Məhkəmə qərarları › İş №2(102)-2227/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2227/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2227/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 (Muhumayevnaya) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və mə ruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(107)495/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2007-ci il tarixli, 663 nömrəli arayışa əsasən X1 adına Balakən şəhəri 1 may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala Rayon Ərazi idarəsində 1 nömrəli Reyestr kitabının 174-cü səhifəsində inventar uçotuna alınmışdır.

2. Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2 004-cü il tarixli qərarı ilə X3 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. X9 06 sentyabr 2007-ci ildə ölmüşdür.

4. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1yevnanın mərhum X6 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizəsi təmin edilmişdir. 5.1.Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli qətnaməsi əsasında Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 06 sentyabr 2007-ci ildə vəfat etmiş X4 vərəsəsi kimi onun miras əmlakından irs alması barədə 04 oktyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 oktyabr 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №-li Çıxarışla ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5.2.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 10 noyabr 2020-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxslər İddiaçı, X5 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. 6.1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh1yevnanın iddiası təmin edilərək, cavabdeh Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə ünvan 2 ünvanda yerləşən, eni 7,9 metr, uzunluğu 11,8 metr olan yaşayış evinin iddiaçı Cavabdeh1yevnanın adına daşinmaz əmlakin dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. 6.2.Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatmış iddiaçı Cavabdeh1yevnanın cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “ünvan 2 ünvanda 0,10 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(84)-786/2015 nömrəli iş üzrə inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında ərizəçilər İddiaçı və X2 ərizəsi mümkün sayılmamışdır. 6.3.Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizəçilər İddiaçı və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.1.Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 iddiaları təmin edilmiş, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. 7.2.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1yevna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7.3.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022ci il tarixli qərarı ilə Cavabdeh1yevna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7.4.Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazı əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi tam olaraq İddiaçı, fərdi yaşayış evi isə tam olaraq Cavabdeh1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 (Muhumayevnaya) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvandakı fərdi yaşayış evinə dair Cavabdeh1 (Muhumayevnanın) adına Daşınmaz Əmlakın Dövl ət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(019)-129/2024 nömrəli qətnaməsi ilə (hakim H.Q.Səlimov) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh1 (Muhumayevnanın) adına verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmasını, həmin torpaq sahəsinin miras əmlak olaraq Cavabdeh1 (Muhumayevnanın) mülkiyyətinə keçməsi üçün əsas olmuş 04 oktyabr 2013cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mübahisəli ünvanda yerləşən 0,10 torpaq sahəsinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair 22 oktyabr 2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin məhz bu ləğv olunmuş sənədlərə əsasən Cavabdeh1 (Muhumayevnanın) mülkiyy ətinə keçməsini, həmin əsaslar aradan qalxdığından mübahisəli fərdi yaşayış evinin formal olaraq Cavabdeh1 adına qeydiyyatda qalmasını, bu qeydiyyatın İddiaçı hüquqlarını pozmasını nəzərə alaraq iddianı əsaslı hesab etmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini “Daşınmaz Əmlakın Reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(107)-495/2024 nömrəli qərardadı ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehdiyevdən və Ə.T.Məcidovdan ibarə t tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(019)129/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 5.1, 261.0.1, 262.3-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarinin 16.3-cü bəndinə istinad edərək göstərmi şdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı əsasında verilmişdir. Hazırki iddia da, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması inzibati iddiadır.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iddia tələbini təmin edərkən tələbin inz ibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələbi təmin etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(107)-495/2024 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 2.2, 261.0.1, 263.1, 385-386-cı maddələrinin tələbləri pozulmuşdur.

18. Belə ki, apellyasiya məhkəməsinin həmin qərardadı ilə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırmışdır. İddiaçı hazırki məhkəməyə qədər Şəki İnzibati Məhkəməyə müraciət etmiş və həmin məhkəmənin qərardadı ilə iddiaçının şikayəti qeyri-mümkün hesab edilmişdir. İddiaçı bundan sonra yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bu ərizəsi də qeyri-mümkün hesab edilmişdir. Hazırki iş üzrə iddianın predmetini çıxarışın ləğv edilməsi təşkil etdiyindən, iddiaya mülki məhkəmə icraatın qaydasında baxıla bilərdi.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki pr osessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. İddiaçı apellyasiya in stansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Belə ki, hazırki iddia üzrə ləğv edilməsi xahiş olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati məhkəmə icraatında qəbul olunan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarının icrası qaydasında veril mişdir. Belə olan halda, həmin çıxarışın mübahisələndirilməsi də məhz həmin icraatda həyata keçirilməlidir.

26. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarından inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında İddiaçı ərizəsi Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Lakin, həmin qərardadın məzmunundan müəyyən olunur ki, ərizənin qeyri-mümkünlüyün əsası kimi inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında ərizə vermiş şəxslərin proses iştirakçısı olmamaları və onların belə ərizə vermək hüquqlarının olmaması, habelə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 3 il müddətin keçməsi olmuşdur.

27. Lakin, nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəz ərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.

29. Göründüyü kimi, iddiaçının tələbinin hazırki icraatda baxılmasının qeyrimümkünlüyü onun mülkiyyət və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasına səbəb olmur və maraqlarına toxunan şəxs kimi inzibati icraat qaydasında üçüncü şəxs qismində cəlb olunması ilə bağ lı vəsatət vermək hüququ qalmaqdadır. 30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya inzibati məhkəmədə icraatında baxılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(107)-495/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar