, torpağa mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin 0,35 ha hissəsinin sərhədlərini qərardadın birinci sualının cavabında qeyd olunan səbəbə görə istifadə olunmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
9. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilməsi sübuta yetirilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbində göstərilən torpaq sahəsinin yerinin dəqiq müəyyənləşdirməsi üçün ekspertiza təyin olunmasını xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(106)-2286/2021 saylı qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) İddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırmasının yekununda İddiaçı istifadəsində olan ona məxsus torpaq sahəsinin 4,153 ha olmalı olduğu halda faktiki olaraq cəmi 3,79 ha olması, 0,35 ha hissəsinin isə onun istifadəsindən kənarda olduğu müəyyən edilmiş, lakin həmin 0,35 ha torpaq sahəsi hissəsinin hazırkı cavabdehlər tərəfindən zəbt edilmiş olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(017)-662/2020 saylı qətnaməsi dəyişdirilməməlidir.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbay can Respublikası Mülki Məcəlləsinin 152, 157, 178-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-794/2022 saylı, 15 fevral 2022-ci tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2286/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişləri ondan ibar ət olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yerinin müəyyən edilməsi tələb olunmalıdır (iddiaçının faktiki istifadə etdiyi sərhədlərin həmin hüdudlarla uyğun olması barədə də sual qoyula bilər). Bundan sonra həmin torpaq sahəsinin koordinatlarının qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşübdüşməməsi müəyyən olunmalıdır. Daha sonra iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən tutulması aydınlaşdırılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Apellyasiya instansiyası məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir.
19. Məhkəmə tikinti-texniki ek spertizasının 10/6750 saylı, xx.xx.2022-ci il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin yalnız 0,70 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilsə də, iddiaçının xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunması halı təsdiq edilməmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - X7 (sədrlik edən, məruzəçi), X5 və X6) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-662/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı məxsus Ağcabədi rayonunun İmamqulubəyli kəndində yerləşən 4,153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,70 ha hissəsindən çıxarılması, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin yalnız 0,70 ha hissəsinin Cavabdeh1 istifadəsində olmasına dair xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubla təqdim olunmuş mütəxəssis və 10/6750 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə müəyyən edilənlər işin hallarına uyğundur.
22. Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədiyini, əksinə həmin sahənin özünə və ailəsinə aid olması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, onun torpaq sahəsinin 0,70 ha hissəsini zəbt etməsi və bu sahənin onun qanunsuz sahibliyində olması nəticəsinə gəlmişdir. İddiaçı, xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunma mışdır.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kifayət qədər aydın və ya tam olmayan ekspert rəyinə əsaslanan birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılması üçün əlavə ekspertiza keçirmədiyindən işin hallarına uyğun olmamışdır. Prosessual hüquq normalarının pozulması nəticəsində mütəxəssisə verilməli olan məbləğ də düzgün müəyyən edilməmişdir.
24. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya məxsus 4,153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,70 ha hissəsini zəbt etməsinin təsdiq olunduğunu nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsinin 0,70 ha hissəsindən çıxarılmalı, sonuncunun iddiaçıya məxsus torpaq sahəsinin qalan hissəsini zəbt etməsi və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməsi halları təsdiq edilmədiyindən, iddia tələbi qalan hissədə və sonuncuya münasibətdə rədd edilməlidir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 3-cü hissəsinə, 111-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qət olunan Cavabdeh1 adına qeydiyyatdan keçmiş torpaqdan çıxarılması hissəsinin ona aidiyyəti yoxdur, onun mülkiyyətində olan torpaq sahəsi iddia üzrə tələb edən iddiaçı ilə 4-5 nəfərlə qonşu-aralıq məsafədə yerləşir. Belə ki, hazırkı iş üzrə iddia tələbinə cavab verməli olan şəxs Cavabdeh1 adına JN-157 seriyalı kod 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağcabədi rayon Aqrar İslahatı Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 1,92 hektar torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X4, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə verilmiş eksper tiza rəyini və mütəxəssis rəylərini mötəbər sübut kimi qəbul edən məhkəmə yalnız iddiaçının təşəbbüsü ilə baş tutmuş ekspert rəyini, mütəxəssis rəyini nəzərə almış və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnmiş qətnamə çıxarmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə iş materiallarında olan iddiaçı tərəfindən onun təşəbbüsü ilə keçirilmiş ekspert və mütəxəssis rəylərini sübut kimi qəbul etmiş, lakin Cavabdeh1 adına olan JN-157 seriyalı kod 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatlarını müəyyən etmədən, araşdırma aparmadan ona məxsus aktın iddiaçıya münasibətdə torpaq sahəsinin koordinatlarının müəyyən etməmiş və qətnaməsində isə bu halı göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxan məhkəmə kimi ekspertiza təyin edərkən, yerli baxış keçirərkən Cavabdeh1 iştirakını təmin etməmişdir. Məhkəmə ümumiyyətlə iddiaçının təşəbbüsü ilə keçirilən ekspert və mütəxəssis rəylərində onun tərəfindən faktiki göstərilən sahə ilə cavabdeh tərəfindən hansı hissədə zəbt olunan torpaq hissəsini koordinaatlara uyğun təsbit etməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 adına olan JN-157 seriyalı kod 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktındakı 1,92 hektar torpaq sahəsində göstərilən fərqi də nəzərə almamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərini, mütəxəssis rəylərini, həmçinin dövlət aktlarındakı sürüşmələri, yeni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət re yestrindən RX ********** seriya nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış arasında olan ziddiyyətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81 və 88-ci maddələrinin tələbləri baxımından hərtərəfli şəkildə qiymət verməli olduğu halda, bunu etməyərək, sadəcə olaraq rəyləri tutmaqla mötəbər sübut kimi qəbul etməklə, prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, rəylərin üstünlüyünə istinad etməklə səhvə yol vermişdir. Halbuki, məhkəmənin istinad etdiyi ekspertin rəyi nəzəri mülahizələrə istinad olunur, Cavabdeh1 tərəfindən zəbt olunmuş torpaq sahəsinin konfiqurasiyası, ölçüləri döngə nöqtələrini, koordinaatlarını əks etdirən sxem-xəritə iş materiallarında olan rəydə görünmür. Göstərilən torpaq sahəsinin hansı hissəsində zəbt olunması iş materiallarında öz əksini tapmır. İddiaçı tərəfindən naturada hansı torpaq sahəsinin mütəxəssisə təqdim etdiyi bilinmir, faktiki cavabdeh tərəfindən istifadə olunmayan və ya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin guya onun tərəfindən istifadə olunmuş kimi təqdim edilməsi anlamına gəlir. Buna görə də ekspert rəyi əsaslı hesab edilə bilməz. Bundan əlavə, torpaq sahəsi ilə bağlı mübahisələr olduqda ekspertin əraziyə baxış keçirməsi mütləqdir və tərəflərin iştirakını təmin etmək barədə məhkəməyə vəsatət təqdim etməlidir. Lakin ekspert rəyindən görünür ki, ekspert əraziyə baxış keçirmədən, mülki işin materiallarında olan hüquq müəyyənedici sənədlərə yəni mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, bu da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 99-cu maddəsinin və “Ekspertiza fəaliyyəti haqqında” ARzərbaycan Respublikasının Qanununun tələblərinin kobudcasına pozulması deməkdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPMnin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
29. Maddə
13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müda fiə olunur.
30. Maddə
29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
32. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə
165. Sahibliyin pozulması 165.1. Sa hiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
34. Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
35. Maddə
50. Torpaq sahəsi üzərində istifadə hüququ
5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçi lər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər.
36. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
37. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanun la qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
38. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.