Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2228/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2625/2021 nömrəli, 09 avqust 2021-ci il tarixli qətnaməsində n Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22,5% ödəmək şərti ilə minik avtomobili alınması üçün 6200 ABŞ dollar məbləğində kredit verilmiş, həmin kredit borcunun qaytarılmasının təminatı kimi cavabdehə məxsus 12.400 ABŞ dolları məbləğində qiymətləndirilmiş 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir.
2. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəni ş cədvəli” nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 234 ABŞ dolları, ümumilikdə 7776 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə banka 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 10.462,18 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2015-ci il buraxılışlı, “VAZ21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyatı nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin satın alınması üçün 24 ay müddətinə, illik 22,5% olmaqla, 6200 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus **-BS-*** dövlət qeydiyyat nişanı olan, “VAZ-21 214” markalı avtomobil ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin müqavilə dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq şəhadətnamə verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək üçün bank tərəfindən əlavə imkanlar yaradılaraq, əlavə vaxt verilsə də, o, borcunu ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
5. Cavabdeh məhkəmə iclasında izahat verərək, çörək bişirmə sexində işlədiyini, həmin sexin müdirinə işlə əlaqədar maşın lazım olduğunu, müdirinin adına kredit olduğuna görə maşın üçün kredit götürə bilmədiyini və bu səbəbdən onun öz adına kredit götürdüyünü bildirmişdir. Avtomobili aldığı adam onun qonşusu olmuş və maşın qonşusunun adına rəsmiləşdirilmişdir. Lakin indi o, qonşusunu tapa bilmir. Daha sonra müdiri həmin maşını başqa adama satmış, o, maşını axtarmaq üçün Salyana getmiş, orada həmin şəxsin həbsdə olduğu məlum olmuş, qardaşı isə maşının artıq mövcud olmadığını bildirmişdir. Hazırda maşının kimə satılması və harada olması barədə heç bir məlumatı yoxdur. O, hazırda maşını tapıb satmaq istəyir, hərracda maşının ucuz satılmasına razı deyildir.
6. Cavabdeh həmçinin məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tələbi aidiyyəti üzrə əsl olan cavabdehə yönəltməmişdir. O, bu etiraza əlavə etdiyi notariusdan çıxarışda göstərilən kimi, maşına sənəd aldığı tarixdə, yəni, xx.xx.2015-ci il tarixdə X1 üçün, xx.xx.2015-ci il tarixdə isə X3 mülki etibarnamə ilə vermişdir. Sonra, Həşim Elçinə (X4), Elçin Se ymura, Seymur isə Elmar adlı şəxsə avtomobili satmışdır. Bu, məsələnin faktiki tərəfidir ki, avtomobil ona məxsus deyil, olmayıb, çoxdan özgəninkiləşdirilib satılıb, başqalarının mülkiyyətindədir. Bundan başqa, həmin dövrü əhatə edən devolvasiya iddia tələbində qətiyyən nəzərə alınmamışdır. Ödənilməmiş 3819,69 ABŞ dolları əsas borc olsa da, iddiaçı 2624,45 ABŞ dolları faiz borcu, 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 10.462 ABŞ dolları tələb etmişdir. İddiaçının həm şişirdilmiş rəqəmlə pul istəməsi, həm də avtomobilin hərracda satılmasını tələb etməsi qanunsuzdur və bu səbəbdən iddia tələbinın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 19 aprel 2021-ci il tarixli, 2(012)-1413/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 400 ABŞ dolları dəbbə pulu olaqla, ümumilikdə cəmi 6644,14 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 19,60 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbi üzrə tutmanın cavabdehə məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunauyğun şəkildə bağlanmış kredit və ipoteka müqaviləsi mövcuddur və cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilərək hərracdan satılmasını tələb etmək hüququna malikdir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci, Mülki prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad et mişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan qətnamə çıxarmışdır. Şikayətin məzmunu birinci instansiya məhkəməsindəki izahatla eynilik təşkil edir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) 09 avqust 2021-ci il tarixli, 2(105)-2625/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012 )-1413/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas deyildir.
14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 443, 445, 448, 739, 462 və 319-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, onun ərizəsi təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbayc an Respublikasının Mülki Məcəlləsi
19. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyə tdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
24. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müs təqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə, habelə iddianın əsasını təşkil etmədiyi üçün əvvəlki məhkəmə baxışı zamanı müzakirə predmeti olmamış faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmçinin qeyd olunmalıdır ki, mülki işə baxan məhkəm ənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Belə ki, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, cavabdehin vəkilinin iştirakı olmadan baxılması barədə dəlili əsaslı hesab oluna bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2(105)2625/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.