Məhkəmə qərarları › İş №2(102)-2224/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2224/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2224/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kommunal xidmət haqqı borcun tutulması, öhdəliyin icra edilməməsi ilə vurulan zərərn əvəzinin ödənilməsi, real zərər, məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-677/2024 nömrəli iş üzrə 8 yanvar 2024-cü il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə, Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 162 kv metr olan 10 saylı mənzil və ünvan 1 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 166,7 kv metr olan 12 saylı mənzil Cavabdeh mülkiyyətindədir.

2. Həmin mənzillərin yerləşdiyi binanın idarəçiliyi İddiaçı MMM tərəfindən həyata keçirilir.

3. Şifahi razılıq əsasında cavabdeh kommunal xidmət haqqını 1 kv metr üçün 0,63 manatdan ödəyir.

4. İddiaçı 1 kv metr üçün 1,10 manat xidmət haqqı tələb edir.

5. Kommunal xidmət haqlarının müəyyən edilməsi üçün ümumi yığıncağın iclası keçirilməmişdir.

6. Binanın sakinləri 1 kv metr üçün 1,10 manatdan ödəniş edirlər.

7. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4648/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" MMM-nin xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)4079/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. İcraat zamanı keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17909 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış xx.xx.2017-ci il tarixli “mənzil-kommunal xidməti haqqında” müqavilələr üzrə Cavabdeh İddiaçı MMM-ə xx.xx.2018-ci il tarixə 6146,69 manat, xx.xx.2018 -ci il tarixə 5061,98 manat məbləğində kommunal xidməti borcu olduğu müəyyən edilmişdir.

10. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)7460/2019 saylı qərarı ilə "xxxx" MMM-nin xeyrinə tutulan 6149,69 manat azaldılaraq 3520,40 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar olaraq binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə cavabdehə məxsus 10 və 12 saylı mənzillərə göstərilən xidmət köhnə xx.xx.2017-ci il tarixə qədər olmuş və hər kv metrüçün 0,63 manat təşkil edən hesabla ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəmə m üraciət edərək, ünvan 1 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 162 kv metr olan 10 saylı mənzilə və həmin binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 166,7 kv metr olan 12 saylı mənzilə görə Cavabdeh hesablanmış kommunlar haqlarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, sözügedən yaşayış binası 20 mənzil və 2 qeyri-yaşayış sahələrindən ibarətdir. Binada nəzərdə tutulan kommunal xərclər (nəzarətçi-dispetçerlər, xadimə, liftin servisi, texniki avadanlıqlara xidmət və s.) toplanaraq, mülkiyyətçilər arasında sahələrə uyğun olaraq mütənasib şəkildə bölünür. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv metr üçün dəyəri 0,63 manat təşkil edir di, xx.xx.2017-ci il tarixdən etibarən isə (tarif şurasının müvafiq qərarlarına əsasən, minimum əmək haqqının artmasını və digər xərcləri nəzərə alaraq) 1 kv metr üçün dəyəri 1,10 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, mülkiyyətçilərə yeni kommunal xidmət haqqında müqavilələr və qiymət artımının əsaslandırılmasına dair bildirişlər təqdim edilmişdir. Cavabdeh ona məxsus və ünvan 2 ünvanda yerləşən yaşayış binasının 10 və 12 saylı mənzillərinə görə hesablanmış yeni tariflə razılaşmamış, kommunal xidmət haqlarını əvvəlki tariflə belə ödəməkdən imtina etmiş, lakin ödənişin yeni qayda üzrə həyata keçirməməsinin səbəbini açıqlamamışdır. Ali Məhkəmənin işin hallarında qeyd edilən qərarı qəbul edildikdən sonra da cavabdeh kommunal xidmət haqqını hər kv.metr üçün 0,63 manat hesabı ilə öd əməkdə davam etmişdir. Halbuki binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv metr üçün təyin olunmuş 1,10 manat tarifi ilə vaxtında ödənişlərini edirlər. Aylıq ödəniş tam ödənilmədiyi üçün kəsirin məbləği hər ay üçün 153,57 manat təşkil edir (sentyabr 2018 - avqust 2023 dövrü = 59 ay x 153,57 = 9060,63 manat). Cavabdehin nümayəndəsi ilə bununla bağlı danışıqlar aparılmış, ona izah edilmişdir ki, xərclər binanın sahəsinə uyğun olaraq mütənasib şəkildə bölünür və mövcud olan tarif məhz belə formalaşır. Bundan əlavə, cavabdehə bir neçə dəfə xidmət müqaviləsi təqdim edilsə də, o, müqaviləni imzalamaqdan imtina etmişdir. Səbəb kimi isə Ali Məhkəmənin qərarında məhkəmə mübahisəsi dövründə olan borcun 0,63 manat tariflə hesablanmasını göstərir. "xxxx" MMM hesab etmişdir ki, Cavabdeh tərəfindən kommunal xidmət haqqının 1 kv metr üçün 0,63 manat hesabı ilə ödəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)7460/2019 saylı qərarından sonrakı dövrə tətbiq edilməməlidir. Qeyd edilənlər mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarında Cavabdeh 10 və 12 saylı mənzillər üçün qərardan sonrakı dövrdə kommunal xidmət haqqının 0,63 manat tarifi ilə ödənilməsi nəzərdə tutulmamışdır və sonrakı dövrdə şamil oluna bilməz. Belə olan halda, "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən aylıq ödəniş hər kv metr sahə üçün 0,63 manat yox, 1,10 manat ödənilməlidir. Bundan əlavə Cavabdeh tərəfindən kommunal xidmətin dəyərini hər kv metr üçün 0,63 manat ödənilməsi digər mülkiyyət sahiblərinin maraqların a toxunmaqla bərabər, xidmət səviyyəsinin aşağı düşməsinə, vergi və sosial ödənişlərin vaxtında ödənilməməsinə və s. problemlərə səbəb olur.

13. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və göstərmişdir ki, cavabdeh tərəfindən hər iki mənzilə görə kommunal xidmətlərlə bağlı yalnız hər kv.metrə görə 0,63 manatdan ödəniş həyata keçirilmiş, onun hər kv.metr görə 0,47 manat ödənilməmiş borcu qalmışdır. Binanın digər mənzil mülkiyyətçiləri ilə müvafiq müqavilələr bağlanılmış, həmin mülkiyyətçilər, hətta müqavilə bağlamayan bir neçə mülkiyyətçi də kommunal xidmətlərlə əlaqədar mənzil sahələrinin hər kv metr üçün 1,10 manat məbləğində ödəniş həyata keçirir. Eyni zamanda binanın sahə mülkiyyətçilərinin kom munal xidmətlərin 1 kv.metr üçün 1,10 manat təşkil etməsi barədə qərar mövcud deyil. Lakin 63 qəpik məbləğində kommunal xidmətlərə görə ödənişlərlə də əlaqədar da belə bir qərar mövcud deyil. Yəni Ali Məhkəmənin qərarında istinad edilən halları hazırki münasibətdə əsas kimi götürmək olmaz. Əgər cavabdeh onlar tərəfindən müəyyən edilən məbləğlə razı deyilsə, bununla bağlı araşdırma apara bilər. Onlar tərəfindən tərtib edilən korkulyasiya realdır, məbləğlər də əsaslıdır.

14. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı ödənişlər edilir, bundan imtina edilmir. Lakin iddiaçının tələb etdiyi həddə ödənişin edilməsindən imtina edir. Tərəflər arasında müqavilə mün asibəti mövcud deyil, cavabdeh kommunal xidmətlərlə bağlı real ödənişi həyata keçirir, ona görə də təklif olunan müqaviləni imzalamır. Əgər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti sakinlər tərəfindən yaradılarsa və ümumi yığıncaqda kommunal xidmətlərlə əlaqədar məbləğ müəyyən edilərsə, cavabdeh həmin məbləği ödəyəcək. Hər hansı hüquqi şəxsin ödəniş məbləğinin hansı həddə olmasına dair apardığı korkulyasiya qəbul oluna bilməz, digər hüquqi şəxs gəlib başqa məbləğ tələb edə bilər. Cavabdehin iddiaçı qarşısında kommunal xidmətlərlə əlaqədar hər kv metr üçün 1,10 manat ödəniş etmə öhdəliyi yoxdur. Hər kv.metr üçün 0,63 manat ödəniş edir. Məhkəmə qətnaməsində də həmin məbləğ qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş et mişdir.

15. İddiaçı MMM tərəfindən tərtib edilmiş ünvan 3 ünvanda xərclərin açıqlanmasına dair hesabata əsasən müəyyən edilmişdir ki, binada kommunal xidmətlərin 1 kv metr üçün dəyəri 1,104 manat təşkil etmişdir.

16. İddiaçı MMM tərəfindən Cavabdeh ünvanlanmış 10 və 12 nömrəli bildirişlərin surətlərindən müəyyən edilmişdir ki, hazırda Cavabdeh yaşadığı bina xx.xx.2006-cı il tarixdə sakinlərin istifadəsinə verilmiş və bu müddət ərzində kommunal xidmət haqqı hər kv.metr üçün ayda 63 qəpik məbləğində tətbiq olunmuşdur. Sakinlər tərəfindən kommunal xidmət xərcləri mütəmadi olaraq ödənilməsinə baxmayaraq, həmin binanın 1-ci mərtəbəsində yerləşən 215,04 kv metr qeyri-yaşayış sahəsi üzrə kommunal xidmət xərcləri hər kv.metr üçün nəzərdə tutulmasına baxmayaraq, 2006-cı ildən bu günə kimi yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini icarəyə verən şəxslər tərəfindən təmin olunmamış, beləliklə də, xx.xx.2017-ci il tarixə olan müddət ərzində 13,095 manat borc yaranmışdır. Bütün bunlar isə mütəmadi olaraq problemlər yaratmaqla bərabər, sakinlərə göstərilməsi nəzərdə tutulan xidmətin keyfiyyətinə müəyyən dərəcədə təsir etmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2016cı il tarixli 19 və 20 saylı qərarları, göstərilən xidmətlərin vəziyyətini və iş şəraitinin yaxşılaşdırılması, işçilərin əmək haqqlarının artırılması, eləcə də digər məsələlərlə əlaqədar olaraq, hər kv.metr yaşayış sahəsi üzrə kommunal xidmət haqqlarına yenidən baxılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq, "xxxx" MMM tərəfindən müvafiq hesab lama aparılmış və müəyyən olunmuşdur ki, sakinlərə göstərilməsi nəzərdə tutulan 19 növ, o cümlədən: mənzil istismar sahəsi işçilərinin əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, komendantın əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, mühafizəçilərin əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, elektrik enerjisi, liftlərə xidmət, məişət tullantıların daşınması, torpaq vergisi, təsərrüfat, su və kanalizasiya xərcləri, telefon (abunə haqqı), amortizasiya xərcləri, müxtəlif növ vergilər (ƏDV, Mənfəət, Əmlak), nəzərdə tutulmayan digər xərclər kommunal xidməti qismində həyata keçirməkdədir. Qeyd etmək lazımdır ki, İddiaçı MMM-nin illik qazancı hazırda 10% nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən, xx.xx.2017-ci il tarixdən etibarən cavabdeh yaşadığı bina üzrə hər kv.metr sahə üçün sakinlər tərəfindən ayda 1 manat 10 qəpik, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi üzrə 1 kv.metr üçün kommunal xərclər 49 qəpik, 2-ci mərtəbə üzrə isə 78 qəpik kommunal xidmət haqqının ödənilməsi nəzərdə tutulmaqla bərabər ödənişlər hər ayın 5-i tarixdən gec olmayaraq ödənilməlidir. Daha sonra bildirilmişdir ki, yeni tarif sisteminin tədbiri ilə əlaqədar olaraq istədiyi vaxt yaşadığı binaya kommunal xidməti həyata keçirən ünvan 5 ünvanda yerləşən İddiaçı MMM ofisində Cavabdeh maraqlandıran sənədlər və məlumatlarla tanış ola bilər.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi rədd edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibar ət olmuşdur ki, mülki qanunvericilik öhdəliyin yaranma əsaslarını müəyyən etmişdir. Həmin əsaslardan da biri müqavilədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMM tərəfindən xx.xx.2020-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilələrin imzalanması üçün Cavabdeh təqdim edilmiş, lakin Cavabdeh tərəfindən həmin müqavilələr imzalanmamışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh kommunal xidmətlərə dair müqavilələrin bağlanmasından imtina etsə də, bu hal onu ümumi əmlakın saxlanılması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir.

19. Məhkəmə qeyd etmişdir ki, mənzil mülkiyyətçisinin kommunal xidmətlərlə əlaqədar müqavilə imzalanmaqdan imtina etməsi onu binanın saxlanılması üçün mütləq ödəniş və haqların ödənilməsindən azad etmir. Lakin mütləq ödə nişlər və haqların ödənilməsi o halda mənzil mülkiyyətçisi üçün məcburi ola bilər ki, həmin mütləq ödəniş və haqların miqdarı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilsin.

20. Məhkəmə qeyd etmişdir ki, bu yanaşma qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da mövcud olmuşdur. Belə ki, Ali Məhkəmənin göstərilən qərarında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının olmaması əsas götürülərək, 2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı hər kv.metr üçün 0,63 manat hesabı ilə ödənilməli olması müəyyən edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMM ilə Cavab deh arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə bağlı binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə mənzillərə göstərilən xidmətlərə görə kommunal haqqı xx.xx.2017-ci ilə kimi razılaşdırılmış hər kv.metr görə 0,63 manat tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iclasında cavabdeh tərəfindən hər ay hər 2 mənzil üzrə mənzilin hər kv.metr üçün preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğ – 0,63 manat ödənişin edilməsi təsdiq olunduğundan, bu hal iddiaçı tərəfindən də etiraf olunduğundan, məhk əmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən mənzilin hər kv.metri üçün 1,10 manat kommunal xidmət haqqının tələb edilməsi əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

22. Məhkəmə iddiaçının binanın digər mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərə görə 1,10 manat məbləğində ödənişinin edilməsi, məhkəməyə təqdim edilən xidmətlərə görə xərclərin açıqlanmasına dair hesabatda da məbləğin hər kv metr üçün 1,10 manat təşkil etməsi və cavabdehin də həmin məbləğ üzrə ödənişlər etməsinə dair dəlilləri üzrə qeyd etmişdir ki, digər mülkiyyətçilər azad surətdə bağladıqları müqavilələr üzrə öhdəlik daşıyıcılar olduğundan, cavabdeh isə belə bir müqavilə bağlamadığından, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının mövcud olmaması isə cavabdehin belə öhdəlik daşıyıcısı olmamasına səbəb olduğundan, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 386.1-ci maddəsi, Mənzil Məcəlləsinin 121.1, 122.3, 122.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına, «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003- cü il tarixli Qərarının 7-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 119.1, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisəyə görə yenidən Ali məhkəmənin həmin qərarına istinad edilməsi qanunsuz və əsassızdır. Belə ki, ən azından 2017-ci ildən sonra respublika üzrə baş verən və Mərkəzi Bank tərəfindən rəsmi olaraq tanınan inflyasiya dərəcəsi nəzərə alınmalı, həmçinin kommunal xidmətlərə dair qiymətlərin formalaşmasına təsir edən və Taarif Şurası tərəfindən tənzimlənən enerji daşıyıcılarının qiymətləri (onların qalxması) əsas götürülməli, iş üzrə zəruri eksper tizalar təyin edilməli idi. Belə ki, cavabdehin qonşuları 0,89 manatdan kommunal xidmət haqqı ödəyən zaman, cavabdeh öz mülahizəsinə görə 0,63 manat ödəmək istədiyi halda, cavabdehin qonşuları 0,89 manatdan 1,10 manata ödənişləri qaldırdıqları halda, ən azından da cavabdeh həmin nisbətdə artım ilə kommunal ödənişləri icra etməli idi. Bu xüsusat birinci instansiya məhkəməsi tərərindən nəzərə alınmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 19 mənzili və 3 qeyri-yaşayış sahəsi olan binada cavabdehdən başqa bütün mülkiyyətçilər iddiaçının təklif etdiyi 1,10 manat kommunal xidmət haqqı qiyməti ilə razılaşmış və buna dair müqavilələr imzalamışdır. Həmin müqavilələr sahə mülkiyyətçilərinin ümumi qərarı kimi mühüm əhəmiyyətə malikdir. Cavabdehdən başqa digər mülkiy yətçilərin vahid qiymət ilə razılaşması və müqavilələr imzalaması bina üzrə sahə mülkiyyətçilərinin ümumi qərarı kimi qəbul olunmalıdır. Belə ki, 22 sahə mülkiyyətçisindən ikisinin razılığı yoxdur və həmin 2 mülkiyyətçi də, cavabdehin özüdür. Bundan əlavə, müqavilə tərəflərindən imzalanaraq rəsmən cavabdehə poçtla göndərilib, həmçinin bina inzibatçısı (komendant) vasitəsilə şəxsən cavabdehin nümayəndəsinə təqdim edilib. Cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etsə də, 0,63 manat tarifi ilə xidmət haqqını bu gün ödəyir.

26. Məhkəmə iclasında iştirak edən İddiaçı MMM-in qanuni təmsilçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, ümumi yığıncaq keçirilməmişdir. Həmin binada idarəçilik İddiaçı MMC və "xxxx" MMC arasında olan müqavilə asasında həyata keçirilib. Həmin bina 2001-ci ildən inşa edilib, onlar 2006-cı ildən orada fəaliyyət göstərirlər. "xxxx" MMC idarəçiliyi onlara həvalə edib, onlar da orada sakinlərlə aralarında bağlanılmış müqavilə əsasında fəaliyyət göstərirlər. Orada yığıncaq protokolunun olmadığını bildiriblər, 63 qəpik olan dövrdə də sakinlərin yığıncaq protokolu olmamışdır. Ona görə ki, birincisi orada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti mövcud deyil, sakinlər özləri yaratmayıblar, onlar da müqavilə əsasında fəaliyyət göstərirdilər. 2017-ci ildə Tarif Şurasının müəyyən qərarlarından sonra - Əmək haqqlarının artması, kommunal xidmətlərin qiymətinin artmasından sonra onlar tarifi 1 manat 10 qəpik müəyyənləşdirdilər, bu barədə bütün sakinlərə bildiriş və yeni müqavilələr təqdim etmişlər. Orada cəmi 19 mənzil var, balaca binadır və Dənizkənarı parkın yanında yerləşir. 90% sakinlər müqaviləni imzaladı. Cavabdehin binada 2 mənzili var, yalnız cavabdeh müqaviləni imzalamayıb. Onlar yığıncaq keçirməyə cəhd ediblər, amma gələn olmayıb. Orada orta təbəqədən yuxarı insanlar yaşadığına görə gəlmirlər. Onlar bu məsələ ilə əlaqədar noyabr ayında binada elan yerləşdirmiş, mövcud vəziyyətə görə onlar idarəçilikdən imtina etdiklərini, dekabr ayının 1-dən bu binanı tərk edəcəklərini və sakinlərin təşkilatlanaraq idarəçiliyi həyata keçirə biləcəklərini bildirmişlər. Sakinlər tərəfindən heç bir münasibət bildirilməmiş və onlar ora təhkim edilmiş işçiləri də götürərək ərazidən çıxmışlar. Ondan sonra sakinlər özləri yığışaraq onları dəvət etmişlər. Onlar bir nəfərə görə çıxıb getməməyini və onların idarəçilikdən razı olduq larını bildirmişlər. Sakin 1 kv.metrə 1 manat 10 qəpik ödəməklə amortizasiya və təmir xərclərindən azad olurlar. Onlar sakinlərə məhkəmə prosesinin davam etdiyini bildirdikdə onlar lazım olduğu halda özlərinin də məhkəmə prosesində iştirak edəcəklərini bildirdilər, hətta ərizə də göndəriblər. İlkin müqavilədə mülkiyyətçinin kooperativlə müqavilə bağlamaq öhdəliyi götürməsi göstərilmişdir. Real qiymətin 1 manat 10 qəpik olduğunu müəyyən etmək üçün əmtəəşünaslıq ekpertizasının keçirilməsini xahiş etmişlər. Həmçinin, Konstitusiya Məhkəməsinə müraciət edilməlidir. Bir dəfə 01 dekabrda onlar binanı tərk etdikdə binanın idarəçiliyinin boş qalacağını gördüklərinə görə toplaşdılar, o da 7-8 nəfər gəldi. Onların sakinlərə fərdi olaraq yaxınlaşmağı etibarsız olar. Əgər imzaları fərdi şəkildə götürsə lər, bu ümumi yığıncaq hesab edilməyəcək.

27. Məhkəmə iclasında iştirak edən İddiaçı MMM-in nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, onlar bu gün Ali Məhkəmənin qərarını müzakirə etmirlər. Söhbət protokoldan gedir. Sakinlərin hamısı ödənişi ödəyir. Ali Məhkəmənin qərarının müəyyən müddətə hesablandığını və o müddətdən sonraya şamil edilməməli olduğunu hesab edir. Onlar o binadan getmişdilər, sonra sakinlər xahiş etdiyinə görə qayıtdılar. Dəfələrlə Natiq müəllimlə və vəkili ilə müzakirə ediblər. 3 ildə bir dəfə də ödəniş ödənilməmişdir. Müqavilədə MMM-in 10% gəlir əldə götürmək hüququ göstərilib, onu da götürə bilmirlər. Onlar o binanı tərk etdilər, yəni burada marağı olmadığını göstərdilər, ancaq sakinlər özləri onları ora dəvət etdilər. İndi sakin ləri yığaraq yığıncaq keçirə bilərlər, amma onlar gedənə qədər yığıncaq keçirə bilməmişdilər.

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, qiymətin formalaşması üçün qarşılıqlı hər iki tərəfin iradə ifadəsi olmalıdır. Qarşı tərəfin nümayəndəsi kommersiya nəzərindən məsələyə münasibət bildirir, yəni ki, Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəsi gəlir əldə etməkdir. Qanunvericilikdə mənzilin idarə edilməsi sakinlər tərəfindən formalaşmış müəssisə tərəfindən idarə edilməlidir və təbii ki, elə bir müəssisənin mövcudluğu gəlir əldə etmək üçün yox, binanın qorunub saxlanılması və müəyyən xərclərinin ödənilməsi üçün nəzərdə tutulub. Cavabdeh 2 mənzilə 208 manat vəsait ödəyir. 1 mənzil üçün 104 manat ödəniş iddiaçı şirkəti üçün kifayət hesab edirlər. Həmin şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdir, işçi, sürücü işə götürərək əməkhaqqı verə bilər, amma bu vəsaiti sakinlərdən istəməyə bilməz. Sakinlərin müştərək cəmiyyət yaratmadığı halda yerli bələdiyyələrin orqanı tərəfindən idarəedici təyin edilməlidir. Hazırkı dövrdə iddiaçı nə bələdiyyə tərəfindən təyin edilən idarəçi, nə də ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Müəssisəsidir. Sadəcə olaraq kommersiya müəssisədir ki, bina sakinləri ilə deyil, bina tikmiş şəxslərlə müqavilə bağlayaraq xidmət göstərir. İddiaçının sakinləri bir yerdə toplaya bilməməsi onların problemi deyil. Əgər idarə etməni öz üzərinə götürübsə, sakinlərlə münasibət yaradaraq məhkəmə prosesi davam edən zaman sakinləri hissə-hissə çağıraraq yığıncağı keçirdə bilərdi. Ekspertiz anın təyin edilməsi işin uzaldılmasına və işin mahiyyəti üzrə baxılmamasına yönəlmiş addımdır. Əgər iddiaçı orada fəaliyyətini qurmaq istəyirsə, orada kommersiya müəssisəsi kimi yox, xidmət müəssiəsi kimi fəaliyyət göstərməlidir. Qarşı tərəfin işə münasibəti sanki öhdəlik götürüblər, onların borcu yarandığından onlar onu ödəməlidirlər. İddiaçı kommersiya müəssisəsidir, əgər həmin ərazidə heç bir gəlir əldə etmirsə, orada fəaliyyət göstərilməsin, buna heç kim məcbur etmir. 63 qəpik 1 kv metr üçün vəsaitin normal olduğunu hesab etmişlər. İddiaçı özü fəaliyyət göstərir, onları dəvət etməyiblər. Artıq əvvəlki məhkəmələrdə ekspertiza təyin edilib, Ali Məhkəmənin qərarında o məsələ öz əksini tapıb. 2019-cu ilin dekabr ayında Ali Məhkəmənin qərarı çıxıb. Ali Məhkəmənin qərarının çıxarıldığı gündə n Konstitusiya Məhkəməsinə müraciət edə bilərdilər. İddiaçı kommersiya müəssisəsidir, gəlir əldə etmədiyinə görə sakinləri günahlandırmaq haqqları yoxdur.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 8 yanvar 2024-cü il tarixli, 2(103)-677/2024 saylı qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, kommunal xidmət haqqının 1 kv metr üçün 1,10 manatdan hesablanması ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığından iddi a tələbi əsassızdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.1, 135.1, 135.2.3, 136.3, 137.4, 137.5, 137.8, 137.9 və 137.10-cu maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qətnamə isə bin anının mənzil mülkiyyətçilərindən birinə sözügedən xərclərdə iştirakını azaltmaqla (digərləri 1.1 manat ödədiyi halda, cavabdeh üçün 0.63 manat müəyyən etməklə), digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuş olur.

34. Apellyasiya məhkəməsi qəbul etdiyi qərarla çoxmənzilli binada yaşayan digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. Belə ki, binanın saxlanması üçün zəruri olan xərclər mənzil mülkiyyətçiləri arasında paylarına mütənasib bölünməlidir. Hər kəs üzərinə düşən xərci ödəməlidir. Bina idarəedicisi istəsə belə, sakinlərə fərqli tariflər müəyyən edə bilməz. Bu ölkə qanunvericiliyinin təməl prinsiplərindən olan bərabəlik prinsipinə (hüququna) ziddir. Cavabdeh isə öz payına düşən xərci tam ödəməməklə və ya 2019-cu ildə qəbul edilmiş qərarla sonsuza qədər mülkiyyətində o lan mənzilin hər 1 kv m. üçün 0,63 manat tarifi ilə xidmət haqqını ödəmək niyyəti ilə digər mülkiyyətçilərin hüquqlarını pozur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də bununla razılaşır.

35. Əlavə olaraq qeyd edilməlidir ki, qanunverici çoxmənzilli binaların saxlanması xərclərinin ödənməsindən boyun qaçıran şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.4.-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam mə bləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Bu məsuliyyətin müəyyən edilməsi həmin ödənişlərin nə dərəcədə vacib olduğuna dəlalət edir. Cavabdeh illərdir müəyyən edilmiş kommunal xidmətlərin dəyərinin tam ödənilməsindən boyun qaçırır. Bu isə ayrıca olaraq qanunla tənzimlənir və inzibati xəta hesab edilməklə bərabər müvafiq məsuliyyətə səbəb olur.

36. Qanuni qüvvəyə minmiş Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında “kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının olmaması əsas götürülərək, 2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılaraq mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqının hər kv.metr üçün 0,63 manat hesabı ilə ödənilməli olması müəyyən edilmişdir.” Bu mövqenin özü düzgün yanaşma olmadığından onunla razılaşmaq olmaz. Əgər Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında kommunal xidmətlərin haqqının müəyyən edilməsi üçün mütləq qaydada sahə mülkiyyətçilərinin müvafiq qərarının olması tələb edilirdisə, nəzərə alınmalı idi ki, 2017-ci il tarixə kimi qüvvədə olan “hər kv metr üçün 0,63 manat” məbləğində kommunal haqqı heç bir “qərarla” müəyyən edilməyib. Bu halda həmin dövr üçün qüvvədə olan qiymətlərə uyğun məbləğin təyin edilməsi daha əsaslı olardı. Lakin bu belə olmamışdır. Həmçinin, hazırkı iş üzrə növbəti dövr üçün kommunal xidmət haqqının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması, yəni şikayətin təmin edilməsi əsaslı və ədalətli qərar qəbul edilməsi ilə nəticələnərdi.

37. Bundan başqa, cavabdeh uzun müddətdir ki, binanın saxlanması üçün yetərli olan və ondan savayı bütün qonşu (digər) mənzil mülkiyyətçiləri tərəfindən bəyənilən tarif üzrə xidmət haqqını ödəmir. Bu isə öz növbəsində binanın keyfiyyətli saxlanmasını mümkünsüz edir və digər mənzil mülkiyyətçilərinin hüquqlarının pozulması ilə nəticələnir.

38. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya Məhkəməsi bu maddəni əsas götürərək iş üzrə demək olar ki, araşdırma aparmayıb. Lakin tərəflər arasında mövcud məhkəmə mübahisəsi Ali Məhkəmənin qanuni qüvvəyə bitmiş xx.xx.2019-cu il tarixli qərarı ilə yekunl aşmışdır. Həmin qərar 2017-ci ilə qədər ödənilmiş məbləğ ilə mübahisə edilən dövr üzrə kommunal xidmət haqqının ödənilməsini müəyyən etmişdir. Sözügedən qərarla müəyyən edilmiş heç bir fakt mübahisələndirilmir. İddiaçı qanuni və əsaslı olaraq binanın saxlanması xərclərinin artmasını əsas göstərərək, məhkəmədən yeni dövr üçün (2019-cu ildən sonra) kommunal xidmət haqqının ədalətli və ağlabatan məbləğdə müəyyən edilməsini xahiş edir. Həmin məbləğ binanın saxlanma xərclərini ən azından ödəməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

40. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.143.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.

41. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

42. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir.

43. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.

44. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi il ə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

45. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi il ə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

46. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.

47. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

48. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işi n faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-677/2024 nömrəli iş üzrə 8 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar