Məhkəmə qərarları › İş №2(102)-2222/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2222/2024

11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2222/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Yuxarı X2 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq münasibətlərindən irəli gələn mübahisələr, təkrar və əlavə ekspertizanın keçirilməsi barədə vəsatətin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh (Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Yuxarı X2 İdarəsi müstəqil təl əb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-305/2024 nömrəli, 7 mart 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddi açının və ailə üzvlərinin ümumi mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadə etməyinə mane olan qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində 2 massivdə yerləşən 2.35 ha pay torpaq sahəsi vardır. Torpaq sahəsinin Dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsü tərtib və təsdiq edilərək ona verilmişdir. Torpaq sahəsinin birinci massivi onun istifadəsindədir. Lakin torpaq sahəsinin ikinci massivi 1.5628 ha olmaqla ona tanıdılmamışdır. O, Azərbaycan Respublikası ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyləqan Əraz i İdarəsinə ərizə ilə müraciət edərək, yerin naturada göstərilməsini xahiş etmiş və mütəxəssislər gəlib torpaq sahəsinə baxış keçirdərək ona məxsus yeri göstərmişlər. Lakin Cavabdeh sənəd verilməsinə mane oldu və mütəxəssislər sənəd tərtib etmədən getdilər və bildirdilər ki, mübahisə ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsindən 30 ildir ki, istifadə edir və xəbərdarlıq edilməsinə baxmayaraq həmin torpaq sahəsindən qanunsuz istifadə edərək, ona və ailə üzvlərinə maddi ziyan vurmaqda davam edir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4848 saylı rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.5628 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir.

5. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 sentyabr 2023-cü il tarixli, 2(036)-153/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh alınıb X1 hesabına keçirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 manatın Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab etmişdir ki, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanunsuz tutularaq istifadə edilir və iddiaçının mülkiyyət hüququ pozulmaqda davam edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4848 saylı rəy qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, iddia ərizəsi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında iddianın rədd edilməsi barədə öz etirazının əsaslarını təsdiq edən heç bir sübut təqdim etməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.2-ci maddələrinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 68, 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, idd ia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. İddianı qəbul etmir, iddiaçının istifadə etdiyi torpaq sahəsi iddiaçının və ailəsinin pay torpağına aid deyil, bu torpaq sahəsi X4 İstismar İdarəsinin balansındadır. 35 ildən çoxdur ki, iddiaçı həmin torpaq sahəsindən istifadə edir. Ekspertin rəyi düzgün deyil. Təkrar ekspertiza keçirilməlidir. Həmin ərazidə pay torpaqları yoxdur. Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2021ci il tarixli arayışı ilə təsdiq olunur ki, ərazidən keçən X3 mühafizə zolağı ilə yanaşı, əlavə 15 ha meşə zolağ ı vardır. Həmin meşə zolağı X4 istismar idarəsinin balansındadır. X4 istismar idarəsinin əmri ilə iddiaçı kanalın Bəhrəmtəpə ərazisində olan meşə zolaqları üzrə sahə rəisi işləyir. Məhkəmə iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası keçirməli idi.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(106)-305/2024 nömrəli iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tale Kərimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-153/2023 saylı qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya i nstansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.Qətnaməni cavabdeh mübahisələndirir və bildirir ki, mübahisəli torpaq sahəsi Yuxarı X2 İdarəsinin balansında olan torpaq sahəsidir, iş üzrə təkrar məhkəmətorpaqşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışında X2 İdarəsinin rəisi tərəfindən məhkəməyə Qarabağ Kanalının mühafizə zonası barədə müvafiq xəritə təqdim edilmişdir. Xəritədən də, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Qarabağ Kanalının mühafizə zonasına daxil deyildir. Belə ki, həm cavabdeh həm də 3-cü şəxs onlar tərəfindən məhkəməyə təqdim edilmiş xəritəyə baxmış, həmçinin həmin xəritəni iş materiallarında olan (səh 38-40) mütəxəssis rəyi ilə müqayisə edərək bildirmişlər ki, mütəxəssis rəyində göstərilən ərazidə iddiaçıya məxsus pay torpağına yaxın X3 kollektoru mövcud deyildir. Lakin mütəxəssis həmin ərazidə kollektorun mövcudluğunu qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68,84, 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-305/2024 nömrəli qətnaməsin i tamamilə ləğv edib işi obyektiv baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılarkən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci 170-ci maddələri pozulmuşdur. Mübahisə edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması sübut olunmadığından məhkəmə həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Həmin torpaq sahəsi işlədiyim YuxarıQarabağ kanalı istismar idarəsinin balansında olmaqla kanalın mühafizə zolağımeşəlikdir. Bunu həmin kanalın nümayəndəsi də məhkəmə iclasında təsdiq etdi. Kanalın mühafizə zolağının qorunması haqqında qanunvericiliyin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Həmin maddəyə əsasən qonşu torpaq sahələrinin mülkiyyətçiləri qanunla nəzə rdə tutulan hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Mən iddiaçının hüquqlarını pozmadığımdan məhkəmə həmin maddi hüquq normasını tətbiq etməmiş və düzgün nəticəyə gəlmədiyindən mənim və işlədiyim kanal idarəsinin hüquqlarıı pozulmuşdur.

15. Prosessual hüquq normaları pozulmuş, çəkişmə, tərəflərin bərabərliyinə əməl olunmamış, kanal ərazisinin xəritəsi məhkəmə prosesində təqdim edildiyini göstərdiyi halda, bu xəritə mütəxəssis və ekspert tərəfindən tədqiq olunmamış, məhkəmə daha əvvəl verilmiş yanlış mütəxəssis və ekspert rəyinə əsaslanmışdır ki, bunu da qanuni və əsaslı hesab etmək düzgün olmaz.Həm də məhkəmə həmin mübahisə üzrə əsl cavabdehin o deyil, X4 idarəsinin olduğunu nəzərə alıb, onu işə cəlb etməli idi. Çünki o, kanalın mühafizə zolağını qoruma qla əsl cavabdeh deyil, iddiaçının torpaq sahəsini tutmamışdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndərilməyib. Mütəxəssis rəyinin düzgün olmaması kanal idarəsinin təqdim etdiyi xəritə ilə təsdiq olundu, belə ki, mütəxəssis ərazidə kollektorun olmasını qeyd etsə də, xəritədə belə kollektor mövcud deyil. Ekspertin rəyi qarşı tərəfin iştirakı olmadan keçirilmiş mütəxəssis rəyinə əsaslanmaqla düzgün deyil. Təkrar ekspertiza keçirilməlidir. Lakin apellyasiya məhkəməsi onun bu barədə vəsatətini müzakirə etməmiş və təkrar ekspertiza keçirməmişdir. Hakimlər əsassız olaraq öz mülahizəsinə əsaslanıb, onun və kanalın nümayəndəsinin fikirlərini təkzib etmişdir. Həmin ərazidə pay torpaqları yoxdur. Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunur ki, ərazidən keçən X3 mühafizə zolağı ilə yanaşı, əlavə 15 ha meşə zolağı vardır. Həmin meşə zolağı YuxarıQarabağ kanalı istismar idarəsinin balansındadır. X4 istismar idarəsinin əmri ilə o kanalın Bəhrəmtəpə ərazisində olan meşə zolaqları üzrə sahə rəisi işləyirəm. Aqrar islahatı aparılan vaxtdan təxminən 20 il vaxt keçir.İddiaçi bu müddətdə torpaq sahəsindən qeyri-şəxsin istifadə etməsi barədə heç bir irad bildirməmişdir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutu qəbul etməyərək düzgün nəticəyə gəlməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə lazı mi diqqət yetirməmiş, nəticədə Mülki Prosesual Məcəllənin tələblərinə cavab verməyən qətnamə qəbul etmişdir. Bu isə öz növbəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Fikrlərincə, həmin qətnamədə qeyd edilən məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.

17. Aqrar islahatı aparılan vaxtdan təxminən 20 il vaxt keçir.İddiaçi bu müddətdə torpaq sahəsinin onun istifadəsində olması barədə heç bir irad bildirməmişdir. Göründüyü kimi, məhkəmə qeyd etdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozduğuna görə düzgün nəticəyə gəlməmişdir.

18. Kassas iya şikayəti əsaslandırılarkən Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 54, 80, 88, 217.1 və 217.3-cü maddələrinə də istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

22. Maddə 68.Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, tor paq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

5. Torpaq mülkiyyətçilərinin, istifadəçiləri nin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

24. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2024-cü il tarixli 2(106)305/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar