Məhkəmə qərarları › İş №2(102)-2224/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2224/2019

08.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2224/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2224/2019 08 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh və onun vəkili X4 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli, 2(103)8348/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.V.Tanrıverdiyev) 28 m art 2018-ci il tarixli, 2(009)-292/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada yerləşən 51.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 06.11.2018-ci il tarixli, 2(103)-8348/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili X4 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şik ayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı “X5” Bakı filalı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X5” Bakı filialına məxsus *** nömrəli mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, *** nömrəli mənzil mülkiyyət hüququ əsasında "X5" Bakı fılialına məxsusdur. Monitorinq məqsədilə bankın əməkdaşları 01.08.2017-ci il tarixdə qeyd olunan ünvana baxış keçirərkən mənzilin qapısının kilidinin qırıldığını, açarlarının dəyişildiyini və mənzildə iki xanım və bir kişinin olduğunu, daha sonra bir kişinin gəldiyini müşahidə etmişlər. Həmin şəxslərdən kimlikləri soruşulmuş, ilk əvvəl özlərini təqdim etməməklə yanaşı, bankın əməkdaşlarını zorla ünvandan çıxarmaq istəmişlər, lakin polisə şikayət olunacağı bi ldirildikdə sakitləşmişlər. Sonradan məlum olmuşdur ki, bu şəxslər əvvəlki (2008-ci ilədək) mülkiyyətçi olmuş Cavabdeh və onun ailə üzvləridir. Həmin şəxslərə bildirilmişdir ki, qapının kilidini qırmaqla zorla daxil olduqları mənzil bankın mülkiyyətindədir. Mənzildə əmlakların olması, onların hərəkətlərinin məsuliyyətə səbəb olması diqqətlərinə çatdırılsa da, onlar banka məxsus mənzildən çıxmaqdan imtina etmişlər, özlərini yandıracaqlarını bildirmişlər. Bununla da Cavabdeh “X5” Bakı Filialına məxsus *** nömrəli mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili X4 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli qə tnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə «X5» bankının mənzilin çıxarışına əsasən sahib olduğu yalnız 51.0 m2 yaşayış sahəsindən ibarət olduğunu qeyd edir. Yəni Bank, 56.1 m2 köməkçi sahənin pulunu ödəmədiyinə görə, köməkçi sahə onun mülkiyyətində qalır və bu sahədə yaşamaq hüququ var. Məhkəmənin izahatında da qeyd olunur ki, “çıxarılmış qərar yalnız 51.0 m" yaşayış sahəsinə aiddir və bu sahənin hüdudundan kənar sahələrə şamil edilmir”. Bununla da, Apellyasiya məhkəməsi Bakı şəhəri, Cəfərov qardaşları küçəsi, ev 11, mənzil 40 üçün olan hər iki sənədin - Bankın maxinasiya yolu ilə aldığı Çıxarışvə 2002-ci ildə Dövlət reyestrində qeyd ə alınmış “Mənzilin texniki göstəricilərini əks etdirən Texniki Pasport - hüquqi doğruluğunu qəbul etmişdir. Bu isə hüquq normalarına ziddir. Bu iki sənəddən birinin etibarsız olması şübhəsizdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəs inə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından g öründüyü kimi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdınna və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH 076559 saylı qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Engels küçəsindəki 11 saylı yaşayış evinin 40 saylı mənzili Cavabdeh məxsus olmuşdur. Azərbaycatı Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən Bakı şəhəri, Engels küçəsindəki 11 saylı yaşayış evinin 40 saylı məıızilinə dair verilmiş texniki pasportun surətinə əsasən, mənzilin ümuıni yaşayış sahəsi 107.1 kv m, o cümlədən yaşayış sahəsi 52.8 kv.m, köməkçi sahə 54.3 kv.m təşkil etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Ə mlakın Dövlət Reyestrindən verilmiş seriya MH ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada yerləşən 51.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə "X5" Bakı Filialının adına daşınmaz əmlakın dövlət reyestr kitabının 84072 nömrəli vərəqində qeydiyyata almmışdır. "X5" Bakı filialı tərəfindən təsdiq edilmiş mülkiyyətdə olan əmlakların monitorinqi aktına əsasən, 01.08.2017-ci il tarixdə saaat 11.30-da Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, 11 saylı evin, 40 savlı mənzilinin növbəti aylıq monitorinqi aparılmışdır. Monitorinq zamanı mənzilin dəmir qapısının kilidinin sındır ılması və başqası ilə əvəz edilməsi, mənzildə iki xanım və bir kişi olmaqla üç nəfər şəxsin olması və daha sonra iki kişinin daxil olması, həmin şəxslərin mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh və onun ailə üzvləri olması faktları müəyyən edilmişdir. 10 avqust 2017-ci il tarixində Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Heydərov tərəfındən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, "Bank Milli İran”ın hüquqşünası X2 ünvan 1 ünvanındakı mənzilin qapısının qırılması yolu lilə Cavabdeh mənzilə daxil olması faktı barədə verdiyi ərizə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını d üzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı mülkiyyət hüququna malik olduğu mənzili başqasının qeyri-qanuni sahibliyindən tələb etmə kdə haqlıdır. İşin halları ilə təsdiq olunur ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının mülkyyətinin təşkil edən mənzili zəbt etmişdir ki, nəticəsində iddiaçının əmlak üzərində mövcud olan mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh tərəf mənzilin ipotekaya qoyulmamış hissəsindən də çıxarılmasının əsassız olmasını qeyd etsə də, kassasiya kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qətnamələri ilə cavabdehin mənzilin məhz ipoteka premdeti olmuş və sonradan hərrac vasitəsilə iddiaçının mülkiyyətinə keçmiş hissəsindən çıxarlması qət edilmişdir ki, bu hal da ehtimal edilən digər hissələrlə bağlı cavabdehin hər hansı hüququna toxunmur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli, 2(103)-8348/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar