Məhkəmə qərarları › İş №2(102)-2230/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2230/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2230/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-635/2019 saylı, 16 yanvar 2020-ci il tarixli qərardadından Cavabdeh2 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M üəyyən etdi: Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(050)-485/2018 saylı qətnaməsi ilə (hakim F.Z.Əliyev) iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı borc tələbinə dair iddianın qismən təmin edilməsi, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli, 40L000000682 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 müştərək qaydada 40R000001042 saylı kredit razılaşmasına əsasən 11.059,29 ABŞ dolları əsas borc, 3.317,95 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.877 (on dörd min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları 24 sent və 040R********** saylı kredit razılaşması üzrə 11.420,85 ABŞ dolları əsas borc, 3.516,66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15.437 (on beş min dörd yüz otuz yeddi) ABŞ dolları 51 sentin, habelə ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun tutularaq “xxxx” QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Masallı şəhəri, Qarabağ küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilə yönəldilməsi, qeyd olunan əmlakın açıq hərracda satılaraq, satışdan əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Masallı şəhəri, Qarabağ küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları, Cavabdeh2 mülkiyyətində olan Masallı şəhəri, Qarabağ küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiymətinin 34.000 (otuz dörd min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellya siya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(106)-635/2019 saylı qətnaməsi ilə (hakimlər F.K.Soltanov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və R.M.Cəfərov), Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(050)-485/2018 saylı qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-635/2019 saylı, 16 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.K.Soltanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov), Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(106)-635/2019 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2019cu il tarixli, 2(106)-635/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 17 iyun 2014-cü il tarixli, 40L000000682 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 40R000001042 saylı kredit razılaşması üzrə 11059.29 ABŞ dolları məbləğində kredit borcu, 3317.95 ABŞ dolları məbləğində faiz borcu və 5495.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 040R********** saylı kredit razılaşması üzrə 11420.85 ABŞ dolları məbləğində kredit borcu, 3516.66 ABŞ dolları məbləğində faiz borcu və 5699.15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 40509,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Qarabağ küçəsində istifadədə olan, 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsin dən ibarət 3 otaqlı, 24 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 40509 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Qarabağ küçəsində istifadədə olan, 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsind ən ibarət 3 otaqlı 24 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 17 iyun 2014-cü il tarixli, 40L000000682 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 23 iyun 2014-cü il tarixli 40R000001042 saylı kredit razılaşması əsasında 36 ay müddəti nə, aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07 aprel 2015-ci il tarixli 40R000001042S saylı, 25 avqust 2015-ci il tarixli 40R000001042SB saylı, 22 fevral 2016-cı il tarixli 40R000001042SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07 mart 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3940.71 ABŞ dolları ödəmiş, onun 11059.29 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qayt arılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 iyun 2017-ci il tarixə 452 gün üçün hesablanmış faiz borcu 3317.95 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 02 iyun 2017-ci il tarixə 452 gün üçün hesablanmış cərimə 5495.55 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 28 noyabr 2014-cü il tarixli 040R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 07 aprel 2015-ci il tarixli 040R**********S saylı, 25 avqust 2015-ci il 040R**********SA saylı, 03 sentyabr 2015-ci il tarixli 040R**********SA saylı və 22 fevral 2016-cı il tarixli 040R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25 fevral 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1579.15 ABŞ dolları ödəmiş və onun 11420.85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 iyun 2017-ci il tarixə 463 gün üçün hesablanmış faiz borcu 3516.66 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesabla nmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 02 iyun 2017-ci il tarixə 463 gün üçün hesablanmış cərimə 5699.15 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı “xxxx” QSC ilə bağladığı 17 iyun 2014-cü il tarixli, 40M000000021 saylı ipoteka müqaviləsi (Masallı rayon dövlət notariat kontorunun notariusu tərəfind ən təsdiq edilib) əsasında mülkiyyətində olan Masallı rayonu, Qarabağ küçəsində istifadədə olan, 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilini “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 2 №-li reyestr kitabının 158 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən ikinci cavabdehin mülkiyyətində olan Masallı rayonu, Qarabağ küçəsində istifadədə olan, 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 77.4 kv.m. ümumi, 46.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan iddiaçı tərəfindən ipoteka verən-ikinci cavabdehə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun ola raq 28 mart 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 04 aprel 2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 10 aprel 2017-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışlar. İddiaçı “xxxx” QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kre dit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq Cavabdeh2 həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiy a instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəfindən sübutlar hərtərəfli araşdırılmamış, geniş müzakirələr aparılmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə dair mülki prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı «xxxx» QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 heç bir üzrl ü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 4 16-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-485/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə qəbul olunmuş Şirvan Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(106)-635/2019 saylı qətnaməsi 04 mart 2019-cu il tarixdə müşaiətedici məktubla (iş vərəqə 134) tərəflərə göndərilmiş və Cavabdeh2 həmin qətnaməni 17 mart 2019-cu il tarixdə rəsmi qaydada almış (poşt xəbərnaməsi iş vərəqə 137), bundan 2 (iki) ay sonra, yəni 22 may 2019-cu il tarixdə Mülki Prosessual Məcəllədə nəzərdə tutulan tələblərə əməl etmədən sözügedən qətnamədən kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə (kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) əsasən geri qaytarılmış, 22 iyul 2019-cu il tarixdə, yəni iki aydan sonra Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(106)-635/2019 saylı qətnaməsindən təkrarən Mülki Prosessual Məcəllədə nəzərdə tutulan tələblərə əməl etmədən kassasiya şikayəti vermiş və yenə də Şirvan Apellyasiya Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə eyni əsasla həmin şikayət geri qaytarılmışdır. Cavabdeh2 vəkilin iştirakı ilə tərtib edilmiş və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuş hazırki kassasiya şikayətini isə Şirvan Apellyasiya Məhkəməsinə, həmin məhkəmənin 21 fevral 2019-cu il tarixli qətnaməsini rəsmi qaydada aldığı vaxtdan, yəni 17 mart 2019-cu il tarixdən 9 (doqquz) ay sonra vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinin tələblərinə görə k assasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbaycan Respublikası Kоnstitusiyа Məhkəməsi Plеnumunun 08 mаy 2008-ci il tаriхli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prоsеssuаl müddətin bərpаsı üçün yаlnız еlə səbəblər üzürlü hеsаb еdilə bilər ki, оnlаrın mövcudluğu prоsеssuаl hüquqlаrа və vəzifələrə mаlik şəхsin irаdəsindən аsılı оlmаsın, özü tərəfindən оnlаrın dəf еdilməsi imkаnlаrındаn kənаrа çıхsın, müvаfiq hərəkətin yеrinə yеtirilməsinə, mаnеə törə tsin və yа məhdudiyyət yаrаtsın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Apelyasiya instansiyası məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəsinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 kassasiya şikayətinin vaxtında verilməməsini dövlət rüsumu ödəməyə və vəkillə müqavilə bağlamağa maddi imkanının olmama sı ilə əlaqələndirsə də, onun birinci dəfə verdiyi kassasiya şikayəti rüsumun və vəkilin orderinin olmaması əsası ilə geri qaytarılmasına baxmayaraq, o, ikinci dəfə eyni çatışmamazlıqla verdiyi kassasiya şikayətində belə bir dəlillərə istinad etməmişdir. Bundan başqa ötən müddət ərzində Cavabdeh2 vəsaitinin çatmaması ilə bağlı özünün vəkillə təmin olunmasına dair məhkəməyə müraciət etməmişdir. Həmçinin Cavabdeh2 maddi vəziyyətinin aşağı olması barədə də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: -133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. -408.1.4-cü maddəsində göstərilir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kass asiya şikayəti geri qaytarılır. -408.2-ci maddəyə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3 - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, buraxılması üzrlü hesab edilə bilinmədiyi ndən müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-635/2019 saylı, 16 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar