Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2232/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh1 vəkili V1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)*/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin (hakim N.Əliyev) xx.xx.2017-ci il tarixli, 2(020)**/2017 nömrəli qətnaməsi ilə İdd iaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “0.12 ha torpaq sahəsindən çıxarma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı mülkiyyətində olan *** yerləşən 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, İddiaçı mülkiyyətində olan *** yerləşən 0.12 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) xx.xx.2019-cu il tarixli, 2(106)-*/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-**/2017 nömrəli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdeh X5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “0.12 ha torpaq sahəsindən çıxarma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən məcburi çıxarılmaları və onların ona məxsus torpaqda qeyriqanuni inşa etdirdikləri tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul e dilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apeliyasiya şikayəti Şirvan Apeliyasiya Məhkəməsinin şikayətə baxmış hakimləri tərəfindən tam və əhatəli araşdırılmamış, cavabdehin apelyasiya məhkəmə baxışına təqdim etdiyim dəlil, izahat, sənəd, vəsatət və sübutların məzmunundan heç bir halda məhkəmə prosesində istifadə edilməmiş, iş üzrə prosessual hüquq normalarına riayət edilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası MPM-in 372.1 və 372.5-ci maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Belə ki, cavabdehin oğlu F soyadı Rdeyil — J. Qətnamədə isə söhbət hansısa Cavabdeh2 gedir. Bundan başqa oğlu X8 xx.xx.1994-cü ildə *** anadan olmuşdur və Cavabdeh1 ilə İd diaçı qardaşı X18 arasında 2009-cu ildə alqı-satqı müqaviləsi imzalanarkən onun 15 yaşı olmuş, Xəqaninin aldığı evi söküb həyətində yeni ev tikdiyi zaman yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Buradan görünür ki, məhkəmə iddiaçının cavabdeh kimi təqdim etdiyi şəxslərin kimliyini yoxlamamış, yalnız iddiaçının diqtəsi əsasında qətnamə qəbul edərək əsassız olaraq oğlum X4 hətta soyadını belə iddiaçının fikrinə əsasən Ryazaraq iş üzrə cavabdeh kimi saxlamışdır. Xəqaninin oğlunun hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur və onun bu mübahisə üzrə tərəf kimi saxlanılması kobud prosessual pozuntudur. Bundan başqa, Xəqani həmin torpaq sahəsini İddiaçı qardaşı X6 almışdır. Belə ki, X1 özünə məxsus 014 ha torpaq sahəsini, o cümlədən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 115, 5 kv.m, köməkçi sahəs i 21,8 kv.m, ümumi sahəsi 137,3 kv.m olan evi xx xxxxxx 2009-cu ildə satmışdır. Alqı-satqı zamanı Rusiya Fedarasiyasında yaşayan uzun illərdir Azərbaycan Respublikasına gəlməyən qardaşı Razimin də öz torpağını satmaq istədiyini bildirmiş, Xəqani Razimin 12 sot torpağı üçün Baxışa əlavə 4500 ABŞ dolları məbləğində pul ödəyərək həmin torpağı da almışdır. Baxış isə öz növbəsində həmin pulu qardaşı Razimə göndərəcəyini bildirmişdir. Lakin Razim özü olmadığı üçün sənədləşməişlərini həyata keçirə bilməmişlər və qərara gəlmişlər ki, Razim gəldikdə sənədləşmə işlərini həyata keçirsinlər. Bütün bunları təsdiq edəcək bir neçəsi iddiaçının özünün yaxın qohumu olmaqla bir çox şahidlər vardır. Məhkəmə Xəqaninin həmin torpaqları hansı yolla aldığını bilsə də, nədənsə X13 mülki işə tərəf kimi, yaxud şahi d kimi cəlb etməmişdir. Bundan başqa, sözügedən mübahisəli ərazidə DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Xəqaniyə məxsus fərdi yaşayış evi mövcuddur. Qeyd olunanlara əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü m addəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili V1 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Torpağa mülkiyyət hüququna dair” V5 saylı şəhadətnaməyə əsasən *** yerləşən 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, kollektiv və kooperativ bağlar, dövlətçilik kənd təsərrüfatı məhsullarının istifadəsi üçün torpaq sahəsi İddiaçı, X16, X14 verilmişdir. *** yaşayan X19 ilə, *** yaşayan X20 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı X19 Azərbaycan Respublikası ƏMDK DƏDRX-in Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən mülkiyyətində olan *** yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqdan ibarət yaşayış sahəsi 115,5 kv.m., kö məkçi sahəsi 21,8 kv.m. ümumi sahəsi 137,3 kv.m yaşayış evini X2 8.000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən *** yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 168,8 kv.m. olan fərdi yaşayış evi X9 xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olmuş ***** yerləşən 0,14 ha torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” J saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi eyni sahələr deyildir. “Torpağın mülkiyyətə verilməsinə dair” J saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh X11 mülkiyyətində olan 0,14 ha torpaq sahələri faktiki və sənəd üzrə üst-üstə düşmür. X11 mülkiyyətində olan 0,14 ha torpaq sahəsində 52 kv.metr fərdi yaşayış evi və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyət yanı torpaq sahəsində isə X20 tərəfindən 167 kv.metr fərdi yaşayış evi, 129 kv.metr köməkçi tikililər inşa edilmişdir. X11 inşa etdirdiyi 296 kv.metr tikililər İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində yerləşir. X20 tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində 167 kv.metr fərdi yaşayış evi, 117 kv.metr yarımçıq tikili və 12 kv.metr sanitar qovşağı inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18070 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC Beyləqan LTl-nin mühəndisi H tərt ib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olmuş Beyləqan rayonunun, Kəbirli kəndində yerləşən 0,14 ha torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” J saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi eyni sahələr deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC Beyləqan LTİ-nin mühəndisi H tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” J saylı şəhadətnaməyə əsasən X12 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə Azərbaycan Respublikası ƏMDK DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləti reyestrindən çıxarışa əsasən cavabdeh X11 mülkiyyətində olan 0,14 ha torpaq sahələri faktiki və sənəd üzrə üst-üstə düşmür. Mübahisə olunan torpaq sahələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DaşımazƏmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC Beyləqan LTl-nin mühəndisi H tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X11 mülkiyyətində olan 0,14 ha torpa q sahəsində 52 kv.metr fərdi yaşayış evi və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində isə X20 tərəfindən 167 kv.metr fərdi yaşayış evi, 129 kv.metr köməkçi tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DaşımazƏmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC Beyləqan LTl-nin mühəndisi H tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X11 inşa etdirdiyi 296 kv.metr tikililər İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində yerləşir. X20 tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində 167 kv.metr fərdi yaşayış evi, 117 kv.metr yarımçıq tikili və 12 kv.metr sanitar qovşağı inşa edilmişdir. Azərbaycan Respublikas ının Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyat a keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümu nəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toхunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanun vericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər əsasında kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya kollegiy ası cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi halını düzgün müəyyən etmiş və mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə icl asında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edil
Məhkəmə qərarları › İş №2(102)-2232/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2232/2020
09.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver