Məhkəmə qərarları › İş №2(102)-2230/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2230/2025

25.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2230/2025 25.06.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 18 aprel 2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apely asiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (İİ cild, səh.206) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4102/2024 nömrəli, 18 aprel 2025-ci il tarixli qərardadı İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 13 may 2025-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 26 may 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair məsələ həll edilməmişdir. Odur ki, kassasiya şikayəti qanun vericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzə rdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 18 aprel 2025-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar