Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2227/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) töhmət, şiddətli töhmət, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-630/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin direktorunun “Töhmət verilməsi” haqqında 1 4 mart 2024-cü il tarixli, 74 saylı əmrindən görünür ki, məktəbin müəllimi İddiaçı 14 mart 2024-cü il tarixdə müavinlərin iş otağına gələrək hay-küy salmış, məktəbin daxili nizam – intizam qaydalarını pozmuşdur, İddiaçı şər-böhtan xarakterli ifadələrlə məktəb rəhbərliyini günahlandırmışdır. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. Tərtib edilmiş akta və məktəbin daxili nizam – intizam qaydalarını pozduğuna görə İddiaçı “Töhmət” verilmişdir (əsas: 14 mart 2024-cü il tarixli akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsi).
2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin direktorunun “İntizam tənbehi verilməsi” haqqında 26 mart 2024-cü il ta rixli, 81 saylı əmrdən çıxarışdan görünür ki, 19 mart 2024-cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar toplantı keçirdiyi zaman məktəbin müəllimlər İddiaçı və X3 otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər. Məktəb rəhbərliyinə qarşı qeyri-etik hərəkətlər etdiyi üçün müəllimlər otağında olan müəllimlərlə İddiaçı arasında qarşıdurma yaranmış və müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə, məktəbin müəllimləri İddiaçı və X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Müəllimlərin iştirakı ilə tərtib edilmiş aktı və verilən təqdimatı nəzərə alaraq, məktəbdaxili nizam-intizam qaydala rını kobud şəkildə pozduğuna və 14 mart 2024-cü il tarixdə aldığı töhmətdən nəticə çıxarmadığına görə İddiaçı sonuncu xəbərdarlıqla “Şiddətli töhmət" verilməsi, məktəbdaxili nizam-intizam qaydalarını pozduğuna görə X1 “xəbərdarlıq” verilməsi əmr edilmişdir (əsas: Tədris işləri üzrə direktor müavini Nümayəndə1 xx.xx.2024 cü il tarixli təqdimatı, 19 mart 2024-cü il tarixli akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi).
3. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktorunun “Əmək müqaviləsinə xitam verilməsi” barədə 17 aprel 2024-cü il tarixli 97 saylı əmrindən görünür ki, “tədris köməkçi heyət bölməsində müəllim vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 70 "ç" bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən 18 aprel 2024 tarixindən xitam verilmiş, işçinin 27 avqust 2012 tarixdən 18 aprel 2024 tarixə qədər istifadə edilməmiş 36 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə olunması, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
4. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin direktorunun “Əmək müqaviləsinə xitam verilməsi” barədə 17 aprel 2024-cü il tarixli 97 saylı əmrindən görünür ki, 8 apr el 2024-cü il tarixdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində dərs saatı bitdikdən sonra şagirdlər tərbiyəçilərə təhvil verilərkən 6A sinif şagirdi Şahid4 ağlayaraq texnologiya müəllimi İddiaçı onu döydüyünü, sağ qolunu zədələdiyini bildirmişdir. Sinif yoldaşları da Adəmin dediklərini təsdiq etmişlər. Məktəbin tibb məntəqəsində şagird müayinə olunmuş və alınmış zədə barədə tibbi rəy verilmişdir. Adəmin valideyni müəllim zorakılığı barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Məktəb rəhbərliyi İddiaçı ilə telefon əlaqəsi yaradaraq sabah işə gələrkən şagirdin döyülməsi ilə bağlı vəziyyəti aydınlaşdırmağı nəzərinə çatdırmışdır. Saat 15 radələrində İddiaçı ilə özünü onun qardaşı Vüqar Səmədli kimi təqdim edən hərbi geyimli bir nəfər gələrək dire ktorun iş otağında “sən burada və təhsildə təsadüfü adamsan” deyərək, təhqiredici ifadələrlə direktoru və yuxarı təşkilatları təhqir etdi, öz hərbi rütbəsindən istifadə edərək direktora hədə-qorxu gəldi. İddiaçı bu hadisələr barədə izahat yazması nəzərinə çatdırılsada, o izahat yazmaqdan imtina etmişdir. 17 aprel 2024-cü il tarixdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində məktəb pedaqoji şurasının iclası keçirilmişdir. İclasda müzakirə olunan məsələlərdən biri də texnologiya müəllimi İddiaçı 6A sinif şagirdi Şahid4 qarşı zorakılıq tətbiq etməsi məsələsi olmuşdur. Pedaqoji şurada müzakirələrdən sonra İddiaçı işdən azad olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixində aldığı “Töhmət” və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”də n nəticə çıxarmadığını, məktəbin daxili nizam-intizam qaydalarını pozaraq şagirdə qarşı zorakılıq etdiyini, pedaqoji şuranın iclasının qərarını nəzərə alaraq və məktəbin həmkarlar komitəsinin 17 aprel 2024-cü il tarixli iclasının protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən məktəbin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 18 aprel 2024-cü il tarixdən ləğv edilməsi və son haqq-hesabının baş mühasib tərəfindən hesablanaraq ödənilməsi əmr edilmişdir (əsas: məktəb pedaqoji şurasının 17 aprel 2024-cü il tarixli iclasının 4 nömrəli protokolu, 8 aprel 2024-cü il traixli akt, məktəbin həmkarlar komitəsi idarə heyətinin 17 aprel 2024-cü il tarixli protokolu, müəllim və tərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy).
5. Sağlamlıq imka nları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının 18 mart 2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı rəhbərlik tərəfindən verilən töhmət qanuna uyğun hesab edilmiş, təklif səsə qoyulmuş və qəbul edilmişdir.
6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının 27 mart 2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı rəhbərlik tərəfindən verilən şiddətli töhmət qanuna uyğun hesab edilmiş, təklif səsə qoyulmuş və qəbul edilmişdir.
7. Həkim Şahid10 və tibbi bacısı S.Ə.Ramazanova tərəfindən tərtib edilmiş 8 aprel 2024-cü il tarixli tibbi rəydən görünür ki, 8 aprel 2024-cü il tarixdə saat 13:40 radələrində 6a sinfinin şagirdi Şahid4 həyacanlanmış, ağlamış bir vəziyyətdə tərbiyəçi Şahid2 ilə birgə tibb məntəqəsinə gəldilər. Şahid4 şikayətlərini dinlədi. O, müəllim İddiaçı tərəfindən qorxudulub və sağ qolunu sıxaraq vurduğunu dedi. Tibbi baxış zamanı uşağın sağ qolunun said nahiyyəsinin sıxılmasını, dərisinin qızarması və cızılmasını göründü. Tibb bacısı ilə birgə ilkin tibbi yardım göstərərək, şagirdi sakitləşdirməyə çalışıblar; - X8 tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin direktoruna ünvanlanmış 09 aprel 2024-cü il tarixli ərizədən görünür ki, 08 aprel 2024-cü il tarixdə müəllim İddiaçı övladı Şahid4 qolunu dartaraq qolunda iz buraxıb. Gələcəkdə bir daha təkrarlanarsa tədbir görülməsini xahiş etmişdir.
8. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Nümayəndə4 tərəfindən məktəbin həmkarlar komitəsinə ünvanlanmış 09 aprel 2024-cü il tarixli 425 saylı məktubundan görünür ki, 08 aprel 2024cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində dərs saatı bitdikdən sonra şagirdlər tərbiyəçilərə təhvil verilərkən 6A sinif şagirdi Şahid4 ağlayaraq texnologiya müəllimi İddiaçı onu döydüyünü, sağ qolunu zədələdiyini bildirmişdir. Sinif yoldaşları da Adəmin dediklərini təsdiq etmişlər. Məktəbin tibb məntəqəsində şagird müayinə olunmuş və alınmış zədə barədə tibbi rəy verilmişdir. Adəmin valideyni müəllim zorakılığı barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Məktəb rəhbərliyi İddiaçı ilə telefon əlaqəsi yaradaraq sabah işə gələrkən şagirdin döyülməsi ilə bağlı vəziyyəti aydınlaşdırmağı nəzərinə çatdırmışdır. Saat 15 radələrində İddiaçı ilə özünü onun qardaşı Vüqar Səmədli kimi təqdim edən hərbi geyimli bir nəfər gələrək direktorun iş otağında “sən burada və təhsildə təsadüfü adamsan” deyərək, təhqiredici ifadələrlə direktoru və yuxarı təşkilatları təhqir etdi, öz hərbi rütbəsindən istifadə edərək direktora hədə-qorxu gəldi. İddiaçı bu hadisələr barədə izahat yazmas ı nəzərinə çatdırılsa da, o izahat yazmaqdan imtina etmişdir. 14 mart 2024-cü il tarixində “Töhmət” və 26 mart 2024-cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələr inin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Tərtib edilmiş aktları, izahatları, tibbi rəyi və əvvəllər aldığı “Töhmət” və “Şiddətli töhmət”i nəzərə alaraq məktəbin müəllimi İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclas ında müzakirə edilməsi və münasibət bildilməsi xahiş edilmişdir.
9. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində keçirilən Pedaqoji şura iclasının 04 nömrəli 17 aprel 2024-cü il tarixli protokolundan çıxarışdan görünür ki, texnologiya müəllimi İddiaçı işdə yol verdiyi nöqsanlara görə aldığı töhməti və şiddətli töhməti, şagirdə qarşı zor tətbiq etməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunması, onunla bağlanan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və məsələnin müzakirəsi üçün məktəbin həmkarlar komitəsinə məktub göndərilməsi qərara alınmış, qərar səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.
10. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublik a xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının 04-1 saylı 17 aprel 2024-cü il tarixli protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı işdən azad olunmasını yekdilliklə qanuna uyğun hesab etmişlər, təklif səsə qoyulmuş və qəbul edilmişdir. 11. 25-ci Polis Şöbəsinin 23 aprel 2024-cü il tarixli H-2882 saylı məktubundan görünür ki, İddiaçı barəsində daxil olan şikayət 17 aprel 2024-cü il tarixdə Elida Həsənova tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-də heç bir şikayət və tələbinin olmaması ilə bağlı yazdığı ərizəsi nəzərə alınaraq müraciəti etibarsız hesab edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müfafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01 iyul 2024-cü il tarixli 3-17-5/2-S-41874/2024 saylı məktubdan görünür ki, araşdırma zamanı təqdim etdiyi izahatda əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini, xitam verilərkən son haqq-hesabın düzgün ödənilmədiyini bildirmiş və izahatına əmək haqqı bank hesabından çıxarış əlavə edib. Müraciəti ilə əlaqədar Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ünvanına (AZ1119, Bakı şəhəri, Nizami rayonu, X10 3) tərəflərindən 3-17-5/2-24060/2024 nömrəli xx.xx.2024-cü ii tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblər inə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən, eyni zamanda tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Xüsusi İnternat Məktəbi arasında bağlanmış 27 avqust 2012-ci il tarixli əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixdə məktəbin pedaqoji şurasının 17 aprel 2024-cü il tarixli iclas protokolu və Həmkarlar İttifaq Komitəsinin iclas protokoluna əsaslanaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallar: əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi, son haqq-hesabın gecikdirilərək 02 may 2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsuı İnternat Məktəbinin direktoru Nümayəndə4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işçinin işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi) maddəsinin tələblərin uyğun olaraq 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırı lması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 1 yanvar 2025-ci tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır.
13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı və Laura Səmədovaya ünvanlanmış 14 iyun 2024-cü il tarixli 326-69/2-SA/179/2-4 saylı məktubdan görünür ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin işçiləri tərəfindən ünvanlanmış bir çox müraciətləri nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsi İdarəsinin müvafiq əmrinə əsasən müəssisədə təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoj və mıetodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işl ərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilmişdir. Monitorinqin nəticəsi olaraq BŞTİ tərəfindən məktəb rəhbərliyi barəsində müvafiq tədbirlə görülmüşdür. Əlavə olaraq bildirirlər ki, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsus internat məktəbin direktoru tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əməl mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Hüquqlarının pozulduğunu hesat edirlərsə, müv afiq qaydada məhkəməyə müraciət edə bilərlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli töhmət, 26 mart 2024-cü il tarixli şiddətli töhmət, 17 aprel 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, onun "texnologiya" fənni üzrə müəllimə işinə bərpa olunması və məcburi işburaxma müddəti üzrə 18 aprel 2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, o, 2008-ci ilin fevr al ayından sağlamlıq imkanları məhdud uşaqlar üçün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində "texnologiya" fənni üzrə müəllimə vəzifəsində işləyir. Qeyd edir ki, əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində işlədiyi məktəbdə davranış qaydalarının tələblərini pozmayıb, nizam-intizam məsuliyyətinə cəlb edilməyib və rəhbərlik tərəfindən nə yazılı, nə də şifahi töhmət almayıb, lakin 2022-ci ilin dekabr ayında işlədiyi məktəbdə yeni direktor vəzifəsinə Nümayəndə4 təyin olunduqdan sonra, onun işində artıq problemlər yaranmağa başlayıb. Belə ki, ilk növbədə məktəb rəhbərliyi tərəfindən 5 sinfin bağlanmasını əsas gətirilərək, onun dərs saatını 24 saatdan 20 saata kimi azaldıb. Lakin nədənsə dərslərin azalması diaqnostika zamanı onunla eyni diapazonda bal y ığmış müəllimlərə təsir göstərməyib. Baş verənlərlə bağlı dəfələrlə rəhbərliklə danışıqlar aparmağa, yaranmış mübahisəni aradan qaldırmağa çalışsa da, heç bir nəticəsi olmayıb. Onun öz əmək haqqlarını tələb etməyi və məktəbdə baş verən qanunsuzluqlara etiraz etməyi məktəbin rəhbərliyini narahat edib. 18 mart 2024-cü il tarixdə direktor Nümayəndə4 ona bildirib ki, guya ki, o, direktor müavinlərinin üstünə hücum edib və buna görə də, onun barəsində akt yazıb həmkarlar üzvləri qarşısında məsələ qaldırıb, ona "şiddətli töhmət" verəcəkdir. Hətta bununla əlaqədar direktor müavini Şahid28 akt hazırlayaraq müəllimə Şahid9 yaxınlaşıb ondan aktı imza etməyi istəyib, lakin Şahid9 aktı imzalamaqdan imtina edib və bildirib ki, "mən mübahisə zamanı, həmin vaxt orada olmamışam və görmədiyim hadisəyə görə imza edə bilmərəm”. Bayramdan sonra isə 26 mart 2023-cü il tarixdə o, işə çıxandan sonra məlum olub ki, guya ki, direktor müavinləri ilə mübahisə etdiyinə görə 14 mart 2023-cü il tarixdə ona qəsdən "töhmət" veriblər. Lakin bu halda sual yaranır: nəyə görə mənə 14 martda verilən cəza ayın 15, 18, 19-da yox, yalnız bayramdan sonra 26 martda elan edilib? Nəyə görə o, direktoru 18 və 19 mart tarixində onu məktəbdə görərkən, ona "töhmət" barədə bir söz deməyib? Bunun səbəbini o, onda görür ki, 20 mart 2024-cii il tarixdə ona axşam saat 18:00 radələrində müəllimə Şahid6 zəng edib və 45 dəqiqəlik söhbət ərzində inandırmaq istəyib ki, o, məktəb direktorunun özbaşına hərəkətləri barədə şikayət edib və hətta aylarla işə gəlməyib dövlətə böyük miqdarda ziyan vurub, onu təhqir etmiş Bahar Kazımovadan üzr istəsin. O, razılıq verməyib öz hüquqlarını müdafiə və tələb etməkdə davam edəcəyini bildirsə də, direktor əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq keçmiş tarixlə ona "töhmət" verib. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, 19 mart 2024-cü ilə kimi barəsində heç bir "töhmət" verilməyib. Daha sonra 27 mart 2024-cü il tarixdə saat 12:47-də direktorun katibəsi ona zəng edərək bildirib ki, məktəbin həmkarlar komitəsinin sədri Ərəstun müəllimə yaxınlaşsın. Onun yanına gəldikdə isə, məlum olub ki, 26 mart 2024-cü il tarixdə direktor Nümayəndə4 ona "şiddətli töhmət" verib. Ondan soruşanda ki, nəyə görə indi məlumat verirlər, o bildirdi ki, özü bu barədə indi xəbər tutub. Yenə sual yaranır: nəyə görə ona 19 martda baş vermiş hadisəyə görə 26 martda verilən cəza həmin tarixdə yox, 27 martda elan edilib? Nəyə görə həmkarlar təşkilatının sədri bu barədə yalnız saat 12:45 radələrində xəbər tutub? Nəyə görə ona "töhmət” yalnız Qərbi Azərbaycan təşkilatının Nizami rayon bölməsinin əməkdaşı Xəqani müəllimlə söhbət zamanı Bahar Kazımova ilə barışmaqdan imtina etdikdən sonra verilib? Cavab aydındır: hər iki halda direktor Nümayəndə4 görüb ki, o, haqları uğrunda mübarizəni davam edəcək və bu səbəbə görə köhnə tarixlə ona cəza verib. Məqsəd isə onu işdən çıxartmaqla digər işçiləri də qorxu içində saxlamaqdan ibarətdir. Belə olduğu halda o, barəsində əsassız olaraq verilmiş əmrlərin ləğvi ilə bağlı mediasiyaya müraciət etməli olub. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təklif məktubu göndərildikdən sonra məktəbin direktoru Tariyel Əbkərov tərəfindən onunla ba ğlanmış əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixdə əsassız şəkildə və qərəzli şəkildə xitam verilib. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda səbəbsiz yerə işsiz qalıb. Heç bir əsas olmadan qanunsuz olaraq onun işdən azad olmağı onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmrlə tanış olmayıb və həmin əmrin surəti ona təqdim olunmayıb. Digər tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı əmək haqqı düzgün hesablanmayıb. Hesab edir ki, son haqq-hesabla bağlı əmək haqqı, eyni zamanda məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı ona ödənilməlidir. Qeyd edir ki, əmək mübahisənin həlli ilə bağlı mediasiya üçün mürac iət edilib. 16 may 2024-cü il tarixdə mediasiya baş tutub, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00254 saylı arayış verilib. Göründüyü kimi cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməyib. Məlum olduğu kimi cavabceh tərəfdən ona qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Nümayəndə4 məktəbə direktoru təyin olunduğu gündən kollektiv arasında ayrı-seçkilik və intriqa yaradıb, onu da şəxsi qərəzçilik səbəbindən əsassız işdən çıxarıb, qanunsuzluğa yol verərək əmək hüquqlarını kobud şəkildə pozub. Qeyd edir ki, onun əvvəllərdə etdiyi qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yerləşdirilib. Qanunla işçinin iradəsinin əleyhinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb
16. Cavabdeh tərəfindən verilm iş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi məlumatların çoxu yanlış və şər - böhtan xarakterlidir. Azərbaycan Beynəlxalq Universitetini “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 2004-cü ildə bitirən İddiaçı 06 fevral 2008-ci il tarixində Kar uşaqlar üçün 1 nömrəli internat məktəbində müəllim deyil, tərbiyəçi vəzifəsinə işə qəbul olunub. 15 sentyabr 2011ci il tarixində isə əmək müəllimi vəzifəsinə təyin olunub. Məktəbin idman müəllimi Bahar Kazımova ilə aralarında baş verən şəxsi münaqişəyə görə, İddiaçı məktəb direktorundan qarşı tərəfin cəzalandırılmasını tələb edib. Qarşı tərəf ümumiyyətlə İddiaçı təhqir etmədiyini bildirib. Buna görə də, məktəb rəhbərliyi ona şərəf və ləyaqətinin təhqir edildiyi halda məhkəməyə müraciət etməsini tövsiyyə edib. Əlavə olaraq Bahar Kazımova məktəbdə etik qaydaları pozduğuna görə 04 aprel 2024-cü il tarixli 89 nömrəli əmrə əsasən “Xəbərdarlıq” alıb. Bahar Kazımovanın dərslərdə iştirak etməməyi ilə bağlı iddia yanlışdır, sentyabr ayından bu günə qədər dərslərdə mütəmadi olaraq iştirak edir. Dərs bölgüsü zamanı müəllimin topladığı bal, ixtisası və iş təcrübəsi ilə yanaşı, həmin müəllimin şagirdlərlə işləmə bacarığı, məktəbdaxili qaydalara riayət etməsi də nəzərə alınır. İd diaçı dekabr, yanvar, fevral aylarında əvəzçilik saatı ilə təmin olunub, dərs dediyi fənnə və dərs cədvəlinə uyğun olan halda yenə də əvəzçilik saatının verilməsinin nəzərdə tutulduğu, müəllimin özünə də əvvəlcədən məlumat verilib. Məktəbdə heç bir texnologiya müəllimi İddiaçı qeyd etdiyi kimi 26 saat dərs yükü ilə təmin edilməyib. Texnologiya müəllimlərinin dərs bölgüsü aşağıdakı kimidir (dərs yükü və diaqnostik göstəriciləri): Şahid27 22, 36; X19 24, 25; X15 21, 13; X6 24, 21; X11 24, 37; X16 24, 30; X20 21, 16; X23 24, 26; X12 24, 29; X13 24, 29; X21 24, 22; Şahid29 22, 28; Şahid30 İsaq 20, 31; X7 (Novruzova Şamama) 18, MİQ; İddiaçı 20, 25; X17 22, 21. 17. 14 mart 2024-cü il tarixində İddiaçı müavinlərin iş otağında Nazirlikdən gələn məktuba niyə ondan soruşmadan, məsləhətləşmədən cavab verildiyinə görə səs-küy salaraq daxili nizamintizam qaydalarını pozub. Müavinləri günahlandıraraq hədə-qorxu gəlib. Buna görə də, aktlaşdırılaraq intizam tənbehi “Töhmət” verilib. Şahid9 həmin vaxt müəllimlər otağında olsa da, aktı imza etməkdən imtina edib. 19 mart 2024-cü il tarixində İddiaçı müəllimlər otağına gələrək səs-küy salıb, direktorla mübahisə etməyə başlayıb, nalayiq, xoşagəlməz ifadələr işlədib, hücum xarakterli əl-qol hərəkətləri edib, direktor müavinlərini və direktoru təhqir edib, emosional şəkildə direktora “anam deyir ki, it-itə hücum edər” ifadəsini işlədib. Bu hərəkətləri həmin vaxt müəllimlər otağında olan müəllimlərin ciddi narazılığına səbəb olub və həmin vaxt otaqda olan müəllimlər tərəfindən aktlaşdırılıb. Novruz bayramı tədbirləri ilə əlaqədar olaraq bayramdan sonrakı ilk iş günündə, məktəbdaxili etik-davranış qaydalarını pozduğuna görə İddiaçı 26 mart 2024-cü il tarixli 81 nömrəli əmrlə sonuncu xəbərdarlıqla “Şiddətli Töhmət” verilib, iddiaçının yazdıqlarının əksinə olaraq, ona verilmiş intizam tənbehləri haqqında əmrlərlə həmin günləri onun özü şəxsən tanış olub və imza edib (əlavə olunur). İddiaçı özünün hərəkətlərinə don geyindirmək üçün aidiyyəti dövlət qurumlarına və sosial şəbəkələrə əsassız məlumatlarla müraciət edir. 08 aprel 2024-cü il tarixində 6a sinif şagirdi Şahid4 döyərək (bu haqda sənədlər təqdim olunur) sağ qolunu zədələyib (yeri gəlmişkən, uşaqları döymək onun işlədiyi dövrdə əvvəllər də baş verib). 17 aprel 2024-cü il tarixdə keçirilən pedaqoji şuranın qərarını və məktəbin Həmkarlar Komitəsinin qərarını nəzərə alaraq 17 aprel 2024-cü il tarixli 97§ 2 nömrəli əmrlə 18 aprel 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Onun əmək haqqı və son haqq-hesabı mühasibatlıq tərəfindən hesablanaraq ödənilib. İşdən azad olunan İddiaçı əmək kitabçasını götürməyib. Əmək kitabçasını götürmək üçün ona rəsmi müraciət olunub (sənədlər əlavə olunur). İddiaçı öz ərizəsində məktəbdə Qərbi azərbaycanlıların sıxışdırıldığını dəfələrlə qeyd edir və bu barədə bütün təşkilatlara məlumatlar verir. Bu məsələni aydınlaşdırmaq üçün Qərbi Azərbaycan təşkilatının nümayəndəsi həmin bölgədən olan müəllimlərlə görüşüb və bunun yalan məlumat olduğu təsdiqini tapıb. Bundan sonra İddiaçı öz xislətinə uyğun olaraq həmin nümayəndə haqqında şər-böhtan xarakterli məlumatlar yaymağa başlayıb. İddiaçı şəxsi münasibətdə old uğu müəllimlərlə aralarında olan söhbətləri qabardır. Görəsən kiminləsə etdiyi şəxsi söhbətlər onun məktəb tərəfindən hüquqlarının pozulması deməkdirmi? İddiaçı qardaşı polkovnik rütbəli Nümayəndə2 bildikləri qədər hüquqşünasdır. Ancaq o da vəzifəsindən istifadə edərək, məktəbə gəlib, direktorun iş otağında direktora qarşı kobud ifadələr işlədərək hədə-qorxu gəlib. Bu barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə müraciət ünvanlanıb. Orada aparılan araşdırmalardan sonra toplanmış materiallar Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilib (məktubun surəti əlavə olunur). Yazılmış iddia ərizəsini də İddiaçı özü yox, məktəbdə baş verən hadisələrə düzgün qiymət verməyən şəxs yazıb. İddia ərizəsində Azərbaycan Konstitusiyasının, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlar ının, Əmək Məcəlləsinin maddələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, Mülki-Prosessual Məcəlləsinin maddələrinin bəzi müddəaları təsbit olunub. İddia ərizəsini yazan şəxs bu qədər qanunları məhkəməyə xatırlatmaqdansa, İddiaçı onun müəllim vəzifəsini xatırlatsaydı daha yaxşı olardı. Məktəbdaxili nizamintizam qaydalarını, müəllimlərin etik-davranış qaydalarını İddiaçı öyrətsəydi, yəqin ki, iddiaçı öz müəllim vəzifəsini düzgün başa düşərdi və öz işində bəlkə də məsuliyyətli olardı. İddiaçı şəxsi münasibətdə olduğu müəllimlərlə aralarında olan söhbətləri qabardır. Görəsən kiminləsə etdiyi şəxsi söhbətlər onun məktəb tərəfindən hüquqlarının pozulması deməkdirmi? Guya rəhbərlik əvəzçilik dərslərini öz yaxınlarına yazdıraraq pulları mənimsəyib. Əziyyət çəkib dərs deyərək pul qaz anan müəllim yoldaşlarına böhtan atan bir şəxsə nə ad vermək olar? Bu dərs ilində ən çox əvəzçilik saatı ilə dərs deyən müəllimlərdən biri də elə İddiaçı özü olub. İddiaçı əvəzçilik saatından aldığı pulu görəsən özü xərcləyib, yoxsa kiməsə verib? İddiaçıyazdığına görə məktəbdə işləyənlər, müavin və direktorlar hök mən defektoloq olmalıdırlar. Heç bir yerdə belə bir qanun yoxdur. İddiaçı özü məgər defektoloqdur? Bir sözlə, İddiaçı yalan məlumatlar verməklə məşğuldur, nəyə görəsə illərdir bir yerdə çalışdığı müəllim yoldaşlarına böhtan atmaqla məktəbdə normal dərs prosesinə mane olur.
18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(007)- 2138/2024 nömrəli qətnaməsi ilə (hakim Şahid26) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsa slandırmışdır ki, işin hallarına əsasən, iddiaçı dərs saatının həcmi ilə bağlı yaranmış narazılıqla bağlı aidiyyəti orqanlara müraciət etmiş, məktəbə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş müraciət müvafiq qaydada cavablandırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə müavinlərin iş otağına daxil olaraq daxil olmuş müraciətə ona məlumat verilmədən cavablandırılmasının, dərs bölgüsünün düzgün aparılmamasının səbəbini soruşmuş, bu zaman direktor müavini Nümayəndə1 onun verdiyi sualları cavablandıraraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş müraciətin cavablandırılması üçün iddiaçının iştirakının zəruri olmadığını bildirmişdir. Həmin şəxslər arasında mübahisə yaranmış və Nümayəndə1 iddiaçıdan otağı tərk etməsini xahiş etmişdir.
20. Belə ki, məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direktor müavini Nümayəndə1, müəllimlər Fatma Mansurova, Şahid15, Şahid9, Ülviyyə Əsgərova, Şahid11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, məktəbin texnologiya müəllimi İddiaçı müavinlərin iş otağına gələrək, məktəbə gələn məktuba niyə ondan soruşmadan, onun özü ilə məsləhətləşmədən cavab verildiyinə görə səs-küy salaraq daxili nizam-intizam qaydalarını pozub. Müxtəlif fənlərdən verdiyi imtahanların (DQ) nəticələrini toplayaraq bir bal kimi göstərmədiyi üçün ayrı-ayrı fənlərdən əvəz olunan dərsləri əvəz etmə üçün hansı müəllimlərə verildiyini ona məlumat verilmədiyini əsas götürərək direktor müavini Nümayəndə1 günahlandıraraq, hədə-qorxu gəlirdi. Şər-böhtan xarakterli ifadələrlə məktəb rəhbərl iyini günahlandırırdı. Qeyd edirlər ki, İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur.
21. X24 istisna olmaqla, onu tərtib edənlər tərəfindən imzalanmışdır. Bundan sonra isə məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direltor müavini Nümayəndə1 qeyd edilən hadisə ilə bağlı məktəbin direktoruna təqdimatla müraciət etmişlər.
22. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının tədqiqi zamanı xx.xx.2024-cü il tarixdə müavinlərin iş otağında baş verən hadisə ilə bağlı təfərrüatlı məlumat əldə etmişdir. Belə ki, iddiaçı ilə müavinlərin iş otağında Nümayəndə1 və digər şəxslər arasında mübahisə olduğu, mübahisənin səbəbinin isə ilkin olaraq məktəbə daxil olmuş müraciətin iddiaçının iştirakı olmadan cavablandırılması o lmuşdur. Mübahisənin gedişi zamanı həm iddiaçı, həm də Nümayəndə1 bir-birilərini hər hansı məhkəmə mübahisəli və ya digər aidiyyəti orqanlarda öz təsdiqini tapmamış müxtəlif hallarla ittiham etmişlər. Məsələn iddiaçı digər müəllimlərin dərs saatlarını mübahisələndirməklə yanaşı, məktəb tərəfindən müəllimlərdən qanunsuz pul yığılması barədə, Nümayəndə1 isə iddiaçı tərəfindən jurnalistlərə məktəb barəsində şər-böhtan xarakterli məlumatların çatdırılması barədə ifadələr səsləndirilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, mövcud mübahisəli hal iddiaçıya töhmət verilməklə həll edilməli deyildi. Mübahisələndirilən əmrdə qeyd edilən digər məsələlər bundan ibarətdir ki, iddiaçı dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. Lakin qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmam ışdır.
24. Bundan başqa, qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Hazırda isə mübahisələndirlən əmr tərtib edilməmişdən əvvəl iddiaçının izahatının alınması və ya onun izahat verməkdən imtina etməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
25. Bu səbəblərdən məhkəmə hesab etmişdir ki, hazırkı iddianı “cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsində təmin edilməlidir.
26. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli 81 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqın da əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin əmrə əsasən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin qəbul edilməsinə direktor müavini Nümayəndə1 təqdimatı, xx.xx.2024-cü il tarixli akt və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi əsas olmuşdur. Əmrə əsasən 19 mart 2024-cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar toplantı keçirdiyi zaman məktəbin müəllimləri İddiaçı və X3 otağa daxil olaraq səs-küy salmaqla direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər. Məktəb rəhbərliyinə qarşı qeyri-etik hərəkətlər etdiyi üçün müəllimlər otağında olan müəllimlərlə İddiaçı arasında qarşıdurma yaranmış və müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə, məktəbin müəllimləri İddiaçı və X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin B bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Müəllimlərin iştirakı ilə tərtib edilmiş aktı və verilən təqdimatı nəzərə alaraq, məktəbdaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna və xx.xx.2024-cü il tarixdə aldığı töhmətdən nəticə çıxarmadığına görə onunla bağlı mübahisələndirən əmr verilmişdir.
27. Belə ki, iş materiallarında olan tədris işləri üzrə direktor müavini Nümayəndə1, müəllimlər Şahid29, Şahid18, Şahid32, Şahid35, Şahid9, Şahid12, Şahid34, Elşən Cəfərova, Şahid14, Şahid19, Şahid25, Qisbəst Əliyeva, Şahid31, Şahid33, Şahid11, Şahid30, Şahid20, Şahid24, Şahid15, Şahid22, Süvda Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür k i, xx.xx.2024- cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə bayramlaşarkən məktəbin müəllimi İddiaçı və Aybəniz Hacıyeva otağa daxil olaraq səs-küy salaraq direktorlarla mübahisə etməyə başlamış, xoşagəlməz ifadələr işlətmişlər.
28. İddiaçı direktor müavinlərini və direktoru təhqir etmiş, nizam-intizam qaydalarını pozmuş, emosional şəkildə direktora “anam deyir ki, it hücum edər” ifadələrini işlətmiş, məktəbdəki pedoqoji mühiti və bayram əhval-ruhiyyəsini pozmuşdur. Məktəb rəhbərliyinə qarşı müəllimə yaraşmayan qeyri-etik hərəkətlər etdiyi üçün həmin vaxt müəlimlərlə İddiaçı arasında yaranmış və müəllimlərin haqlı etirazına ilə üzləşmişdir.
29. Məhkəmə iclasında həmin aktın tərtibində iştirak etmiş şəxsin dindirilməsi təmin edilmiş, onların ifadələri ilə məlum olmuşd ur ki, xx.xx.2024-cü il tarixdə iddiaçı jurnalın götürülməsi üçün müəllimlər otağına daxil olmuş, bu zaman məktəbin direktoru müəllimləri Novruz Bayramı münasibəti ilə təbrik etmişdir. İddaçı ilə direktor arasında sözsöhbət yaranmış, bundan sonra iddiaçı otağı tərk edib, bir müddət sonra isə otağa daxil olaraq, direktora iş üzrə tərəflərin və şahidlərin fərqli şəkildə ifadə etdiyi sözləri səsləndirmişdir. İddiaçı qeyd edir ki, o, direktora deyib ki, anası dedi ki, “insan insanın üstünə hücum etməz, it itin üstünə hücum edər”, yəni o, it deyil. Məktəbin nümayəndələri isə iddiaçı tərəfindən direktora “anam deyir ki, it itə hücüm edər” dediyini qeyd etmişlər. Məhkəmə iclasında iştirak etmiş və xx.xx.2024-cü il tarixdə müəllimlər otağında olan şahidlər isə “insan insanın üzərinə hücum etməz, i t insanın üzərinə hücum edər”, “anam deyir ki, insan insana hücum etməz, it itə hücum edər”, “it itə belə etməz”, “it itə hücum edər”, “anam deyir ki, direktora deyərsən ki, “it itə hücum edər”” kimi ifadələr səsləndirmişlər.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir.
31. Mübahisələndirilən əmrdə göstərilməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin əmrin tərtib edilməsi üçün əsas səbəb iddiaçının direktora ünvanladığı sözlər olmuşdur.
32. Məhkəmə iclasında dindirilmiş və xx.xx.2023-cü il tarixdə müəllimlər otağında olan şəxslər həmin sözləri təhqir kimi qəbul etmişlər. İddiaçı isə həmin ifadə ilə özünü müdafiə etdiyini, direktora deyib ki, “anası dedi ki, insan insanın üstünə hücum etməz, it itin üstünə hücum edər”. Əlavə olaraq bildirmişdir ki, daha əvvəl direktor ona direktor müavinləri ilə arasında baş vermiş iş saatları ilə bağlı müzakirəyə görə müəllimlərə hücum etməməsini bildirilib və iddiaçının səsləndirdiyi ifadə isə direktorun “hücum” sözünə cavabı olmuşdur. Həmin ifadəsini deməklə, özünün “it” deyil, “insan” olduğunu, “hücum etmək” hərəkətinin insana deyil, itə məxsus davranış olmasını nəzərə çatdırmaq istədiyini bildirmişdir.
33. Göründüyü kimi, daha əvvəl iddiaçı ilə məktəbin direktorun arasında dərs saatlarının bölgüsü ilə bağlı müzakirələr olmuş və direktor iddiaçıya “müəllimlərə hücum” etməməsini bildirmişdir. Məhkəmə iclasında sədrlik edənin bununla bağlı verdiyi suallar direktor tərəfi ndən cavablandırılmamış, belə bir halın baş verməsinə etiraz etməmişdir. İddiaçının müəllimlər otağında digər müəllimlərin iştirakı ilə səsləndirdiyi fikirlər isə özünü müdafiə xarakterli olmuş və öz hərəkətini açıqlamaq niyyətində olmuşdur. Müəllimlər otağında olan və aktı tərtib edən müəllimlər isə iddiaçı ilə direktor arasında olan mübahisənin davamının, yalnız iddiaçının səsləndirdiyi cavabın şahidi olmuşlar.
34. Məhkəmə hesab etmişdir ki, iddiaçı müəllimlər otağında səsləndirdiyi fikirlər ilə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, müəllim etikasına yaraşmayan hərəkətlərə yol verməklə rəhbərlik və həmkarları ilə davranışında nöqsanlara yol vermişdir. Lakin qeyd edilən hərəkətlərin səbəbi məhkəmə araşdırması zamanı müəyyən edilmiş və iddiaçının səsləndirdiyi fikirlərin qərəzli deyil, özünümüdafiə xarakterli olması aydın olmuşdur. Bu səbəbdən qeyd edilən və əmrdə öz əksini tapan hərəkətlərə görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi məhkəmə tərəfindən ədalətli hesab edilmir. Belə ki, mübahisələndirilən əmrin tətqiqi zamanı iddiaçı ilə yanaşı Aybəniz Hacıyevanın da otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başladığı, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətdiyi qeyd edilmiş, sonuncuya xəbərdalıq verilməklə kifayətlənilsə də, iddiaçı barəsində daha sərt tədbir həyata keçirilmişdir. Əmrdə qeyd edilən hallar (iddiaçının kollektivdə digər işçilərlə kobud rəftar etməsi, təhqir etməsi) ilkin olaraq şəxsin barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əsas ola biləcək hallar ola bilməz və bu istiqamətdə işəgötürən tərəfindən digər addımlar atılması daha məqsədəmüvafiqdir.
35. Məhkəmə göstərilənləri, qeyd edilən bir neçə əsasa görə şəxs barəsində intizam tənbehinin tətbiq edilməsinin yolverilməz olmasını nəzərə alaraq hesab edir ki, əmr əsassızdır və ləğv edilməlidir. Qeyd edilməlidir ki, iddiaçı barəsində xx.xx.2024-ci il tarixdə töhmət verilməsi haqqında əmr verildikdən sonra həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin icalasında xx.xx.2024-cü il tarixdə müzakirə olunmuş və həmin tarixli, 3 nömrəli protokol tərtib edilmişdir. Bundan sonra iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmr verildikdən sonra, xx.xx.2024-cü il tarixdə həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin id arə heyətinin icalasında müzakirə olunmuş və həmin tarixli 3 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolların eyni nömrəli tərtib edilməsi qanuna müvafiq olmamaqla yanaşı, həmin protokolların eyni vaxtda tərtib edilməsi ilə bağlı şübhə doğurur.
36. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun "texnologiya" fənni üzrə müəllimə vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 97 saylı əmri ilə məktəbin texnologiya müəllimi İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini n “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsaslar Məktəb pedaqoji şurasının xx.xx.2024-cü il tarixli iclasının 4 nömrəli protokolu, xx.xx.2024cü il traixli akt, məktəbin həmkarlar komitəsi idarə heyətinin xx.xx.2024-cü il tarixli protokolu, müəllim və tərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy olmuşdur.
37. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.
38. Əmək M əcəlləsinin 80-ci maddəsi
1. Bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
39. Məhkəməyə xx.xx.2024-cü il ta rixli 97 saylı əmrini qəbul edilməsi üçün əsas olmuş sənədlər cavabdeh tərəfindən təqdim edilsə də, qeyd edilən sənədlər arasında cavabdeh tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına ünvanlanmış əsaslandırılmış yazılı təqdimat aşkar edilməmişdir. Mövcud məsələ ilə bağlı məktəbin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə məktubla məktəbin həmkarlar komitəsinə müraciət edildiyi müəyyən edilsə də, qeyd edən sənəd məktub formasında tərtib edilməklə, qoşma kimi heç bir sənəd təqdim edilmədiyi müəyyən edilmişdir. Mübahisələndirilən əmrin tərtib edilməsi əsaslarından biri kimi xx.xx.2024-cü il tarixdə iddiaçının 6A sinfinin şagirdi olan Şahid4 zədələməsi olmuşdur. Qeyd edilən hadisə baş verəndən sonra şagirdinin anası məktəbin direktoruna müraicət edərək, gələcəkdə bir daha be lə bir hal baş verərsə tədbir görülməsini xahiş etmiş, polis şöbəsinə vermiş olduğu ərizəsi heç bir şikayət və tələbini olmaması əsası ilə etibarsız hesab edilmişdir. Qeyd edilən halla bağlı heç bir araşdırma aparılmamış və Şahid4 qolunda olan izlərin iddiaçının təqsirli hərəkətləri ilə əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, Şahid4 və onun valideynlərinin məhkəmədə şahid kimi dindirilməsinin təmin edilməsi məqsədi ilə tədbirlər görülsə də, onlar məhkəmə iclasında iştirak etməkdən imtina etmişlər.
40. Məhkəməyə sübut kimi təqdim edilmiş “Whatsapp” proqramı vasitəsi ilə olan yazışmalarında onların iddiaçı ilə münasibətinin yaxşı olduğu müşahidə edilmişdir. Şahid4 qolunun cızılmasına məhz iddiaçının səbəb olması və ümumiyyətlə həmin halla bağlı məhz iddiaçı barəsində şikayətç i olmaları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
41. Mübahisələndirilən əmrdə qeyd edilən digər hal iddiaçının qardaşının direktora hədə-qorxu gəlməsi, təhqiredici ifadələr səsləndirməsi olmuşdur. Məhkəmə hesab etmişdir ki, başqa bir şəxsin əməlinə görə iddiaçının məsuliyyətə cəlb edilməsi və bunun iddiaçının işdən azad edilməsi əsaslarından biri kimi göstərilməsi qanunamüvafiq olmamışdır.
42. Mübahisələndirilən əmrin verilməsi əsaslarından biri kimi iddiaçının barəsində xx.xx.2024-cü il tarixdə töhmət və xx.xx.2024-cü il tarixdə şiddətli töhmət verilməsi haqqında əmrlər olmuşdur. Həmin əmrlər isə məhkəmənin yuxarıda gəlmiş olduğu qənaətinə əsasən ləğv edilmişdir.
43. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcılıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 74 saylı “töhmət verilməsi” haqqında intizam tənbehi, xx.xx.2024-cü il tarixli, 81 saylı “sosnuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2024-cü il tarixli 97 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçının barəsindəki hərəkətlərlə qərəzlilik göstərdiyi qənaətinə gəlmişdir.
44. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-S-41874/2024 saylı məktubdan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi, iddiaçıya son haqq-hesabın gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də, cavabde h məktəbinin direktoru Nümayəndə4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işçinin işdən çıxarkən on düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi) maddəsinin tələblərin uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bununla da, cavabdehin iddiaçının barəsində qərəzlilik göstərdiyi öz təsqini tapmışdır.
45. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, əmrin verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli əm rlər məhkəmə tərəfindən ləğv edilmiş, əmrdə müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir.
46. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 97 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir.
47. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş bura xma müddəti üçün əmək haqqı ödəməlidir.
48. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 46, 70, 80, 84, 186, 187 və 190-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
49. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin 14 mart 2024-cü il tarixli töhmət verilməsi barədə əmrin ləğv edilməsi ilə bağlı mövqeyi qanunveriliciliyin müddəaları və işin faktiki halları ilə əsaslandırılmamışdır. Belə ki, 14 mart 2024-cü il tarixli əmrin verilməsinə əsas qismində, 14 mart 2024-cü il tarix li akt və Azərbaycan Resublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin a bəndi çıxış etmişdir. Məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direktor müavini Nümayəndə1, müəllimlər Fatma Mansurova, Şahid15, Şahid9, Ülviyyə Əsgərova, Şahid11 tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli aktdan görünür ki, məktəbin texnologiya müəllimi İddiaçı müavinlərin iş otağına gələrək, məktəbə gələn məktuba niyə ondan soruşmadan, onun özü ilə məsləhətləşmədən cavab verildiyinə görə səs-küy salaraq daxili nizam-intizam qaydalarını pozmuşdur. Müxtəlif fənnlərdən verdiyi imtahanların (DQ) nəticələrini toplayaraq bir bal kimi göstərmədiyi üçün ayrı-ayrı fənlərdən əvəz olunan dərsləri əvəz etmə üçün hansı müəllimlərə verildiyini ona məlumat verilmədiyini əsas götürərək direktor mü avini Nümayəndə1 günahlandıraraq, hədə-qorxu gəlmişdir. Şərböhtan xarakterli ifadələrlə məktəb rəhbərliyini günahlandırırdı. İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. Bundan sonra məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direktor müavini Nümayəndə1 qeyd edilən hadisəilə bağlı məktəbin direktoruna təqdimatla müraciət etmişlər. İddiaçı tərəfindən yol verilən kobud davranışlara məhkəmə tərəfindən, “mövcud mübahisəli hal iddiaçıya töhmət verilməklə həll edilməli deyildi” deyə bir cümləylə münasibət bildirilmişdir. Halbuki hesab edir ki, məhkəmə tərəfindən baş verənlərə düzgün qiymət verilməmiş, iddiaçının yol verdiyi kobud pozuntuların nəticələri düzgün müəyyən edilməmişdir. Nəticədə məhkəmənin mövqeyi əsassız olmaql a yanaşı, həmçinin anlaşılmaz və qeyri-müəyyən olmuşdur. Belə ki, İddiaçı müavinlərin iş otağına gələrək orada mübahisə yaratması, əsassız tələblərlə çıxış etməsi, direktor müavini Nümayəndə1 günahlandıraraq ona hədə-qorxu gəlməsi, məktəb rəhbərliyini şər-böhtan xaraketrli ifadələrlə günahlandırması aktı təsdiq edən 7 nəfər tərəfindən öz təsdiqini tapmışdır. İddiaçının bu əsassız ittihamları və davakar davranışları daxili nizam-intizam qaydalarını pozmaqla yanaşı, 7 nəfər müəllimin mənafeyinə təsir göstərmiş, onların öz fəaliyyətləri, işləri ilə məşğul olmasına ciddi maneçilik yaratmış, nəticədə ümumilikdə işin gedişatına mənfi təsir göstərmişdir. Eyni zamanda, iddiaçının narazılığına səbəb olan “məktəbə gələn məktuba niyə ondan soruşmadan, onun özü ilə məsləhətləşmədən cavab verilməsi” mə sələsində tamamilə haqsız olması, məktuba cavab verilərkən tərəflə məsləhətləşmələrin aparılması qaydasının ümumiyyətlə mövcud olmamasını, iddiaçının əsassız olaraq mübahisə salmasını, müavinlərin iş otağında səs-küy yaratmasını təsdiq edir ki, bütün bu nəticələr daxili nizam-intizam qaydalarının kobud şəkildə pozuntu hesab olunur və bunun müqabilində töhmət tənbeh tədbirinin görülməsi hesab edirik ki, ədalətli və əsaslıdır. Digər tərəfdən, məhkəmənin diqqətinə çatdırırıq ki, işçidən baş verənlərlə bağlı yazılı izahat verilməsi şifahi şəkildə xahiş edilsə də, iddiaçı bundan şifahi şəkildə imtina etmişdir. Odur ki, izahatın alınmasının tələb edilməsi və ya izahatın verilməsindən imtina edilməsi barədə sübutları məhkəməyə təqdim etmək mümkün olmamışdır. Lakin qüvvədə olan qanunvericilikdə bu cür sübutların olması mütləq şərt kimi təsbit edilməmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Lakin bu tələbin yazılı və ya şifahi şəkildə olması mütləq şərt kimi qanunvericilkdə təsdiqini tapmamışdır. Digər tərəfdən, sözügedən izahatın verilməsinin tələb edilməsinə dair sübutların olmaması sözügedən 14 mart 2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki sözügedən əmr qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq, forma və məzmun baxımından, həmçinin istinad sənədləri baxımından əsaslı tərtib edilmişdir. Bundan əlavə, iddiaçının məhkəmədə təqdim etdiyi səs yazıları hesab edirik ki, mötəbər sübut kimi qəbuledilə və qətnamə qəbul edilərkən onlar a istinad edilə bilməz. Belə ki, həmin səs yazılarının nə zaman, hansı şəraitdə yazılması, kimə məxsus olması dəqiq məlum deyil. Səs yazılarında səsləri qeyd olunan həmin şəxslərin səs yazısının aparılmasından xəbərdar olmasını və buna razılıq verməsini təsdiq edən dəlil, sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları müvafiq şəxslərin konstitusional hüququ olan şəxsi toxunulmazlıq hüququnu kobud şəkildə pozduğundan və qanunvericiliyə zidd şəkildə əldə edildiyindən mötəbər sübut hesab edilə bilməz və ona istinad edilə bilməz. Hesab edir ki, Nizami Rayon Məhkəməsi tərəfindən sözügedən həmin səs yazıları sübutlar siyahısından çıxarılmalı və qətnamə qəbul edilərkən onlara istinad edilməməli idi. Göründüyü kimi, məhkəmə t ərəfindən kobud maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş 26 mart 2024-cü il tarixli əmrin verilməsinə əsas qismində tədris işləri üzrə direktor müavini Nümayəndə1 19 mart 2024-cü il tarixli təqdimatı, 19 mart 2024-cü il tarixli akt və Əmək Məcəlləsinin 186-cı maddəsi çıxış etmişdir. 19 mart 2024-cü il tarixli aktla müəyyən edilmişdir ki, 19 mart 2024- cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar bayramlaşarkən məktəbin müəllimləri İddiaçı və X3 otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər. İddiaçı direktor müavinlərini və direktoru təhqir etmiş, nizam-intizam qaydalarını pozmuş, emosional şəkildə direktora “anam deyir ki, it hücum edər” ifadəsini işlətmiş, məktəbdəki pedaqoji mühiti və bayram əhval-ruhiyyəsini pozmuşdur. Məktəb rəhbərliyinə qarşı müəllimə yaraşmayan qeyri-etik hərəkətlər etdiyi üçün müəllimlər otağında olan müəllimlərlə İddiaçı arasında qarşıdurma yaranmış və müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı ilə müəllim heyəti və rəhbərlik arasında mübahisə baş vermiş və bu mübahisədə iddiaçı tərəfindən təhqiredici, qeyri-etik ifadələrdən istifadə edilmişdir. Bunun nəticəsində iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. Məhkəmə bu əmri və onun verilməsinə əsas olmuş sənədləri araşdırarkən, yenidən əsassız mövqedən çıxış etmişdir. Belə ki, məhkəmə tərəfində n əmrin verilməsinə əsas qismində yalnız iddiaçı tərəfindən məktəb direktoruna deyilən sözlər olduğu qənaətinə gəlinmişdir. Halbuki burda yalnız iddiaçının direktora dediyi təhqiredici kəlmələr deyil, həmçinin tədbirdə iştirak edən müəllimlərlə iddiaçı arasında baş vermiş mübahisə də səbəb olmuşdur. Belə ki, iddiaçının rəhbərliklə mübahisə zamanı işlətdiyi həmin “təhqiredici kəlmə”ni (“anam deyir ki, it hücum edər”) məhkəmə yanlış olaraq “özünümüdafiə xarakterli olması” kimi səciyyələndirsə də, həmin mübahisənin şahidi olan və aktı təsdiq edən 23 nəfər şəxs bunun əksini söyləmişlər. Həmin şəxslər iddiaçı tərəfindən deyilən sözləri təhqir kimi qəbul etmişlər. Göründüyü kimi, məhkəmə yalnız iddiaçının mövqeyindən çıxış edərək, həmin sözlərin təhqiredici olmaması qənaətinə gəlmiş, lakin 23 nə fər şəxsin fikrini və bu halı müvafiq sənədlərlə təsdiq etməsini nəzərə almamışdır. Bundan əlavə, həmin mübahisənin bütün müəllim kollektivi qarşısında edilməsi məktəb direktorunun nüfuzuna ciddi xələl gətirmiş, onun mənafeyinə zərbə vurmuşdur. İddiaçının bunu yalnız özünümüdafiə niyyəti ilə deməsi belə onun davranışlarının səbəb olduğu nəticələri dəyişmir. İş üzrə şahid qismində dindirilmiş bütün şəxslərin həmin kəlmələri təhqir kimi qəbul etməsi direktorun şəxsi mənafeyinə zərbə vurmuş, onun kollektivdə olan hörmətinə, nüfuzuna xələl gətirmiş, olduqca xoşagəlməz vəziyyət yaratmışdır. Odur ki, tədbirdə iştirak edən müəllimlərlə iddiaçı arasında qarşıdurma baş vermişdir. Göründüyü kimi, Nizami Rayon Məhkməsi tərəfindən iddiaçının hərəkətlərinin yaratmış olduğu xoşagəlməz nəticələr nəzərə alınmamış, məktəb direktorunun şəxsi mənafeyinə və nüfuzuna ziyan vurulmasına diqqət yetirilməmişdir. İddiaçı davranışlarının və işlətdiyi kəlmələrin bütün müəllim kollektivi arasında yaratmış olduğu ağır nəticələrə görə, həmçinin iddiaçıya artıq töhmət verildiyinə görə ağırlaşdırıcı hal kimi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi ədalətli və zəruri tənbeh tədbiri olaraq tətbiq edilmişdir. Eyni zamanda 26 mart 2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr Həmkarlar İtifaqı Komitəsinin idarə heyətinin 27 mart 2024-cü il tarixli 3 nömrəli protokolu ilə qanunauyğun hesab edilmişdir. Onu da qeyd edirik ki, birinci instansiya məhkəməsi tərəfindən Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin 3 saylı 18 mart 2024-cü il tarixli və 3 saylı 27 mart 2024-c ü il tarixli protokollarının eyni nömrəli tərtib edilməsi onların eyni vaxtda tərtib edilməsi ilə bağlı şübhə doğurduğu qənaətinə gəlmişdir. Bununla bağlı apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən bu nüans araşdırılmamış və cavabdeh tərəfindən buna aydınlıq verilməsi tələb edilməmişdir. Məsələ burasındadır ki, protokolların eyni nömrəli olması mexaniki xəta olub, işçilərin diqqətsizliyi nəticəsində baş vermişdir. Halbuki protokolların hər ikisinin mətni və tarixləri tamamilə fərqlidir və bir-birilə heç bir əlaqəsi yoxdur. Protokolların və sənədlərin nömrələnməsi cavabdeh məktəbin daxili qaydalarına əsasən tənzimlənir və məktəbin öz təlimatına uyğun həyata keçirilir. Əgər məhkəmə tərəfindən araşdırma aparılsaydı, bunun texniki xəta olduğu öz təs diqini tapardı. Araşdırma aparılmadan işçinin yol verdiyi texniki xətaya görə məhkəmənin həmin protokolları şübhə altına alması hesab edirik ki, tamamilə absurddur. 17 aprel 2024-cü il tarixli iddiaçı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin verilməsi üçün əsaslar qismində Məktəb Pedaqoji Şuranın 17 aprel 2024-cü il tarixli iclasının 04 nömrəli protokolu, 08 aprel 2024-cü il tarixli akt, məktəbin Həmkarlar Komitəsi İdarə Heyətinin 17 aprel 2024-cü il tarixli protokolu, müəllim vətərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy çıxış etmişdir. Nizami Rayon Məhkəməsi tərəfindən 17 aprel 2024-cü il tarixli əmrin qəbul edilməsi üçün əsas olan sənədlər arasında cavabdeh tərəfindən müəssisənin həmkarlar ittifaqı təşkilatına ünvanlanmış yazılı təqdimatının olmaması və bununl a da Əmək Məcəlləsinin tələblərinin pozulması bildirilmişdir. Halbuki mövcud məsələilə bağlı məktəbin direktoru tərəfindən 09 aprel 2024-cü il tarixdə həmin məktəbin həmkarlar ittifaqı təşkilatına müraciət sənədi mövcuddur və məhkəməyə təqdim edilmişdir. Həmin müraciət sənədi mahiyyət etibarı ilə təqdimatdan fərqlənmir və iddiaçının işdən azad edilməsi məsələsinin müzakirə edilməsini və münasibət bildirilməsini ehtiva edir. Məhkəmə həmin sənədi məktub qismində qəbul etsə də, mahiyyət etibarı ilə bu sənəd məktəbin direktoru tərəfindən həmin məktəbin həmkarlar komitəsinə təqdim edilən təqdimat sənədidir. Belə ki, “təqdimat” sözü ərəb sözü olub, təqdim olunan mənasını verir. Təqdimat işgüzar sənəd növü olub, müxtəlif formalarda olur. Lakin mahiyyət etibarı ilə təqdimata dair xüsusi tələb olma dığından və standart tələblərin heç biri pozulmadığından hesab edir ki, məhkəmənin mövqeyi tamamilə yanlışdır. Digər tərəfdən, təqdimata qoşma sənədlər kimi heç bir sənədin əlavə edilməməsi kimi məhkəməni gəldiyi mövqe də yanlışdır. Belə ki, sözügedən sənədin özündə qeyd edilməsə də, təqdimat sənədinin arxasında iş üzrə bütün sənədlər, aktlar, izahatlar əlavə olunaraq həmkarlar komitəsinə təqdim edilmişdir. Əks halda həmkarlar komitəsinin idarə heyətinin iclasında sözügedən sənədlər müzakirə edilə və qərarda həmin sənədlərdə göstərilən hallara istinad edilə bilməzdi. Digər tərəfdən, məhkəmə yanlış olaraq qeyd etmişdir ki, 17 aprel 2024-cü il tarixli əmrdə göstərilən əsaslardan biri də iddiaçının qardaşının məktəb direktoruna hədə-qorxu gəlməsi, təhqiredici ifadələr səsləndirməsi olmuşdur. Halbuki iddiaçının qardaşının bu cür hərəkətlərə yol verməsi faktı əmrdə göstərilsə də, əmrin verilməsi əsasları qismində sadalanmır və qoşma olaraq qeyd olunan hallarla bağlı müvafiq sənəd əlavə edilmir. Odur ki, məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Digər tərəfdən, xx.xx.2024-cü iltarixli 97 saylı əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdən biri də İddiaçı xx.xx.2024cü il tarixdə 6A sinfinin şagirdi olan Şahid4 zədələməsi faktı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən halla bağlı heç bir araşdırma aparılmamış və Şahid4 qolunda olan izlərin iddiaçının təqsirli hərəkətləri ilə əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Halbuki məhkəməyə təqdim edilmiş sənədlərdən aşkardır ki, iş üzrə araşdırma kifayət qədər aparılmış, zəruri sənədlər toplanmışdır. Belə ki, iş materi allarında həmin məktəbin tərbiyəçisi olan Şahid2 və həmin məktəbin müəllimi olan Şahid17 tərəfindən verilmiş yazılı izahatlarda göstərilmişdir ki, Adəm özü ağlayaraq dərs vaxtı Könül müəllimə tərəfindən ona xəsarət yetirildiyinizi həyəcanla bildirmişdir. Bunu həmin sinfin Nəzrin və Nərmin adlı şagirdləri də təsdiq etmişlər. Uşağı sakitləşdirmək üçün Nuranə müəllimə Adəmin əl-üzünü yumağa aparıb qayıdanda sinifdə direktor müavini Firuzə müəllimə və Günay müəllimə də var idilər. Eyni izahatı məktəbin tərbiyəçisi X4 da göstərmişdir ki, Adəm Könül müəllimə tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Eyni zamanda, iş materiallarında olan həkim N.M.İbayeva və tibb bacısı S.Ə Ramazanova tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Tibbi rəydə göstərilmişdir ki, Şahid4 şikayəti dinlən ildi, o İddiaçı müəllimə tərəfindən qorxudulub və sağ qolunu sıxaraq vurduğunu dedi, tibbi baxış zamanı uşağın sağ qolunun said hissəsinin sıxılmasını, dərisinin qızarması və cızılmasını gördü və tibb bacısı ilə birgə ilkin tibbi yardım göstərilərək, şagirdi sakitləşdirməyə çalışdılar. Göründüyü kimi, tibbi rəylə xəsarətin həqiqətən yetirildiyi öz təsdiqini tapmışdır. Lakin xx.xx.2024-cü iltarixli Aktla İddiaçı tərəfindən hadisə ilə bağlı izahatın verilməsindən imtina edilmişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə bağlı araşdırma kifayət qədər aparılmış və müvafiq sənədlər tərtib edilmişdir. Belə ki, xəsarətin izlərinin mövcudluğunu təsdiq edən tibbi rəy, 2 nəfər şagirdin hadisənin şahidi qismində izahatı, Adəmin özünün izahatı, müəllimlər Şahid2, Şahid17, Elmira Mirzəyeva tərəfindən ve rilmiş izahatlar nəticədə İddiaçı təqsirli olmasını təsdiq etmiş və xx.xx.2024-cü il tarixli əmrin verilməsi üçün əsas olmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən iş hərtərəfli, tam və obyektiv cəhətdən araşdırılmamış, işin halları, faktiki hallar və tərtib edilmiş sənədlərin hamısı nəzərə alınmamış, nəticədə yanlış nəticəyə gələrək əsassız qətnamə qəbul edilmişdir.
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-630/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2 (007)-2138/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinə (töhmət verilmə haqqında 14 mart 2024-cü il tarixli, 74 saylı əmrin ləğvi) münasibətdə apellyasiya şikayətinin dəlillərindən biri kimi Əmək Məcəlləsinin 187.1-ci maddəsinə istinadla qeyd olunmuşdur ki, intizam tənbehi verilməmişdən əvvəl işçidən alınmalı olan izahatın yazılı və ya şifahi şəkildə olması mütləq şərt kimi qanunvericilkdə təsdiqini tapmamışdır və buna görə də ondan izahat şifahi formada alınmışdır.
53. Lakin cavabdeh məhz bu dəlili qeyd etdiyi cümlədən (apellyasiya şikayətinin 5-ci bölməsinin 1-ci hissəsi) əvvəl Əmək Məcəlləsinin 187.1-ci madddəsinə istinad etmişdir. Həmin maddənin məzmunu isə ondan ibarətdir ki, intizam tənbehi verilm əmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Göründüyü kimi normada izahatın verilməsinin tələb olunması və bu izahatın yazılı olması dəqiq qeyd olunmuşdur.
54. Həmin əmrin verilməsi üçün əsaslardan biri kimi “dəfələrlə xəbərlarlıq edilməsinə baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturması” qeyd olunsa da, bu hal ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamasının əmrin ləğvi üçün əsas olması ilə bağlı birinci instansiya məhkəməsinin əks etdirdiyi mövqe düzgün olmuşdur.
55. Bundan başqa, birinci instansiya məhkəməsi apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçı ilə müavinlərin iş otağında Nümayəndə1 və digər şəxslər arasında mübahisə olduğu, mübahisənin səbəbinin isə ilkin olaraq məktəbə daxil olmuş müraciətin iddiaç ının iştirakı olmadan cavablandırılması olmuşdur, mübahisənin gedişi zamanı həm iddiaçı, həm də Nümayəndə1 bir-birilərini hər hansı məhkəmə mübahisəli və ya digər aidiyyəti orqanlarda öz təsdiqini tapmamış müxtəlif hallarla ittiham etmişlər, məsələn iddiaçı digər müallimlərin dərs saatlarını mübahisələndirməklə yanaşı, məktəb tərəfindən müəllimlərdən qanunsuz pul yığılması barədə, Nümayəndə1 isə iddiaçı tərəfindən jurnalistlərə məktəb barəsində şər-böhtan xarakterli məlumatların çatdırılması barədə ifadələr səsləndirilmişdir. Yəni iddiaçının müavinlərin iş otağına gələrək hay-küy salması, onun tərəfindən məktəbdaxili nizam-intizam qaydalarının pozulması faktı təsdiqini tapmamışdır.
56. İddia tələbinin ikinci hissəsinə (şiddətli töhmət verilmə haqqında 26 mart 2024-cü il tarixli, 74 saylı əmrin ləğvi) münasibətdə -apellyasiya şikayətinin dəlilləri olaraq qeyd olunmuşdur ki, 19 mart 2024-cü il tarixli akta əsasən 19 mart 2024-cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar bayramlaşarkən məktəbin müəllimləri İddiaçı və X3 otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər, İddiaçı direktor müavinlərini və direktoru təhqir etmiş, nizam-intizam qaydalarını pozmuş, emosional şəkildə direktora “anam deyir ki, it hücum edər” ifadəsini işlətmiş, məktəbdəki pedaqoji mühiti və bayram əhval-ruhiyyəsini pozmuşdur. Məhkəmə tərəfindən əmrin verilməsinə əsas qismində yalnız iddiaçı tərəfindən məktəb direktoruna deyilən sözlər olduğu qənaətinə gəlinmişdir. Halbuk i burda yalnız iddiaçının direktora dediyi təhqiredici kəlmələr deyil, həmçinin tədbirdə iştirak edən müəllimlərlə iddiaçı arasında baş vermiş mübahisə də səbəb olmuşdur. Belə ki, iddiaçının rəhbərliklə mübahisə zamanı işlətdiyi həmin “təhqiredici kəlmə”ni (“anam deyir ki, it hücum edər”) məhkəmə yanlış olaraq “özünü müdafiə xarakterli olması” kimi səciyyələndirsə də, həmin mübahisənin şahidi olan və aktı təsdiq edən 23 nəfər şəxs bunun əksini söyləmişlər. Həmin şəxslər iddiaçı tərəfindən deyilən sözləri təhqir kimi qəbul etmişlər.
57. Bu dəlillərlə bağlı apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, əmrdə iddiaçının “xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətməsi”nə istinad olunsa da, işin halları il ə müəyyən olunur ki, izahatları alınmış şəxslər iddiaçının emosional şəkildə direktora “anam deyir ki, it hücum edər” ifadəsini işlətməsini xüsusilə qeyd etsələr də, digər ifadələrin nədən ibarət olması, kimlərə ünvanlanması müəyyən olunmur. Bu halın özü də təsdiq edir ki, əmrin verilməsi üçün əsas da bu ifadənin direktora qarşı işlədilməsi olmuşdur, lakin bu ifadə direktora aid olmamış, əksinə iddiaçıya qarşı işlədilmiş ifadəyə onun cavabı olmuşdur. Mübahisənin şahidi olan və aktı təsdiq edən 23 nəfər şəxsin bu ifadəni təhqir kimi qəbul etməsi bunun mütləq təhqir olması qənaətinə gəlmək üçün əsas ola bilməz.
58. Sonuncu, əmək müqaviləsinə xitam verilməsinə dair 17 aprel 2024-cü il tarixli əmrin ləğvi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi olaraq qe yd etmişdir ki, bu faktın baş verməsi ilə bağlı məktəbin özü tərəfindən hüquq – mühafizə orqanlarına müraciət olunmamış, şagirdin valideyni tərəfindən polis bölməsinə müraciət olunsa da, sonradan məhz valideynin müraciəti əsasında ərizə geri götürülmüş və heç bir araşdırma aparılmamışdır.
59. Həmin əmrin verilməsi üçün əsaslardan biri kimi əvvəlki “töhmət” və “şiddətli töhmət” verilmə barədə nəticə çıxarmadığı qeyd olunsa da, bu əmrlərin əsassız olması birinci instansiya məhkəməsinin qətnaməsində və hazırkı qətnamənin əvvəlki bəndlərində qeyd olunmuşdur.
60. Əmrin əsaslandırma hissəsində iddiaçının qardaşının direktora hədə-qorxu gəlməsi, təhqiredici ifadələr səsləndirməsi əksini tapsa da, məhkəmə hesab etmilşdir ki, bu xüsusat əmrin əsasını təşkil edə bilməz. Əgər iddiaçının qardaşı tərəf indən hər hansı bir hüquq pozuntusu törədilməsi faktı mövcud idisə, bu barədə məktəb rəhbərliyinin müvafiq orqanlara müraciət etmək hüququ var idi. 61. 17 aprel 2024-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi qeyd olunur. Həmin normanın məzmununa əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi bu bəndə əsasən xitam verilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan hallar isə aşağıdakılardır: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, nar kotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funk siyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
62. Lakin əmr Əmək Məcəlləsinin nə 70-ci maddəsi, nə də 70-ci maddəsinin “ç” bəndi baxımından əsaslandırılmamışdır. Yəni əmrin məzmunununa diqqət yetirdikdə iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, hansı əmək vəzifəsini, “X5 Qaydaları”nın hansı bəndinin kobud surətdə pozulması qeyd olunmur və bunu müəyyən etmək də mümkün deyildir.
63. Apellyasiya baxışında işə baxılarkən DİN Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə ünvanlanmış 12 fevral 2025-ci il tar ixli sorğusuna 17 fevral 2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş X2 toplanmış materiallarından görünür ki, X8 09 aprel 2024-cü il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami RPİ-nə müraciət edərək oğlu Şahid4 8 Aprel 2025-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində texnologya dərsində müəllimə İddiaçı tərəfindən şiddətə məruz qaldığını bildirmişdir. 17 aprel 2025-ci il tarxində isə həmin şikayətini geri götürmüşdür.
64. Tələbin bu hissəsi ilə bağlı cavabdehin digər dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaya etirazın əsasını təşkil etdiyindən və məhkəmə tərəfindən düzgün qiymətləndirmə aparıldığından apellyasiya məhkəməsi əlavə qiymətləndirməyə zərurət görmür.
65. Beləliklə, hazırkı mülki i şə apellyasiya qaydasında baxan apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
66. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-630/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv e dilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
67. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. İddiaçı kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiya Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
69. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
70. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
71. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə g əlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmay araq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
72. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
73. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
74. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvaf iq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
75. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
76. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
77. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
78. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
79. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
86. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən tə min edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
90. Belə ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya töhmət intizam tənbehinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli əmrin verilməsi üçün əsas kimi göstərilən hallar qismən, yəni iddiaçı ilə direktor müavini Nümayəndə1 və digərlərinin arasında direktor müavinlərinin iş otağında mübahisə olması, mübahisənin səbəbinin isə ilkin olaraq məktəbə daxil olmuş müraciətin iddiaçının iştirakı olmadan cavablandırılması olması, mübahisənin gedişi zamanı həm iddiaçı, həm də direktor müavini Nümayəndə1 bir-birlərini müxtəlif neqativ hallarda ittiham etmələri öz təsdiqini ta psa da, bu hal iddiaçıya töhmət verilməklə həll edilməli məsələ deyildi. Həmçinin intizam tənbehi verilməmişdən əvvəl iddiaçının yazılı izahatının alınması və ya onun izahat verməkdən imtina etməsi müəyyən olunmamışdır ki, bu da əmin ləğvi üçün müstəqil əsasdır.
91. İddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında xx.xx.2024-cü il tarixli 81 saylı əmrin verilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, 19 mart 2024-cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar toplantı keçirdiyi zaman İddiaçı məhktəbin digər müəllimi X3 ilə birlikdə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmələri, müəllim etikasına yaraşmayan hərəkətlərə yol verməklə rəhbərlik və həmkarları ilə davranışlarında nöqsanlara yol v ermələri məhkəmə araşdırmaları zamanı müəyyən olunsa da, iddiaçı qeyd edilən hərəkətləri özünü müdafiə etmək üçün etmiş, bu səbəbdən də həmin həmin hərəkətlərinə görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi ədalətli hesab olunmamalıdır. Çünki eyni hərəkətlərə yol verən Aybəniz Hacıyevaya xəbərdalıq edilməsinə baxmayaraq iddiaçı barəsində daha sərt tədbir tətbiq edilmişdir. Əmrdə qeyd edilən hallar (iddiaçının kollektivdə digər işçilərlə kobud rəftar etməsi, təhqir etməsi) ilkin olaraq şəxsin barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əsas ola biləcək hallar ola bilməz və bu istiqamətdə işəgötürən tərəfindən digər addımlar atılması daha məqsədəmüvafiq olardı.
92. İddiaçı barəsində xx.xx.2024-ci il tarixdə töhmət verilməsi haqqında əmr verildikdən sonra həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin icalasında xx.xx.2024-cü il tarixdə müzakirə olunmuş, xx.xx.2024-cü il tarixdə isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmr verildikdən sonra, xx.xx.2024cü il tarixdə həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin icalasında müzakirə olunmuş, hər iki müzakirənin nəticəsi kimi 3 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolların eyni nömrəli tərtib edilməsi qanuna müvafiq olmamaqla yanaşı, müzakirələrin həqiqi olmasına şübhə yaradır.
93. İddiaçı ilə olan əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə işəgötürənin 17 aprel 2024-cü il tarixli əmri ilə ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunmamış, işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına yazılı təqdimatla deyil, məktub formasında müraciət edilmiş, məktuba qoşma kimi heç bir sənəd əlavə olunmamışdır. Mübahisələndirilən əmrin verilməsi əsaslarından biri kimi xx.xx.2024-cü il tarixdə iddiaçının 6A sinfinin şagirdi olan Şahid4 zədələməsi göstərilsə də, bu məsələ ilə bağlı nə məktəbdə, nə də hüquq mühafizə orqanlarına heç bir araşdırma aparılmamış, şagirdin qolunda olan izlərin iddiaçının təqsirli hərəkətləri ilə əmələ gəlməsi öz təsdiqini tapmamışdır. İddiaçı barəsində ardıcıl olaraq töhmət, şiddətli töhmət və əmək müqaviləsinə xitam verilməsi kimi intizam tənbehi tədbirlərinin tətbiqi edilməsi əsas verir ki, işəgötürən ona qarşı qərəzli olmuş, töhmət və şiddətli töhmət verilməsi barədə əmrlərin məhkəmə tərəfindən ləğv olunması, əmək müqaviləsinə xitam verilməsi barədə əsas kimi göstərilən bir çox halların isə öz təsdiqini tapmaması nəzərə alınmaqla cavabdeh işəgötürənin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunvericiliyin tələblərini pozulması ilə verilmiş hesab edilməlidir, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsaslar olmamışdır.
94. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və düzgün hüquqi qiymət verməmiş, məhkəmə özü tərəfindən müəyyən edilmiş halları düzgün dəyərləndirməmiş, bu səbəbdən də yanlış nəticəyə gəlmişdir.
95. Belə ki, işdən görünür ki, iddi açının 14 mart 2024-cü il tarixdə direktor müavinlərinin iş otağında məktəbdaxili intizam qaydalarını pozaraq direktor müavini Nümayəndə1 və digər müavinlərlə onun tərəfindən yazılmış şikayətin onun iştirakı olmadan cavablandırıldığı əsas gətirərək hay-küy salıb mübahisə etməsi, onların qanuni fəaliyyətinə əsassız olaraq müdaxilə etməsi, məktəb rəhbərliyini böhtan xarakterli ifadələrlə ittiham etməsi, 19 mart 2024-cü il tarixdə isə müəllimlər otağında Novruz bayramı ilə əlaqədar toplantı keçirildiyi zaman əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyərək, müəllim etikasına yaraşmayan hərəkətlərə yol verməklə məktəb direktorunu təhqir etməsi, keçirilən tədbiri pozması kimi intizam xətalarına yol verməsi apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən olunmasına baxmayaraq, məhkəmə iddiaçı barəsində tətbiq edilən intizam tənbehi tədbirlərini əsassız hesab edərkən nəzərə almamışdır ki, iddiaçının həmin hərəkətlərinin heç bir qanuni əsası olmamış, bu hərəkətlər təlim-tərbiyə müəssisəsi olan məktəbin fəaliyyətinə mənfi təsir göstərmiş, məktəb rəhbərliyinin müəllim və şagird kollektivi arasında nüfuzuna xələl yetirmişdir. İddiaçı həm əmək müqaviləsindən, həm də ƏM-nin 10-cu maddəsindən irəli gələn vəzifələrini yerinə yetirməmişdir.
96. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-ci il tarixli töhmət intizam tənbehi verilməmişdən əvvəl iddiaçının yazılı izahatının alınmaması əsası ilə həmin əmrin ləğv edilməli olması barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olsa da, 26 mart 2024-cü il tarixli sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmr verilərkən iddiaçının 04 mart 2024-ci il tarixdə etdiyi hərəkətlərini, iddiaçının məktəb rəhbərliyinin vəzifələririn icrası bağlı fəaliyyətinə əsassız müdaxilələrin mütəmadi olmasını nəzərə almamaqda səhvə yol vermiş, nəzərə almamışdır ki, şiddətli töhmətin veriməsi üçün işçinin təkcə 19 mart 2024-cü il tarixli hərəkətləri deyil, həm də onun 04 mart 2024-cü il tarixdə etdiyi hərəkətlər də əsas olmuşdur.
97. İddiaçıya töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi ibarədə əmrlər verilməzdən əvvəl həmin məsələlərin məktəbin həmkarlar ittifaqı komitəsində müzakirələrin şübhəli olmasına dair apellyasiya məhkəməsinin rəyi ilə bağlı məhkəmə kollegiesı qeyd edir ki, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv olunması halı istisna olmaqla digər intizam tənbehi tədbirlərinin tətbiqi zamanı həmkarlar ittifaqı komitəsinin razılığının alınması əmək qanunvericiliyindən nəzərədə tutulmamışdır.
98. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə işəgötürənin əmrinin qanunvericiliyinin tələblərinə uyğun olmaması, işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına yazılı təqdimatla deyil, məktub formasında müraciət etməsi, qoşma kimi heç bir sənəd əlavə olunmaması barədə aşağı instansiya məhkəmələrinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin məktəbin Həmkarlar komitəsinə ünvanladığı 09 aprel 2024-cü il tarixli müraciətin adı (təqdimat, məktub və sair) göstərilməsə də, həmin müraciətin məzmunu Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uy ğun olmuş, tərtib edilmiş aktlar, izahatlar, tibbi rəy və əvvəllər aldığı töhmətin və şiddətli töhmətin nəzərə alınması xahiş edilmişdir. Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin 17 aprel 2024-cü il tarixli iclasın protokolundan isə görünür ki, məhz işəgötürənin müraciəti və əsaslandığı sənədlər müzakirə olunmuş, iddiaçı ilə olan əmək müqaviləsinin xitam olunmasına razılıq verilmişdir. Belə olan halda iddiaçı ilə olan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsi barədə Həmkarlar ittifaqı təşkilatının razılığının qanunauyğun olmaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin hallarına uyğun sayıla bilməz. Müraciətin necə adlandırılması işin nəticəsi üçün əhəmiyyət kəsb etmir.
99. Əmək müqaviləsinə xitam veriliməsi barədə əmrin verilməsi əsaslarınd an biri kimi iddiaçının xx.xx.2024-cü il tarixdə 6A sinfinin şagirdi olan Şahid4 fiziki ağrı yetiriməklə şiddət göstərməsi faktı üzrə nə məktəbdə, nə də hüquq mühafizə orqanlarına heç bir araşdırma aparılmadığından öz təsdiqini tapmamasna dair apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən həmin intizam xətasının törədilməsinin müəyyən olunması üçün məhz hüquq mühafizə orqanları tərəfindən araşdırma aparlıması zəruri deyildir. Bu fakt işəgötürən tərəfindən araşdırılmış, xx.xx.2024-cü il traixli akt, müəllim və tərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy, fotoşəkillər, məktəbin pedoqoji şurasında və həmkarlar təşkilatında aparılmış müzakirələrin nəticələri ilə öz təsdiqini tapması müəyyən edilmişdir. İşə baxan apellyasiya mə hkəməsi göstərilən sübutları nəzərə almamaqla yanaşı şiddət görmüş şagirdin valideyni X2 ərizəsi üzrə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsindən daxil olmuş materiallara da tam və hərtərəfli baxmamışdır.
100. Həmin maeriallardan görünür ki, X8 polis orqanına 09 aprel 2024-cü il tarixdə yazdığı şikayət ərizəsində texnologiya müəllimi İddiaçı oğlu Şahid4 dərs vaxtı sağ qoluna xəsarət yetirdiyini, boğacağı ilə hədələdiyini göstərmişdir. Lakin sonradan İddiaçı dəfələrlə zəng edərək ondan və uşağın atasından üzr isətəməsini nəzərə alaraq şikayətindən imtina etməsi barədə ərizə vermişdir. Polis orqanı şikayətdən imtina nəzərə alınmaqla müraciətin icrasını dayandırmışdır. Şikayət üzrə nəticə verilməməsinin səbəbi ərizəçinin göstərdiyi halların öz təsdiqini tapmaması olmamışdır.
101. İddiaç ı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin Əmək Məcəlləsinin nə 70-ci maddəsi, nə də 70-ci maddəsinin “ç” bəndi baxımından əsaslandırılmaması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməklə əmək fəaliyyətində kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halları aşkardır, bu baxımdan da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslandırılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğ un olmamışdır.
102. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından dü zgün hüquqi qiymət verməlidir.
103. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin kassasiya şikayət qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-630/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.