Məhkəmə qərarları › İş №2(102)-2226/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2226/2020

10.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2226/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(108)-194/2019 saylı qətnaməsindən iddiaçı X1 qəyyumu İddiaçı qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ə.Qarayev, iş № 2(110)-298/2019) iddiaçı X1 qəyyumu İddiaçı qızının cavabdehlər Cavabdeh1, Şərur rayon 1 saylı notariat kontoruna və üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və T orpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpağa dair verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.G.Kuimova, Ə.K.Allahverdiyev və M.D.Allahverdiyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şərur rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Şərur Rayonunun Axura kəndində yerləşən, 0.39 ha ölçüdə torpaq sahəsi X2 məxsus olmuş və Sədərək Rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən arvadı İddiaçı razılığı ilə Cavabdeh1 satılmı şdır. N 2009-cu ildən “şizofreniya paranoid forma dərin qüsur vəziyyəti, kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı poliklinikasında ambulator qaydada müalicə olunduğu üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə N fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə arvadı İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. 2019-cu ildə Heydər Şirəliyevin arvadı və qəyyumu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsini bağlayarkən ərinin anlaqsız vəziyyətdə olmasını əsas göstərməklə həmin müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilmə sinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək alqı-satqı müqaviləsi bağlanarkən notariat kontoruna təqdim olunmuş İddiaçı razılıq ərizəsindəki imzanın ona məxsus olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli mənzilin alqı-satqısına dair müqavilə 2003-cü ilin yanvar ayında bağlanmış, fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilməsinə səbəb olan xəstəliyindən isə müəyyən olunduğu kimi Heydər Şirəliyev 2009-cu ildən ambulator qaydada müalicə olunmağa başlamış və müqavilədən təxminən 15 il sonra fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmışdır. Göstərilən vəziyyətdə Nin torpaq sahəsini satarkən anlaqsız vəziyyətdə olmasına dair iddiaçının göstərdikləri müqavilənin etibarsız sayılması üçün əsas verməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayı lmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) 2003-cü ilin yanvar ayında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb 2019-cu ildə, yəni təxminən 16 ildən sonra irəli sürülməklə qanunda müəyyən olunmuş 1 illik müddət ötürüldüyündən, işin həmin halı da iddianın təmin edilməsi üçün əsas verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya iddianın rədd olunmasını qanuni və əsaslı sayan apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərba ycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar