Məhkəmə qərarları › İş №2(102)-2229/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2229/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2229/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Pakistan Milli Bankının Bakı Filialına, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 5 saylı notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Pakistan Milli Bankının Bakı Filialına, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 5 saylı notariat kontoruna qarşı “ipoteka müqavi ləsinin, hərrac protokolunun və onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi və kredit borcunun 13 mart 2009-cu il tarixdə Cavabdeh2 ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış müqavilə üzrə dövriyyədə olan mallara yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2015 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadından İddiaçı prosessual hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Pakistan Milli Bankının Bakı Filialına, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ini və 5 saylı notariat kontorunu qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, bankla X2 arasında ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin, həmin mənzilin bankın mülkiyyətinə keçirilməsinə dair hərrac protokolunun və bunun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sözügedən mənzilin bankın mülkiyyətinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi və kredit borcunun Cavabdeh2 ilə bank arasında 13 mart 2009-cu il tarixdə bağlanılmış dövr iyyədə olan malların girovuna (avadanlıqlara) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1854/2015 nömrəli, 29 mart 2015-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi) X.Mərdanova, İ.Vəliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manatın İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq yeni qətnamə qəbul edilmiş, bankla X2 arasında ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qətnamə “hərrac protokolunun və onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

5. Həmçi nin eyni tarixli qərardadla “kredit borcunun 13 mart 2009-cu il tarixdə Cavabdeh2 ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış müqavilə üzrə dövriyyədə olan mallara yönəldilməsi” tələbi hissəsində mülki işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi həmin tələbin təmin edilməməsi hissəsində ləğv edilmişdir.

6. İddiaçı prosessual hüquq varisi X3 nümayəndəsi (vəkili) 01 mart 2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, həmçinin şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2024-cü il tarixli, 2(103)-4116/2015 nömrəli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi) X.Mərdanova, S.Bəhrəmzadə) iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair verilmiş ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qətnaməsi İddiaçı nümayəndəsi (vəkili) Adəm Məmmədova xx.xx.2015-ci il tarixdə çatdırılmış, xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minən qətnamə xx.xx.2016-cı il tarixdə icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə həmin vaxt Rübabə İsmayılovanın, hazırda isə İmam İsmayılovun nümayəndəsi (vəkili) qismində çıxış edən Vəkil məhkəməyə müraciət edərək qətnamənin ona verilməsini istəmiş, xx.xx.2022-ci il tarixdə qətnamə ona göndər ilmiş, xx.xx.2023-cü il tarixdə Rübabə İsmayılova ərizə ünvanlayaraq qətnamənin icraya yönəldilməsini xahiş etmiş, həmin müraciət əsasında qətnamənin “ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi üzrə xx.xx.2024-cü il tarixdə icra sənədi verilmişdir. Qətnamənin iddiaçının nümayəndəsinə (vəkilinə) çatdırılmasından iddiaçının vəfat etməsinə qədər təxminən 6 il müddət keçmiş, iddiaçının prosessual hüquq varisləri isə qətnaməni ən azından artıq 2022-ci ilin mart ayında əldə etmişlər.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçinin (nümayəndəsinin) irəli sürdüyü hal müddətin ötürülməsinin üzrlü səbəbi sayıla bilməz və iddiaçının prosessual hüquq varisi müddəti ötü rməsinə haqq qazandıracaq digər hər hansı sübut da təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Peşəkar vəkillə təmsil olunan bir şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin.

10. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 135.1, 135.2, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının prosessual hüquqi varisi X4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(103)-4116/2015 saylı qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin təmin olunaraq, işin kassasiya qaydasında baxılması üçün aidiyyətı üzrə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmam İsmayılovun mərhum İddiaçı hüquqi varisi olması təzəlikcə müəyyən edilmişdir. Bundan əvvəl məhkəmələr İmam İsmayılovdan tələb etmi şdir ki, Əsrəf İsmayılovun hüquqi varisi olduğuna dair sənəd təqdim etsin. Bakı şəhərində fəaliyyət göstərən notariuslar belə bir sənəd (vərəslik şəhadətnaməsini) verməkdən imtina etmişlər və bunu belə əsaslandırmışlar ki, İddiaçı Rusiya vətəndaşı olduğu üçün və Perm şəhərində vəfat etdiyi üçün vrəsəlik şəhadətnaməsi əldə etmək üçün Rusiyada fəaliyyət göstərən notariuslara müraciət etməlidir. Əsrəf İsmayılovun adına qeydiyyatda əmlak olmadığı üçün Rusiya notarisları isə belə bir şəhadətnaməni verməkdən imtina etmişlər. Azərbaycan Respublikası Konstusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 23 dekabr 2023-cü il tarixli qərarı qəbul olu nduqdan sonra atasının vərəsəsi, o cümlədən prosessual varisi kimi tanınmışdır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin göstərilən qərarında məhkəmənin ifadə etdiyi hüquqi mövqeyə görə - mirasın açıldığı gündən 3 ay müddətində vərəsə mirası qəbul etməkdən imtina haqqında notariusa ərizə verməmişdirsə - o mirası qəbul etmiş sayılır. Deməli atasından miras qalmış əmlakı qəbul etməkdən imtina etməmişsə, yəni ölümündən sonra 3 ay müddətinə imtina barədə notariusa ərizə verməmişsə mirası qəbul etmiş vərəsə sayılmış və m üvafiq olaraq atasının prosessual hüquqi varisi statusunu əldə etmişdir. Hesab edir ki, prosessual müddətin ötürülməsinə səbəb olan, yuxarida qeyd edilən hallar (atasının ağır xəstəliyə dücar olması və vəfat etməsi, ondan miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin əldə edilməsinin mümkün olmaması və sair hallar) İmam İsmayılovun iradəsindən asılı olmayan üzrlü səbəblər kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi göstərilən halları üzrlü səbəblər kimi qəbul etməmiş və prosesessual müddəti bərpa edilməkdən imtina etmişdir. Digər tərəfdən, apellyasiya məhkəməsi imtina haqqında qərarını həm də belə əsaslandırmışıdır ki, qətnamənin qəbul edilməsindən uzun müddət keçdiyindən müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olacaqdır. Müddətin buraxılması ilə nəti cələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. İddiaçı numayəndəsi olmuş Adəm Məmmədova gəldikdə isə, onun tərəfindən müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi başqa səbəblər ilə bağlıdır. İddiaçı uzaq Rusiyada yaşadığı üçün və xəstə olduğu üçün Bakıya gəlib Adəm Məmmədovla müqavilə bağlamaq imkanında olmamışdır. Vəkilin orderi olmadığıl üçün o, kassasiya şikayəti vermək imkanında olmamışdır.

14. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1 və 133-cü maddələrinə istinad edərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 10-1.3. Kommersiya mü bahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

26. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellya siya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

27. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 28. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...

29. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərar larından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

35. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

36. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qətnaməsi İddiaçı nümayəndəsi (vəkili) Adəm Məmmədova xx.xx.2015-ci il tarixdə çatdırılmışdir. Qətnamənin iddiaçının nümayəndəsinə (vəkilinə) çatdırılmasından iddiaçının vəfat etməsinə qədər təxminən 6 il müddət keçmiş, iddiaçının prosessual hüquq varisləri isə qətnaməni ən azından artıq 2022-ci ilin mart ayında əldə etmişlər.

38. Lakin iddiaçının hüquq varisi tərəfindən kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir.

39. Göründüyü kimi kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi iddiaçının hüquq varisinin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sər hədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

42. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, peşəkar vəkillə təmsil olunan bir şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin.

43. Kassatorun mərhum İddiaçı vərəsəsi olmasını sübut etmək üçün vərəsəlik şəhadətnaməsi almaq üçün törədilən maneələrlə bağlı müddətin keçməsi barədə dəlilləri əhəmiyyətsizdir. Çünki İddiaçı qətnamənin surəti onun nümayəndəsi və vəkilinə göndərilən xx.xx.2015-ci il tarixdən sonra – xx.xx.2021-ci ildə vəfat etmişdir. Artıq həmin vaxt kassasiya şikayəti vermək üçün müddət ötürülmüşdü və həmin müddətin ötürürlməsinin kassatorun irəli sürdüyü dəlillərlə heç bir bağlılığı yoxdur.

44. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hü quq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

45. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə i stinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2015 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar