Məhkəmə qərarları › İş №2(102)-2230/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2230/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2230/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 11.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli, 2(103)942/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 11 iyul 2023-cü il tarixdə tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilib. Sözügedən araşdırma zamanı Cavabdeh izahat verərək bildirib ki, İddiaçı ərizəsi ilə tanış olub. O, xeyriyyəçilik işləri ilə məşğul olur və “Türkan” üzümçüluk sovxozuna gedən 600 metr uzunluqda, 6 metr enində yola asfalt çəkməsi üçün İddiaçı ilə razılığa gəlib. Razılaşmaya əsasən İddiaçı həmin əraziyə asfalt çəksə də, çəkilmiş asfalt çox keyfiyyətsiz olub və hal-hazırda həmin asfalt dağılır, çox yarasız hala düşüb və ovulur. Bu səbəbdən də İddiaçı 24.000 manat ödəyib, qalan 12.000 manatı isə ödəməyib. İddiaçı çəkdiyi asfaltı yenidən çəkdirmək məcb uriyyətindədir və sonuncunun hərəkətləri nəticəsində ona 24.000 manat maddi zərər dəyib. Dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə ayrıca məhkəməyə müraciət edəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) əsas borca görə 12.000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla, ümumilikdə 12.120 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tələbini onunla əsaslandırıb ki, “Türkan” üzümçülük sovxozuna gedən yola asfalt çəkməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə razılığa gəlib. Qarşılıqlı razılaşmaya əsasən həmin işlərin görülməsi üçün cavabdeh ona 36.000 manat muzd ödəməli idi. Lakin, üzərinə düşən öhdəlikləri yerinə yetirib qurtardıqdan sonra cavabdeh bu pulun yalnız 24.000 manatını ödəyib, qalan 12.000 manatını isə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. Onun şikayətinə əsasən polisdə aparılan araşdırma zamanı cavabdeh ona olan borcunu etiraf edib, lakin görülmüş işin keyfiyyətsiz olduğunu bəhanə gətirərək ona olan borcunu ödəməkdən imtina edib. Bununla əlaqədar olaraq polisin 07 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Həmin vaxtdan cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınır. Cavabdeh isə iddiaya qarşı etiraz təqdim edərək göstərib ki, iddianı qəbul etmir və iddiaya etiraz edir. Belə ki, xeyriyyəçilik məqsədilə “Türkan” üzümçülük sovxozuna gedən yola asfalt örtüyünün çəkilməsi üçün iddiaçı ilə razılığa gəlib və aralarında olan razılığa əsasən sonuncu 360 metr məsafədə asfalt örtüyü çəkməyi öhdəsinə götürüb. Bununla əlaqədar olaraq iddiaçıya 24.000 manat muzd ödəyib və iddiaçı asfalt örtüyünü çəkməyə başlayıb. İddiaçı işlərin qurtarmasını bildirib ondan 12.000 manat əlavə pul tələb etdikdə o, iddiaçının asfalt örtüyünə baxmaq üçün əraziyə gəlib, lakin ərazidə yerə çınqıl daşlarının töküldüyünü və üzərinə mazut çəkildiyini görüb və bunun nə olduğunu soruşduqda iddiaçı ona asfalt olduğunu deyib. Halbuki, iddiaçı həmin əraziyə asfalt çəkməyib, sadəcə tökdüyü çınqılın üzərinə mazut tökərək yolun asfaltla döşənmiş kimi görünməsinə çalışıb. O, yolun asfalt örtüyünün çəkilməsini tələb etdikdə isə iddiaçı artıq işinin qurtardığını bildirib və qalan 12.000 man at pul vəsaitini tələb edib. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, ondan əsassız olaraq 24.000 manat pul vəsaiti alıb və nəticədə istifadəyə yararlı olmayan yol çəkib. İddiaçı öz tələbində yola asfaltın çəkilməsi üçün ilkin işlərin görülməsi üçün onunla 36.000 manata razılaşdığını bildirsə də, əslində belə olmayıb və asfalt çəkilməsi üçün ilkin işlərin deyil, ümumilikdə yola asfalt döşənməsi barədə razılığa gəlib. Hətta iddiaçı polisə etdiyi şikayətində də cavabdehlə asfalt çəkməsi barədə razılağa gəldiyini bildirib. Həmin razılığa əsasən iddiaçı yola asfalt çəkməli, o isə iddiaçıya 36.000 manat muzd ödəməli idi. İndi isə iddiaçı öz işlərinin keyfiyyətsiz, istifadə üçün yararsız olduğunu bildiyinə görə çəkdiyi asfaltın ilkin işlərin görülməsi üçün çəkdiyini bildirməklə, üzə rinə götürdüyü öhdəlikdən yayınır. İddiaçının çəkdiyi asfalt örtüyü tam yararsız olmaqla, yolda hərəkət etməyi daha da çətinləşdirib. İddiaçı onunla asfalt çəkməklə bağlı deyil, ilkin işlərin görülməsi üçün razılaşdıqlarını sübut etməlidir. O, iddiaçıya 36.000 manat muzdu asfalt çəkmək üçün verib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(010)3135/2022 saylı qətnaməsi ilə (hakim L.Talıbova) iddia təmin edilərək, cavabdehdən 12.000 manat pulun, habelə ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında podrat münasibətləri olub və şifahi podrat müqaviləsinə əsasən onlar arasında öhdəlik hüquq münasibətləri əmələ gəlib. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı (podratçı) cavabdehin (sifarişçi) sifarişinə əsasən “Türkan” üzümçüluk sovxozuna gedən 600 metr uzununa, 6 metr eninə yola asfalt çəkməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürüb. Həmin müqavilə üzrə cavabdeh icraçıya cəmi 24.000 manat muzd ödəyib, qalan 12.000 manat muzdu isə ödəməyi öhdəsinə götürüb, lakin sonradan görülən işin keyfiyyətsiz olduğunu və bəyənmədiyini əsas tutaraq qalan 12.000 manat muzdu ödəməkdən imtina edib. Cavabdeh bununla bağlı polisdə verdiyi 28 dekabr 2021-ci il tarixli izahatında da qalan muzdu ödəməyəcəyini və bu barədə məhkəmədə iddia qaldıracağını bildirib. Lakin, bir ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən görülən işin key fiyyətsiz olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməyib. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulub və pul öhdəliyi yerinə yetirilməyib. Bu səbəbdən də müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan cavabdeh olduğundan, iddiaçı bu müqaviləyə əsasən ödənilməli olan bütün muzdu cavabdehdən tələb etməyə haqlı olub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 425.1, 752.1, 753.4, 762.1, 762.2, 762.3, 759.1, 759.2-ci maddələrinə istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçının çəkdiyi asfalt çox keyfiyyətsiz olub və sonuncu bunu bildiyi üçün həmin işi asfalt çəkilməsi üçün ilkin iş adlandırmaqla öhdəliyindən yayınmaq istəyir. Belə ki, iddiaçıya avtomobil yolunun, yəni asfalt örtüyünün çəkilməsi sifariş olunub. Hər bir halda, məhkəmə görülən işlərin keyfiyyətini və tikintitexniki qaydalarına uyğun olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin etməli idi. Məhkəmə, öz qətnaməsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğunu və razılaşdırılmış muzdun cavabdeh tərəfindən ödənilmədiyini göstərib. Halbuki, sifarişçi kimi cavabdehin yalnız sifariş etdiyi məhsulu qəbul etmək və yalnız sifariş etdiyi mala görə ödəniş etmək vəzifəsi olub. İddiaçı isə öz işini keyfiyyətli formada yerinə yetirməyib, asfalt örtüyünü tam çəkib ona təhvil verməyib. Belə olduqda isə cavabdehin həmin məhsulu qəbul etməmək və podratın nəticəsindən imtina etmək hüququ olub. Məhkəmə, tərəflərin asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılıq əldə etmələrinin hansı sübutla təsdiq edildiyini öz qətnaməsində göstərməyib və bununla əlaqədar olaraq heç bir sübuta istinad etməyib. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı cavabdehlə asfalt çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılıq əldə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Bundan başqa, iddiaçının tələbinin əsasını cavabdehin sifarişinə əsasən dəniz kənarına gedən yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsi və bunun müqabilində iddiaçıya 36.000 manat muzd ödənilməsi təşkil edir. Yəni, iddiaçı aşağıdakı halları sübut etməli idicavabdehin yola asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görüldüyünü sifariş etməsi; bu işlər üçün iddiaçıya 36.000 manat muzd ödəməyi öhdəsinə götürməsi. Halbuki, yola asfalt örtüyünün çəkilməsi ilə, asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi ayrı-ayrı işlərdir və hər birinin dəyəri ayrıdır. Cavabdeh, iddiaçıya təkcə asfalt üçün ilkin işlərin deyil, bütövlükdə yola asfalt döşənməsini sifariş edib, bunun üçün ona 36 000 manat muzd ödəməyi öhdəsinə götürüb. İddiaçı polisə etdiyi şikayətində də cavabdehin ondan yola asfalt ör tüyünün çəkilməsini sifariş etdiyini göstərib. Lakin, cavabdeh polisə izahat verərək, çəkilmiş asfaltın keyfiyyətsiz olduğunu müəyyən etdiyi üçün qalan 12.000 manat muzdu ödəmədiyini bildirdikdən sonra, iddiaçı asfaltın çəkilməsi üçün ilkin işlərin görülməsi barədə cavabdehlə razılığa gəldiyini göstərib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2022-ci il tarixli, 2(103)942/2023 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktl ardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Belə ki, iddiaçı polisə etdiyi şikayətində cavabdehin ona yola asfalt çəkilməsini sifariş etdiyini göstərib və izahatında fərqli ölçülərdə (uzunluğu 600 metr, eni 7 metr) iş həcmi göstərərək, əvvəl 2020-ci ilin avqust ayında 38.000 manata, sonra isə 2019 avqustsentyabr aylarında 36.000 manata razılığa gələrək yola asfalt örtüyü çəkdiyini, əvvəl 26.000 manat, sonra isə 24.000 manat pul aldığını göstərməklə fərqli ifadələr verib. Bundan başqa, birinci instansiya məhkəməsi yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında polisin qərarına, orada və məhkəmədə tər əflərin verdikləri izahatlara istinad edərək, qeyd edilən məlumatlara, sübutların mötəbərliyinə və şübhələrdən kənar təkzibedilməzliyinə hüquqi qiymət verməyib. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında polisin qərarı və həmin materiala istinad edilməsi yalnız tərəflərin izahatlarının (digər dəlil və sübutların) sübut növü kimi tədqiqi zamanı müqayisəli təhlil üçün prosessual əhəmiyyət daşıya bilər və müstəqil sübut əhəmiyyətinə malik deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissə sində məcburidir. Həmin Məcəllənin 80-81-ci maddələrinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, pul vəsaitlərinin dövriyyəsi (hesablanması) buna dair yazılı (təkzibedilməz) sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında münasibətlər çərçivəsində qarşılıqlı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, alınan və qaytarılan (qaytarılmalı olan) məbləğin miqdarı, görülməli olan işin həcmi və digər ziddiyyətli dəlillər, iddia edilən p ul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin şübhələrdən kənar olaraq mövcudluğuna və mövcud olduğu təqdirdə isə onun görülmüş (görülməli olan) işin həcminə müvafiq miqdarına birmənalı qiymət verilməsini, habelə (işin həcmi ilə bağlı dayanıqlı sübutların olmaması və məlumatların qeyri-dəqiqliyi tərəflər arasında olan öhdəliklərin və görülməli olan işlərin müəyyən edilməsi üçün) ekspertizanın aparılmasını (təyin edilməsini) mümkünsüz edir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 441.1-441.4, 752.1, 752.2, 759.1, 762.1, 762.4, 763.1-763.3, 770, 772.1, 774, 775, 776.1 və 776.2-ci maddələrinə, habelə MPM-nin 77, 80-82, 88, 372, 385-390-cu maddələrinin tələblərinə istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassator kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir hüquqi əsas olmadan cavabdehin məsuliyyətdən yaxa qurtarması üçün əlverişli şərait yaradıb. Lakin, iddiaçının hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməyib. Cavabdehin iddiaçıya olan borcu açıq-aşkar şəkildə sübut olunduğu halda, məhkəmə tərəfindən bu nəzərə alınmayıb. Tərəflər sözügedən yola asfalt örtüyünün çəkilməsi ilə bağlı ilkin hazırlıq işlərinin görülmə si üçün şifahi müqavilə bağlayıb və həmin şifahi müqavilənin icrası ilə əlaqədar iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra edib. Lakin, apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdeh barəsində verdiyi şikayət əsasında polisdə aparılan araşdırma zamanı “asfaltın çəkilməsi” sözü səhv təfsir olunaraq “aramızda asfaltın çəkilməsi öhdəliyi” kimi qeyd edilib. Bir halda ki, bu hamıya bəlli olan faktdır, yəni həm el arasında, həm də işgüzar adətlərdə asfalt yolun çəkilməsi ilə əlaqədar hər hansı bir işlərin görülməsi ümumi anlayış kimi “asfalt yolun çəkilməsi” kimi qəbul edilir və hamı bu ifadədən istifadə edir. Hamıya bəlli olan haldır ki, 600 metr uzunluğunda olan yola asfaltın döşənməsinin xərci 36.000 manat ola bilməz. Bu hal məhkəməyə açıq-aydın bəlli olduğu halda, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilib. Həm polis orqanında, həm də məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı ilə 600 metr uzunluğunda yolda ilkin hazırlıq işlərinin aparılması barədə şifahi müqavilə bağladığını və həmin işlərin görülməsi üçün iddiaçıya 36.000 manat pul ödəməsi öhdəliyini üzərinə götürdüyünü etiraf edib. İşin hallarından görünür ki, cavabdeh bu öhdəliyini tam şəkildə icra etməyib və sonuncu bunu görülən işlərin keyfiyyətsiz olması ilə əsaslandırıb. Halbuki, görülən işlər keyfiyyətsiz olsaydı, cavabdeh iddiaçıya heç 24.000 manat muzdu da ödəməzdi. Bu hallar işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmayıb və bununla da Mülki Məcəllənin 385-ci maddəsinin tələbləri kobud şəkildə pozulub. Qanunvericiliyin tələblərinə görə, iş yerinə yetirildikdən sonra sifa rişçi podratçının muzdunu ödəməyə borcludur. İddiaçı şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyi halda, cavabdeh razılaşdırılmış muzdun qalan hissəsini iddiaçıya ödəməkdən qərəzli olaraq yayınır. Mülki prosessual qanunvericiliyə görə, işdə iştirak edən şəxslərin izahatları sübut rolunu oynayır. Həm polisdə araşdırma zamanı, həm də apellyasiya baxışı zamanı cavabdeh iddiaçıya olan borcunu etiraf edib, lakin iddiaçının işləri keyfiyyətsiz gördüyünü bəhanə gətirərək muzdu ödəməkdən imtina edib. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirafedici izahatlarını sübut kimi qiymətləndirməməklə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələblərini pozub. Bundan başqa, cavabdeh iddiaçının gördüyü işlərin keyfiyyətsiz olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Lakin buna baxmayaraq, məhkəmə cavabdehin iddiaçının gördüyü işlərin keyfiyyətsiz olmasına dair izahatını mötəbər sübut kimi qəbul edib. Bu da məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərinin pozulması deməkdir. Eyni zamanda, mülki iş materiallarında iddiaçının cavabdeh barəsində verdiyi şikayət əsasında polisdə aparılmış araşdırma sənədləri vardır ki, bunlar da birbaşa sübut rolunu oynadığı halda, məhkəmə həmin sənədləri qanunsuz olaraq sübut kimi qiymətləndirməyib. Daha sonra, işin hallarından görünür ki, məhkəmə onun gördüyü işin keyfiyyətsiz olduğu qənaətinə gələrək iddianın təmin edilməməsi ilə nəticələnən qətnamə qəbul etmişdir. Amma mülki işin sənədlərində bu halı təsdiq edən heç bir sübut yoxdur. Bu halda məhkəmə iddiaçının görd üyü işin həqiqətən keyfiyyətsiz olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin etməli idi, lakin məhkəmə hər hansı bir ekspertiza təyin etmədən, iddiaçının gördüyü işlərin keyfiyyətsiz olması qənaətinə gəlib və bununla Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələblərini də pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya ra zılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslə rin hüquqlarından və iddialarından azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qə bul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun lazımi şəkildə əsaslandırmayıb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasındakı hazırki mübahisənin yola asfalt örtüyünün çəkilməsi və ya asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi ilə bağlı yaranıb-yaranmadığını dəqiqləşdirməyib. Çünki iddiaçı, iddia ərizəsinin girişində yola asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə şifahi podrat müqaviləsi bağladığını qeyd etsə də, iddia ərizəsinin məzmunundan, tərəflərin izahatlarından görünür ki, onlar məhz y ola asfalt örtüyünün çəkilməsi ilə bağlı razılığa gəliblər. Digər tərəfdən işdən, habelə tərəflərin özlərinin həm istintaq, həm də məhkəmə iclaslarında verdikləri izahatlardan görünür ki, tərəflər arasında podrat münasibətləri olub və onlar arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən 2020-ci ilin avqust ayında iddiaçı, “Türkan” üzümçüluk sovxozuna gedən 600 metr uzununda, 6 metr enində yola asfalt örtüyü çəkib cavabdehə təhvil verməyi, sonuncu isə işi qəbul edib əvəzində razılaşdırılmış 36.000 manat muzdu iddiaçıya ödəməyi öhdəsinə götürüb. Hazırda iddiaçı, sözügedən podrat müqaviləsində nəzərdə tutulan işi tam icra edib cavabdehə təhvil verdiyini, sonuncunun ona 36.000 manat razılaşdırılmış muzddan yalnız 24.000 manat muzd ödədiyini, qalan 12.000 manat muzdu isə müxtəlif bəhanə lər gətirərək ödəməkdən yayındığını, onun şikayətinə əsasən polisdə aparılan araşdırma zamanı cavabdehin izahatında görülən işin keyfiyyətsiz olduğunu bəhanə gətirərək qalan 12.000 manat muzdu ödəmədiyini etiraf etdiyini, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehin qalan 12.000 manat muzdu ödəmədiyini göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə xeyriyyəçiliklə məşğul olduğunu, “Türkan” üzümçülük sovxozuna gedən 600 metr uzununa, 6 metr eninə yola asfalt örtüyünün çəkilməsi və bunun müqabilində 36.000 manat muzd ödəyəcəyi barədə iddiaçı ilə razılığa gəldiyini, bunun üçün iddiaçıya 24.000 manat muzd ödədiyini, lakin sonradan işlərin keyfiyyətsiz və yolun istifadəyə yararsız olduğunu müəyyən etdiyi üçün qalan 12.000 manat muzdu iddiaçıya ödəmək dən imtina etdiyini, sonuncunun 24.000 manat muzdu yola asfalt örtüyünün çəkilməsinə görə deyil, ilkin işlərin görülməsi üçün aldığını bildiridiyini, halbuki, iddiaçı ilə aralarında belə razılaşmanın olmadığını, podarat müqaviləsinin yola asfalt örtüyünün çəkilməsinə görə bağlandığını göstərib, iddiaya etiraz edir. Göründüyü kimi iddiaçının, 24.000 manat muzdu yola asfalt örtüyünün çəkilməsi üçün deyil, ilkin işlərin görülməsi üçün alması tərəflərin özlərinin izahatları ilə istisna olunur və hazırda iddiaçı, sözügedən podrat müqaviləsi üzrə işi tam icra edib cavabdehə təhvil verdiyini, lakin sonuncunun razılaşdırılmış 36.000 manat muzdan qalan 12.000 manat muzdu ona ödəməkdən imtina etdiyini; cavabdeh isə sözügedən yolun asfalt örtüyünün keyfiyyətsiz olmaqla podratın nəticələrinin qüsurlu olduğunu və bu səbəbdən də iddiaçıya 12.000 manat muzdu ödəmədiyini bilirir. Əvvəla, Mülki Məcəllənin 762-ci maddəsində podratın nəticələrinə verilən tələblər və onların anlayışı nəzərdə tutulub. Normanın mənasına görə, podratın nəticələri birincisi qüsursuz olmalı; ikincisi üçüncü şəxslərin hüquqlarından və iddalarından azad olmalıdır. Podratın nəticələrinin qüsursuzluğu dedikdə- onun müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Müqavilədə podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədikdə, o, müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun olmalı və ya adi istifadə üçün yararlı olmalıdır. Apelyasiya instansiyası məhkəməsi, qeyd olunan normaların tələblərini pozaraq, mübahisənin mahiyyətinə varmadan, iddiaçının istintaq orqanında və məhkəmə iclaslarında işin həcmi, ölçüsü, qiyməti və sair barədə fərqli izahatlar verdiyini, sübutların mötəbərliliyi və şübhədən kənar təkzibedilməzliyi baxımından tərəflərin istintaq orqanında və məhkəmə iclaslarında verdikləri izahatların iddianın təmini üçün əsas olmadığını, habelə işə əlavə edilmiş sübutların (istintaq orqanın qərarının, tərəflərin izahatlarının) iddiaçının tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığını, pul vəsaitinin dövriyyəsinə (hesablanmasına) dair halların isə yalnız müəyyən yazılı (təkzibedilməz) sübutetmə vasitələri ilə təsdiq edilməli olduğunu əsas tutub, iddianı rədd edərkən, əslində iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin, yəni cavabdehin etiraf etməsini və razılaşdırılmış 36.000 manat muzddan 24.000 manat muzdu ödəməklə sonuncunun faktiki olaraq gö rülmüş işi qəbul etməsini nəzərə almayıb. Digər tərəfdən, cavabdeh iddiaya etiraz ərizəsində, həm istintaq orqanında, həm də məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçının gördüyü işin, yəni yolun asfalt örtüyünün müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlmədiyi üçün, qalan 12.000 manat muzdu ödəmədiyini göstərib iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktla r və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməyib. Bundan başqa işdə, iddiaçının gördüyü işin, yəni yola çəkdiyi asfalt örtüyünün müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlmədiyini və ümumiyyətlə müqavilədə podratın nəticələrinin keyfiyyətinin müəyyənləşdirildiyini özünə ehtiva edən heç bir yazılı sənəd yoxdur. İşin bu halı tərəflərin izahatları ilə də təsdiq olunmur. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, po dratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməli və həmin işin nəticəsini sifarişçiyə təhvil verməlidir. Şərh olunan maddəyə əsasən, bu ümumi qaydadan kənara çıxmaqla podratçı sifariş edilmiş podratın nəticəsini deyil, başqa podrat nəticəsini təqdim edərsə, eləcə də podratı kəmiyyətcə yerinə yetirməzsə və bunları icra kimi qəbul etmək açıq-aşkar mümkün deyildirsə, onlar qüsura bərabər tutulur. Apelyasiya instansiyası məhkəməsi, Mülki Prosessual Məcəllənin 106.1, 106.3-cü maddələrinin tələblərinə uyğun olaraq cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə həm istintaq orqanında, həm də məhkəmə iclaslarında verdiyi etirafedici izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının podrat müqaviləsində nəzərdə tutulan işi şətrlənd irilmiş keyfiyyətdə cavabdehə təhvil verib-vermədiyini, podratın nəticələrinin qusurlardan azad olub-olmadığını, habelə tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsində podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədiyi üçün onun müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun gəlib-gəlmədiyini və ya adi istifadə üçün yararlı olub-olmadığını araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirmək üçün iş üzrə məhkəmə tikinti-texniki eksepertizası təyin edib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı rədd edib. Halbuki, Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəs ənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər. Mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tə dqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar mülki iş materiallarına uyğun olsun. B u baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 41 8.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi, yuxarıda göstərilənləri və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən tə min edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli, 2(103)-942/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar