Məhkəmə qərarları › İş №2(102)-2232/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2232/2022

10.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2232/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3, birləşdirilmiş iş üzrə iddiaçılar X2 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (sədrlik edən və məruzəçi), X10, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçılar X2 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2126/2021 nömrəli, 10.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10.05.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Cavabdeh3 İddiaçı əmisi arvadı, 111 isə əmisi övladlarıdır.

2. Tərəflərin verdiyi məlumata görə iddiaçının babası X1 000, LLL, V.V.Vvə DDadlı övladlar ı olub. ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi X1 mülkiyyətində olub.

3. X4 17.11.1997-ci il tarixdə, X5 15.06.2013-cü il tarixdə vəfat edib. 4. 22.11.2019-cu il tarixli, 2V-1698 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17.11.1997-ci ildə ölmüş X1 vərəsəsi X11, 03.07.2014-cü il tarixdə ölmüş XXXnun vərəsələri (arvadı - X6, uşaqları - X12, İddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən hər birinə 1/4 hissədə pay alıblar.

5. X6, X11 və X12, 22.11.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payını 22.11.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsi ilə İddiaçı bağışlamışla r. Bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ İddiaçı adına 26.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, X17 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noya br 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 nömrə ilə qeyd edilmiş (sahəsi 18.9 kv.m olan) “yaşayış otağı” və 6 nömrə ilə qeyd edilmiş (sahəsi 24,9 kv.m olan) “bağlı eyvan”dan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçılar X7 və Cavabdeh1 isə cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-504/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X2 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair 2(060)-504/2021 saylı mülki iş bir icraatda birləşdirilmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torp aq sahəsi və onun üzərində yerləşən 109,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evi (bunda sonra – mübahisəli əmlak) xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********568-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin daşınmaz əmlak 22 noyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 vərəsəsi olan 03 iyul 2014-cü il tarixdə ölmüş oğlu XXXnun vərəsəsi kimi onun adına rəsmiləşdirilmişdir. Əmisi arvadı Cavabdeh3 Əlibaba qızı, əmisinin övladları X7, Cavabdeh2 və Cavabdeh1 baba yurdu adı ilə gəlib iddia edirlər ki, müvafiq daşınmaz əmlak onların da yurdu sayılır və s. Halbuki onlar mirası qəbul etməmiş və vərəsələr kimi qeydiyyata alınmamışlar (müvafiq daşınmaz əmlakla bağlı heç bir hüquqları yoxdur ). Bu məqsədlə də cavabdeh ona məxsus torpaq sahəsini və onun üzərində yerləşən 109,4 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağını” və 6 (sahəsi 24,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvanı” özbaşına zəbt edərək, torpaq sahəsində qanunsuz tikintilər inşa etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.

10. Cavabdeh1 və X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, X17 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi 21 avqust 1959-cu il tarixli sənədlə babaları X1 mülkiyyətində olmuşdur. Bu hal Milli Arxiv idarəsinin 28 dekabr 2019-cu il ta rixli, 655 saylı məktubu ilə təsdiaq olunur. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlak İddiaçı tam mülkiyyətinə verilən zaman onların vərəsə kimi hüququ nəzərə alınmamış, 22 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən babası X1 vərəsəsi kimi X8, X11, X12, İddiaçı müəyyən edilmiş, onların vərəsəlik hüququ müəyyən edilməmiş və bütün bu proseslərdən yeni xəbərləri olmuşdur.

11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-504/2021 nömrəli, 23.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim Azər 000ov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və to rpaq sahəsindən çıxarılması tələbinə» dair iddiası rədd edilmiş, X7 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi təmin edilmiş, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində 22 noyabr 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarış ləğv edilmişdi r.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından göründüyü kimi miras əmlakdan İddiaçı ilə yanaşı, digər vərəsələr X7 və Cavabdeh1 da istifadə edir. İddiaçı iddia ərizəsində cavabdehlərin hətta miras əmlaka aid olan torpaq sahəsində tikililər inşa etdiklərini göstərmişdir. Belə olan halda mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinin tələbləri pozulmuşdur. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, onun Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması və qarşı tərəfin verdiyi iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1991-ci ildən ünvan 1 ünvanda yaşamışdır. 1997-ci ildə atası X4 və 2006- cı ildə anası ölmüşdür. Həqiqətən qardaşları 000 və Akif öz ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşamış və hazırda Xankişiyev Ramin və digərləri qeyd olunan ünvanda tikmiş olduqları özlərinə məxsus yaşayış sahəsindən istifadə etməklə orada yaşayırlar.

15. Sumqayıt Apellyassiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2126/2021 nömrəli, 10.08.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova ) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiaysı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırılması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakıçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10.08.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, onun iddiasının təmin olunması və əks tərəfin iddiasının rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin onun və Cavabdeh1 miras əmlaka hüquqlarının orada yaşam aları ilə əlaqələndirməsi kökündən səhvdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, miras qoyan babası Xankişiyev Əlikişinin öldüyü vaxtdan sonrakı 6 ay müddətə hüquqi qiymət verilməli idi. Məhkəmədə bildirilmişdir ki, babası öldükdən uzun müddət sonra yaxın qohum olduqları üçün Xankişiyev Ramini və Cavabdeh1 mübahisələndirilən evə buraxmamışlar. Onların ataları X5 babası Əlikişi öldükdən sonra miras əmlak olan evdə yaşamamışlar. Bundan başqa, Cavabdeh1 və X2 miras əmlakına pay hüquqlarının olub-olmaması məsələsinə gəldikdə isə, miras açılan zaman yəni, 17 noyabr 1997-ci il tarixdə X5 miras açılan ünvanda yaşamamış və mirası qəbul etmək barədə müəyyən olunmuş 6 aylıq müddət ərzində nə mirası qəbul etməmiş, notariat kontoruna ərizə ilə müraciət etməmiş, nə də ki, miras əmlak üzərində sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış, vəfat etdiyi tarixə qədər mirasın qəbulu ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmələr onun iddiası ilə bağlı heç bir araşdırma aparmamış, cavabdehlər tərəfindən özbaşına tikilinin inşa edilib-edilməməsini yoxlamamışdır. Hətta cavabdehlərin vərəsə kimi tanınmaları onlara özbaşına tikili inşa etmək hüququ vermir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prosessual məsələlər

20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədi kləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Mira s əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etmə ni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellya siya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən maddi hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

30. Belə ki, tərəflər arasında yaranmış mübahisə, qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları əsasında həll olunmalıdır.

31. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına əsasən çıxarılmalıdır.

32. Baxılan işdən görünür ki, mübahisəli evi və yerləşdiyi torpaq sahəsini miras qoyan ƏƏƏ 1997-ci ildə vəfat etmişdir. Buna görə də ondan qalan mirasa olan hüquqlara aid mübahisəyə, həmin vaxtda qüvvədə olmuş, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 sentyabr 1964-cü il tarixli Qanunla qəbul edilmiş və 28 dekabr 1999-cu il tarixli 779-İQ saylı Qanunla qüvvədən düşmüş) normaları tətbiq edilməlidir. Lakin məhkəmələr iddianın həllinə həmin Mülki Məcəllənin deyil, 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etmişdir.

33. Bu hal MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normasının pozulmasıdır və həmin pozuntu MPM-nin 418.1 və 418.2-ci maddələrinə əsasən apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

34. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmə kollegiyasına xatırladlr ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. ƏƏƏ vəfat edən zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.

35. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir.

36. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi).

37. İşə baxan məhkəmə işin hallarını bu baxımdan araşdırmalı, birinci instansiya məhkəməsinin bildirdiyi kimi «miras əmlakdan İddiaçı ilə yanaşı, digər vərəsələr Xankişiyev Cavabdeh4 Aidə 000 qızı da istifadə edir» faktı ilə kifayətlənməməli, ƏƏƏ 1997-ci ildə vəfat etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə onun vərəsələrindən kim tərəfindən mirası qəbul etməsi müəyyən olunmalı, bundan asılı olaraq iddia tələbləri həll edilməlidir.

38. Nəzərə alınma ldır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

39. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşka r təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

40. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2126/2021 nömrəli, 10.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar