Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2228/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: dövlət fonduna aid olan mənzilin miras əmlak toplusuna aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-227/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxslər X5 və X3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, 130476 saylı orderdə Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil X6 verilmiş, orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur.
2. X10 xx.xx.2012-ci il tarixdə, arvadı X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
3. İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 X4 övladlarıdır.
4. İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 mübahisə predmeti olan mənzildə yaşamırlar.
5. Mübahisə predmeti olan mənzildə Cavabdeh2, onun ailə üzvləri və iddiaçının birinci nikahdan olan keçmiş arvadı və övladı yaşayırlar.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2835/2022 nömrəli qərarı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(005)-2404/2021 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 1, mənzil 38-ə istifadə hüququ itirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 38 nömrəli mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 38 nömrəli mənzil Xətai RİN-nin (keçmiş Şa muyan rayon ZDS İK-nin) xx.xx.1973-ci il tarixli, 4 saylı protokolu əsasında mərhum X2nun adına verilmiş və orderdə onun da adı daxil olmaqla 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış ünvan 3 ünvanındakı 38 nömrəli əmlaka dair Cavabdeh1 vərəsəlik işi açılmışdır. Həmin 9 saylı notariat kontoru tərəfindən Asan Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Ərazi İdarəsinə sorğu verilmiş, lakin qeyd olunan mənzilə dair çıxarış təqdim olunmamışdır. Hesab etmişdir ki, həmin mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında paylar müəyyən edilməklə bölünməlidir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bunda n sonra-birinci instansiya məhkəməsi) 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mərhum X6 məxsus olmuş əmlak kimi miras kütləsinə aid edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə, Mülki Məcəllənin 178.1, 178.2, 1145, 1159.1, 1159.1.1, 1246, 1151.1, 1151.2, 1274-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94, 107-ci maddələri, Avropa Məhkəməsinin “Ma hmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 89.3, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 5 ünvanındakı 38 nömrəli mənzil Xətai RİN-nin (keçmiş Şamuyan rayon ZDS İK-nin1) 0.08.1973-cü il tarixli, 4 saylı protokolu əsasında mərhum X2nun adına verilmiş və orderdə övladlar olaraq onların da adı daxil olmaqla 6 nəfər ailə üzvünün istifadəsinə verilmiş, həmin ünvanda birgə təsərrüfat aparıblar. X1 xx.xx.2012-ci il tar ixdə vəfat etmiş, ondan miras qalmış ünvan 7 ünvanındakı 38 nömrəli əmlaka dair ünvan 8ışdır. Həmin 9 saylı Notariat Kontoru tərəfindən Asan Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin1 saylı Ərazi İdarəsinə sorğu verilmiş, lakin qeyd olunan mənzilə dair çıxarış təqdim olunmamışdır. Halbuki mənzilin icarədarı vəfat etdiyi halda ondan miras qalmış, lakin özəlləşdirilməmiş əmlak üzərində mülkiyyət hüququ tanınır və adətən ölmüş şəxsin adına çıxarış verilir. Lakin, bu hərəkətlərin aparılmasından imtina olunduğuna görə məhkəmə mübahisəsi yaranmışdır. Hesab etmişdir ki, həmin mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında paylar müəyyən edilməklə bölünməlidir. Ona görə də hesab etmişdir ki, həmin qərar ləğv edilməlidir. Göründüyü kimi qanunun tələblərinə əsasən vəfat etmiş şəxsin mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
14. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X7 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti olan məsələnin həlli yəni, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağl ı mübahisələrin həlli məhkəmələrin səlahiyyətlərindədir. Bu səbəbə görə də məhkəmə mənzilin qeydiyyata alınmadığına istinad edərək iddianı rədd etməsi qanunsuz və əsassızdır. Mülkiyyətlə bağlı Avropa Məhkəməsinin presedent qərarlarında qeyd olunur ki, mülkiyyət mənasına görə milli qanunvericiliklə tələb olunan qaydada qeydə alınıb-alınmaması mənasına görə formal xarakter daşıyır və mülkiyyət olmasının dəyişmir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(103)-227/2024 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə X4 hüquqları dövlət qeydiyyatına alınmamışdır.
18. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin istifadəyə verilən şəxsin birbaşa mülkiyyətinə keçməsi hesab edilmir, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslardandır. Bununla əlaqədar istifadəsinə mənzil verilən şəxs daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün bu qeydiyyatı aparan orqana müraciət etməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X10 isə vəfat etməmişdən qabaq mənzilin özəlləşdirilməsi ilə bağlı istəyini bildirməyərək ərizə ilə müraciət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir.
22. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X7 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şika yəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-227/2024 nömrəli, 05 fevral 2024-cü iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüqu qu, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;
26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
29. Maddə
9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdiribhəmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416. 2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən tam mübahisələndirildiyindənapellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə mərhum X4 hüquqları dövlət qeydiyyatına alınmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının və ü çüncü şəxslərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin istifadəyə verilən şəxsin birbaşa mülkiyyətinə keçməsi hesab edilmir, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslardandır. Bununla əlaqədar istifadəsinə mənzil verilən şəxs daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün bu qeydiyyatı aparan orqana müraciət etməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərərə alaraq qeyd etmişdir ki, mərhum X10 vəfat etməmişdən qabaq mənzilin özəlləşdirilməsi ilə bağlı istəyini bildirməmiş və bu məqsədlə ərizə ilə a idiyyəti orqanlara müraciət etməmişdir.
47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının və üçüncü şəxslərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qərar aldı: İddiaçı və üçüncü şəxslər X5 və X3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(103)227/2024 say lı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.