Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2225/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, http://supremecourt.gov.az/static/view/94X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehlər Cavabdeh2 və X8 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1Sədi oğluna, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uza dılması, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli (hakim F.Nəsibov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu nun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikov) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şək i Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sədi qızına və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ka sasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X13 ilə X9 xx xxxxxx 1960-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahdan Elmi, Elman, Cəlal, Rizvan, Kamran və Sara adlı uşaqları olmuşdur. X11 xx xxxxxxxx 1994-cü ildə, X14 xx xxxxxxx 1995-ci ildə, X15 xx xxxxxx 1995-ci ildə, X12 isə xx xxx 2005-ci ildə, X9 xx xxxxxx 2007-ci ildə vəfat etmişlər. Cəlilov Elman, Cəlilov Rizvan və Cəlilov Kamran nikaha daxil olmamışlar. Həmçinin iş materiallarından görünür ki, Ağdaş rayonu Xosrov kəndində yerləşən 3 otaqlı ümumi sahəsi 103,1 m2,yaşayış sahəsi 56,2m2,yardımçı sahəsi 46,9m2 ol an yaşayış evinin yerləşdiyi 0.25 hektar həyətyanı torpaq sahəsi və Ağdaş rayonu Xosrov kəndində yerləşən 0,8740 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və X7 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Ağdaş Rayon Notariat Kontorunun X1 xx xxxxx 2019-cu il tarixli notariat əməliyyatı aparılmasından 103 nömrəli imtina qərarından görünür ki, xx xxx 2005-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndində vəfat etmiş qardaşı X5 miras qalmış Ağdaş rayonu,Xosrov kəndində yerləşən torpağa dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ağdaş Rayon Notariat Kontorunun X1 xx xxxxx 2019-cu il tarixli notariat əməliyyatı aparılmasından 102 nömrəli imtina qərarından görünür ki, xx xxxxxx 2007-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndin də vəfat etmiş anası X4 miras qalmış Ağdaş rayonu,Xosrov kəndində yerləşən torpağa dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Əmlak hüquqlarının məcmusu miras aktivini, əmlak vəzifələrinin məcmusu isə miras passivini yaradır. Deməli, miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Mirasın tərkibində əşya hüququnun bir növü kimi mülkiyyət hüququnun xüsusi yeri var. Müxtəlif əşyalar (ev, mənzil, torpaq və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Yəni, üzərində tam mülkiyyət hüququ yaranmış əşyalar mirasın kütləsinə daxil ola bilər. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (rəsmi və qeyri-rəsmi) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun rəsmi üsulu dedikdə, vərəsənin mi rasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-rəsmi üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin mir as açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) y önələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin məhkəmələr tərfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə iddiaçı miras əmlakın qəbulu ilə bağlı mülki qanunvericilikdə imperativ norma kimi qeyd edi lmiş hərəkətlərin heç birini etməmiş yəni miras əmlakı nə faktiki qəbul etmiş, nə də notariusa qanunla müəyyən edilmiş vaxt ərzində müraciət etməmişdir. Həmçinin iddiaçı mərhum anasının ölümündən, eləcə də qardaşının ölümündən sonra onlardan miras qalmış bəzi əşyalarını qədimi xalça, dəmin qapı, bəzi inşaat materialların, yataq dəstləri və digər məişət əşyalarını götürərək istifadə etdiyini bildirsə də, bu barədə məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı ansının vəfat etdiyi vaxt Rusiya Federasiyasında 3 il məntəqə tipli cəzaçəkmə müəssisində cəza çəkməsi səbəbli Azərbaycan Respublikasına gələ bilmədiyini göstərsə də, onun təqdim etdiyi sənəddə onun xx xxxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək Rusiya Federasiyasında məntəqətipli cəzaçəkmə müəssisəs ində cəza çəkdiyi, həmin tarixdən azadlığa buraxıldığı məlum olur. İddiaçı xx xxxxxx 2009-cu il tarixdən azad olunsa da qeyd etdiyi əşyaları 2012-ci ildə götürdüyünü göstərir. İddiaçının miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməməsi onun iddia tələbindən də aydın olur. Belə ki, iddia tələblərindən biri mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması barədədir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uz ada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı heç bir üzrlü səbəb göstərmədən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, cavabdeh Cəlal Cəlilov vərəsə olaraq miras mülkdə yaşamaqla miras əmlakı qəbul etmiş və hal-hazırda da orada yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tu taraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2225/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2225/2020
23.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver