Məhkəmə qərarları › İş №2(102)-2230/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2230/2022

20.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2230/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2282/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0,4608 ha ölçüdə torpaq sahəsi 25 sentyabr 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətidir. Həmin kəndin ərazisində yerləşən 1.69 hektar ölçüdə torpaq sahəsi isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə Cavabdeh cəmi üç nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilməklə onların adlarına torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. (JN-159 KOD********). İddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunmasını iddia etdiyi üçün onların arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayı nda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq qonşusu Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin təxminən 500 kv.metr hissəsinin zəbt olunmasını əsas göstərməklə həmin torpaq sahəsinin cavabdehdən alınaraq onun istifadəsinə qaytarılmasını və əldən çıxmış fayda şəklində dəymiş ziyana görə 2500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-29/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Sadıqov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamə ilə razılaşmayaraq, ona məxsus torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun olması barədə ekspert rəyinin düzgün olmamasını, məhkəmənin belə vəziyyətdə yenidən ekspertiza ke çirilməsini təmin etməli olduğu halda etməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2282/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(067)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti ve rərək qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 41 7.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ona məxsus torpaq sahəsinin 500 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə olunmasını iddia etsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, o, tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 fevral 2021-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bildirməsinə görə bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunm ası Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən olunmuş halları iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qeyriqanuni istifadəsində olması nəticəsinə gəlmək üçün əsas vermir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olun anlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2282/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar