Məhkəmə qərarları › İş №2(102)-2229/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2229/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2229/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, pul məbləğinin gecikdirilməsinə görə 5 faiz) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlu ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “gecikdirilmiş vaxt üçün 5 faiz pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-210/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı X1 kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh X2 63524 ABŞ dolları borc alaraq 2013-cü ilin sonunadək qaytarmağı öhdəsinə götürsə də, borcu qaytarmamışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)539/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Tərəflər arasındakı münasibətlər yazılı borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirilmişdir.

3. Həmin qətnamə yuxarı instansiya məhkəmləri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xxx (bundan sonra “iddiaçı”) iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Cavabdeh 28585 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət ərzində cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliyi icra etməməsi iddiaçını xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Mülki Məcəllənin 439.3-ci maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında lakin ildə azı beş faiz miqdarında hesablanır. 2014-cü ildən 2023-cü ilə kimi Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi illik azı 5% götürüldükdə bu faiz nisbəti ümumillikdə 9 il üçün 45% təşkil edir. Bu o deməkdir ki, hazırda cavabdehin əlavə ödəməli borc məbləği 28585 ABŞ dolları təşkil edir.

6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək etirazının onunla əsaslandırılmışdır ki, cavabdeh xroniki xəstəliklə əlaqədar birinci qrup əlildir. 2015-ci ildə cavabdeh iki insult keçirmiş və bundan sonra fəaliyyətsiz olmuşdur, icra məmuru tərəfindən cavabdehin adına heç bir əmlak aşkarlanmamışdır. Bununla əlaqədar məhkəmə qərarının icrası cavabdehin təqaüdünə yönəldilmişdir. Cavabdeh 2019-cu ilin may ayından könüllü olaraq aldığı pensiyasından hər ay 70 manat Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürmüşdür. Bundan sonra cavabdehin pensiyasından 50%, həm də birinci qrup əlilliyi ilə bağlı sosial təminatından hər ay müvafiq məbləğdə pul iddiaçının hesabına köçürülür. Beləliklə, borclu olan cavabdeh qərarın icrasından yayınmır və hissə-hissə ilə iddiaçıya borcu ödəyir. 2014-cü ildə tərtib edilmiş qəbzdə cavabdeh iddiaçıya 63524 ABŞ dolları məbləğində borc ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə bir dolların qiyməti 0,78 manat idi. Hazırda bir ABŞ dollarının qiyməti 1,70 manat təşkil etdiyindən cavabdehin iddiaçıya ödədiyi məbləğ iki dəfədən çox artmışdır. Bundan əlavə, iddiaçı ərizəsində qeyd etmişdir ki, qərarın yerinə yetirilməməsi səbəbindən cavabdeh onu xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Lakin, bu əldən çıxmış fayda əslində nədən ibarətdir iddiaçı tərəfindən göstərilməmişdir. Cavabdeh birinci qrup əlil olaraq icra vərəqəsi üzrə iddiaçının xeyrinə böyük miqdarda borc ödəyir. Bu borc cavabdehin yeganə gəlir mənbəyindən - pensiya və əlillik üzrə sosial müavinətindən tutulur. Buna görə də cavabdehdən 28585.00 ABŞ dolları məbləğində əlavə məbləğin alınması mümkün deyildir.

7. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti ötdüyündən, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)5122/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Tahirə Əsədova)

9. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı əsas borcun tutulması barədə iddia verən zaman hazırkı tələbi də irəli sürə bilərdi. Lakin, həmin münasibətlərdən artıq 10 ilə yaxın vaxt keçmişdir. Həmçinin, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373, 375 və 377-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faiz ödənilməlidir. Burada iddiaçı müqavilədən irəli gələn borc məbləğini tələb etmir. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin məbləğin də faizləri, ümumiyyətlə, sözügedən müqavilədə göstərilməmişdir. Bu səbəbdən, müqavilə tələbləri üzrə iddia müddətinə şamil edilə bilməz. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı öz növbəsində öz hüquqlarının pozulduğunu 2023-cü ildən etibarən bilmişdir. Belə ki, cavabdeh tərəfindən borcla bağlı bu ildən etibarən heç bir ödənişlər olunmamışdır. B u səbəbdən burada heç bir müddətin ötürülməsindən söhbət belə gedə bilməz. İş üzrə bütün sübutlar (qanuni qüvvəyə minmiş məhkəmə aktları, sözügedən məsələ ilə bağlı müvafiq orqanlara göndərilmiş məktublar və s.) iddiaçı tərəfindən işə baxan məhkəməyə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar araşdırılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadına əsasən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - 01 may 2019-cu il tarixdən 07 iyun 2023-cü il tarixədək 3993,04 manat, 2023-cü ilin iyul – dekabr ayları ərzində 2158,09 manat, 2024-cü il ərzində 1344,4 manat məbləğində pul vəsaiti ödənilməsi nəzərə alınmaqla 63524 ABŞ dolları məbləğində pul vəsaitinə ill ik 5% hesablanmaqla faiz borcunun məbləği iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə nə qədər təşkil edir? - 01 may 2019-cu il tarixdən 07 iyun 2023-cü il tarixədək 3993,04 manat, 20 iyun 2023-cü il tarixdə 151,87 manat, 12 iyul 2023-cü il tarixlə 65 manat pul vəsaitinin ödənilməsi nəzərə alınmaqla 63524 ABŞ dolları məbləğində pul vəsaitinə illik 5% hesablanmaqla faiz borcunun məbləği 12 iyul 2020-ci il tarixdən iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə nə qədər təşkil edir?

14. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 11 fevral 2025-ci il tarixli ekspert rəyinə əsasən, birinci sual üzrə - 01 may 2019-cu il tarixdən 12 iyul 2023-cü il tarixədək (sualda qeyd olunan ödənişlər nəzərə alınmaqla) əsas məbləğ üzrə qalıq borcu 63524 ABŞ dolları, faiz məbləği üzrə isə 8922,09 ABŞ dolları ((13331,224409,13) (illik 5% dərəcəsi ilə hesablanmaqla)), ikinci sual üzrə 12 iyul 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixədək (sualda qeyd olunan ödənişlər nəzərə alınmaqla) əsas məbləğ üzrə qalıq borcu 63524 ABŞ dolları, faiz məbləği üzrə isə 7052,19 ABŞ dolları ((9528,62476,41) (illik 5% dərəcəsi ilə hesablanmaqla)) müəyyən edilmişdir.

15. İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, DSMF-nin **********2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan bəlli olur ki, xx.xx.2019-cu il tarixdən etibarən cavabdehdən iddiaçının xeyrinə aylıq 70 manat pul tutulurdu. Buradan belə qənaətə gəlmək olar ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay ərzində) cavabdehdən ümumi olaraq 1050 manat pul tutulmuşdur. Hazırkı iş üzrə ekspert in rəyində qeyd olunmuş ikinci cavab ilə razı deyildir. Belə ki, xx.xx.2020-ci il tarixədək 1050 manat cavabdehdən artıq tutulmuşdur. Yəni, ekspertin ikinci suala verdiyi cavabda qeyd olunmuş 3993,04 manatdan 2943 manat qalıq məbləği qalır. Ekspert isə cavabdehdən yuxarıda göstərilən tarixlərdə tutulmuş 1050 manat pul məbləğini nəzərə almamışdır. 2943 manat + 151,87 manat + 65 manat = 3160 manat. 3160 manat isə hazırki kursa, yəni 1,70-ə bölünəndə 1859 ABŞ Dolları pul məbləği çıxır. Nəticədə faiz məbləği 7799 ABŞ Dolları (9657 ABŞ Dolları - 1859 ABŞ Dolları = 7799 ABŞ Dolları) təşkil etməlidir. Bir sözlə hesablamalardan elə görünür ki, 9657,9 ABŞ dolları 9528,60 ABŞ dolları ilə dəyişilmişdir. Bu o deməkdir ki, ekspertin ikinci suala verdiyi cavabda 1080 günün əvəzinə 1095 gün qeyd olunma lı idi. Buradan da elə qənaətə gəlmək olur ki, 1095 günü 8,82 % (faizə) vuranda ümumi məbləğ 9657,9 ABŞ Dolları təşkil edir.

16. Apellyasia baxışında sorğu verilərək icra şöbəsindən icra sənədi üzrə ödənişlər barədə məlumat əldə edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-210/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)- 5122/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, 6563,9 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəç i), Xəyal Sarıyev, Günay Axundova)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün istinad etdiyi yeganə əsas iddia müddətinin keçməsi olmuşdur. Lakin, məhkəmə bu qənaətə gələrkən tələb olunan faiz borcunun hansı müddəti əhatə etməsinə diqqət yetirməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, tələbdə pul vəsatinin 2014-cü ildən qanunsuz saxlanılmasına və iddia ərizəsi verilən günə kimi tam ödənilmədiyinə istinad olunmuşdur. Hazırkı tələb tərəflər arasında olan müqavilə münasibətlərindən irəli gəlir. Müqavilə münasibətlərində 3 illik iddia müddətinin tətbiq olunması nəzərə alındığı təqdirdə iddiaçının son 3 il üçün, yəni, 12 iyul 2020-ci il tarixdən iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə kimi faizlərin ödənilməsini tələb etməsi üçün əsaslar mövcuddur.

19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsində göstərilən xüsusatlarla qismən razılaşaraq göstərmişdir ki, ekspert rəyinin təsviri hissəsinə əsasən 12 iyul 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixə kimi olan dövr üçün gün sayı 1080 gün götürülmüşdür. Halbuki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi 1 il 360 gündən deyil, 365 gündən ibarətdir və bu hesablama ilə 3 ilə düşən günlərin sayı 1095 gündür. Digər tərəfdən iddiaçı öz zərərinə olsa belə, ekspertin hesablama apararkən DSMF vasitəsilə tutulan 1050 manat məbləğində pul məbləğinin nəzərə alınmadığını bildirmişdir. Ekspert rəyinin təsviri hissəsini tədqiq edərkən də görünür ki, bu məbləğ nəzərə alınmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borcun məbləği hesablanarkən ekspert rəyi ilə yanaşı yuxarıda qeyd olunan hallar da nəzərə alınarsa, gəlinən nəticə aşağıdakı kimi olmalıdır: 3 ilə görə hesablanmış faizin məbləği – 1095 gün x 8,82 ABŞ dolları (gündəlik faiz məbləği) = 9657,9 ABŞ dolları 12 iyul 2023-cü il tarixə kimi ödənilən məbləğ – 3993,04 manat + 1050 manat + 151,87 manat + 65 manat = 5259,91 manat = 3094 ABŞ dolları Yekun məbləğ – 9657,9 ABŞ dolları – 3094 ABŞ dolları = 6563,9 ABŞ dolları.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 21.1, 21.2, 324.4, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 442, 445.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, nəticədə qanuni, əsaslı və ədalətli qətnamə qəbul etməmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktla rının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəm ənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hünuqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş m üddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (iddia ərizəsinin verildiyi vaxt qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borc lu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə” 29 mart 2023-cü il tarixli qərarı...Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - geci kdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.

30. İddia tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə əlavə pul məbləğinin alınması barədədir.

31. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsini hazırkı qərarın 18-20-ci bəndində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət g örmür.

32. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, işin hallarını həmin sübutlar əsasında müəyyən etmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88-ci və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmiş, gəldiyi nəticəni əsaslandırmış, mübahisənin maddiprosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

33. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

34. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla, onlara apellyasiya instansiyası məhkəməsi qiymət vermiş, cavabdehdən tutulacaq pulun məbləği eksp ert rəyi ilə müəyyən edilərək, iddiaçının şikayəti və iddia tələbi qismən təmin edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-210/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar